Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında baramaçılığa maraq artır
A+   Yenilə  A-
Azərbaycanın regionlarında baramaçılığa maraq artır

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən Dövlət Proqramına əsasən ölkədə 2025-ci ilə qədər barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub
Yeni iqtisadi şəraitdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu strategiyaya uyğun olaraq neftdənkənar iqtisadiyyat üzrə istehsal və ixrac imkanlarının artırılmasına hesablanan zəruri islahatlar həyata keçirilir, təşviq və digər dəstək tədbirləri gücləndirilir. Respublikanın regionlarında aqrar sektorda ayrı-ayrı istiqamətlər üzrə ənənələrin dirçəldilməsi, o cümlədən texniki bitkilərin becərilməsinə diqqətin artırılması buna misaldır. Artıq Azərbaycanın bölgələrində ənənələrə və iqlim şəraitinə uyğun olaraq pambıqçılıq, tütünçülük, çəltikçilik, üzümçülük, fındıqçılıq kimi gəlirli sahələr intensiv surətdə inkişaf etdirilir və məhsul istehsalında yaxşı nəticələr əldə olunur.
Davamlı dövlət qayğısı regionlarda baramaçılığın inkişafına təkan verib
Son illərdə dünya miqyasında xam ipək istehsalında davamlı artım müşahidə olunur. Bu da ilk növbədə onunla bağlıdır ki, dünya bazarında ipək məhsullarına tələbatın artması nəticəsində onun qiymətində yüksəlmə meyli müşahidə olunur. Hazırda birjalarda 1 ton xam ipəyin qiyməti təqribən 20 ton pambıq mahlıcının qiymətinə bərabərdir. Qeyd edək ki, ipəkçilik dünyanın 30-dan çox ölkəsində yayılıb.
Azərbaycanda da ipəkçiliyin inkişafı üçün imkanlar kifayət qədər genişdir. Uzun illər ərzində ölkənin ayrı-ayrı bölgələrində ipəkçiliyin xammal bazası olan baramaçılıq sahəsində zəngin ənənələr formalaşıb. Yeni iqtisadi şəraitdə davamlı dövlət dəstəyi sayəsində bu ənənələr dirçəldilir. Deyə bilərik ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində respublikamızda baramaçılığın və ipəkçiliyin inkişafı yeni keyfiyyət mərhələsinə yüksəlib. Ölkədə ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğu nəzərə alınaraq, 2016-cı ildən ipək istehsalının müasir infrastrukturunun yaradılmasına başlanılıb. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli 2337 saylı və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli 2442 saylı sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli 2893 saylı və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli 3286 saylı sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb.
Eyni zamanda, barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi bu sahəyə marağı artırıb. Davamlı dövlət qayğısının nəticəsi olaraq regionlarda barama istehsalı artıb. Belə ki, 2016-cı ildə respublika üzrə 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edilib.
Perspektivdə ölkədə barama istehsalının daha da artırılması nəzərdə tutulub. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Sərəncamda vurğulandığı kimi, bəhs olunan Dövlət Proqramı bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Mütəxəssislərin qənaətinə görə, Dövlət Proqramının həyata keçirilməsi ümumilikdə ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək. Yeri gəlmişkən, qeyd edək ki, 2018-ci ildə ölkə üzrə təqribən 400 ton barama tədarük edilməsi proqnozlaşdırılıb. Bütövlükdə, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində ölkədə 2025-ci ilə qədər barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub.
Aran bölgəsinin kümçülərinə hibrid ipəkqurdu toxumu paylanılıb
Ölkədə baramaçılığın intensiv inkişafını təmin etmək məqsədilə regionlarda güclü yem bazasının yaradılması diqqət mərkəzində saxlanılır. Dövlət başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çin Xalq Pespublikasından 1,5 milyon ədəd, 2017-ci il 29 noyabr tarixində isə 1 milyon ədəd tut tingləri tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb. Bununla da barama bəslənilən rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib. Regionlarda yeni tut bağlarının salınması hazırda da davam etdirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) iki mərhələdə - aprelin 17-si və 24-də Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsinin bu günlərdə bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılması həyata keçirilib.
Tut ipəkqurdu toxumlarının kümçülərə paylanılması münasibətilə Damazlıq İpəkçilik Stansiyasında keçirilən tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov rayonların baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə barama qurdlarının bəslənilməsi ilə bağlı lazımi məsləhət və tövsiyələrini verib.
Kümçülərlə söhbət zamanı İmran Cümşüdov baramaçılığın çox sərfəli və gəlirli bir fəaliyyət sahəsi olduğunu vurğulayıb. Qeyd edib ki, baramaçılıqla məşğul olan ailələr digər təsərrüfat sahələrindən ayrılmadan 30-40 gün müddətində əlavə gəlir əldə edə, qazanclarını artıra bilərlər. Diqqətə çatdırılıb ki, 2017-ci ildə baramaçılıq sahəsindən 3 mindən çox kümçü ailəsi yararlanıb.
Nazirliyin rəsmisi vurğulayıb ki, Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq, bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.
Tədbirin sonunda ipəkqurdlarını təhvil alan rayonların nümayəndələrinə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və məlumat kitabçaları verilib.
Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının qalan hissəsi dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılacaq.
Cari mövsümdə İmişlidə 15 ton barama istehsalı nəzərdə tutulub
Respublikanın bütün bölgələrində kümçülər yeni mövsümə ciddi hazırlaşıblar. Cari mövsümdə İmişlidə 15 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında rayona 390 qutu (7 min 410 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış 134 kümçüyə paylanılıb.
Rayon Kənd Təsərrüfatı İdarəsinin məlumatına əsasən, ötən il rayonda 3 ton 700 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı 3,5 dəfə artıraraq 15 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb. İpəkqurdunun yem bazasını möhkəmləndirmək məqsədilə ötən il 37 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud çəkilliklərə qulluq göstərilib.
Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Onlardan biri də Göbəktala kənd sakini Səxavət İsmayılovdur. O, ötən il 300 kiloqram barama istehsal edərək 2700 manat gəlir əldə edib. İpəkçi bu mövsüm 500 kiloqram məhsul istehsal etmək üçün kifayət qədər inkubasiya olunan ipəkqurdu toxumu götürərək bəsləyir.
Ağcabədili kümçülər bu il daha çox barama istehsal etməyi qarşıya məqsəd qoyublar
Ötən il Ağcabədi rayonunda 16 min 748 kiloqram barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi nəzərdə tutublar.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu gətirilərək, baramaçılıqla məşğul olacaq 502 ailəyə paylanılıb. Cari mövsümdə rayon üzrə 30 tondan artıq barama istehsalı nəzərdə tutulub.
Rayonda bir neçə ildir ki, ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə Ağcabədi rayonunda 48 kümçü tərəfindən 3675 kiloqram, 2017-ci ildə isə 228 kümçü tərəfindən 16 min 748 kiloqram yaş barama istehsal olunub. Barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 2016-cı ildə 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd, 2017-ci ildə isə, ümumilikdə, 135 min çəkil (tut) tingi əkilib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4950  |  
  • Tarix:  05-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19 Aprel 10:14
ADA Universitetində 44 ölkənin milli mədəniyyət nümunələri sərgilənib
19 Aprel 10:12
Azərbaycan etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb
19 Aprel 10:11
Bakı Kitab Mərkəzində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
19 Aprel 10:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
19 Aprel 10:03
YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
19 Aprel 09:56
Qusar rayonunda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb
19 Aprel 09:53
Formula 1 Malayziya Qran-Prisi yenidən keçirilə bilər
19 Aprel 09:51
Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
19 Aprel 09:50
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi
19 Aprel 09:48
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19 Aprel 09:46
Azərbaycanda fındıqçılığın inkişafına böyük diqqət göstərilir
18 Aprel 21:24
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
18 Aprel 21:21
Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb
18 Aprel 21:19
Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb
18 Aprel 21:17
Azərbaycandan Qətərə bir sıra məhsulların ixracına dair razılıq əldə olunub
18 Aprel 21:14
Dövlət İdarəçilik Akademiyası Türkiyə ilə əməkdaşlıq əlaqələrini genişləndirir
18 Aprel 21:05
Ali Məhkəmənin sədri Sumqayıtda vətəndaşları qəbul edib
18 Aprel 21:00
Dariqa Nazarbayeva: Azərbaycanın və Qazaxıstanın parlamentləri arasında möhkəm əlaqələr mövcuddur
18 Aprel 20:50
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Nəsimi rayonunda tədbir keçirilib
18 Aprel 20:47
Prezident İlham Əliyev: Azərbaycanda minimum əməkhaqqı, minimum pensiya bundan sonra da qaldırılacaq
18 Aprel 20:39
Cocuq Mərcanlı kəndində şagirdlərə Azərbaycanın ekoloji vəziyyəti haqqında məlumat verilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA