Ana səhifə »  KİVDF »  Regionlarda yeni iş yerlərinin yaradılması böyük sosial əhəmiyyət daşıyır
A+   Yenilə  A-
Regionlarda yeni iş yerlərinin yaradılması böyük sosial əhəmiyyət daşıyır

2004-cü ildən bəri respublika üzrə 1,9 milyon yeni iş yerləri açılıb ki, onların da böyük əksəriyyəti bölgələrin payına düşür
Son 15 ildə Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənən və 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları Azərbaycanın bütün bölgələrinin tarazlı və dinamik inkişafında mühüm rol oynayıb. Müvafiq Dövlət proqramları həmçinin ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həlli baxımından da böyük aktuallıq daşıyır. Dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin infrastruktur təminatının güclənməsi və iqtisadi aktivliyin artması öz növbəsində bütün ölkə miqyasında çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da bildirildiyi kimi, 2004-cü ildən bəri respublika üzrə 1,9 milyon yeni iş yerləri açılıb ki, onların da böyük əksəriyyəti bölgələrin payına düşməklə daimidir.
Regionlarda yaradılan yeni sənaye müəssisələrində insanlar layiqli iş yerləri ilə təmin olunurlar
Azərbaycanın konseptual əsaslara söykənən regional inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi sənaye quruculuğu müəyyənləşdirilib. Ölkənin sənaye xəritəsi regionlara doğru genişlənir. Son 15 ildə respublikamızda bölgələrin əmək resursları, ənənələri, iqtisadi potensialı və bu kimi digər mühüm amillər əsas götürülməklə çoxlu sayda sənaye istehsalatları yaradılıb. Yerli və xarici investorların sərmayələri hesabına yaradılan bu müəssisələr, bir qayda olaraq, ən müasir standartlar səviyyəsində qurulur. Həmin müəssisələrdə əsasən yerli xammaldan hazırlanan yüksək keyfiyyətli məhsullar həm daxili tələbatın ödənilməsinə yönəldilir, həm də “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxardılır.
Regionlarda fəaliyyətə başlayan sənaye təyinatlı istehsalatlar həmçinin regionlarda fəal məşğul əhalinin əmək bazarına inteqrasıyasına geniş imkanlar açıb. Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib. Sənaye Parkında ötən il Prezident İlham Əliyevin iştirakı ilə açılan və 2018-ci ildə istifadəyə veriləcək istehsalatlarda 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Qeyd edək ki, cari ilin fevral ayında Mingəçevir Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlayıb və həmin müəssisələrdə 700-dən çox insan işlə təmin olunub.
2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Neftçalada sənaye məhəlləsi istifadəyə verilib. Hazırda Neftçala Sənaye Məhəlləsində layihələrinin ümumi dəyəri 45 milyon manat təşkil edən 9 rezident, o cümlədən avtomobil, balıq yemi və digər yemlər, balıq konservləri, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları və modul tipli məktəb binaları üçün konstruksiyalar istehsalı və digər sahələr üzrə məşğul olan sahibkarlar fəaliyyət göstərirlər. Məhəllədə həmçinin kiçik sahibkarlar üçün emalatxanalar da yaradılıb. Bütövlükdə, Sənaye Məhəlləsində 500-dən çox daimi iş yerinin açılması üçün zəmin yaranıb.
Hazırda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Masallı və Hacıqabul rayonlarında yeni sənaye məhəllələri yaradılır. Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi sahəsi 7500 m2-ə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Sənaye məhəlləsinin tikintisində 200 nəfər çalışır. Burada birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq.
Hacıqabul Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Perspektivdə ölkə üzrə belə sənaye məhəllələrinin sayı daha da artacaq. Prezident İlham Əliyev bildirib ki, respublikanın bütün bölgələrində müasir sənaye məhəllələri yaradılmalıdır.
Aqrar sektorda əmək tutumlu sahələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır
Aqrar sektorda istehsal və ixrac imkanlarının genişlənməsi də regionlarda iqtisadi aktivliyin artmasının göstəricisidir. Son illərdə respublikanın bölgələrində aqrar sektorda əsasən əmək tutumu geniş olan sahələr inkişaf etdirilir ki, bu da böyük sosial əhəmiyyət daşıyır. Baramaçılığın, tütünçülüyün inkişafının təşviq edilməsi, bu sahələrdə çalışanlara dövlət tərəfindən texniki dəstək göstərilməsi, subsidiyaların ayrılması, məhsulun alış qiymətinin artırılması və bu kimi digər tədbirlər insanların Azərbaycanın bölgələri üçün ənənəvi sayılan təsərrüfat sahələrinə marağını artırıb.
Eyni zamanda, regionlarda iri fermer təsərrüfatları, aqroparklar yaradılır. Artıq respublikanın bölgələrində dövlət dəstəyi ilə yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir, həmçinin ölkə üzrə 40-dan artıq aqroparkın yaradılması üzrə işlər intensiv şəkildə davam etdirilir. Bütün bunların da nəticəsində respublikada fəal məşğul əhalinin iş yerləri ilə təmin olunmalarına geniş imkanlar açılıb.
Ölkə üzrə aqrar sektorda əhalinin məşğulluq imkanlarının artırılması baxımından pambıqçılığın inkişafının isə xüsusi əhəmiyyəti var. 2015-ci ilin sonlarından başlayaraq ölkədə pambıqçılığın inkişafı diqqət mərkəzində saxlanılır. İndiyədək Prezident İlham Əliyevin Sədrliyi ilə bölgələrdə pambıqçılığın inkişafı məsələlərinin geniş şəkildə müzakirə edildiyi bir neçə müşavirə keçirilib. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Dövlət xətti ilə böyük həcmdə müasir texnika, o cümlədən yüzlərlə pambıqyığan kombayn alınaraq güzəştli şərtlərlə pambıq istehsalçılarına verilib. Fermerlərin tədarük etdikləri məhsulun satış mexanizmi asanlaşdırılıb. Pambıq əkilən sahələrin gübrə ilə təminatı yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də, demək olar ki, öz üzərinə götürüb. Belə ki, fermerlərə müxtəlif növ gübrələr 70 faiz güzəştlə verilir.
Həyata keçirilən bu kimi tədbirlərin nəticəsi müsbətdir. İki il ərzində ölkədə pambığın tədarükü 35 min tondan 207 min tona çatdırılıb. Başqa sözlə desək, iki il ərzində pambıq istehsalı altı dəfə artıb. Bu da son hədd deyil. Perspektivdə regionlarda pambığın tədarükünün daha da artırılması nəzərdə tutulub.
Ölkədə pambıqçılığın inkişafı iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də böyük sosial əhəmiyyət daşıyır. Bu da pambıqçılığın həm gəlirli, həm də əmək tutumlu sahə olması ilə bağlıdır. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Bərdədə Onun Sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bu sahənin əmək tutumlu olduğuna xüsusi diqqət çəkərək vurğulayıb: “Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.
Özünüməşğulluq proqramı çərçivəsində əldə olunan nəticələr sevindiricidir
Respublikamızda Prezident İlham Əliyevin iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq bu istiqamətdə yeni təşəbbüslər irəli sürülür. Bu baxımdan özünüməşğulluq proqramının reallaşdırılması böyük aktuallıq daşıyır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən start götürən bu aktiv məşğulluq proqramının əhatə dairəsi getdikcə genişlənir. Bu proqram sayəsində ölkə üzrə aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər.
Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib. Onlar dövlət dəstəyindən bəhrələnərək müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik ailə təsərrüfatları yaradıblar. Özünüməşğulluq proqramı çərçivəsində ölkəboyu ailə təsərrüfatlarının yaradılmasına dövlət tərəfindən hərtərəfli dəstək verilir. Ailələr konteynerlərlə, metodik vasitələrlə təmin edilirlər. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 80 faizdən çoxu kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s. ), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. İşsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüfatlarını gözlənilən səviyyədə qurmaları proqramın icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas verir. Dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatları istehsal sahəsində yaxşı nəticələr qazanırlar. Bu təsərrüfatlarda hazırlanan bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər həm yerli sakinlər, həm də ölkəmizə gələn turistlər tərəfindən böyük maraqla qarşılanır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3960  |  
  • Tarix:  06-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sabitliyin möhkəmləndirilməsi dövlətin və hər bir vətəndaşın işi olmalıdır

15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır
15 Fevral 16:39
Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq
15 Fevral 16:21
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15 Fevral 16:16
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalanda vətəndaşları qəbul edib
15 Fevral 16:12
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək
15 Fevral 15:58
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15 Fevral 15:40
Ötən il Yevlaxda 53,7 milyon manatlıq tikinti-quruculuq işləri aparılıb
15 Fevral 15:34
Professor Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
15 Fevral 15:15
ABŞ-ın Enerji Administrasiyası: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
15 Fevral 15:04
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
15 Fevral 14:51
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
15 Fevral 14:47
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
15 Fevral 14:38
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15 Fevral 14:25
Elman Məmmədov: Nikol Paşinyan hələ də nəticə çıxara bilməyib
15 Fevral 14:23
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır
15 Fevral 14:19
Ekologiya və təbii sərvətlər naziri Beyləqanda vətəndaşları qəbul edib
15 Fevral 14:16
“The Korea Times” qəzetində Azərbaycanın xarici işlər nazirinin müsahibəsi dərc olunub
15 Fevral 14:16
Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb
15 Fevral 14:12
Ötən il Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb
15 Fevral 14:04
Mədəniyyət Nazirliyi ilə “British Council” arasında niyyət sazişi imzalanıb
15 Fevral 12:57
Saatlıda ötən il görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
15 Fevral 12:54
Malayziya-Azərbaycan parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Fevral 12:41
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü VII Qlobal Bakı Forumunda iştirak edəcək
15 Fevral 12:40
YAP Gənclər Birliyinin nümayəndəsi Moskvada «Единая Россия»nın gənc qvardiyaçılarının IX Qurultayında iştirak edib
15 Fevral 12:36
Təhsil naziri: Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
15 Fevral 12:31
YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
15 Fevral 12:24
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15 Fevral 12:22
Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib
15 Fevral 12:21
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək
15 Fevral 12:01
Azərbaycanda ilk dəfə rayon icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb
15 Fevral 11:44
Reyhan Camalova ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək
15 Fevral 11:30
Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
15 Fevral 11:12
Əqli Mülkiyyət Agentliyi biznes sektorunun nümayəndələri üçün təlimlər təşkil edəcək
15 Fevral 11:07
Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb
15 Fevral 11:03
Qusarda son üç ildə 3 min 238 hektar yeni fındıq bağları əkilib
15 Fevral 10:48
Azərbaycan İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis olundu
15 Fevral 10:40
Hikmət Babaoğlu: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
15 Fevral 10:22
Ceyhun Bayramov: Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır
15 Fevral 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
15 Fevral 09:38
Prezident İlham Əliyevdən tələbə gənclərə mühüm dəstək
15 Fevral 09:37
Azərbaycanda dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub
15 Fevral 09:33
Azərbaycan xalqı Prezident İlham Əliyevə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir
15 Fevral 09:32
Xəzər rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
15 Fevral 09:31
Abbas İsmayılov: Xocalı soyqırımı kimi dəhşətli cinayətə göz yummaq böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
15 Fevral 09:31
Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
15 Fevral 09:29
Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır
15 Fevral 09:28
“Xocalı - şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərində nəşr olunub
15 Fevral 09:28
Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq
15 Fevral 09:27
Bakcell və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib
15 Fevral 09:23
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşüblər
15 Fevral 09:23
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA