Ana səhifə »  KİVDF »  Regionlarda yeni sənaye müəssisələrinin yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldilir
A+   Yenilə  A-
Regionlarda yeni sənaye müəssisələrinin yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldilir

“Mingəçevir Tekstil” MMC-nin ümumi dəyəri 144 milyon manat olan iki fabrikində ildə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur
Müasirləşməni strateji hədəf seçən Azərbaycanda sənaye quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu strateji kursa uyğun olaraq son 14 ildə respublikamızda çoxlu sayda elm tutumlu, innovativ yanaşmalara əsaslanan sənaye müəssisələri yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Sənaye quruculuğuna göstərilən davamlı diqqətin və hərtərəfli dəstək tədbirlərinin nəticəsidir ki, qısa müstəqillik tarixində Azərbaycan dünya kosmos ailəsinin azsaylı üzvlərindən birinə çevrilib. Hazırda ölkəmiz orbitdəki peyklərini milli kadrlar vasitəsilə uğurla idarə edir və yeni peykini orbitə çıxartmağa hazırlaşır. Müdafiə təyinatlı müəssisələrdə buraxılan müxtəlif növ sənaye məhsullarının həm Milli Ordunun tələbatını ödəməsi, həm də xarici bazarlara çıxardılması son dərəcə qürurverici haldır. Bütövlükdə son 14 ildə respublikamızda sənaye istehsalı 2,6 dəfə artıb. 
Diqqəti çəkən əsas məqamlardan biri isə ondan ibarətdir ki, milli sənaye quruculuğunda yeni mərhələ başlayıb - son illərdə ölkənin sənaye xəritəsi regionlara doğru genişlənir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində qurulan güclü infrastruktur sayəsində bölgələrdə də sənaye quruculuğu üçün münbit şərait yaranıb. Bütövlükdə perspektivdə respublika miqyasında üçü regionlarda olmaqla 4 sənaye mərkəzinin (Bakı, Sumqayıt, Gəncə və Mingəçevir) yaradılması nəzərdə tutulub.
AİŞ-in sərmayə yatırdığı layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb
“Azərbaycan İnvestisiya Şirkəti” ASC vasitəsilə ölkə miqyasında sənaye müəssisələrinin yaradılmasına böyükhəcmli investisiyalar yönəldilir. Bu barədə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) fəaliyyətinə dair keçirilən mətbuat konfransında AİŞ-in icraçı direktoru Rövşən Nəcəf məlumat verib. Qurum rəsmisi AİŞ-in kənd təsərrüfatı, əczaçılıq, logistika, sənaye, o cümlədən də qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak etdiyini vurğulayıb. Bildirilib ki, layihələrin ümumi dəyəri 1,2 mlrd. ABŞ dolları təşkil edir ki, bunun da 450 mln. ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb. Qurumun reallaşdırdığı layihələr paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarını əhatə edir. Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkələrdəki ilk Logistika Mərkəzi, “Milk-Pro” zavodu, “Səba” və “Azərtoxum” müəssisələri, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC də AİŞ-in payçı olduğu layihələrdəndir. AİŞ Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin, Sanqaçalda yeni logistik terminalın inşası məqsədilə yaradılmış “Sanqaçal Terminalı” QSC-nin və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən “Ağstafa Aqroservis” MMC-də payçı qismində iştirakını uğurla yekunlaşdırıb. Bundan başqa, AİŞ 2016-cı ildən başlayaraq ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb.
Yeni yaradılan sənaye məhəllələri regionlarda sahibkarlığın inkişafında mühüm rol oynayır
Məlum olduğu kimi, ölkədə regional sənaye quruculuğunda ayrı-ayrı bölgələrdə sənaye məhəllələrinin yaradılmasına xüsusi diqqət göstərilir. Qarşıya respublikanın bütün bölgələrində müasir sənaye məhəllələrinin yaradılması ilə bağlı hədəf qoyulub. Mətbuat konfransında kiçik və orta sahibkarlığın inkişafında regionlarda yaradılan sənaye məhəllələrinin xüsusi rol oynadığı vurğulanıb. Tədbirdə müvafiq sərəncamlara uyğun olaraq Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradıldığı diqqətə çatdırılıb. 2017-ci ildə istifaqəyə verilmiş Neftçala Sənaye Məhəlləsində hazırda sənaye, qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Ümumi dəyəri 45,3 mln. manat olan bu layihələr 500-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verir. Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və birinci mərhələ artıq tamamlanmaq üzrədir. Sahibkarlar Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. İndiyədək AİŞ-ə ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin (4 mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı) icrasına başlanılacaq və 200-dən çox iş yeri yaradılacaq. 20,3 hektar sahədə yaradılan Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə bu il başlanılması nəzərdə tutulur. Layihənin icrasına 200 nəfərin cəlb edilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması planlaşdırılır. 20 hektar sahədə yaradılan Hacıqabul Sənaye Məhəlləsi ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Sənaye Məhəlləsində tikinti işlərinə yaxın zamanda başlanılması nəzərdə tutulur. Artıq sənaye məhəlləsinə 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 mln. manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Mingəçevir Sənaye Parkında yeni müəssisələr işə salınıb
2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış Fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə pambıq istehsalı 2016-cı ilə nisbətən 2,3 dəfə artaraq 207,5 min tona çatıb. Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir. Həmin müəssisələr fevral ayının son günlərində işə salınıb. 
Layihə rəhbəri Mehriban Axundovanın məlumatına əsasən, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.
Fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq. “Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. 
Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq. Bu həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilir.
Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində mükafat alıb
Moskva şəhərində keçirilən “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın emal sənayesi üzrə 4 şirkəti Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “İlin ən yaxşı məhsulu 2018” nominasiyası üzrə qızıl medallara layiq görülüb.
Belə ki, Azərbaycanın “Ayan” MMC şirkəti mineral çeşmə suyuna və alkoqolsuz içkiyə, “Bal xurma” şirkəti quru xurma və yarıqurudulmuş xurma məhsuluna görə hər biri 2 qızıl medalla təltif olunub. Bundan başqa, “Azərstar” şirkəri fındıq nüvəsi və fındıq ununa, “Sirab” ASC təbii və müalicəvi suya görə qızıl medal alıb. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu isə “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinə göstərdiyi dəstəyə görə mükafata layiq görülüb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4500  |  
  • Tarix:  07-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA