Ana səhifə »  KİVDF »  Regionlarda pambıqçılıq intensiv şəkildə inkişaf etdirilir
A+   Yenilə  A-
Regionlarda pambıqçılıq intensiv şəkildə inkişaf etdirilir

Son iki il ərzində Azərbaycanda pambığın tədarükü 6 dəfə artırılaraq 35 min tondan 207 min tona çatdırılıb
Respublikamızda 2015-ci ilin sonlarından etibarən aqrar sektorda bir sıra gəlirli sahələrin, o cümlədən də pambıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək pambıqçılığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirə edildiyi bir neçə müşavirə keçirilib, müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirləri gücləndirilib - onlara verilən subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən fermerlərə dövlət tərəfindən gübrə və texnika ilə təchizat sarıdan da hər cür köməklik göstərilir.
Regionlarda pambıq əkilib-becərilməsinin belə güclü şəkildə təşviq edilməsi, öz növbəsində, yaxşı nəticələr verməkdədir. Ötən iki il ərzində Azərbaycanda pambığın tədarükü 6 dəfə artırılaraq 35 min tondan 207 min tona çatdırılıb. Hələ bu da son hədd deyil. Respublikamızda gələcəkdə pambıq tədarükünü artırmaq üçün geniş imkanlar mövcuddur.
Ayrı-ayrı bölgələrin pambıq tədarükündə əldə etdikləri nəticələr daha yüksəkdir
Azərbaycanın regionlarında tarixən pambıq əkilib-becərilməsində zəngin ənənələr formalaşıb. Həmin ənənələrə uyğun olaraq 2017-ci ildə ayrı-ayrı bölgələr pambıq tədarükündə daha yaxşı nəticələr qazanmağa müvəffəq olublar.
Ötən il pambıqçılıq sahəsində yaxşı göstəricilərin əldə olunduğu bölgələrdən biri də Bərdə rayonudur. Verilən məlumata əsasən, ötən il rayonda 8518 hektar - əvvəlki ildəkindən üç dəfə çox pambıq əkilib və 22 min 400 ton pambıq tədarük edilib. Rayon üzrə ümumi məhsuldarlıq 26,3 sentner təşkil edib. Məlumatda deyilir ki, keçən il rayonda pambıqçılığın inkişafı hesabına 8 mindən çox sakin işlə təmin edilib, fermerlərə istehsal olunmuş pambığa görə 11,2 milyon manat vəsait ödənilib. Əlavə olaraq istehsalçılara son məhsula görə 2,3 milyon manat subsidiya veriləcək. Ötən təsərrüfat ilində rayonda hər hektardan 40-45 sentner yüksək məhsuldarlıq əldə edərək təkcə pambıq istehsalından 70-80, hətta 120 min manatdan yuxarı real qazanc əldə edən fermerlər olub.
Hərtərəfli dövlət qayğısını və əməyinin nəticəsini görən rayon pambıqçıları bu il keçən ildəkindən 1130 hektar artıq - 9630 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlayıblar. Həmin sahələrdə şum, arat işləri aparılıb və ilk səpinə başlanılıb.
Ötən il cəbhə bölgəsində yerləşən Tərtər rayonunda 3123 hektarda pambıq əkilib, əvvəlki ilə nisbətən “ağ qızıl” əkinlərinin sahəsi 3 dəfə artıb. İl ərzində 8419 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da 2016-cı illə müqayisədə 5 sentner artaraq 27 sentnerə çatıb. Rayonda pambıq əkini, becərilməsi və yığımı işlərinə 5 minədək insan cəlb edilib, onlar yüksək gəlir götürüblər. Fermerlərdən Habil İbrahimov 118 ton məhsul istehsal edərək 67 min manat, Qasım Sadıqov 104 ton məhsul toplayaraq 50 min manat, Müslüm Babışov 91 ton məhsul tədarük edərək 45 min manat, Fazil Vəliyev 57 ton məhsul yığaraq 28 min manat gəlir əldə ediblər. Pambıqçılıqla məşğul olan fermerlər 800 min manatdan çox subsidiya alacaqlar.
Verilən məlumata görə, məhsuldarlığın yüksəldilməsi üçün pambıq əkiləcək sahələrin şumu faraş və keyfiyyətli aparılıb, qış aratına üstünlük verilib, torpaq əkinə aqrotexniki qaydalara uyğun hazırlanıb, növbəli əkin sistemi tətbiq edilib. Bundan əlavə, kiçik və orta fermer təsərrüfatlarının fəaliyyəti üçün münbit şəraitin yaradılması da rayonda pambıqçılığın yüksək məhsuldarlığını şərtləndirən əsas amillərdən biri olub.
Beləliklə, dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən dəstək gündən-günə bu sahəyə marağı artırır. Belə ki, cari ildə pambıq əkilməsi üçün sahələr müəyyənləşdirilib, istehsalçılarla müqavilələr bağlanıb. Pambıq əkiləcək 3300 hektar sahədə şum, arat işləri başa çatdırılıb. Hazırda səpinə ciddi hazırlıq işləri gedir.
Ölkədə aqrar sektorun inkişafı məqsədilə reallaşdırılan tədbirlər Ağcabədi rayonunda da öz müsbət nəticələrini verməkdədir. Məlumat üçün bildirək ki, rayon üzrə 2003-cü ildə əkinəyararlı torpaqlar 51 min 615 hektar olduğu halda, son 15 ildə 21 min 965 hektar artaraq 73 min 580 hektar təşkil edib.
Verilən məlumata əsasən, 2017-ci ildə 9550 hektar sahədə pambıq əkilib, 20 min 497 ton pambıq istehsal edilib, orta məhsuldarlıq 21,5 sentner olub. 2016-cı illə müqayisədə pambıq əkini sahələri 2,6 dəfə, pambıq istehsalı isə 2,3 dəfə artıb. Ötən il rayonun 14 min 325 sakini işlə təmin olunub. Pambıq istehsalı ilə məşğul olan fermerlərin çox hissəsi 50-100 min manat civarında gəlir əldə edib. İstehsal olunan məhsula görə pambıqçılara 2 milyon manatdan çox subsidiya veriləcək. 2018-ci ildə 10 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb, 1851 nəfər istehsalçı ilə müqavilələr bağlanıb. İndi səpinə hazırlıq işləri aparılır.
Regionlarda pambıqçılığın inkişafına özəl qurumlar da öz töhfələrini verirlər
Respublikamızın bölgələrində pambıqçılığın inkişafına özəl qurumlar da öz töhfələrini verirlər. Belə qurumlardan biri də “MKT İstehsalat Kommersiya” MMC-dir. MMC-nin baş direktorunun müavini Rövşən Həsənovun bildirdiyinə görə, 2017-ci ildə “MKT İstehsalat Kommersiya” MMC üzrə 70 min 563 hektar sahədə pambıq əkini üzrə çıxış alınıb və 130 min 679 ton xam pambıq tədarük edilib. “Tədarük edilmiş xam pambığın 114 min tonu artıq emal olunub, 45 min ton mahlıc, 55 min ton çiyid, 1540 ton köməkçi məhsullar alınıb. Bundan əlavə, cəmiyyətimizin istehsal müəssisələrində 3300 ton pambıq ipliyi, 3 min ton rafinə olunmuş pambıq yağı və 22 min ton jmıx istehsal olunub.
2017-ci ildə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla 26 milyon ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 17,7 milyon dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satış prosesi davam edir”, - deyə Rövşən Həsənov vurğulayıb.
Cari ildə “MKT İstehsalat Kommersiya” MMC üzrə 50 min hektaradək sahədə pambıq əkini nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanılıb. İndiyədək pambıqçılıqla məşğul olan 8700 fermerlə 40 min 500 hektar sahədə əkin üçün müqavilə bağlanıb və proses davam edir. Pambıq əkiləcək 42 min hektarda şum aparılıb, 16 min hektar sahə arata qoyulub, fermerlərə 2 milyon manatdan artıq avans verilib. Bütün rayonlar üzrə ayrı-ayrılıqda texnoloji xəritələr hazırlanıb. Bundan başqa, 500 ton lifli, 1035 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və tələbat tam ödənilib.
“MKT İstehsalat Kommersiya” MMC hazırda 6146 texnika və avadanlıq, o cümlədən 188 kombayn, 802 traktor, 5156 müxtəlif təyinatlı qoşqu və avadanlıqlar vasitəsilə fermerlərə xidmət göstərməkdədir. Qeyd etmək istəyirəm ki, fermerlərə vaxtlı-vaxtında, yüksəkkeyfiyyətli xidmət göstərə bilmək üçün aqrotexniki bazamız tam formalaşıb.
Xam pambığın 24 qəbul məntəqəsində tədarükü, 13 pambıqtəmizləmə zavodunda emal edilməsi planlaşdırılır. Məntəqə və zavodlarımızda ötən il əsaslı təmirə başlanılıb, proses yekunlaşmaq üzrədir. Cari mövsümdə cəmiyyət tərəfindən sahələrdən hər hektara orta hesabla 24 sentner olmaqla 120 min ton xam pambığın toplanması gözlənilir. Tədarük ediləcək xam pambığın emalından 48 min ton mahlıc, 60 min ton çiyid, 2 min ton köməkçi məhsullar, çiyidin emalından isə 7 min ton rafinə edilmiş pambıq yağı və 42 min ton jmıx alınması proqnozlaşdırılır”, - deyə Rövşən Həsənov əlavə edib.
“Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə 2017-ci il mövsümündə respublikanın 14 rayonunda 2523 fermerlə bağlanmış müqavilələr üzrə 28,6 min hektarda pambıq əkib. MMC üzrə ötən il kondisiya şəklində 51,2 min ton xam pambıq tədarük edilib ki, bu da əvvəlki ilə nisbətən 1,8 dəfə çoxdur. Tədarük edilmiş xam pambığın emalından 19 min ton mahlıc, 23 min ton çiyid, 240 ton lint, 150 ton ulyuk və 512 ton tiftik məhsullarının alınması gözlənilir. Bundan əlavə, emala veriləcək 5800 ton texniki çiyiddən 580 ton pambıq yağı, 4700 ton çiyid cecəsi və 330 ton soapstok da alınacaqdır. Emaldan alınan məhsullar əsasən Türkiyə, İran, Tacikistan və Gürcüstana satılacaqdır.
“Azərpambıq” MMC-nin baş direktor əvəzi Zakir Əzimov bildirib: “Bu ilin pambıq əkini ilə əlaqədar 4136 fermerlə müqavilə bağlanıb və cəmiyyətimizə məxsus torpaqlarla birlikdə 30 min hektardan artıq sahə pambıq əkini üçün hazırdır.
Hər hektardan pambığın məhsuldarlığını ötənilki 17,8 sentnerdən bu il 20 sentnerə çatdırmaq nəzərdə tutulur. Hazırda əsas diqqət pambıqçılığın intensiv yollarla inkişaf etdirilməsinə yönəldilib”.
Pambıqçılığın inkişafında texnika ilə təchizatın gücləndirilməsi mühüm rol oynayır
Aqrar sektorda, o cümlədən də pambıqçılıqda məhsuldarlığın artmasında texnika ilə təchizatın gücləndirilməsi mühüm rol oynayır. Elə buna görə də müxtəlif növ kənd təsərrüfatı texnikasının alınmasına dövlət tərəfindən böyük həcmlərdə vəsait yönəldilir. Məlumat üçün bildirək ki, son iki il ərzində respublikamızda kənd təsərrüfatı texnikasının alınmasına 300 milyon manatdan çox vəsait ayrılıb. Alınan texnikanın böyük qismi məhz pambıqçılığa aiddir. İndiyədək ölkəyə 370 pambıqyığan kombayn gətirilib. Cari ildə daha 100 pambıqyığan kombayn alınması gözlənilir.
Bütövlükdə, cari ildə kənd təsərrüfatı texnikasının alınması üçün dövlət büdcəsindən 160 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitin 118 milyon manatı sırf pambıqçılıq texnikasına xərclənəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3960  |  
  • Tarix:  10-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

12:44
19 Noyabr
On ay ərzində 2 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
12:30
19 Noyabr
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
11:58
19 Noyabr
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
11:13
19 Noyabr
Xızıda təhsil işçiləri qəbul imtahanlarının yeni qaydaları barədə məlumatlandırılıb
11:04
19 Noyabr
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
10:28
19 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:23
19 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:19
19 Noyabr
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
10:11
19 Noyabr
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
10:04
19 Noyabr
Lvov vilayətinin rəsmiləri Azərbaycan təcrübəsinin tətbiqində maraqlıdırlar
08:08
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib
08:04
19 Noyabr
Gələn il ölkəmizdə gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək
07:58
19 Noyabr
On rayonun məktəbliləri Nizami yurdu ilə tanışlığa Heydər Əliyev Park Kompleksindən başlayıblar
07:55
19 Noyabr
Azərbaycanlı gənclər Tbilisidə keçirilən “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festivalda iştirak ediblər
07:51
19 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
07:49
19 Noyabr
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
14:48
18 Noyabr
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
20:28
17 Noyabr
Akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb
18:17
17 Noyabr
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edib
18:06
17 Noyabr
Naxçıvanda payız iməciliyi keçirilib
17:55
17 Noyabr
Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17:40
17 Noyabr
Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
17:32
17 Noyabr
Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər
16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA