Ana səhifə »  KİVDF »  Bölgələrdə abadlıq-quruculuq işləri ötən il də uğurla davam etdirilib
A+   Yenilə  A-
Bölgələrdə abadlıq-quruculuq işləri ötən il də uğurla davam etdirilib

Gəncə-Qazax iqtisadi rayonunda infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılıb
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, regionların inkişafında mühüm yer tutur. Belə ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkəmizin bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Bu gün bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Bu isə iqtisadi rayonların simasının daha da müasirləşməsinə, infrastrukturun yenilənməsinə imkan verir. Bu özünü Gəncə-Qazax iqtisadi rayonunda da göstərir. Məsələn, Gəncə-Qazax iqtisadi regionunun Daşkəsən rayonunda ötən il rayon məhkəməsinin inzibati binası əsaslı təmir olunub, Dövlət Notariat Kontoru və rayon Qeydiyyat şöbəsi yeni binaya köçürülüb. Bundan başqa, Daşkəsən rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılıb. Ötən il Güneykənd kəndində 56 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi başa çatdırılıb, Şahvələdli kəndində isə 23 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi davam etdirilib. Bayan kənd tam orta məktəbin dam örtüyü yenisi ilə əvəz olunub, Quşçu kənd uşaq bağçası təmir edilib.
Eləcə də ötən il Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunub, bu il isə daha 7 çoxmərtəbəli yaşayış binasının əsaslı təmir olunması nəzərdə tutulub. Şəhərin əsas meydan və küçələrinə yeni asfalt örtüyü salınıb. Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılıb. Rayonun 8 kəndində polis sahə məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində, Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisi aparılıb. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisinə torpaq sahəsi ayrılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həmin binanın tikintisinə başlanılması nəzərdə tutulur.
Gəncə-Qazax iqtisadi bölgəsinə daxil olan Gəncə şəhərində də ötən il mühüm abadlıq-quruculuq işləri görülüb. Belə ki, Gəncə şəhəri Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən 4 ədəd birbloklu çoxmərtəbəli binalardan onmərtəbəli, 60 mənzilli binanın inşası davam etdirilib və cari ildə yeni onmərtəbəli binanın inşasına başlanılması nəzərdə tutulur. Ümumi sahəsi 2 min 500 kv.metr olan, 8 mərtəbəli “Otel Univermaq”, Hacıkənd qəsəbəsində isə 7 mərtəbəli “ARFA” mehmanxanasının, o cümlədən Nizami Gəncəvi Sələfləri və Xələfləri adlı parkın inşası davam etdirilib. Vurğulanmalıdır ki, ötən il Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılış mərasimi keçirilib. Bundan başqa, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin, “Grand Qafqaz” Ticarət Kompleksinin, Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, “Yeni Gəncə” yarımstansiyasının da açılış mərasimi keçirilib.
Hesabat dövründə Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində 3 çıxışlı, uzunluğu 70 metr, eni 4,4 metr, hündürlüyü 3,7 metr olmaqla 1000 kv.metr sahədə qranit və mərmər döşənmiş, tavan dekorativ elementlərlə bəzədilmiş, dekorativ işıqlanma sistemi quraşdırılmış 2 yeraltı keçid istifadəyə verilib. 2017-ci ildə 280 şagird yerlik “İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya”nın tədris korpusu və yataqxanası, 1 min 76 şagird yerlik 14 nömrəli və 2 min 140 şagird yerlik 1 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra vətəndaşların istifadəsinə təqdim olunub. Eləcə də ötən il ümumilikdə 360 yerlik 1 və 44 nömrəli Körpələr evi-uşaq bağçaları müasir tələblərə uyğun əsaslı təmir edilərək istifadəyə verilib, Məhsəti qəsəbəsində 120 yerlik Körpələr evi-uşaq bağçasının isə tikintisi davam etdirilib.
Gəncə-Qazax iqtisadi rayonunun Goranboy rayonunda ötən il sahəsi 600 kv.metr olan Bayraq muzeyinin və Dövlət Bayrağı meydanının tikintisinə başlanılıb. Bununla yanaşı, rayon mərkəzində olan 28 ədəd çoxmənzilli yaşayış binasının ötən il 12-si təmir edilib. Goranboy şəhərində 9, Dəliməmmədli şəhərində 2, Qızılhacılı qəsəbəsində isə bir binanın giriş blokları əsaslı təmir olunub. Şəhərin küçələrində 520 kv.metr hasar tikilib, 828 kv.m aqlay vurulub.
Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Göygöl rayonunun rayon mərkəzində ötən il 10 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, 24 binanın fasad hissəsi suvanıb və rənglənib. 4 fərdi yaşayış evinin daxilində təmir işləri aparılıb və 1 mənzilin dam örtüyü yenilənib. Şəhərin küçələrinə 35 min 926 kv.m, səkilərə 16 min 210 kv.m asfalt örtük salınıb, 3 min 885 pm suötürücü arxlar quraşdırılıb və 5 min 243 pm səki daşları düzülüb, 14 min 645 kv.m taxta darvazalar, frontonlar, karnizlər və eyvan səthləri laklanıb. Şəhərin Rövşən Nəsibov məhəlləsində yeni park salınıb. Ötən ilin iyununda rayon ərazisinə düşən irihəcmli dolu nəticəsində Şəhriyar, Gəncə, Göyçəkənd, Üçbulaq, Köşkü, Aşıqlı, Yeni Zod, Mixaylovka kəndlərində 733 fərdi yaşayış evinin və 8 sosial obyektin dam örtüyünə dəymiş ziyan aradan qaldırılıb.
Gəncə-Qazax iqtisadi regionunun Samux rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı mühüm addımlar atılıb. Belə ki, rayonda 59 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib, fasadları suvanaraq, rənglənib və bloklarında cari təmir işləri aparılıb. Bütün binaların ətrafında abadlıq işləri həyata keçirilib. Bu binaların 1-i Samux şəhərində, 7-si İstixana, 1-i Əhmədbəyli kəndlərində, 50-si isə İnstitut qəsəbəsində yerləşir. Eyni zamanda, təmirə ehtiyacı olan 9 çoxmənzilli yaşayış binasında təmir-bərpa işləri aparılıb.
Bununla yanaşı, Samux şəhərində 16 mənzilli, ikimərtəbəli binanın 1064 kv.m dam örtüyü tam yenilənib. Blokların girişinə 3 ədəd dəmir qapı, 3 ədəd plastik pəncərə quraşdırılıb və fasadı suvanıb. Qarayeri qəsəbəsi Cavad Məmmədov küçəsində yerləşən 8 mənzilli, ikimərtəbəli binanın 470 kv.m və həmin küçədə 6 mənzilli , ikimərtəbəli binanın 420 kv.m və İstixana kəndində yerləşən 12 mənzilli, ikimərtəbəli iki binanın dam örtüyü yenilənib, fasadlarında və bloklarında təmir-bərpa işləri başa çatıb.
Ən əsası, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı layihəsinə uyğun olaraq şəhərin Kür və 28 May küçələrində inşa edilmiş iki Körpələr evi-uşaq bağçası ötən ilin sentyabr ayında istifadəyə verilib. Hər biri 100 yerlik olan ikimərtəbəli binaların hər birinin sahəsi 1135 kvadratmetrdir. Müxtəlif yaşlarda 10 qrupun fəaliyyət göstərdiyi körpələr evi-uşaq bağçalarında hazırda 190 uşaq təlim-tərbiyə alır. Burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, oyun zalında və yeməkxanada da yüksək şərait yaradılıb. Körpələr evi-uşaq bağçalarının həyətlərində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb. Körpələr evi-uşaq bağçalarının fəaliyyətə başlaması ilə 46 yeni iş yeri yaradılıb ki, burada rayon sakinləri ixtisasları üzrə işlə təmin ediliblər.
Hesabat ilində Əhmədbəyli kəndində də fəaliyyət göstərən 80 yerlik uşaq bağçası yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Burunqovaq kənd ümumi orta məktəbi üçün modul tipli 80 şagird yerlik məktəb binasının tikintisi başa çatıb. Eləcə də Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin binasında əsaslı təmir işləri görülüb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin, rayonda məskunlaşmış qaçqın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib. Qarayeri qəsəbəsində şəhid ailəsi üçün, İnstitut qəsəbəsində və Lək kəndində Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş fərdi evlər istifadəyə verilib. Lək və Əlibayramlı kəndlərində Orta Asiya respublikalarından qaçqın düşmüş 16 ailə yeni mənzillərlə təmin edilib.
Şəhərin Kür küçəsində də təmir-bərpa işləri aparılıb, evlərin fasadları və divarlar rənglənib. Bununla bərabər, şəhərin Xəlil Rza Ulutürk, Rəşid Behbudov, Babək, Gənclik, Azadlıq, Çökək məhəllə küçələrinə asfalt örtüyü salınıb. Bundan başqa, Talıb Əhmədov küçəsində 3000, Zeynalabdin Tağıyev küçəsində 9600, Nəsimi küçəsində 2400 kv.m sahələrə qum-çınqıl qarışığı verilərək hamarlama işləri aparılıb. Şəhərin yeni yaşayış massivində 3117 kv.m sahədə cari təmir işləri görülüb.
23 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi rayon üçün böyük əhəmiyyət daşıyır. Uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və 2 aşırımlı körpü tikilib və 16 yerdə avtobus dayanacağı quraşdırılıb. Yol nişanlarının qoyulması, üfüqi və şaquli nişanlama xətlərinin çəkilməsi, siqnal dirəklərinin qoyulması həyata keçirilib. Yolun keçdiyi Samux şəhərində, Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yolboyu abadlıq işləri aparılıb, həmişəyaşıl ağaclar əkilib. Eyni zamanda, Samux-Yenikənd yolunun kənarlarında təmizlik işləri aparılaraq ağaclar əkilib.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  2940  |  
  • Tarix:  07-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA