Ana səhifə »  KİVDF »  Həyata keçirilən islahatlar respublikamızın cənub bölgəsinin də inkişafına səbəb olub
A+   Yenilə  A-
Həyata keçirilən islahatlar respublikamızın cənub bölgəsinin də inkişafına səbəb olub

Bu bölgəyə daxil olan rayonlarda əldə edilən nəticələr də deyilənləri təsdiqləyir
Məlum oduğu kimi, Azərbaycan unikal inkişaf modelinə malik dövlət kimi dünyada böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, ölkə vətəndaşlarının effektiv sosial müdafiəsinin həyata keçirilməsini də şərtləndirib. Respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. Əlbəttə, Azərbaycanın yüksək inkişaf dinamikası əldə etməsində uğurla reallaşdırılan regional inkişaf proqramlarının da mühüm rolu var. 2004-cü ildən həyata keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları regionların həyatında əzəmətli nailiyyətlər əldə olunmasını təmin edib. Dövlət proqramlarının uğurlu icrası sayəsində bölgələrin infrastruktur təminatının güclənməsi və iqtisadi aktivliyin artması bütövlükdə regionlarda həyat standartlarının yüksəlməsinə də töhfə verib. Bu baxımdan xüsusi qeyd olunmalıdır ki, cari ilin birinci rübü də şəhər və rayonlarımızın sosial-iqtisadi həyatında mühüm uğurlarla zəngin olub.
Eyni zamanda, respublikamızın cənub bölgəsində də sosial-iqtisadi inkişaf prosesləri davamlı xarakter daşıyır. Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla ölkə ərazisinin 7 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığından və Talış dağlarından ibarət iki hissəyə ayrılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülüb. Rayon təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Dünyada mövcud 13 iqlim qurşağından 7-nə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Rütubətli subtropik iqlimə malikdir. İqtisadi rayonun əlverişli təbii şəraiti əhalinin məskunlaşmasında mühüm rol oynayıb.
Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf edib. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütünçülükdür. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu zolaqda balıq ovlanır. Lənkəran iqtisadi rayonunun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yük və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı-Lənkəran hava xətti fəaliyyət göstərir. Gözəl təbii landşaftı, isti və soyuq mineral suları, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi iqtisadi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır.
Konkret faktlara gəlincə, bu ilin birinci rübü Lənkəran üçün bir sıra nailiyyətlərlə yadda qalıb. Xatırladaq ki, aprelin 17-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən şəhər İcra Hakimiyyətinin geniş şura iclasında ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hesabat yığıncağında çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini vurğulayıb. Bildirib ki, birinci rübdə rayonda ümumi məhsul buraxılışı 67,7 milyon manat, o cümlədən sənayedə 8,7 milyon, kənd təsərrüfatında 12,4 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən sənayedə 3,2 faiz, kənd təsərrüfatında 1,7 faiz çoxdur.
Qeyd olunub ki, bu müddətdə rayonda tikinti, abadlıq və quruculuq işləri daha da sürətlənib, 9 çoxmənzilli yaşayış binasının qəzalı vəziyyətdə olan dam örtükləri, küçə və xiyabanlarda, magistral yolların kənarında hasar və bardürlər təmir olunub.
Əşlə kəndində yeni avtomobil körpüsü tikilib, şəhərin Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan körpü daxili imkanlar hesabına təmir olunub. Siyavar kəndində 96 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib. Hazırda şəhərin 9 küçəsində asfaltlanma işləri aparılır, Olimpiya İdman Kompleksinin və “Lənkəran İstisu və Sağlamlıq Mərkəzi”nin tikintisi sürətlə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən yaxın günlərdə rayonda yeni xalça fabrikinin, 4 ucqar dağ kəndində yeni modul tipli məktəbin quraşdırılmasına və Gəgiran kəndində 264 şagird yerlik yeni məktəbin tikintisinə başlanılacaq. Həmçinin birinci rüb ərzində rayonda 790-ı daimi olmaqla, 925 yeni iş yeri açılıb.
Cari ildə ilk dəfə olaraq rayonda barama bəsləniləcəyini deyən İcra Hakimiyyətinin başçısı bununla əlaqədar son hazırlıq işlərinin görüldüyünü və bu məqsədlə Çin texnologiyası üzrə müasir kümxananın tikildiyini diqqətə çatdırıb.
İlin birinci rübü Lerik rayonu üçün də uğurlu olub. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər, Lerik rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlar rayonda uğurla icra edilir.
Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Lerik rayonunun da inkişafına ciddi təsir göstərir. Bu ilin üç ayı ərzində rayonda iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışı artıb, 320 yeni iş yeri açılıb.
Dağlıq ərazidə yerləşən Lerikdə havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonda tikinti-abadlıq işlərinin icrasının aparılması mümkün olmadığından 2018-ci il üçün nəzərdə tutulmuş işlərə aprel ayından başlanılıb. Şəhərin İsmayıl Yaqubov küçəsində yerləşən kommunal yaşayış binalarında hazırda təmir işləri davam etdirilir.
Buna baxmayaraq, bu dövrdə rayonda 700,5 hektar sahədə yazlıq bitkilər əkilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 147,6 hektar çoxdur. Hazırda rayonda yazlıq əkin kampaniyası davam edir.
Onu da qeyd edək ki, Lerik rayonunda sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlara əsasən rayonda 10 modul tipli məktəbin, Noda kənd uşaq bağçasının tikintisi, Veri kəndinə qaz xəttinin və Lerik şəhərinə yeni su xəttinin çəkilməsi nəzərdə tutulub.
Ümumilikdə, rayonda ənənəvi təsərrüfat sahələrinin, o cümlədən tütünçülüyün, ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.
Bölgəyə daxil olan Astara rayonunda da bu ilin birinci yarısında sosial-iqtisadi inkişaf baxımından müsbət nəticələr əldə edilib. Əldə olunan nəticələr haqqında 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Astara rayon İcra Hakimiyyətinin şura iclasında məlumatlar verilib. İclasda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu ilin birinci rübündə Astarada sosial-iqtisadi inkişaf sahəsində müəyyən uğurların qazanıldığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi istiqamətində işlər layihəyə əsasən uğurla davam etdirilir. Park-bulvar kompleksinin ikinci hissəsinin mayın 28-də istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, rayonda ümumi məhsul və xidmətlərin həcmi 2018-ci ilin birinci rübündə 14,5 faiz artaraq 36,5 milyon manat təşkil edib. Bunun 11 faizi sənayedə, 24,3 faizi kənd təsərrüfatında, 20,3 faizi tikintidə, 41,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2,5 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,6 faizi informasiya və rabitədə olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,1 dəfə artıb, orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 339 manat təşkil edib.
Hazırda 11 kilometr uzunluğu olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi davam etdirilir. Bu yolun asfaltlanması ilə bir neçə iri yaşayış məntəqəsinin çoxsaylı sakinlərinin rahatlığı təmin olunacaq.
Aqrar sahədə görülən işlərə gəlincə isə, ölkəmizdə çay, çəltik və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi, bu sahələrin inkişafına dövlət dəstəyinin gücləndirilməsi məhsul istehsalçıları tərəfindən razılıqla qarşılanıb. 2018-ci ilin məhsulu üçün rayonda 32,5 hektarda buğda, 0,5 hektar sahədə arpa, 165 hektarda paxlalı bitkilər, 37 hektarda qarğıdalı, 831 hektarda kartof, 848 hektarda faraş tərəvəz, 30 hektarda bostan bitkiləri və 354 hektar sahədə yonca əkilib.
Bu ilin üç ayı ərzində rayonda iribuynuzlu mal-qaranın sayı 40 min 549 başa, xırdabuynuzluların sayı 23 min 989 başa çatdırılıb, 949 ton diri çəkidə ət, 6 min 777 ton süd, 2255 min ədəd yumurta istehsal olunub.
Rayon Məşğulluq Mərkəzində 570 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb. Qeydiyyata alınanların 357 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. Ailə biznesini genişləndirmək məqsədi ilə aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 31 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilməklə təlimlərə başlanılıb.
Bildirilib ki, 2018-ci ilin birinci rübündə Bala Şahağac kəndində 96 şagird yerlik modul tipli məktəb istifadəyə verilib, Siyətük kənd 56 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi isə yekunlaşmaq üzrədir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 mart tarixli Sərəncamı ilə Şəmətük kəndində 20 şagird yerlik və Doli kəndində 40 şagird yerlik modul tipli yeni məktəb binalarının tikintisi üçün vəsait ayrılıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2850  |  
  • Tarix:  27-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA