Ana səhifə »  KİVDF »  Regionlara gələn turistlər Novruz şənliklərinin fəal iştirakçılarına çevriliblər
A+   Yenilə  A-
Regionlara gələn turistlər Novruz şənliklərinin fəal iştirakçılarına çevriliblər

Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır
Məlum olduğu kimi, bir sıra inkişaf etmiş ölkələrin milli iqtisadiyyatında turizm sektoru mühüm yer tutur. Yeni şəraitdə qeyri-neft sektorunun üstün inkişafına nail olmağı hədəfləyən Azərbaycan da ölkəyə daha çox sayda turist cəlb etmək üçün məqsədyönlü siyasət həyata keçirir. Son illərdə bütün respublika boyu müasir turist yerləşdirmə obyektləri istifadəyə verilib, yeni turist marşrutları açılıb. Paralel şəkildə qanunvericilik bazası qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilib, ölkəyə gəlib-getmə qaydaları sadələşdirilib, ASAN viza sisteminin tətbiqinə başlanılıb. 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və onun 11 aparıcı istiqaməti üzrə strateji yol xəritələrindən biri də məhz turizm sektorunu əhatə edir. Bəhs olunan strateji sənəddə respublikamızın turizm potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yaxın, orta və uzummüddətli perspektiv üçün konkret hədəflər müəyyənləşdirilib.
Eyni zamanda, Azərbaycanda 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bütün respublika boyu aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, infrastruktur təminatının möhkəmləndirilməsi sayəsində paytaxt Bakı ilə bölgələr arasında fərq minimuma enib. Bütün bu amillər, həmçinin möhkəm daxili sabitlik ölkəmizin turist cəlbediciliyinin getdikcə artmasına müsbət təsir göstərir.
2018-ci ilin əvvəlindən ölkəyə gələn xarici vətəndaşların sayında 12,3 faiz artım müşahidə edilib
Qeyd edilən müsbət reallıqlar fonunda ölkəmizə gələn turistlərin sayı ilbəil artır. 2017-ci ildə respublikamıza 2,7 milyon turist təşrif gətirib ki, bu da əvvəlki ildəkindən təxminən 20 faiz çoxdur. Respublikamıza təşrif gətirən xarici turistlərin sayında artım dinamikası cari ilin əvvəlindən də yüksək olaraq qalmaqdadır. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, cari ilin yanvar-fevral aylarında ölkəyə gələn xarici vətəndaşların sayında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artım müşahidə edilib. 2018-ci ilin yanvar ayında Azərbaycana 185 913, fevral ayında isə 166 161 nəfər xarici vətəndaş təşrif gətirib. Cari ilin iki ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub.
Novruz bayramı günlərində “Şahdağ” Turizm Mərkəzində böyük qələbəlik yaşanır
Artıq gözəl bir ənənəyə çevrilib: Hər il xalqımızın əziz bayramı Novruz ərəfəsində ölkəmizə gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artır. Bu baxımdan 2018-ci ilin Novruz bayramı da istisna təşkil etmir.
Bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır. Burada dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də var.
“Şahdağ” Turizm Mərkəzinin satış və marketinq şöbəsindən bildirilib ki, hər il olduğu kimi, bu il də turizm mərkəzində bayram günlərində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. Novruz bayramı ilə əlaqədar turizm mərkəzində martın 26-dək davam edəcək bayram proqramı və şənliklər hazırlanıb. Bu il bayram günləri üçün Turizm Mərkəzində yerləşən hotellərdəki yerlərin 80 faizdən çoxu əvvəlcədən sifariş verilib.
Rusiyada fəaliyyət göstərən turizm şirkətinin nümayəndəsi Timur Əhmədov bildirib ki, onların şirkəti vasitəsilə hər həftə Dağıstan Respublikasından Qusara onlarla turist gəlir: “Bizim şirkətə müraciət edən turistlər “Şahdağ”dan çox razı qalırlar. Burada xidmət səviyyəsi yüksəkdir. Kanatlar, xizək yolları turistlərin ürəyincədir. Həm də bizə məsafə baxımından çox yaxındır. Buna görə də tez-tez gəlirik”.
Turizm mərkəzi Novruz günlərində də müxtəlif əyləncələrlə qış istirahətini və aktiv istirahəti sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarındadır.
Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Qəçrəş istirahət zonasına üz tutublar. Quba Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi günlərdəkindən 50-60 faiz çox olub. Gücləndirilmiş iş rejimində çalışan mərkəzdə “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.
III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı turistlərin böyük marağına səbəb olub
Novruz ərəfəsində regionlarda keçirilən bayram tədbirləri, festivallar yerli və xarici turistlərin böyük marağına səbəb olur. Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı bu baxımdan daha yaddaqalan olub. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsindən verilən məlumatda bildirilir ki, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat Qrupu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən keçirilən festivala Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, AzGranata MMC və Allprint MMC təşkilati dəstək veriblər.
Martın 19-da start götürən və üç gün davam edən III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalında 500 nəfərə yaxın insan iştirak edib. Onların arasında Türkiyə, Gürcüstan, Rusiya və İrandan gələn nümayəndələr və folklor qrupları da olub.
Festivalın ilk günündə çıxış edən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Türkiyənin Qars Universiteti Kültür İdarəsinin müdiri Çetin Adıgüzel, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əkbərov, “Dostlar üçün Gürcüstan” Assosiasiyasının prezidenti Tamara Basilaşvili tədbirin Azərbaycanın, ümumən türk dünyasının adət-ənənələrinin təbliğində, dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında və genişləndirilməsində, bəşəri dəyərlərin öyrənilməsində əhəmiyyətindən danışıblar.
Sonra tədbir folklor qruplarının çıxışları ilə davam edib. Gəgəli kənd ümumi orta məktəbinin nəzdindəki Gəgəli Tərəkəmə Folkloru və Araşdırma və Təbliğat Qrupunun, Ağsu Xançobanı folkloru ansamblının, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı kollektivinin, MİRAS Musiqi qrupunun, “İncilər” Milli geyim nümayişi dəfiləsinin, Gürcüstanın “Sameba” ansamblının, İsmayıllı rayonu Lahıc folklor qrupunun, İran Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri Əfşarın, Ağsunun Bico kəndindən Aşıq Amilin və digərlərinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festivalda iştirakçılar ayrı-ayrı ölkələrin adət-ənənələri ilə tanış olmaq, kənd mətbəxinin təamlarını dadmaq, qurşaq atmaq və sair imkanlar da qazanıblar. Orta əsr Ağsu şəhəri və Mehrəvan qalasında aşkar edilən arxeoloji tapıntılar, Gəgəli kəndində toxunan palaz və kilimlər və sair iştirakçılarda böyük maraq doğurub.
Qeyd edək ki, türk obalarında axır çərşənbə günündə bir sıra adətlər mövcuddur və bu adətlərdən ən əsası insanların, eləcə də ev heyvanlarının iki odun arasından keçirilməsi ilə bağlıdır. Bu adət Azərbaycanın Şirvan bölgəsinin Oğuz türk obalarından olan Gəgəli kəndində ən yaxşı şəkildə günümüzədək gəlib çatıb. Ağsu rayonunun ən böyük kəndi Gəgəli türk dünyasının tarixi obalarından olan Axtaçının yaşayış məskənlərindəndir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlıq torpaqlarında maldarlıqla məşğul olan bu əski tərəkəmə obasının bəzi folklor nümunələri özünəməxsusluğu ilə seçilir. Axır çərşənbədə oturma adəti və insanlarla yanaşı, heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminə böyük önəm verildiyini göstərir.
Şəkidə keçirilən rəngarəng bayram tədbirləri iştirakçılara xoş ovqat bəxş edib
Şəkidə keçirilən Novruz tədbirlərində yerli və xarici turistlər fəal şəkildə iştirak ediblər və əsl bayram sevinci yaşayıblar. Şəki Regional Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, baharın gəlişi və Novruz bayramı münasibətilə Şəki şəhərindəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib. Bayram tədbiri XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində mədəniyyət işçilərinin hazırladığı bədii proqramla başlanıb. Şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şəhərin qonaqlarının, yerli və xarici turistlərin iştirak etdikləri tədbirdə musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bayram tədbiri daha sonra qədim memarlıq abidəsi olan “Qala divarları”nın həyətində davam etdirilib. Bayram tonqalı alovlandırıldıqdan sonra kəndirbaz və pəhləvanlar öz məharətlərini nümayiş etdiriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.
Sonra bayram iştirakçıları qoruğun ərazisindəki V-VI əsrlərə aid Dairəvi məbədin həyətində qol güləşçilərinin yarışını, qədim adət-ənənələrdən sayılan xoruz döyüşünü izləyib, Şəki şəhər 2 və 4 saylı uşaq musiqi məktəblərinin, tarix-diyarşünaslıq muzeyinin qarşısında isə şəhər 3 saylı uşaq musiqi məktəbinin folklor və rəqs kollektivlərinin maraqlı konsert proqramına tamaşa edib, çay süfrəsinə qonaq olub, Novruz təamlarından dadıblar. Bayram tədbiri daha sonra XVIII əsrə aid tarixi memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində uşaq incəsənət məktəbi kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5010  |  
  • Tarix:  23-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sabitliyin möhkəmləndirilməsi dövlətin və hər bir vətəndaşın işi olmalıdır

15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır
15 Fevral 16:39
Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq
15 Fevral 16:21
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15 Fevral 16:16
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalanda vətəndaşları qəbul edib
15 Fevral 16:12
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək
15 Fevral 15:58
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15 Fevral 15:40
Ötən il Yevlaxda 53,7 milyon manatlıq tikinti-quruculuq işləri aparılıb
15 Fevral 15:34
Professor Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
15 Fevral 15:15
ABŞ-ın Enerji Administrasiyası: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
15 Fevral 15:04
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
15 Fevral 14:51
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
15 Fevral 14:47
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
15 Fevral 14:38
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15 Fevral 14:25
Elman Məmmədov: Nikol Paşinyan hələ də nəticə çıxara bilməyib
15 Fevral 14:23
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır
15 Fevral 14:19
Ekologiya və təbii sərvətlər naziri Beyləqanda vətəndaşları qəbul edib
15 Fevral 14:16
“The Korea Times” qəzetində Azərbaycanın xarici işlər nazirinin müsahibəsi dərc olunub
15 Fevral 14:16
Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb
15 Fevral 14:12
Ötən il Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb
15 Fevral 14:04
Mədəniyyət Nazirliyi ilə “British Council” arasında niyyət sazişi imzalanıb
15 Fevral 12:57
Saatlıda ötən il görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
15 Fevral 12:54
Malayziya-Azərbaycan parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Fevral 12:41
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü VII Qlobal Bakı Forumunda iştirak edəcək
15 Fevral 12:40
YAP Gənclər Birliyinin nümayəndəsi Moskvada «Единая Россия»nın gənc qvardiyaçılarının IX Qurultayında iştirak edib
15 Fevral 12:36
Təhsil naziri: Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
15 Fevral 12:31
YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
15 Fevral 12:24
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15 Fevral 12:22
Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib
15 Fevral 12:21
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək
15 Fevral 12:01
Azərbaycanda ilk dəfə rayon icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb
15 Fevral 11:44
Reyhan Camalova ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək
15 Fevral 11:30
Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
15 Fevral 11:12
Əqli Mülkiyyət Agentliyi biznes sektorunun nümayəndələri üçün təlimlər təşkil edəcək
15 Fevral 11:07
Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb
15 Fevral 11:03
Qusarda son üç ildə 3 min 238 hektar yeni fındıq bağları əkilib
15 Fevral 10:48
Azərbaycan İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis olundu
15 Fevral 10:40
Hikmət Babaoğlu: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
15 Fevral 10:22
Ceyhun Bayramov: Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır
15 Fevral 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
15 Fevral 09:38
Prezident İlham Əliyevdən tələbə gənclərə mühüm dəstək
15 Fevral 09:37
Azərbaycanda dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub
15 Fevral 09:33
Azərbaycan xalqı Prezident İlham Əliyevə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir
15 Fevral 09:32
Xəzər rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
15 Fevral 09:31
Abbas İsmayılov: Xocalı soyqırımı kimi dəhşətli cinayətə göz yummaq böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
15 Fevral 09:31
Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
15 Fevral 09:29
Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır
15 Fevral 09:28
“Xocalı - şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərində nəşr olunub
15 Fevral 09:28
Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq
15 Fevral 09:27
Bakcell və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib
15 Fevral 09:23
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşüblər
15 Fevral 09:23
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA