Ana səhifə »  KİVDF »  Azərbaycanda regional sənaye quruculuğu uğurla həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda regional sənaye quruculuğu uğurla həyata keçirilir

Tarixən bölgələrdə formalaşan ənənələr və xammal potensialı nəzərə alınmaqla yaradılan sənaye müəssisələrində buraxılan məhsullar həm daxili tələbatın ödənilməsinə yönəldilir, həm də “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılır
Azərbaycanın regional inkişaf strategiyasında sənaye quruculuğu mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası çərçivəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur qurulub - rahat yollar çəkilib, yeni generasiya gücləri yaradılıb, genişmiqyaslı qazlaşdırma həyata keçirilib, yeni su layihələri icra edilib. Paralel şəkildə bölgələrdə sənaye təyinatlı istehsalatların yaradılması təşviq edilir, qanunvericilik bazası ardıcıl şəkildə möhkəmləndirilir. Bütün bunlar investorlar üçün cəlbedici amillərə çevrilib. Onlar yaradılan şəraitdən bəhrələnərək ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılmasına böyük maraq göstərirlər. Son 15 ildə yerli və xarici investorların sərmayələri hesabına Bakıətrafı qəsəbələrdə və ölkənin digər bölgələrində onlarca istehsal müəssisəsi yaradılıb. Tarixən bölgələrdə formalaşan ənənələr, xammal potensialı və əmək ehtiyatları nəzərə alınmaqla yaradılan bu müəssisələr bir qayda olaraq ən müasir standartlar səviyyəsində qurulur. Hazır məhsul həm daxili tələbatın ödənilməsinə yönəldilir, həm də “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılır.
Sumqayıtda yaradılan Kimya Sənaye Parkı 505,6 hektar ərazini əhatə edir
Son illərdə Sumqayıtda işə salınan yeni müəssisələr bu şəhərin sənaye potensialından daha səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar açıb. Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq yaradılan Sumqayıt Kimya Sənaye Parkı özündə müxtəlif təyinatlı müəssisələri birləşdirir. Hazırda Parkda istehsalat və tikintidə 5700 nəfərdən çox işçi çalışır.
Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,6 hektardır. Ərazidəki köhnə binalar və qurğular sökülüb, parkın müasir tələblərə cavab verən infrastrukturunun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. Sumqayıt Kimya Sənaye Parkında həmçinin inzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.
Parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azad olunublar. Rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. Artıq 16 müəssisəyə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Burada 2013-cü ildən fəaliyyətə başlayan “Azertexnolayn” MMC-də Türkiyə, Almaniya və Çin texnologiyası əsasında polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir. Parkın rezidentlərindən biri olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. 2017-ci ilin dekabr ayında fəaliyyətə başlayan müəssisədə il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksəkkeyfiyyətli sürtkü yağlarının istehsalı nəzərdə tutulub.
“MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.
“Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İtaliya texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.
Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. “Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək. “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün fabrikində ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub. Ötən ildən fabrikin tikintisinə start verilib.
SOCAR karbamid zavodunda ildə 650-660 min ton azot gübrəsi istehsal ediləcək. Hazırda layihə üzrə tikinti-quraşdırma işləri davam etdirilir və bu işlərə 1800 nəfər cəlb edilib. Bu, Sənaye Parkında həyata keçirilən ən iri investisiya layihəsidir. “SumPlast” Məhdud Məsuliyyətli Cəmiyyəti sənayedə istifadə üçün polimerdən beynəlxalq standartlara cavab verən kisə və torbaların istehsalını həyata keçirəcək. Layihənin növbəti mərhələsində polipropilendən böyük ölçülü toxunma torbaların və konteynerlərin istehsalı planlaşdırılır.
Sumqayıt Kimya Sənaye Parkının infrastruktur təminatı üçün bir sıra layihələr reallaşdırılıb. Burada 67 MVt gücündə 110/35/6.3 kV-luq yarımstansiyanın inşası başa çatdırılıb. Yarımstansiyanı qidalandırmaq üçün 500 MVa gücündə olan Sumqayıt Elektrik Stansiyasından 110 kV-luq ikidövrəli kabel hava xətti çəkilib, müasir tələblərə cavab verən avadanlıqlar, o cümlədən yerli “ATEF” MMC tərəfindən istehsal olunan 80 MVa-lıq 2 güc transformatoru quraşdırılıb. Parkın kabel şəbəkəsi də “STP” MMC-dən alınmaqla bütünlükdə yerli məhsullar hesabına təmin edilib. Mərkəzləşdirilmiş SCADA sisteminə qoşulan yarımstansiyanın yaradılmasında əsas məqsəd Sənaye Parkındakı müəssisələri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir.
SKSP-də Data Mərkəzin yaradılmasına 60 milyon dollar vəsait yönəldilib
Sumqayıt Kimya Sənaye Parkının (SKSP) mühüm obyektlərindən biri ötən il Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Data Mərkəzdir. Mərkəz parkın rezidenti “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi əsasında yaradılıb. Ümumi investisiya dəyəri 60 milyon ABŞ dolları olan Data Mərkəzdə yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlarından istifadə edilib. Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq, bu sahədə innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə, ixracyönümlü layihələrin icrasına nail olmaq və bu sahəyə xarici investisiyaları cəlb etməkdir. Müəssisə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət göstərəcək. Burada nəzarət və digər sistemlərin idarə edilməsi dördnövbəli iş rejimi ilə bütün sutkanı əhatə edəcək.
Bu cür Mərkəzin açılması ölkəmizdə yüksək texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə, yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə və informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək. Layihə çərçivəsində gələcəkdə Azərbaycan ərazisindəki müxtəlif mərkəzlərdə yüksək məhsuldarlıqlı hesablama mərkəzlərinin yaradılması planlaşdırılır. Qeyd olunan hesablama mərkəzləri əməliyyatların uçotunun aparılması üçün elektron kitab funksiyasını yerinə yetirən blokçeyn texnologiyaları əsasında istənilən növ paylanmış reyestrlərin tranzaksiyalarının təsdiqi və müdafiəsi əməliyyatları üzrə etibarlı infrastruktur yaradacaq. Blokçeyn sistemi iştirakçılar tərəfindən keçirilmiş bütün tranzaksiyalar haqqında informasiyanı özündə saxlayan şəffaf paylanmış məlumatlar bazasıdır.
Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq
Ölkəmizdə müasir çağırışlara uyğun olaraq yeni sənaye quruculuğu çərçivəsində “yaşıl iqtisadiyyat”ın inkişafı da diqqət mərkəzində saxlanılır. Bakıətrafı ərazidə 7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkının istifadəyə verilməsi ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişafında yeni bir mərhələ açıb. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı müvafiq Sərəncam əsasında Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Balaxanı Sənaye Parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılmış istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Bundan başqa, Balaxanı Sənaye Parkında rezidentlər üçün xarici və daxili infrastruktur qurulub, yol salınıb, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkilib, lazımi kommunikasiya sistemi yaradılıb, istehsal sahələri, o cümlədən ümumi sahəsi 12 min kvadratmetr olan anqar tipli 15 istehsalat binası tikilib. Sənaye Parkının Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, həmçinin əsas nəqliyyat qovşağına yaxın olması logistika, xammal və enerji təchizatına, eləcə də istehsal olunmuş məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır. Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb.
Sənaye Parkının rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə ixtisaslaşıb. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksəkkeyfiyyətli plastik qırıntıların xarici ölkələrə ixracı da nəzərdə tutulur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsalı planlaşdırılır.
Balaxanı Sənaye Parkında rezident kimi qeydiyyata alınan “Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə ixtisaslaşıb. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Bu güzəştli kredit hesabına Türkiyə və Çindən emal avadanlıqları alınıb. Yeni yaradılan müəssisədə işlənmiş mühərrik yağlarını texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88 faiz həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür.
Balaxanı Sənaye Parkının daha bir rezidenti isə fərdi sahibkar Etibar Eminovun “Çapar” poliqrafiya müəssisəsidir. Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır, illik istehsal gücü 348 tondur.
Balaxanı Sənaye Parkında qeydiyyata alınan “METAK” MMC tullantı plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğuldur. Ümumi investisiya dəyəri 17 milyon manat olan “METAK” MMC-nin bu layihəsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Güzəştli kredit vəsaiti hesabına Avropa, Türkiyə və Çindən alınmış istehsal xətləri Sənaye Parkında quraşdırılıb. Müəssisənin illik istehsal gücü 12 min tondur.
Sənaye Parkında fəaliyyət göstərən “FORİELLA” MMC isə süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə ixtisaslaşıb. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin yaradılmasına dövlət tərəfindən dəstək verilib. Belə ki, bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondundan 2 milyon manat güzəştli kredit ayrılıb. Müəssisənin illik istehsal gücü 3 min dəst qonaq, yataq, mətbəx mebelləri, 100 min ədəd stul, 10 min masa təşkil edir.
Hazırda sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilir. Artıq polietilen və polipropilen tullantılarının, kartriclərin təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə sahibkarlar Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün müraciət ediblər. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, daha 6 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış 5 rezident 2018-ci il ərzində fəaliyyətə başlayacaq.
İmişlidə iki yem emalı müəssisəsi istifadəyə verilib
İqtisadiyyat Nazirliyindən bildirilib ki, İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələri fəaliyyətə başlayıb.
Bununla əlaqədar nazirliyin təşkilatçılığı ilə keçirilmiş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən hər iki müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb. İmişli rayon İcra Hakimiyyəti başçısının müavini Valid Ağayev yem emalı müəssisələrinin istifadəyə verilməsinin Nurulu və Şahverdili kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Bricit Voker birgə layihə çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin regionların inkişafına töhfə olduğunu bildirib.
Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər
Ölkəmizdə regional sənaye quruculuğu strategiyası çərçivəsində bölgələrdə sənaye məhəllələrinin yaradılmasına başlanılıb. 2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsində hazırda sənaye, qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Ümumi dəyəri 45,3 mln. manat olan bu layihələr 500-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verir.
Hazırda daha bir ünvanda - Masallıda növbəti Sənaye Məhəlləsinin tikinti işləri sürətlə aparılır. Sahibkarlar Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Bu barədə Masallı Sənaye Məhəlləsinin inzibati binasında iş adamları ilə keçirilən görüşdə bildirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətindən danışıb. İqtisadiyyat Nazirliyinin rəsmisi sənaye məhəllələrinin regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafına, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasına, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsinə, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasına, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara çıxarılmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğısından bəhs edib, Masallı Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini qeyd edib. “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev Masallı Sənaye Məhəlləsində görülmüş işlər, tikintisi davam etdirilən infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılan istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Qeyd edilib ki, Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri infrastrukturun qurulması işlərinin birinci mərhələsi başa çatdırılıb, hazırda son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə ümumi sahəsi 7500 m2-ə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlkin olaraq Sənaye Məhəlləsində 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq. Müəssisələrin bu ilin aprelində fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda tikintidə 200 nəfər çalışır. Sənaye Məhəlləsində birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq.
Hacıqabul Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir
Daha bir Sənaye Məhəlləsinin təşkilinə Prezident İlham Əliyevin 25 iyul 2017-ci il tarixli müvafiq Sərəncamı əsasında Hacıqabul rayonunda başlanılıb. Yeni Sənaye Məhəlləsi 20 hektar ərazidə yaradılır.
Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Artıq “ATEF Sənaye Kompleksi” MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb. Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsini 2018-ci ilin III rübündə başa çatdırmaq nəzərdə tutulub.
Hacıqabul Sənaye Məhəlləsində ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6100 m2 olan 4 istehsal sahəsi, 937,8 m2 sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4200  |  
  • Tarix:  28-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

11:00
19 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 89 faizində torpaq örtüyü bərpa olunub
10:53
19 Yanvar
Aureliya Qriqoriu: 1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
10:51
19 Yanvar
Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib
10:32
19 Yanvar
Çində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:22
19 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edir
10:21
19 Yanvar
Avropa Parlamentində qəbul edilmiş məlum “qətnamə” heç bir hüquqi qüvvəyə malik deyil və Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
10:16
19 Yanvar
Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni imkanlar açır
10:12
19 Yanvar
20 Yanvar xalqımızın milli oyanış tarixinin şanlı səhifəsidir
10:10
19 Yanvar
YAP Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib
10:07
19 Yanvar
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2019-cu ildə ilk uğurları
10:03
19 Yanvar
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
10:01
19 Yanvar
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir
20:20
18 Yanvar
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
20:07
18 Yanvar
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
20:00
18 Yanvar
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
19:54
18 Yanvar
Azərbaycan ilə Pakistan arasında ali təhsil sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
19:43
18 Yanvar
“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb
19:22
18 Yanvar
Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
19:10
18 Yanvar
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
19:08
18 Yanvar
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
19:00
18 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18:36
18 Yanvar
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib
18:30
18 Yanvar
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
18:11
18 Yanvar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
18:00
18 Yanvar
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
17:58
18 Yanvar
Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
17:54
18 Yanvar
Qanlı şənbədən istiqlala
17:42
18 Yanvar
Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər
17:39
18 Yanvar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
17:38
18 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir
17:30
18 Yanvar
20 Yanvar şəhidlərin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
17:28
18 Yanvar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
17:26
18 Yanvar
Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər
17:21
18 Yanvar
Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
17:14
18 Yanvar
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
17:10
18 Yanvar
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
16:55
18 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
16:40
18 Yanvar
Deputat: Avropa Parlamentinin qətnaməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirir
16:39
18 Yanvar
BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib
16:28
18 Yanvar
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
15:58
18 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
15:52
18 Yanvar
“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
15:47
18 Yanvar
Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
15:46
18 Yanvar
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
15:44
18 Yanvar
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir
15:42
18 Yanvar
"Anti-Azərbaycan qətnaməsinin əsas səbəbi Dağlıq Qarabağla bağlıdır"
15:40
18 Yanvar
Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir
15:36
18 Yanvar
"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"
14:59
18 Yanvar
Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
14:31
18 Yanvar
Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
14:24
18 Yanvar
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
14:18
18 Yanvar
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
14:14
18 Yanvar
Dövlət Statistika Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:12
18 Yanvar
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
14:09
18 Yanvar
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
14:07
18 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
14:05
18 Yanvar
Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir
12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə-1 +1