Ana səhifə »  KİVDF »  Azərbaycanın bölgələri bu ilin birinci rübündə uğurla inkişaf edib
A+   Yenilə  A-
Azərbaycanın bölgələri bu ilin birinci rübündə uğurla inkişaf edib

Bu inkişaf Ağstafa, Qazax və Şəmkir rayonlarında da özünü əyani şəkildə göstərib
Son 15 ildə Azərbaycanın mənzərəsi ölkənin bütün regionlarının tarazlı şəkildə inkişaf etdirilməsi ilə səciyyələnib. 2018-ci ilin birinci rübü də inkişaf baxımından əlamətdardır. Belə ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Bu isə ölkəmizin xarici investorlar üçün çox cəlbedici olduğunu göstərir. Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artıb. Qeyri-neft sektorunda 3 faiz, sənaye istehsalında 2 faiz, qeyri-neft sənayesində isə təxminən 10 faiz artım qeydə alınıb. Kənd təsərrüfatında 4,2 faiz artım əldə olunub ki, bu artımın tərkibində daha çox bitkiçiliyin artımı müşahidə edilir. Birinci rübdə xarici ticarət dövriyyəsinin 31 faiz, o cümlədən ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artıb. Bu ilin ilk üç ayında 34 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş yeridir.
Ümumiyyətlə, respublikada 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində ölkədə yeni müsbət reallıqlar yaranıb. Belə ki, ölkənin bütün bölgələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, kəndlərin, qəsəbələrin siması yenilənib. Son illərdə bölgələrin maliyyə təminatı da əhəmiyyətli dərəcədə möhkəmlənib. Əlamətdar haldır ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Bundan başqa, yerlərdə yaradılan müəssisələr, həmçinin aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsi regionlarda iqtisadi aktivliyi artırıb.
Bu uğurlardan ölkənin qərb rayonlarına da pay düşür. Bu ilin birinci rübünün yekunları bunu deməyə əsas verir. Belə ki, ötən üç ayda Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1 faiz artıb. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 2 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 6,8 faiz artıb, nəqliyyat xidmətində 5,7 faiz, rabitə xidmətində 0,9 faiz, ticarət sahəsində 6,3 faiz artım olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,6 milyon manat təşkil edib. Bu barədə Ağstafada 2018-ci ilin ilk üç ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin hesabat məruzəsində qeyd olunub.
Bildirilib ki, yanvar-mart ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 430 nəfər işlə təmin olunub. Hazırda rayon Məşğulluq Mərkəzində 204 vakant iş yeri mövcuddur.
Qeyd edək ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart aylarında rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 460,1 min manat və ya 6,8 faiz artıb. Rayon üzrə 8517 hektar sahədə buğda, 1588 hektar sahədə arpa olmaqla, 10105 hektar taxıl səpini həyata keçirilib. Yazlıq bitkilərin əkini davam etdirilir.
Cari ilin üç ayında Ağstafa rayonunda abadlıq-quruculuq və təmir-tikinti sahəsində də sürətli inkişaf təmin olunub. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilib. C.Cabbarlı və Nizami küçələrində abadlıq-yenidənqurma işləri aparılıb. Şəhərin M.Allahverdiyev küçəsində 16, 20, 22 saylı, Ş.Qurbanov küçəsində 23 və 24 saylı binaların dam örtüyü dəyişdirilib, 32 mənzilli yaşayış binasının həyətində abadlıq işləri aparılıb.
Hesabat yığıncağında rayonda yol infrastrukturunun yaxşılaşdırılması, problemlərin aradan qaldırılması istiqamətində bir sıra işlərin görüldüyü də vurğulanıb. Bildirilib ki, hazırda rayonun Düzqışlaq-Kolayır-Qarahəsənli-Xılxına avtomobil yolunda əsaslı təmir işləri aparılır.
Yığıncaqda həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlər hərtərəfli təhlil olunub, tapşırıq və tövsiyələr verilib.
2018-ci ilin birinci rübü Qazax rayonu üçün də uğurlu olub. Qazax rayonu üzrə 2018-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9363000 manat məbləğində müəyyənləşdirilib. 2018-ci ilin birinci rübündə yerli daxilolmalar 1824849 manat proqnoza qarşı 2045427 manat və ya 112,09 faiz yerinə yetirilərək büdcəyə 220578 manat artıq vəsait mədaxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 279499 manat və ya 15,83 faiz çox vəsait daxil olub. 2018-ci ilin birinci rübündə qarşılıqlı hesablaşmalar əsasında 222861 manat vəsait daxil olub və 204731 manat vəsait öz təyinatı üzrə xərclənib. Yekun olaraq 2018-ci ilin birinci rübündə yerli gəlirlər cəmi 2047710 manat proqnoza qarşı 2268288 manat, yəni 110,77 faiz yerinə yetirilib.
Qeyd edək ki, rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2018-ci ilin 3 ayı ərzində əhaliyə 5111570 manat kredit verilib, əhalidən 1379650 manat və 1106334 ABŞ dolları əmanət cəlb olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 layihə üzrə 1576000 manat (162 iş yeri) kredit verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2018-ci ilin 3 ayında 9954200 manat vəsait köçürülüb. Şöbədə 2018-ci ilin 3 ayında sosial sığorta haqları üzrə yığım proqnozu 99,3 faiz yerinə yetirilib. Belə ki, 736600 manat proqnoza qarşı 726000 manat vəsait toplanıb. O cümlədən bu göstərici büdcə təşkilatları üzrə 419900 manat proqnoza qarşı 467000 manat toplanmaqla 111 faiz, qeyri-büdcə təşkilatları üzrə 313700 manata qarşı 262000 manat olmaqla 83,3 faiz, o cümlədən hüquqi şəxslər 181400 manata qarşı 178000 manat olmaqla 98 faiz, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə isə 126300 manata qarşı 84400 manat toplanmaqla 66,8 faiz yerinə yetirilib.
2018-ci ilin birinci rübündə Qazax rayonu üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 6172300 manat, ümumi məhsul buraxılışının həcmi 35200000 manat olub ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 6500000 manat, keçən ilə nisbətən 17,8 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi 10250000 manat, 2017-ci ilə nisbətən 0,6 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 364 manat, orta aylıq əməkhaqqı 295,9 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 9 yeni müəssisə yaradılıb, 123-ü daimi olmaqla 275 yeni iş yeri açılıb.
Həmçinin 2018-ci ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 34 müəssisədən 766 boş iş yeri təqdim edilib, müraciət etmiş 822 nəfər vətəndaşdan 777 nəfəri iş axtaran kimi qeydiyyata alınıb, 464 nəfərə işə göndəriş verilib, 447 nəfər münasib işlə təmin olunub.
Yeri gəlmişkən, bu ilin birinci rübü Şəmkir rayonu üçün də uğurlu olub. Cari ilin məhsulu üçün Şəmkirdə 14 min 398 hektar sahədə taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə 260 hektar çoxdur. Taxıl əkilən sahələrin 12 min 389 hektarını buğda, 2 min 188 hektarını isə arpa zəmiləri təşkil edir. Bundan əlavə, 4 min hektar sahədə kartof, 5 min 151 hektarda tərəvəz bitkiləri, 70 hektarda isə şəkər çuğunduru əkilib. Bu barədə Şəmkirdə 2018-ci ilin ilk üç ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun məruzəsində bildirilib.
Qeyd olunub ki, ölkəmizin sosial-iqtisadi həyatında olduğu kimi, Şəmkir rayonunda da 2018-ci ilin birinci rübündə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr qazanılıb. Respublikanın iri kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə aqrar sektorun inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün də tədbirlər görülür. Belə ki, son illər rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək üçün 80 min tut tingi əkilib. Cari ildə rayonun 36 yaşayış məntəqəsi üzrə kümçülərə ipəkqurdu toxumu veriləcəyi planlaşdırılıb.
Rayonda heyvandarlığın inkişafı ilə bağlı görülən tədbirlər nəticəsində iribuynuzlu mal-qaranın baş sayı artaraq 61 min 442 başa, qoyun-keçilərin baş sayı isə 304 min 815 başa çatıb. Cari ilin üç ayında 2034 ton ət, 12432 ton süd və 11 milyon 398 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 ton ət, 397 ton süd və 95 min ədəd yumurta çox istehsal edilib.
Hesabat dövründə Şəmkir rayonunda 1494 yeni iş yeri açılıb ki, onunda 662-si daimi, 832-si müvəqqəti iş yeri olub.
Məruzədə qeyd olunub ki, rayonda aparılan abadlıq-quruculuq işləri cari ilin üç ayında da davam etdirilib. Hazırda mərkəzi xəstəxana binasının və evləri qəzalı vəziyyətdə olan sakinlər üçün inşa olunan çoxmənzilli yaşayış binasının tikintisi davam edir.
Hesabat yığıncağında rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlər də hərtərəfli təhlil olunub, lazımi tapşırıq və tövsiyələr verilib.
Nardar BAYRAMLI

 
  • Oxunub:  5700  |  
  • Tarix:  26-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA