Ana səhifə »  KİVDF »  Azərbaycanda sahibkarlığın inkişafına güclü dövlət dəstəyi göstərilir
A+   Yenilə  A-
Azərbaycanda sahibkarlığın inkişafına güclü dövlət dəstəyi göstərilir

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi tədbirləri davam etdirilir
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda həyata keçirilən iqtisadi siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Bu məqamda xüsusi olaraq qeyd edək ki, 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün bölgələrinin inkişafına təkan verib. Məhz bu kontekstdə son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılır. Bu layihələr də bölgələrin inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir. Bunlardan biri də “ABAD” layihəsidir. Xəbər verildiyi kimi bir müddət öncə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF), Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Niyyət Protokoluna əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditlərin illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik göstərəcək.
Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qeyd etdiyi kimi, dövlətimizin uğurlu iqtisadi siyasəti ölkədə özəl bölmənin inkişafına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Onun sözlərinə görə, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75 faizi respublikanın regionlarının, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90 faizini isə kiçikhəcmli kreditlər təşkil edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən indiyədək 48 mindən çox sahibkarın iştirak etdiyi 360-dan çox işgüzar forum keçirilib.
Qeyd edək ki, SKMF digər təşkilatlarla da fəal əməkdaşlıq edir. Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı” ASC arasında da əməkdaşlığa dair niyyət protokolu imzalanıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, niyyət protokoluna əsasən, “Azərbaycan Sənaye Bankı” ASC İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kreditlərin şəkər çuğundurunun əkilməsi məqsədilə illik faiz dərəcəsi 3 faizdən artıq olmamaqla verilməsinə vasitəçilik edəcək, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC güzəştli kreditlərin əkinçilik mövsümü ərzində şəkər çuğunduru istehsalçısı olan fermerlərə verilməsini və əldə olunmuş xammalın tədarükünü təmin edəcək.
Bununla bağlı İmişlidə keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, imzalanmış niyyət protokolu üzrə birgə əməkdaşlığın üstünlükləri barədə məlumat verib. Qeyd edilib ki, şəkər çuğundurunun istehsalına ayrılan dövlətin güzəştli kreditləri İmişlidə yerləşən emal müəssisəsinin yerli xammalla təminatını artıracaq, bu sahədə idxaldan asılılığın azalmasına imkan verəcək. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu şəkər çuğunduru istehsalı layihələrinin aşağı faizlə maliyyələşdirilməsini davam etdirəcək.
Ş.Abdullayev qeyd edib ki, şəkər çuğunduru ilə məşğul olan fermerlərə 3 faizlə 7 milyon manat güzəştli kreditlərin verilməsi təmin ediləcək. O bildirib ki, bu, emal sənayesi ilə kiçik sahibkarlar arasında əməkdaşlığın və bu istiqamətdə dövlətin dəstəyinin ən gözəl bir nümunəsi olacaq.
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin direktoru Mehran Məmmədov birliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, şəkər çuğunduru istehsalının artırılmasının məşğulluqda əhəmiyyətini vurğulayıb.
“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan imzalanmış niyyət protokoluna uyğun olaraq şəkər çuğunduru istehsalçılarının investisiya layihələrinin maliyyələşdirilməsinə müvəkkil bank olaraq illik faiz dərəcəsi 3 faizdən artıq olmamaqla güzəştli kreditlər veriləcəyini qeyd edib, istehsalçılarla işgüzar əlaqələrin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azərbaycan Sənaye Bankı” ASC vasitəsilə şəkər çuğunduru istehsalına illik 3 faiz olmaqla 7 milyon manat güzəştli kredit verilib. Bu, 1472 fermer tərəfindən 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsinə imkan verir. Daha aşağı faizlə güzəştli kreditlərin verilməsi kiçik və orta sahibkarlığın inkişafına əlavə stimul verməklə yanaşı, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ilə şəkər çuğunduru istehsalçıları arasında biznes əlaqələrinin inkişafında və təsərrüfatların genişləndirilməsində əhəmiyyətli olacaq.
İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun fevralın 16-da Salyan rayonunda keçirdiyi işgüzar forumda isə müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 343 min manat güzəştli kredit verilib. İşgüzar forumda sahibkarlara fond tərəfindən Salyan rayonunun iqtisadi potensialına uyğun olaraq, istixana kompleksinin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, bu tədbirdə verilən kreditlər də daxil olmaqla Salyan rayonunda indiyədək 417 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat güzəştli kredit ayrılıb.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda və istixana kompleksində aparılan işlərə baxış keçirilib.
Bu tədbirlər çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə isə 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq və bağçılıq sahələrinin inkişafına, logistik mərkəzin tikintisinə və genişləndirilməsinə yönəldiləcək ki, bunun nəticəsində də 80-dən çox yeni iş yeri açılacaq. Güzəştli kreditlər sahibkarlara martın 30-da, Qusar rayonunun Yuxarı Zeyxur kəndində keçirilən işgüzar forum çərçivəsində təqdim olunub.
Forumda qeyd edilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə danışıb. Bildirilib ki, 2018-ci ilin ötən dövründə sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5 min 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Ümumilikdə, bu tədbirdə verilən kreditlər də daxil olmaqla, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 189,1 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Qusar rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış 400 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının və tutumu 12 min ton olan logistik mərkəzin daxil olduğu kompleksə baxış keçirilib. Kompleksdə ötən il istehsal olunan meyvə Rusiya, Qazaxıstan, BƏƏ və Gürcüstana ixrac edilib. Hazırda Qətər, Əfqanıstan, Pakistan, Şri-Lanka və s. ölkələrlə danışıqlar aparılır. Bu kompleks fəaliyyətini genişləndirərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən istehsal olunan məhsulların tədarükü, çeşidləmə və qablaşdırma, məhsulların saxlanması, satışının təşkili, nəqliyyat, sertifikatlaşdırma, gömrük və digər xidmətləri göstərəcəkdir ki, bu da yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdıracaq.
Nardar BAYRAMLI

 
  • Oxunub:  5340  |  
  • Tarix:  05-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA