Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında yeni qazlaşdırma layihələri reallaşdırılır
A+   Yenilə  A-
Azərbaycanın regionlarında yeni qazlaşdırma layihələri reallaşdırılır

2018-ci ilin sonunadək ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq nəzərdə tutulub
Son 15 ildə Azərbaycanın mənzərəsi ölkənin bütün regionlarının tarazlı şəkildə inkişaf etdirilməsi ilə səciyyələnib. Respublikada 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkədə yeni müsbət rallıqlar yaranıb. Ölkənin bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, kəndlərin, qəsəbələrin siması yenilənir. Son illərdə bölgələrin maliyyə təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Əlamətdar haldır ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14 dəfədən çox artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Bundan başqa, yerlərdə yaradılan müəssisələr, həmçinin aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi regionlarda iqtisadi aktivliyi artırıb. Nəticədə, bölgələrdən əmək qabiliyyətli insanların paytaxt Bakıya və digər iri şəhərlərə axınının qarşısı alınıb.
Regionlarda yaradılan müasir infrastruktur həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkədə yaranan müsbət reallıqları həmçinin bütün ölkə boyu güclü infrastruktur quruculuğunun timsalında müşahidə etmək mümkündür. Məqsədyönlü investisiya siyasəti qısa müddətdə Azərbaycanı güclü infrastruktur təminatına malik ölkəyə çevirib. Respublikamızı fərqləndirən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, bütün ölkə boyu zəruri infrastruktur obyektləri bir qayda olaraq dövlət vəsaitləri hesabına yaradılır. Sonradan bu infrastruktur obyektlərindən həm sahibkarlar bəhrələnirlər, həm də onlar yerlərdə insanların kommunal rahatlıqlarla təminatında mühüm rol oynayırlar.
Son 15 ildə ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Energetika təsərrüfatının ölkə iqtisadiyyatının genişlənməsində müstəsna rolu nəzərə alınaraq 2018-ci ildə də yeni generasiya güclərinin yaradılması istiqamətində işlər davam etdirilir. Cari ildə 400 meqavat gücə malik “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi respublikanın enerji ixracı imkanlarını artıracaq.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Hazırda respublikanın regionlarında kənd yollarının abadlaşdırılması uğurla həyata keçirilir. 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb. 2018-ci ildə ölkə boyunca 2300 kilometr avtomobil yolu - magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. Bütövlükdə il ərzində 600 kəndin yolunun abadlaşdırılması nəzərdə tutulub.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan layihələrin, o cümlədən meliorativ tədbirlərin kənd təsərrüfatının stimullaşdırılmasında rolu əvəzsizdir. Son 15 ildə respublikamızda böyük investisiya tutumuna malik Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib. Həyata keçirilən meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına güclü təsir göstərib. Ölkənin su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə və dövriyyəyə yeni əkin sahələri cəlb edilməsinə hesablanan layihələr 2017-ci ildə də intensiv şəkildə davam etdirilib. Dövlət investisiya qoyuluşu hesabına görülən meliorasiya və irriqasiya tədbirləri çərçivəsində ötən il 100 min hektardan çox torpağın su təminatı yaxşılaşdırılıb. Cari ildə də təxminən bu qədər torpağın meliorativ vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulub.
Regionlarda yaşayış məntəqələrinin qazlaşdırılması infrastruktur quruculuğuna yaxşı nümunədir
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Ölkədə bu önəmli strateji sosial layihənin həyata keçirilməsinə dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilir. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib.
Cari ildə regionlarda yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı qarşıya yeni hədəflər qoyulub. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 5 mart 2018-ci il tarixində “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır. Görülən işlərin davamı kimi 2018-ci ilin sonunadək ölkədə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq nəzərdə tutulub. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100,0 (yüz) milyon manat vəsait ayrılıb.
2018-ci ilin yanvar-fevral ayları ərzində ölkə üzrə 108,2 km yeni qaz kəməri quraşdırılıb
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər davam etdirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış sayğaclar, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri təzələri ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən cari ilin yanvar-fevral ayları ərzində 108,2 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 43,5 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Daşkəsən, Beyləqan, Göyçay, Masallı, Sabirabad və Salyan rayonları üzrə 8 yaşayış məntəqəsi qazlaşdırılıb.
2018-ci ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 531 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 033-ü Bakı, Abşeron və Sumqayıt, 3 498-i isə regionların payına düşür. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması, qaz təminatının bərpa edilməsi və bu kimi digər amillər müsbət təsir göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 113 849-a çatıb.
Bu günlərdə Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinin qazlaşdırılması işi yekunlaşıb
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən turizm zonasında yerləşən Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Martın 12-də yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə Aşağıoba kəndində keçirilən tədbirdə “Azəriqaz” İB-nin, Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, Xaçmaz rayonunun Nabran-Yalama turizm zonasında yerləşən kəndlərin qazlaşdırılması layihəsi də uğurla həyata keçirilir. Ümumilikdə, 335 abonenti olan Aşağıoba və Xuray kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 51 min 906 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bildirilib ki, hazırda rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay, Qaracik Zeyid, Çaxçaxlı, Pərdiqıran, Seyidlikəndyeri, Aslanoba, Vələmir kəndlərində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Tezliklə tikintisi başa çatan yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq. Bu 11 kənddə ümumilikdə 814 abonent ilk dəfə təbii qazdan istifadə etmək imkanı qazanacaq.
Tədbirdə istirahət zonasında yerləşən kəndlərin qazlaşdırılmasının ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacağı qeyd olunub.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib. Bununla da Xaçmaz rayonunda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 99-a çatıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4320  |  
  • Tarix:  16-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

12:44
19 Noyabr
On ay ərzində 2 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
12:30
19 Noyabr
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
11:58
19 Noyabr
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
11:13
19 Noyabr
Xızıda təhsil işçiləri qəbul imtahanlarının yeni qaydaları barədə məlumatlandırılıb
11:04
19 Noyabr
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
10:28
19 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:23
19 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:19
19 Noyabr
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
10:11
19 Noyabr
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
10:04
19 Noyabr
Lvov vilayətinin rəsmiləri Azərbaycan təcrübəsinin tətbiqində maraqlıdırlar
08:08
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib
08:04
19 Noyabr
Gələn il ölkəmizdə gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək
07:58
19 Noyabr
On rayonun məktəbliləri Nizami yurdu ilə tanışlığa Heydər Əliyev Park Kompleksindən başlayıblar
07:55
19 Noyabr
Azərbaycanlı gənclər Tbilisidə keçirilən “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festivalda iştirak ediblər
07:51
19 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
07:49
19 Noyabr
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
14:48
18 Noyabr
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
20:28
17 Noyabr
Akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb
18:17
17 Noyabr
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edib
18:06
17 Noyabr
Naxçıvanda payız iməciliyi keçirilib
17:55
17 Noyabr
Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17:40
17 Noyabr
Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
17:32
17 Noyabr
Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər
16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA