Ana səhifə »  KİVDF »  Regionlarda sosial infrastruktur quruculuğu geniş vüsət alıb
A+   Yenilə  A-
Regionlarda sosial infrastruktur quruculuğu geniş vüsət alıb

Son 15 ildə bütün ölkə boyu 642 tibb ocağı, 3 mindən çox məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub
Azərbaycanda 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması, aparılan islahatlar, neft gəlirlərindən səmərəli istifadə olunması, ölkəyə investisiya axınının artması respublikada milli iqtisadiyyatın 3 dəfədən çox genişlənməsini, strateji valyuta ehtiyatlarının 23 dəfə artaraq 44 milyard dollara çatmasını təmin edib. Öz növbəsində, ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, o cümlədən də bütün ölkə boyu müasir sosial infrastruktur quruculuğuna yönəldilir. Son 15 ildə respublikanın bütün bölgələrində ən yüksək standartlar səviyyəsində çoxlu sayda sosial infrastruktur obyektləri tikilib ki, bu da ən ucqar kəndlərdə belə əhalinin kommunal rahatlıqlara, müxtəlif xidmətlərə əlçatanlığını təmin edir.
Yenidən qurulan səhiyyə müəssisələrində insanlara yüksək səviyyəli xidmət göstərilir
Azərbaycanda reallaşdırılan dərinməzmunlu sosial siyasətin mühüm bir istiqaməti ölkədə əhaliyə göstərilən tibb xidmətinin səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir. Ötən ildən etibarən respublikanın bölgələrində tibbi sığorta sisteminin tətbiqi ilə bağlı pilot layihələrin icrasına start verilib. İlkin olaraq Yevlaxda və Mingəçevirdə reallaşdırılan bu layihələr çərçivəsində müsbət nəticələr əldə olunub.
Ölkənin səhiyyə sistemində dövlət başçısının siyasi iradəsi əsasında aparılan islahatlar həmçinin tibb müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasını əhatə edir. Müəyyənləşdirilən bu kursa uyğun olaraq ötən 15 ildə bütün ölkə boyu 642 tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür.
Ötən il ölkə üzrə otuz tibb müəssisəsi tikilib və yaxud əsaslı təmir edilib. 2017-ci ildə yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilən tibb ocaqlarından biri Neftçala rayon Mərkəzi Xəstəxanasıdır. Prezident İlham Əliyev 2017-ci ilin sentyabrında regionlara səfəri çərçivəsində bəhs olunan xəstəxananın əsaslı şəkildə yenidən qurulmasından sonra istifadəyə verilməsi mərasimində şəxsən iştirak edib və burada yaradılan şəraitlə tanış olub. Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkündür.
Ötən il həmçinin Masallı rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra qapılarını yerli sakinlərin üzünə açıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir. 206 həkim, 454 orta tibb işçisi, 326 kiçik tibb işçisi olmaqla, ümumilikdə xəstəxanada 986 tibb işçisi çalışır. Tibb müəssisəsi 223 min əhaliyə lazımi tibbi xidmət göstərir.
2018-ci ildə bir sıra rayon mərkəzi xəstəxanalarının inşasının başa çatdırılması nəzərdə tutulub
Cari ilin sonunadək Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatdırılacaq. Bu barədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məlumat verilib. Paralel şəkildə Füzuli rayonunda və Qəbələ şəhərində də rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaq. Prezident İlham Əliyev cari il mart ayının 19-da Goranboy rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Goranboy rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon (iyirmi iki milyon üç yüz əlli min) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.
Ölkədə sosial məsələlərin həllinə böyük önəm verən Prezident İlham Əliyev cari ilin mart ayında həmçinin Quba rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Quba rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Səhiyyə Nazirliyinə 7,55 milyon (yeddi milyon beş yüz əlli min) manat vəsait ayrılıb.
Regionlarda əhalinin pulsuz tibbi müayinəsi uğurla davam edir
Ölkə miqyasında Prezident İlham Əliyevin tapşırığı əsasında aparılan əhalinin pulsuz tibbi müayinəsi aksiyası da böyük sosial əhəmiyyət daşıyır. Bu aksiya çərçivəsində hər il təxminən 5 milyon insan pulsuz tibbi müayinədən keçirilir.
Hazırda ölkə üzrə əhalinin növbəti dəfə pulsuz tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam edir. Artıq Şamaxı rayonunun bir sıra yaşayış məntəqəsində humanist aksiya başa çatıb. Rayon mərkəzi xəstəxanasından bildirilib ki, tibbi müayinələrdən keçməli olan 71 min 545 nəfərdən son günlərədək 24 min 857-si bu aksiyadan yararlanıb. Müayinə edilənlərin 3567 nəfəri ambulator, 119 nəfəri stasionar müalicəyə cəlb olunub, 93 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 66 nəfər isə ixtisaslaşdırılan tibb müəssisələrinə göndərilib.
Respublikanın digər bölgələrində olduğu kimi, İmişlidə də əhalinin kütləvi dispanserizasiyası uğurla həyata keçirilir. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində, eləcə də laboratoriyada insanların tibbi müayinəsi üçün lazımi imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 15 peşəkar həkim briqadası fəaliyyət göstərir. Artıq 19 yaşayış məntəqəsi, 36 təşkilat və müəssisədə müayinələr başa çatıb.
Humanitar aksiya rayon üzrə 95 min 754 nəfəri əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Səyyar həkim briqadaları bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Regionlarda təhsil infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır
Yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 15 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkədə təkcə 2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.
Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. 2017-ci ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib.
Modul tipli məktəblərin quraşdırılması bir çox cəhətdən əlverişlidir. Belə ki, quraşdırılması istənilən relyef şəraitində mümkün olan belə məktəblərin inşası tez və ucuz başa gəlir. Onu da vurğulamaq yerinə düşər ki, artıq modul tipli məktəblərin hissələri respublikamızda istehsal olunur. Ötən il Prezident İlham Əliyevin regionlara səfəri çərçivəsində istifadəyə verilən Neftçala Sənaye Məhəlləsində modul tipli məktəblərin quraşdırılması üçün müvafiq istehsalat yaradılıb.
Bölgələrdə yeni modul tipli məktəblərin quraşdırılmasına başlanılıb
Regionlarda qəzalı vəziyyətdə olan azkomplektli məktəblərin əvəzinə yeni modul tipli məktəblərin quraşdırılması cari ilin əvvəlindən intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyevin 2018-ci il fevralın 2-də imzaladığı müvafiq Sərəncama əsasən, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon 870 min manatı Təhsil Nazirliyinə ayrılıb.
Modul tipli məktəblər həmçinin respublikanın cənub regionunda da quraşdırılacaq. Prezident İlham Əliyev 2018-ci il mart ayının 21-də Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən qeyd olunan rayonlarda cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin quraşdırılması məqsədi ilə Təhsil Nazirliyinə 4 942 000 (dörd milyon doqquz yüz qırx iki min) manat ayrılıb.
Elə bu günlərdə isə Prezident İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Sənədə əsasən qeyd olunan rayonlarda 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə Təhsil Nazirliyinə 4 172 000 (dörd milyon yüz yetmiş iki min) manat vəsait ayrılıb. Sərəncama əlavə olunan siyahıda qeyd edildiyi kimi, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6000  |  
  • Tarix:  30-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA