Ana səhifə »  KİVDF »  Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb
A+   Yenilə  A-
Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb

Regionlarda əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır
Azərbaycanın son 15 il ərzində əldə etdiyi uğurların təməlində dayanan əsas amil bütün sahələrin inkişafına hədəflənmiş siyasətin reallaşdırılmasıdır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə inkişaf və tərəqqi əldə edilib. Heç şübhəsiz ki, bu inkişafdan aqrar sahəyə də pay düşüb. Daha doğrusu, son 15 il ərzində reallaşdırılan layihələr və müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər kənd təsərrüfatının inkişafına təkan verib.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da bəyan edildiyi kimi, ötən müddət ərzində ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün bir sıra mühüm addımlar atılıb, o cümlədən böyük meliorativ tədbirlər görülüb. Bu müddətdə Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib. Onların arasında, əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi yer tutur. Bunlar nəhəng tarixi infrastruktur layihələridir. Məlumat üçün bildirək ki, bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait, eyni zamanda, sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu su anbarlarının kənd təsərrüfatının inkişafına çox müsbət təsiri olacaq.
Beləliklə, əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Və bu istiqamətdə ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm addımlar atılır. Belə ki, hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Bu il də Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, martın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, qapalı suvarma şəbəkəsi “Bərəkət toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 410 hektar əkin sahəsində qurulacaq. Layihəyə uyğun olaraq ərazidə 2065 metr dəmir borularla ana xətt, 6402 metr magistral xətt, 42 min 303 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi və qurunt sularının axıdılması üçün 3 min metr açıq kollektor çəkiləcək. Xətlərin üzərində 7 sutənzimləyici siyirtmə, 449 hidrant və 70 suburaxıcı quraşdırılacaq. Həmçinin bu il Kəngərli rayonunun Yeni Kərki və Xok kəndlərinin torpaq sahələrini əhatə edən qapalı suvarma şəbəkəsindəki hidrantlarda supaylayıcı hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək və yeni hidrantlar quraşdırılacaq. Ümumilikdə tikinti işləri zamanı 100 nəfər işlə təmin olunacaq.
Tədbirdə qeyd olunub ki, bu gün muxtar respublikada 160 min hektar əkinəyararlı torpaq sahəsinin 62 min hektarından istifadə olunur ki, onun da cəmi 52 min hektara yaxını suvarılan ərazilərdir. Ona görə də muxtar respublikada suvarılan torpaqların sahəsinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Lakin muxtar respublikanın ehtiyat taxıl fondu kənardan alınır. Mütərəqqi suvarma sistemlərinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ilə bu problem də tamamilə həll olunacaq. Muxtar respublikanın illik taxıla olan tələbatı 150 min tondur. Buna görə də taxıl sahələrinin genişləndirilməsinə diqqət yetirilməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, əkilən torpaqların məhsuldarlığı artırılmalıdır.
Əkinçiliyin inkişafından söz düşmüşkən bildirək ki, Şabranda yaz suvarma mövsümü öncəsi su kanallarının təmizlənməsi işlərinin 90 faizi yekunlaşıb. Rayonun əkinəyararlı sahələrinin suvarılması üçün istifadə olunan 769 kilometr kanalın mart ayına kimi təmizlənməsi nəzərdə tutulub. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır.
Şabran Suvarma Sistemləri İdarəsinin rəisi Adil Şamilov bildirib ki, kanalların lildən və kol-kosdan təmizlənməsi işləri yaz suvarma dövrünə kimi yekunlaşdırılacaq. Rayonun əkinəyararlı sahələrini suvarmaq üçün 157 kilometr təsərrüfatlararası, 612 kilometr isə təsərrüfatdaxili kanallardan istifadə olunur. Kanalların təmizlənməsi işlərinə 14 texnika cəlb olunub. Görülən işlər nəticəsində Şabranda əkinlərin normal suvarma suyu ilə təminatında problem yaranmayacaq.
Balakən rayonunun təsərrüfatlarında isə yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 594 hektar sahədə yazlıqların əkini aparılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 hektar çoxdur. Bu barədə Balakən rayon Statistika İdarəsindən məlumat verilib. Qurumdan bildiriblər ki, məhsul istehsalçıları indiyədək 263 hektar kartof, 186 hektar tərəvəz, 13 hektar lobya əkib, 132 hektar sahəyə yonca səpiblər. Qeyd edək ki, ötən il rayonda 13 min 728 hektar sahədə yazlıq bitkilər əkilib. Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.
Oğuz rayonunun təsərrüfatlarında payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir. Hazırda taxıl sahələrinə yemləmə - azot gübrəsi verilir. “Aqrolizinq” ASC-nin Oğuz rayon bölməsinə istehsalçılara güzəştli şərtlərlə satılmaq üçün ilkin olaraq 68 ton azot gübrəsi gətirilib. Gübrənin dəyərinin 70 faizi dövlət, 30 faizi isə istehsalçı tərəfindən ödənilir. Artıq 2,5 min hektar taxıl sahəsinə yemləmə gübrəsi verilib və bu iş davam etdirilir.
Bu barədə rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, istehsalçılara gübrənin verilməsində heç bir problem yoxdur. Fermer istənilən vaxt müəssisədən lazım olan gübrəni götürə bilər. Bundan əlavə, rayona digər qurumlar tərəfindən də gübrələr gətirilir.
Taxıl sahələrində, eyni zamanda, fitosanitar tədbirlər də davam etdirilir. İndiyədək 450 hektar sahədə taxıl böcəyinə, 750 hektar sahədə siçanabənzər gəmiricilərə, 280 hektarda isə məftil qurduna qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Qeyd edək ki, ötən ilin payızında Oğuz rayonunda 2018-ci ilin məhsulu üçün 16 min 795 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 12 min 230 hektarını buğda, 4 min 565 hektarını arpa sahələri təşkil edir.
Ağstafada isə üzümçülüklə məşğul olan fermerlər yaza hazırlaşırlar. Hazırda üzüm bağlarında quru budama işləri aparılır. Üzümçülük kənd təsərrüfatının gəlirli sahələrindən biri olduğu üçün fermerlərin bu sahəyə marağı ilbəil artmaqdadır. Hazırda plantasiyalarda quru budama işləri aparılır. Tənəklərin yararsız hissələri kəsilib atılır, dirəklər yenilənir və təmir işləri görülür. Fermerlər ötən il sahələrdən bol məhsul topladıqlarına görə üzüm bağlarının sahələrini genişləndirməyi də planlaşdırırlar.
Üzümçülük həmçinin Samux əhalisi üçün də kənd təsərrüfatının gəlirli sahələrindən olduğuna görə bu il də yeni bağların salınması davam edəcək. Bu barədə Samux rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, ötən il 4 hektar sahədə yeni üzüm bağı salınıb. Beləliklə, rayon üzrə üzümlüklərin ümumi sahəsi 10 min 586 hektara çatdırılıb. Məhsuldarlıq dövründə sahələrdən hər hektara görə 9,1 ton üzüm yığılıb. Rayon üzrə isə bağlardan mövsüm ərzində 8 min 867,9 ton üzüm tədarük edilib.
Qeyd edək ki, rayon üzrə becərilən texniki üzüm sortları əsasən “Gəncə şərab - 2” istehsal müəssisəsinə təhvil verilir. Süfrə sortları olan “Təbriz” və “Kardinal” isə əsasən daxili bazarda, eyni zamanda, Rusiya bazarlarında satılır.
Kürdəmirdə də yazlıq bitkilərin əkininə mütəşəkkil hazırlıqlar başlanılıb və qısa vaxtda 1408 hektarda əkin aparılıb. Rayon Statistika İdarəsindən bildirilib ki, son günlər havaların əlverişli keçməsi fermerlərin və fərdi torpaq sahiblərinin yazlıq əkinə marağını artırıb. Az vaxtda 555 hektarda çoxillik otlar, 519 hektarda kartof, 331 hektarda tərəvəz bitkiləri əkilib. Əkin sahələri ötən ilin müvafiq dövründəkindən 1,4 faiz çoxdur. Yazlıq əkinlər rayonun daha çox Karrar, Atakişili, Köhünlü, Mehdili, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində aparılıb.
Eyni zamanda, Zaqatala rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Cari ildə rayonda 14 min hektara yaxın sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır. Qısa müddətdə ailə-fermer təsərrüfatlarında 2 min hektardan çox sahədə yazlıq bitkilərin əkini aparılıb və bu iş davam etdirilir.
Bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Qurumdan bildiriblər ki, məhsul istehsalçıları bu günədək 650 hektar sahədə kartof, 826 hektarda tərəvəz əkib, 692 hektarda yonca səpiblər.Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. Tütün şitillərinin yetişdirilməsi məqsədilə fermerlər tərəfindən ümumi sahəsi 4445 kvadratmetr olan sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillər aprelin axırlarında sahələrə köçürüləcək.
Respublikanın iri kartofçuluq rayonu olan Tovuzda fermerlər 1520 hektar sahədə kartof əkiblər. Rayonda kartof əkini davam edir. Torpaq mülkiyyətçiləri əkini həm əllə, həm də texnika vasitəsilə aparırlar. Tovuz rayon Statistika İdarəsindən bildiriblər ki, 5 min hektardan artıq sahədə şum çıxaran fermerlər 1520 hektar sahədə əkin həyata keçiriblər.
Sahələrdə yerli kartof toxumu ilə yanaşı, Gədəbəydən və Ukraynadan gətirilən toxum da əkilir. Hava şəraitinin normal keçməsi isə səpini uğurla aparmağa imkan yaradır. Kartof əkini əsasən rayonun Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu kəndlərində aparılır. Qeyd edək ki, ötən il tovuzlu fermerlər 7375 hektar sahədə kartof əkərək, 169 min 705 ton məhsul istehsal etmişdilər.
Sonda vurğulamaq yerinə düşər ki, aqrar sahənin inkişafının davamlı olması üçün hökumət hazırda yeni layihələr üzərində işləyir. Keçən il 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilib. Bu il də hədəf daha 100 min hektardır.
Nadir AZƏRİ

 
  • Oxunub:  4470  |  
  • Tarix:  15-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA