Ana səhifə »  KİVDF »  Azərbaycanda müasir yol infrastrukturunun yaradılması istiqamətində mühüm uğurlar əldə olunub
A+   Yenilə  A-
Azərbaycanda müasir yol infrastrukturunun yaradılması istiqamətində mühüm uğurlar əldə olunub

Son illərdə ölkəmizdə əsas magistral yollarla yanaşı, kənd yollarının salınması, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması ilə bağlı layihələr geniş vüsət alıb
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Daha doğrusu, son illərdə Azərbaycanda əsas magistral yollarla yanaşı, kənd yollarının salınması, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması ilə bağlı layihələr geniş vüsət alıb. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası hazırda da uğurla davam edir.
Elə ayrı-ayrı rayonlarda həyata keçirilən işlər də deyilənləri təsdiqləyir. Məsələn, son vaxtlar Ağdaş rayonunda kənd yollarının inşası və yenidən qurulması işləri geniş vüsət alıb. Hazırda rayonda iki istiqamət üzrə, ümumilikdə, 17 kəndi birləşdirən və 60 kilometr uzunluğu olan müasir avtomobil yolları inşa edilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 27 kilometr olan Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilir.
Məlumat üçün bildirək ki, iki hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinləri 2 metr, yol yatağının eni isə 10 metrdir. Uzun illərdən sonra əsaslı şəkildə yenidən qurulan bu yol 7 yaşayış məntəqəsinin 13 minə yaxın əhalisinin ürəyincə olub. Çünki həmin yol çoxdan idi ki, yararsız vəziyyətdə idi. Bu isə gediş-gəliş üçün problemlər yaradırdı. Yol yatağında tarazlıq və bərkitmə işlərindən sonra asfalt örtüyünün döşənməsinə başlanılıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikaları və işçi qüvvəsi yola asfalt örtüyünün döşənməsi işlərinə cəlb olunub.
Həmçinin avtomobil yolu üzərində olan körpülər təmir edilib, müxtəlif diametrli yeni suötürücü dəmir-beton borular quraşdırılıb. Asfaltlama işləri başa çatdıqdan sonra yol nişanları, məlumatverici lövhələr və siqnal dirəkləri quraşdırılacaq. Müasir yol infrastrukturunun yaradılmasından sonra ətrafdakı kəndlərin sakinlərinin Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat çıxışı təmin olunacaq. Ən əsası isə, yeni yolun çəkilişi ilə yük və sərnişindaşıma asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının tez bir zamanda istehlakçılara çatdırılmasına hərtərəfli şərait yaranacaq.
Hazırda rayonda yenidən qurulan yollardan biri də Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur. Uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Avtomobil yolu uzun illər istismar edildiyindən və təmir olunmadığı üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə nəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Qısa müddətdə yolun 7 kilometrlik hissəsinə ikiqat asfalt örtüyü vurulub. Yolun 12 kilometrlik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanma işlərinə start verilib. Beləliklə, rayonun 10 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisinin Ağdaş şəhərinə gediş-gəlişi rahatlaşacaq. Yenidən qurulan hər iki yoldan ümumilikdə 17 kəndin əhalisi istifadə edəcək.
Sözügedən istiqamətdə işlər Qusar rayonunda da uğurla davam etdirilir. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə yol layihəsi uğurla icra olunur. Agentliyin mətbuat xidmətindən verilən məlumata əsasən, bura 1 respublika və 2 yerli əhəmiyyətli (kəndlərarası) avtomobil yolu daxildir. Bu yolların uzunluğu 78 kilometr olmaqla, 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir. Sözügedən layihələrdən biri 21,5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən və uzunluğu 21 kilometr olan köhnə Xudat-Həzrə avtomobil yoludur.
Hazırda tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 3100 kubmetr həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur. Yolun çiyin hissələri 42 min kvadratmetr sahədə genişləndirilərək optimal qarışıqlı çınqılla bərkidilir, küvet hissələr açılır.
Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsini nəzərə alaraq 3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa olunur, kənarlarına isə yeni səki daşları düzülür.
Tikinti norma və qaydalarına uyğun olaraq, daha sonra yolun 170 min kvadratmetr sahəsində optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının inşası işləri görüləcək. Yol əsası hazır olan yerlərə isə növbəti mərhələ çərçivəsində asfalt-beton örtük döşənəcək. Ümumilikdə yolun 120 min kvadratmetrdən çox hissəsinə xırda və iri dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.
Bundan başqa, yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün 60 poqonmetr uzunluğunda suötürücü dəmir-beton boruları tikintisi, mövcudların isə təmir olunaraq bərpa edilməsi nəzərdə tutulub.
Tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün 76 ədəd yol nişanları və məlumatverici lövhələr, 21 ədəd kilometr göstəricisi və 680 ədəd siqnal dirəyi quraşdırılacaq, 63 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu yaşayan vətəndaşların rayon mərkəzinə gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişindaşıması isə asanlaşacaq. Bununla da, sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının və turizmin inkişafına təkan verəcək.
Salyan rayonunda isə 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 13,1 kilometr olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumatda deylir ki, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 11 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişindaşımasını asanlaşdırmaqdır.
Məlum olduğu kimi, Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yol ayırıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) qalan 112 kilometrlik Qarağacı-Bəhramtəpə hissəsinin yenidən qurulması yekunlaşmaq üzrədir.
Bundan öncə yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 kilometrlik və 26 kilometrlik Aran-Qarağacı hissələri yüksək səviyyədə qurularaq vətəndaşların istifadəsinə verilib. Yolun 42,5-154,5 kilometrlik hissəsində isə hazırda işlər sürətlə davam etdirilərək yekunlaşdırılır. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.
Layihəyə uyğun olaraq respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Qarağacı-Bəhramtəpə hissəsində yolun altından suların ötürülməsi üçün ümumi uzunluğu 5155 poqonmetr olan 224 ədəd dairəvi suötürücü borunun quraşdırılması və 27 yerdə 629 poqonmetr uzunluğunda düzbucaqlı su keçidinin inşası aparılaraq yekunlaşdırılıb. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədi ilə ümumi uzunluğu 278 poqonmetr 17 ədəd alt keçidin inşası aparılıb. Yolboyu 3 ədəd yeni körpünün inşası da yekunlaşmaq üzrədir.
Layihə çərçivəsində yolboyu daş-dolğu işləri və torpaq yatağının inşası işləri tam olaraq yekunlaşdırılıb. Hazırda əsasın qum-çınqıl qarışığından alt və optimal-qırmadaş qarışığından üst layının tikintisi işləri aparılır ki, bu işlər də sonuncu mərhələdədir. Əsasın hazır olan hissələrində isə asfaltlanma işləri görülür. Bitumlu əsas və əlaqələndirici asfalt layları olmaqla yolboyu yeni asfalt-beton örtüyü döşənir.
Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Bu məqamda qeyd edək ki, ölkəmizdə sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb.
Belə ki, bu il rayonda uzunluğu 22 kilometr olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Bu, başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur.
Lənkəran rayonu Hirkan-Daştatük-Biləsər avtomobil yolunun ilk 10 kilometrlik hissəsi qara örtüklü, qalan 12 kilometrlik hissəsi isə torpaq örtüklüdür. Lakin uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun 10 kilometrlik hissəsində mövcud qara örtük 6 min kubmetr həcmdə sökülərək, kənara daşınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə 12 min kubmetr həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi işləri aparılır. Sözügedən hissədə yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qruntun mexanizmlə kəsilməsi və daşınması, həmçinin torpaq yatağının layihə hündürlüyünə çatdırılması işləri görülür, çiyin hissələr bərkidilir.
Daha sonra qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının 24 santimetr hündürlükdə alt və 16 santimetr hündürlükdə üst qatının tikinti işləri aparılacaq. Bu işlər 100 min kvadratmetrdən çox sahəni əhatə edəcək. Texnoloji ardıcıllığa riayət olunmaqla daha sonra əlaqələndirici bitum səpilərək yol asfaltlanacaq. Yola 7 və 5 santimetr hündürlükdə olmaqla 58 min kvadratmetr sahədə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışığı döşənəcək.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun qalan 12 kilometrlik torpaq örtüklü hissəsinin çınqıl örtüklü olmaqla tikintisi nəzərdə tutulub. Bu çərçivədə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə 27,5 min kubmetr həcmdə yol yatağının karxana çınqılı ilə tikintisi, torpaq yatağının layihə hündürlüyünə qaldırılması üçün 130 min kubmetr qruntun mexanizmlə kəsilərək daşınması, yatağın normativ eninin alınması üçün 13 min kubmetr III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi işləri aparılır. Sadalanan işlər yekunlaşandan sonra 80 min kvadratmetr sahədə yol əsasının 24 santimetr qalınlıqda qum-çınqıl qarışığı ilə alt, 16 santimetr qalınlıqda isə optimal-qırmadaş qarışığı ilə üst layının tikinti işlərinin aparılması nəzərdə tutulub.
Hirkan-Daştatük-Biləsər avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri görüləcək. Belə ki, 90 min kubmetr həcmdə xüsusi qrup qruntun əraziyə gətirilərək yayılması və kipləşdirilməsi, avtoqreyderlə 16,5 kilometr uzunluğunda küvetlərin açılması, 530 kubmetr dəmir-beton küvetlərin inşası aparılacaq.
Bundan başqa, yolun müxtəlif nöqtələrində 800 metrə yaxın istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasiyası nəzərdə tutulub. Bu çərçivədə yolboyu 780 poqonmetr uzunluğunda 750, 1000, 1250 və 1500 millimetr diametrli suötürücü dəmir-beton boru quraşdırılacaq.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 56 ədəd yol nişanı, 20 ədəd kilometr göstəricisi quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, 30 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Qeyd edək ki, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidən qurulması ilə 7,5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişindaşıma asanlaşacaq. Bundan başqa, yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən turizmin inkişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.
Beləliklə, qeyd olunduğu kimi, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də Xaçmaz-Xudat avtomobil yoludur. Bu yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir. Kənd və qəsəbələri birləşdirən yolların müasir səviyyədə yenidən qurulması, ümumilikdə, həmin bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərir. Yolların yenidən qurulması yerləşdikləri ərazilərdə yük və sərnişin daşımasını xeyli yaxşılaşdırır, yetişdirilən məhsulların rahat şəkildə yaxın-uzaq bazarlara daşınmasına imkan yaradır. Bu da kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verir.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.
Bildirilib ki, birinci və üçüncü texniki dərəcəli yolun uzunluğu 24 kilometrdir. 2-4 hərəkət zolağına malik yolun hərəkət hissəsinin eni 7-15 metrdir. Hər iki tərəfdən çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni 19 metrdir. Yolun tikintisi zamanı genişmiqyaslı torpaq işləri görülüb, 2 laydan ibarət 13 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Yolboyu asfalt-beton qarışığından səkilər tikilib, geniş ərazidə beton səki daşları düzülüb. Yolda lazım olan bütün infrastruktur yaradılıb, xeyli sayda yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib.
Xaçmaz-Xudat avtomobil yolunun yenidən qurulması 54 min nəfər əhalisi olan 59 yaşayış məntəqəsini birləşdirən yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa, bölgədə turizmin inkişafına imkan verməklə yanaşı, Yalama sərhəd keçid məntəqəsi ilə rahat nəqliyyat əlaqəsini də yaratmış olur. Bu da həmin yolun həm də beynəlxalq əhəmiyyətinin bir göstəricisidir.
Prezident İlham Əliyev mayın 4-də Xaçmaza səfəri çərçivəsində, həmçinin Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib. Məlumat üçün bildirək ki, son dövrlərdə rəmzi “40 yol” layihəsi çərçivəsində Xaçmazda Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunda da mühüm işlər həyata keçirilib. Ümumi uzunluğu 29 kilometr olan bu yolun müasir səviyyədə tikilməsi sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Bu tədbirlərin icrası, ilk növbədə, əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan rayonların deyil, ümumilikdə, həmin regionun sosial-iqtisadi inkişafına töhfə verir, turizm axınının davamlı olmasını təmin edir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
Yeri gəlmişkən, 8 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən, IV texniki dərəcəli bu yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni 3 metr, hər iki tərəfdə çiyinlərinin eni 2 metr, ümumi torpaq yatağının eni isə 10 metrdir. İki laydan ibarət asfalt-beton örtüyün salınmasına 50,1 min ton asfalt-beton qarışığı sərf edilib. Yol boyunca 84 poqonmetr müxtəlif diametrli suötürücü borular tikilib, 145 yol nişanı və göstərici lövhə quraşdırılıb, 87 min metr uzunluğunda yol cizgi xətləri çəkilib. Avtomobil yolunun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “8 saylı Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilib.
Yuxarıda da qeyd olunduğu kimi, son illərdə Azərbaycanda əsas magistral yollarla yanaşı, kənd yollarının salınması, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması ilə bağlı layihələr geniş vüsət alıb. Bu layihələr Xızı rayonunu da əhatə edib. Giləzi-Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yol da son illərdə kənd yollarının əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirilən layihələrin ardıcıl xarakter aldığını nümayiş etdirir. Belə yollar rayonlarımızda turizmin inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir. Və dövlət başçısı mayın 4-də Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.
Bu yolun tikintisi Prezident İlham Əliyevin 2018-ci ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. 600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Yol IV texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 6 metr olan yol ikizolaqlıdır. Yolun yenidən qurulması zamanı genişmiqyaslı torpaq və asfalt-beton işləri görülüb. Yol boyunca 226 metr müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib. Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir. Bu yolun yenidən qurulması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır.
Nadir AZƏRİ

 
  • Oxunub:  2460  |  
  • Tarix:  09-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA