Ana səhifə »  KİVDF »  Bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar öz nəticəsini verməkdədir
A+   Yenilə  A-
Bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar öz nəticəsini verməkdədir

Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan bir sıra rayonların bu ilin ilk üç ayı ərzində əldə etdiyi nəticələr də yüksək inkişafdan xəbər verir
Bundan əvvəlki illərdə olduğu kimi, bu ilin ilk üç ayında da ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı mühüm göstəricilərlə müşayiət olunub. Bununla bağlı məlumatlara keçməzdən öncə vurğulamaq lazımdır ki, hazırda regionlarda kənd təsərrüfatının ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq istiqamətlərinin intensiv şəkildə inkişaf etdirilməsi, ənənəvi sahələrin daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır və məhsul istehsalının artımı üçün zəruri tədbirlər həyata keçirilir.
Beləliklə, Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Balakən rayonunda 2018-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişaf mühüm göstəriciləri ilə yadda qalıb. Vurğulayaq ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlərin 2018-ci ildə də ardıcıl həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, cari ildə rayonda barama istehsalının əvvəlki illə müqayisədə 14 ton və ya 2,7 dəfə artırılaraq 25 tona çatdırılması nəzərdə tutulur. Baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün ötən il rayonun kəndlərində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində 131,5 min ədəd, cari ilin birinci rübündə isə 8 min ədəd tut tingi əkilib. Eyni zamanda, mövcud tut ağaclarının inventarizasiyası aparılıb, çəkil bağlarının məhsuldarlığının artırılması üçün tədbirlər görülüb, bağlara aqrotexniki qulluq olunub.
2018-ci ildə 535 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün əkini üçün 1002 ədəd sadə şitillik hazırlanıb, 510 hektar sahə şumlanıb. Rayonda 60 kameralı tütünqurutma məntəqəsinin tikintisi üçün Hənifə kəndində 2 hektar torpaq sahəsi ayrılıb və hazırda tikintiyə başlanılması məqsədilə hazırlıq işləri görülür. Kameraların tikintisi tütün istehsalına çəkilən xərclərin azalması, əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artması üçün yeni imkanlar açacaq. Diqqətə çatdırılıb ki, hesabat dövründə 75 nəfər tütün istehsalçısına emal müəssisələrinə satdıqları yaş və quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 13 min 744 manat məbləğində subsidiya ödənilib.
Rayonda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülür. Son iki ildə rayon ərazisində 3968 hektar, o cümlədən cari ilin birinci rübündə 700 hektar sahədə yeni fındıq bağları salınıb. Payız mövsümündə daha 1000 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Birinci rübdə rayonun təsərrüfatlarında 3516 hektar sahədə yazlıq bitkilər əkilib, cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 1716 hektar sahəyə aqrotexniki qulluq göstərilib.
Bundan başqa, hesabat dövründə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 kilometr olan Balakən-Mazımçay hissəsinin, 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 29 kilometr uzunluğunda Balakən-Qazbinə-İtitala avtomobil yolunun, həmçinin Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi işləri davam etdirilib. Şərif kəndində inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi yekunlaşıb, Qullar kəndində 130 yerlik uşaq bağçasının təmirinə başlanılıb.
Şəki-Zaqatala iqtisadi regionunun başqa bir rayonunda - Şəki rayonunda da 2018-ci ilin birinci rübündə mühüm uğurlara imza atılıb. Belə ki, 2018-ci ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 95 milyon 232 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb. Buraxılan məhsulun 9 faizi dövlət, 91 faizi isə özəl bölmənin payına düşür. Cari ilin birinci rübündə Şəkidə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə mqayisədə 4 dəfə artaraq 14 milyon 751 min manat olub. Bu müddət ərzində rayonda 257 yeni iş yeri açılıb. Hesabat dövründə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, heyvandarlıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-ci ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 67 min 121 hektar sahəyə aqrotexniki qulluq olunub. Cari ildə rayonda 8 min hektar sahədə yazlıq bitkilərin əkini nəzərdə tutulur. Artıq 1310 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib.
2018-ci ildə rayonda 860 hektar sahədə tütün əkini planlaşdırılır. Əkin zamanı əsasən “Virciniya”, “Berley”, “İmunni-580”, “Zaqatala-67” tütün sortlarından istifadə olunacaq. Tütün əkini üçün 40 min kvadratmetr sahədə şitil yetişdirilib və aprelin 20-dən sonra şitillər sahələrə köçürüləcək.
Eyni zamanda, bu il rayonda 62 ton yaş barama istehsalı nəzərdə tutulur. Yaz mövsümündə rayon ərazisində 97 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş davam etdirilir.
Həmçinin cari ilin birinci rübündə rayonda tikinti-quruculuq və abadlıq işləri də diqqət mərkəzində saxlanılıb. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş Heydər Əliyev Mərkəzinin tikintisi hazırda sürətlə davam etdirilir. Bu ərazidə həmçinin Ulu öndərin adını daşıyan park, Bayraq Meydanı və şəhər İcra Hakimiyyəti üçün yeni binanın tikintisi də nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə şəhərin Zərifə Əliyeva küçəsində inşa olunan “ASAN həyat” kompleksinin tikintisi də sürətlə davam etdirilir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində “ABAD”ın keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərəcəyi binada aparılan yenidənqurma işləri artıq başa çatıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Kiş kəndindəki qədim alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işləri davam etdirilib. Şəki-Kiş kəndi-Marxal istirahət zonasına gedən və ümumi uzunluğu 7,2 kilometr olan avtomobil yolunun torpaq yatağı hazırlanıb, yola birinci qat asfalt örtüyü döşənib, beton arxlar, piyada səkiləri və istinad divarları tikilib. Hazırda ərazidə tikinti işləri davam etdirilir.
İqtisadi bölgənin Zaqatala rayonunda da bu ilin birinci rübündə iqtisadiyyatın dinamik inkişafına nail olunub. Belə ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 64 milyon 635 min manata çatıb. Məhsul istehsalı kənd təsərrüfatında 6,5 faiz, ticarətdə 23,5 faiz, rabitədə 10,7 faiz artıb, pərakəndə əmtəə dövriyyəsi 4,5 faiz, pullu xidmətlərin həcmi isə 2,3 faiz çoxalıb. Cari ilin ilk üç ayında rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1 dəfə artaraq 4 milyon 696 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə artaraq 4 milyon 443 min manat olub. Üç ayda rayonda 565-i daimi olmaqla, 585 yeni iş yeri açılıb.
Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilir. Cari ildə rayonda 750 hektardan çox sahədə tütün əkilməsi proqnozlaşdırılır. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İxrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə mövcud fındıq bağlarının sahəsinin iki dəfə artırılması istiqamətində tədbirlər davam etdirilib. Belə ki, cari ilin yaz mövsümündə 352 hektar sahədə yeni bağlar salınaraq mövcud fındıq bağlarının sahəsi 18 min 503 hektara çatdırılıb.
Ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində tədbirlər cari ildə də davam etdiriləcək. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son iki ildə rayon ərazisində 276 minə yaxın tut tingi əkilib. Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi üçün son iki ildə rayonun Aşağı Tala kəndi ərazisində 167 hektar sahədə yeni gül plantasiyası salınıb, ərazidə damcılama suvarma sistemi quraşdırılıb. Hazırda mövcud 192 hektar gül plantasiyalarında aqrotexniki qulluq tədbirləri aparılır.
Hesabat dövründə 10 min 933 hektar payızlıq taxıl sahəsinə aqrotexniki xidmət göstərilib, 3 min 837 hektar sahədə yazlıq bitkilər əkilib.
Həmçinin 2018-ci ilin birinci rübündə rayonda aparılan tikinti-təmir işləri də uğurla davam etdirilib. Hesabat dövründə rayonda avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri sahəsində də müəyyən işlər görülüb, şəhərin küçələrində cari təmir işləri aparılıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası işləri başa çatdırılıb. 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda 12 və 18 metr uzunluğunda iki körpü inşa edilib, 50-dək suötürücü boru quraşdırılıb, yolun torpaq yatağının və yol əsasının tikintisi işləri aparılıb. Eyni zamanda, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri işləri davam etdirilib.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  3030  |  
  • Tarix:  01-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib

17:26
26 Sentyabr
Gövhər Baxşəliyeva: Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır
17:23
26 Sentyabr
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının yarışlarına baxır
17:22
26 Sentyabr
Yaddaşlarda yaşayanlar: Murtuz Ələsgərov Ulu Öndərin yaxın silahdaşlarından biri, görkəmli dövlət xadimi idi
17:21
26 Sentyabr
Milli Məclisin nümayəndə heyəti GUAM PA-nın sessiyasında iştirak edəcək
16:50
26 Sentyabr
Mihal Svantner: Azərbaycanın əqli mülkiyyət sahəsindəki milli qanunvericiliyi beynəlxalq standartlara uyğundur
16:47
26 Sentyabr
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
16:44
26 Sentyabr
AzTU-da “Turkish Aerospace” şirkətinin nümayəndəsi ilə görüs olub
16:42
26 Sentyabr
Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışı olub
16:40
26 Sentyabr
Bakıda 9-cu “Baku Open” beynəlxalq karate turniri keçiriləcək
16:16
26 Sentyabr
DİA-da “Əlimərdan bəy Topçubaşov. Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimat mərasimi keçirilib
16:12
26 Sentyabr
Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir
16:10
26 Sentyabr
Şahmat Olimpiadasının üçüncü turunda mübarizə aparacaq şahmatçılarımızın adları açıqlanıb
16:00
26 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb
15:43
26 Sentyabr
Oktyabrda Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək
15:38
26 Sentyabr
Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
15:25
26 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb
15:15
26 Sentyabr
Statistika Komitəsində Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinə dair tematik seminar keçirilir
15:09
26 Sentyabr
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri İmişlidə vətəndaşları qəbul edib
15:07
26 Sentyabr
Hesablama Palatasının nümayəndə heyəti Ali Audit Qurumlarının Asiya Təşkilatının Assambleyasında iştirak edib
14:44
26 Sentyabr
Hikmət Hacıyev: Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb
14:35
26 Sentyabr
Eldar İbrahimov: "Azərbaycan dünyaya kosmik sənayesində də güclü olduğunu göstərir"
14:16
26 Sentyabr
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
14:10
26 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
14:07
26 Sentyabr
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
13:55
26 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir
13:53
26 Sentyabr
AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib - "Yarasa"
13:44
26 Sentyabr
Əhliman Əmiraslanov: Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulur
13:41
26 Sentyabr
Pauerliftinq üzrə ölkə kuboku yarışında polis idmançılar yüksək nəticələr qazanıblar
13:37
26 Sentyabr
Daşkənddə keçirilən forumda “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətindən də danışılıb
12:51
26 Sentyabr
Prezident İlham Əliyev: Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir
12:35
26 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb
12:27
26 Sentyabr
Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr qurulub
12:24
26 Sentyabr
Baş nazir Novruz Məmmədov “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
12:13
26 Sentyabr
Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
12:09
26 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə görüş keçirilib
12:06
26 Sentyabr
Əfsanəvi futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar
12:05
26 Sentyabr
Dünya Turizm Günü Bakıda silsilə tədbirlərlə qeyd ediləcək
11:51
26 Sentyabr
Astanada ikinci media həftəsi keçirilir
11:40
26 Sentyabr
Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə intellektual dirçəliş mərhələsi kimi daxil olub
11:28
26 Sentyabr
“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:23
26 Sentyabr
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
11:23
26 Sentyabr
Paytaxt məktəblərində valideynlərlə görüşlər davam edir
11:17
26 Sentyabr
Türkiyə KİV-ləri “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi barədə yazır
11:13
26 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi davam edir
11:03
26 Sentyabr
Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği davam edir
10:43
26 Sentyabr
“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başlayıb
10:33
26 Sentyabr
Elman Nəsirov: “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir
10:31
26 Sentyabr
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
10:25
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 91 dəfə pozub
10:01
26 Sentyabr
Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +21