Ana səhifə »  KİVDF »  Son 15 ildə Azərbaycanda 20-dən artıq su mənbəyinin yaradılması böyük nailiyyətdir
A+   Yenilə  A-
Son 15 ildə Azərbaycanda 20-dən artıq su mənbəyinin yaradılması böyük nailiyyətdir

Respublikanın şəhər və kəndlərində reallaşdırılan layihələr hesabına ölkə üzrə fasiləsiz içməli su ilə təminat 2004-cü ildəki 26 faizdən 2017-ci ildə 67 faizə çatdırılıb
Son illərdə Azərbaycanda intensiv şəkildə reallaşdırılan su layihələri bütün ölkə boyu müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində respublikanın 50 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası həyata keçirilir. Ötən müddətdə bu şəhərlərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da su şəbəkələrinin inşası uğurla başa çatıb.
Kənd yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə yeni layihələr icra olunub. 2004-2017-ci illərdə 20-dən artıq su mənbəyi yaradılıb, 1390 km-i magistral olmaqla 9230 km su kəmərləri, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 300-dən artıq subartezian quyusu qazılaraq istismara verilib. Həyata keçirilən bu layihələr sayəsində ölkə üzrə əhalinin içməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Respublikamızda qəbul edilən müvafiq Strateji Yol Xəritəsinə uyğun olaraq perspektivdə ölkənin şəhər və kəndlərində əhalinin içməli su təchizatının daha yüksək səviyyəyə qaldırılması hədəflənib. Qarşıya qoyulan vəzifə uğurla yerinə yetirilir. 2018-ci ilin əvvəlindən respublikanın daha bir neçə yaşayış məntəqəsində su layihələrinin icrası tamamlanıb.
Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb
Cari ildə respublikamızda reallaşdırılan su layihələrindən biri Mingəçevir şəhərində tamamlanıb. Prezident İlham Əliyevin də regionlara növbəti səfəri çərçivəsində qatıldığı Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Şəhəri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özüaxımlı rejimdə ötürüləcək. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir. Gələcəkdə bu qurğudan Yevlax şəhərinə və əhalisi 8500 nəfər olan 7 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir su anbarından Yevlax şəhərinə 35 kilometr uzunluğunda yeni magistral kəmərin və hər birinin tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib. Artıq magistral kəmərin Kür çayının keçidinə qədər olan 2,8 kilometrlik hissəsi tikilərək hazır vəziyyətə gətirilib.
Layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb, 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub. Sayğaclaşdırma işləri davam etdirilir. Hazırda şəhər əhalisi yeni qurğuda təmizlənən və yeni çəkilmiş şəbəkə vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunur.
Mingəçevir şəhərinin kanalizasiya sistemi də yenidən qurulur
Verilən məlumata əsasən, şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan üç nasos stansiyası quraşdırılıb və işlək vəziyyətə gətirilib. Gələcəkdə şəbəkə üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı saatda 3256 kubmetr olan dörd yeni kanalizasiya nasos stansiyasının inşası da nəzərdə tutulur. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr olacaq qurğuda təmizlənərək kənarlaşdırılacaq. 2015-ci ildə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərində 41 kilometr içməli su, 30 kilometr kanalizasiya xətləri, üç kanalizasiya nasos stansiyası inşa olunub. Bu nasos stansiyaları hesabına Kür çayının sol sahilində 13, sağ sahilində isə 8 nöqtədə təmizlənmədən çaya axıdılan tullantı sularının qarşısı alınıb.
Bildirilib ki, Mingəçevir şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə mərhələlərlə yaradılıb. Şəhərin içməli su təchizatı Mingəçevir su anbarı, Kür çayı və Qarabağ kanalı hesabına aparılırdı. Şəhərdə mövcud olmuş 175 kilometr uzunluğunda içməli su şəbəkəsi bütün istehlakçıları əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. İçməli su fasilələrlə verilirdi. Əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyirdi. Mingəçevirdə mövcud olmuş kanalizasiya şəbəkəsi də şəhəri tam əhatə etmirdi və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüşdü. Məhsuldarlığı sutkada 15 min 300 kubmetr olan tullantı sutəmizləyici qurğunun fəaliyyəti 1985-ci ildən dayandırılmışdı.
Füzuli rayonunun Kərimbəyli kəndinin içməli su problemi həll edilib
Respublikamızda cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin kommunal xidmətlərlə təchizatı xüsusi diqqət mərkəzində saxlanılır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata əsasən, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncama uyğun olaraq Füzuli rayonunun Kərimbəyli kəndinin içməli su problemi həll edilib. Bu münasibətlə Novruz bayramı ərəfəsində kənddə tədbir keçirilib.
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son illər rayonda həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat verib. Bildirib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, o cümlədən Kərimbəyli kəndinin kommunal xidmətlərlə təminatı dövlət tərəfindən həmişə diqqətdə saxlanılıb. Sovet dövründə Kərimbəyli kəndində su xətləri çəkilib, ümumi istifadə üçün bulaqlar quraşdırılıb. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində kənddəki yaşayış evləri və kommunal infrastruktur dağıdılıb. 1994-cü ilin yanvarında uğurlu Horadiz əməliyyatı nəticəsində kənd işğaldan azad olunub. Ötən illərdə kəndin sosial və kommunal infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülüb. Novruz bayramı ərəfəsində kənddə yeni su təchizatı sistemlərinin açılışı sakinlər üçün əsl bayram hədiyyəsi olub.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, indiyədək Ağdam, Tərtər, Goranboy, Qazax, Füzuli, Tovuz və digər rayonların cəbhə xəttinə yaxın kəndlərində içməli su layihələri icra edilib. Kərimbəyli kəndində su təchizatı sisteminin qurulması ilə “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində layihələrin icrası tam başa çatdırılıb. S.Seyidov kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatı layihələrinin 2018-ci ildə də davam etdiriləcəyini bildirib.
Açılış mərasimində iştirak edən kənd sakinləri bildiriblər ki, uzun illər içməli suya olan tələbatlarını həyətyanı sahələrindəki quyular hesabına və ya daşıma yolu ilə ödəyirdilər. Yeni layihənin icrası bu problemi birdəfəlik həll edib.
Layihəyə əsasən, Füzuli rayonunun Kərimbəyli kəndini içməli su ilə təmin etmək üçün 1 ədəd subartezian quyusu qazılıb, su mənbəyində nasos, transformator və elektrik xətləri quraşdırılıb. Kənddə mövcud olmuş hər birinin turumu 500 kubmetr olan 2 ədəd su anbarı əsaslı təmir edilib. Kərimbəyli kəndində müxtəlif diametrli polietilen borularla 6,5 km uzunluğunda su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 32 ədəd bulaq quraşdırılıb. Bu layihə kəndin 2 minə yaxın sakininin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.
Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.
Mübariz ABDULLAYE

 
  • Oxunub:  3270  |  
  • Tarix:  24-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA