Ana səhifə »  KİVDF »  Regionlarda yeni su layihələrinin icrası intensiv şəkildə davam etdirilir
A+   Yenilə  A-
Regionlarda yeni su layihələrinin icrası intensiv şəkildə davam etdirilir

Yeni şəbəkələrin yaradılması, mövcud şəbəkələrin genişləndirilməsi hesabına abonentlərin sayı 60 faizdən çox artaraq 1 mln. 410 minə yüksəlib, sayğaclaşdırma səviyyəsi isə 77 faizə çatdırılıb
Azərbaycanda 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində yeni müsbət reallıqlar yaranıb. Ölkədə tarazlı inkişaf təmin edilib, paytaxtla bölgələr arasında fərq minimuma endirilib.
Bəhs olunan Dövlət proqramları çərçivəsində həmçinin bölgələrdə çoxlu sayda infrastruktur layihələri reallaşdırılıb. Nəticədə regionların infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yeni yaradılan generasiya gücləri, yolların yüksək səviyyədə abadlaşdırılması, ucqar yaşayış məntəqələrinin belə qazlaşdırılması bir tərəfdən regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol oynayır, digər tərəfdən isə əhalinin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
Son 14 ildə ölkə ərazisində 20-dən artıq su mənbəyinin yaradılması böyük nailiyyətdir
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində ayrı-ayrı şəhər və kənd yaşayış məntəqələrində çoxlu sayda su layihələrinin həyata keçirilməsi ölkə miqyasında müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq respublikanın 50 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyata keçirilir. Ötən müddətdə bu şəhərlərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da su şəbəkələrinin inşası uğurla başa çatıb. Kənd yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə yeni layihələr icra olunub. 2004-2017-ci illərdə 20-dən artıq su mənbəyi yaradılıb, 1390 km-i magistral olmaqla 9230 km su kəmərləri, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 300-dən artıq subartezian quyusu qazılaraq istismara verilib. Yeni şəbəkələrin yaradılması, mövcud şəbəkələrin genişləndirilməsi hesabına xidmət göstərilən abonentlərin sayı 60 faizdən çox artaraq 1 mln. 410 minə yüksəlib, sayğaclaşdırma səviyyəsi 77 faizə çatdırılıb.
Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 6,6 kubmetr olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa olunub. Aran bölgəsi sakinlərinin içməli suya olan tələbatını ödəmək üçün 107 km uzunluğunda Şirvan-Muğan, 62 km uzunluğunda Sabirabad-Saatlı qrup su kəmərləri tikilib. Həyata keçirilən bu və ya digər layihələr sayəsində ölkə əhalisinin içməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, hazırda bu göstərici 67 faizə yüksəlib.
Ölkə ərazisində yeni su layihələrinin icrası 2017-ci ildə də intensiv şəkildə davam etdirilib. Belə ki, ötən il ölkə miqyasında 1366 km magistral və şəbəkə su xətləri, 382 km kanalizasiya kollektoru və xətləri, 1 içməli və 1 tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası, 105 min ədəd sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində ölkə üzrə 116 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib.
Ötən il regionlarda bir sıra irimiqyaslı su layihələri uğurla tamamlanıb. O cümlədən Saatlı, Gədəbəy, Cəlilabad, Şamaxı, Qobustan şəhərlərində və Pirallahı qəsəbəsində yeni infrastrukturun istismara verilməsi ilə bağlı açılış mərasimləri keçirilib.
Bundan başqa, 2017-ci ildə daha bir şəhərdə - Xırdalanda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılıb. Layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına aparılacaq. Buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan “Abşeron” və “Masazır” su anbarlarının, həmçinin anbarlardan şəhərə qədər 1000 mm diametrli borularla 4,5 km magistral su xəttinin tikintisi nəzərdə tutulur.
Xırdalan şəhərində 168 km olan paylayıcı su şəbəkəsinin tikintisi və 21170 ev birləşməsinin verilməsi, abonentlərin sayğaclarla təmin olunması nəzərdə tutulub. Artıq paylayıcı su şəbəkəsinin 48 km-lik hissəsində işlər yekunlaşıb və ev birləşmələrinin verilməsinə başlanılıb. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulub.
Eyni zamanda, Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 km kanalizasiya şəbəkəsinin indiyədək 21 km-lik hissəsi tikilib. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.
2017-ci il həmçinin kənd yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması ilə əlamətdar olub. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncama uyğun olaraq ötən il “Azərsu” ASC tərəfindən respublikanın 28 rayonunun 170 yaşayış məntəqəsində 271 min kənd sakininin su təminatının yaxşılaşdırılması məqsədilə içməli su layihələri icra olunub.
Su çərşənbəsi Qazax və Ağstafa rayonlarının 7 kəndinin sakinləri üçün ikiqat bayrama çevrilib
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq Qazax və Ağstafa rayonlarında həyata keçirilən layihələr uğurla yekunlaşıb. Novruzun ilk - su çərşənbəsində layihələrin açılış mərasimləri keçirilib.
Qazax rayonunun Kəmərli kəndində keçirilən açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, şəhər mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə də həyata keçirilən içməli su layihələri əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Ağstafa rayonunun Qarayazı kəndində keçirilən açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, kəndlərə suyun verilməsinin Novruz bayramının gəlişindən xəbər verən su çərşənbəsi ilə bir günə təsadüf etməsi sakinlərdə yüksək bayram ovqatı yaradıb. İcra başçısı qeyd edib ki, yeni içməli su xəttinin istismara verilməsi kənd sakinlərinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov sözügedən Sərəncama uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, artıq bütün rayonlarda tikinti-quraşdırma işləri yekunlaşıb və 2018-ci ildə də içməli sudan əziyyət çəkən digər kəndlərdə layihələrin icrası davam etdiriləcək.
Ağstafa rayonunda icra olunan layihə rayonun Qarayazı, Soyuqbulaqlar, Soyuqbulaq və Həzi Aslanov kəndlərini əhatə edib. Qarayazı, Soyuqbulaqlar və Soyuqbulaq kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə bir ədəd yeni subartezian quyusu qazılıb, 25 kubmetrlik su çəni və nasosxana quraşdırılıb. Həzi Aslanov kəndinin içməli su təchizatı mövcud artezian quyusu hesabına həyata keçirilir. Bu kəndlərdə əhalinin ümumi istifadəsi məqsədilə 31 ədəd bulaq quraşdırılıb. Ümumilikdə bu layihədən 4 kəndin 2550 nəfər sakini faydalanıb.
Qazax rayonunda icra olunan layihə isə rayonun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərini əhatə edib. Kəmərli və Aslanbəyli kəndlərini içməli su ilə təmin etmək üçün kəndlərin hər birində subartezian quyusu qazılıb. Daş Salahlı kəndinin su təchizatı üçün isə Coğazçay su mənbəyi seçilib. Layihə çərçivəsində Aslanbəyli kəndində əhalinin ümumi istifadəsi üçün 13 ədəd bulaq quraşdırılıb. Kəmərli və Daş Salahlı kəndlərində isə mövcud olmuş və istismara yararsız vəziyyətə düşmüş şəbəkə su xətləri yenilənib. Bu layihənin icrası nəticəsində Qazax rayonunun 3 kəndinin 17500 sakininin içməli su problemi həll edilib.
Müştəri məmnunluğu yüksək səviyyədə təmin edilir
Ölkə üzrə xidmət şəbəkəsinin genişləndirilməsi, abonentlərin sayının artması ilə yanaşı, müştəri məmnunluğunun təmin edilməsi də “Azərsu”nun qarşıya qoyduğu hədəflər sırasında yer alır. Qurumdan bildirilib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən xidmətlərin keyfiyyətini yüksəldir və bu sahədə şəffaflığın artırılmasını təmin edir.
2017-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 55092 müraciət edilib. Müraciətlərin 26793-ü “ASAN xidmət”, 28299-u isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. İtirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Ən çox müraciət Sabunçu rayonundakı, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-2017-ci illərdə bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 108778 müraciət daxil olub. Hazırda “Azərsu” ASC-nin xidmətləri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5220  |  
  • Tarix:  01-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

21:50
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib
21:32
21 Yanvar
Azərbaycanlı deputat: Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır
21:30
21 Yanvar
Prezident İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib
21:26
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
20:55
21 Yanvar
Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində olub
20:49
21 Yanvar
Əhliman Əmiraslanov: İcbari tibbi sığorta sistemin tətbiq edildiyi pilot rayonlarda nəticələr çox müsbətdir
19:53
21 Yanvar
"Milli Şura Azərbaycanın dəyərlərinə hörmət etmir"
19:30
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib
18:52
21 Yanvar
Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
17:34
21 Yanvar
Təhsil Nazirliyində səmərəli fəaliyyətinə görə bir qrup şəxs mükafatlandırılıb
17:26
21 Yanvar
Hadi Rəcəbli: İqtisadi nailiyyətlər əhalinin sosial rifahının yüksəlməsində mühüm rol oynayır
16:59
21 Yanvar
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
16:55
21 Yanvar
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
16:53
21 Yanvar
AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb
16:47
21 Yanvar
Rektor: Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir
16:13
21 Yanvar
Lənkəranda qış turizminin inkişafı üçün əlverişli şərait var
16:11
21 Yanvar
Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxıl əkini prosesinə həsr olunmuş müşavirə keçirilib
16:06
21 Yanvar
Gürcüstan Karate Federasiyasının prezidenti: Azərbaycan karatenin inkişafına görə, nəinki regionda, dünyada liderdir
15:18
21 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb
15:13
21 Yanvar
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb
14:56
21 Yanvar
İbrahim İbrahimi: Azərbaycan xalqı cəsarətlə mübarizə apardı və müstəqilliyinə nail oldu
14:53
21 Yanvar
Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub
14:51
21 Yanvar
Mübariz Qurbanlı: Bu gün Azərbaycan sürətlə inkişaf edir
14:25
21 Yanvar
Fayez bin Abdulla Al-Şehri: Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir
14:16
21 Yanvar
Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi Abu-Dabidə də anılıb
14:11
21 Yanvar
Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub
14:09
21 Yanvar
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
14:04
21 Yanvar
Qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər işlənəcək
12:49
21 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub
12:21
21 Yanvar
TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb
12:19
21 Yanvar
Azərbaycanda ilk dəfə Talassemiya Mərkəzində xüsusi metodla alınan kök hüceyrələr klinik praktikada tətbiq edilib
12:16
21 Yanvar
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan olunub
12:01
21 Yanvar
Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri başa çatıb
11:39
21 Yanvar
Qılıncoynadanlarımız Moskvada güclərini sınayıblar
10:57
21 Yanvar
Azərbaycanın elektrik enerjisi ixracı artıb
10:53
21 Yanvar
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyəti açıqlanıb
10:13
21 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
09:41
21 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:38
21 Yanvar
Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:34
21 Yanvar
Litva portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə yerləşdirilib
09:34
21 Yanvar
Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:32
21 Yanvar
Türkiyə və ABŞ prezidentləri Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsini müzakirə ediblər
17:50
20 Yanvar
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı
16:44
20 Yanvar
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
16:41
20 Yanvar
Elçin Əhmədov: Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini Qarabağdakı erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil
12:45
20 Yanvar
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın yaddaşına həkk olunan mübarizə rəmzidir
12:43
20 Yanvar
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
12:40
20 Yanvar
Hafiz Paşayev: Biz həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
12:39
20 Yanvar
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
12:37
20 Yanvar
Türkiyə-Azərbaycan Dərnəyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:32
20 Yanvar
ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb
12:30
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
12:26
20 Yanvar
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
12:11
20 Yanvar
Əli Əhmədov: Milli Şuranın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır
17:43
19 Yanvar
İtaliyada 20 Yanvar Şəhidlərinin əziz xatirəsi anılıb
17:30
19 Yanvar
Pərvin Kərimzadə: Avropa Parlamentinin bu qərəzli addımı erməni lobbisinin təsiri altına düşən dairələrin növbəti oyunudur
17:28
19 Yanvar
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb
17:26
19 Yanvar
Məcburi köçkün uşaqları üçün intensiv tədris düşərgəsinə seçimlər başa çatıb
17:15
19 Yanvar
AZƏRTAC-ın kollektivi Qanlı Yanvar faciəsinin 29-cu ildönümünü qeyd edib
17:14
19 Yanvar
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir
16:56
19 Yanvar
Deputat: Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir
16:44
19 Yanvar
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
16:27
19 Yanvar
20 Yanvar faciəsi milli istiqlal tariximizin qəhrəmanlıq səhifəsidir
16:23
19 Yanvar
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
16:20
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilib
16:15
19 Yanvar
Ankarada keçirilən konfrans “Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusuna həsr olunub
16:12
19 Yanvar
Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib
16:09
19 Yanvar
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
16:06
19 Yanvar
UNEC-də hər bir tələbə müraciəti araşdırılır
16:01
19 Yanvar
Yaqub Mahmudov: 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA