Ana səhifə »  KİVDF »  Enerji şəbəkələrinin dayanıqlılığının artırılması Azərbaycanın bütün bölgələrini əhatə edib
A+   Yenilə  A-
Enerji şəbəkələrinin dayanıqlılığının artırılması Azərbaycanın bütün bölgələrini əhatə edib

Həyata keçirilən tədbirlər sayəsində paylayıcı sistemdə texniki itkilər minimuma endirilib və sənayenin, aqrar sektorun, həmçinin əhali abonentlərinin elektrik enerjisinə olan tələbatı yüksək səviyyədə ödənilir
Yeni generasiya güclərinin yaradılması Azərbaycanda bütün ölkə boyu intensiv şəkildə həyata keçirilən müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 15 ildə respublikamız özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda ölkənin elektroenergetika sistemində ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır.
Azərbaycan enerjiyə olan daxili tələbatı tam yerli istehsal hesabına ödəyir
Qısa müddətdə çoxlu sayda generasiya güclərinin istifadəyə verilməsi ölkəmizdə yeni müsbət reallıqlar yaradıb. Məlum olduğu kimi, bir vaxtlar Azərbaycan özünün enerjiyə olan tələbatının müəyyən hissəsini ixrac hesabına ödəyirdi. Bu da respublikadan xaricə valyuta axınına səbəb olurdu. Artıq vəziyyət dəyişib. Belə ki, yeni generasiya gücləri sayəsində ölkədə əhalinin, eləcə də sənayenin və aqrar sektorun artan tələbatı yüksək səviyyədə sırf yerli istehsal hesabına ödənilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin dörd ayı ərzində ölkədə 7 milyard 850,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Bu həcmin 7 milyard 23 milyon kilovat/saatı istilik elektrik stansiyalarında, 517,1 milyon kilovat/saatı su elektrik stansiyalarında, 11,3 milyon kilovat/saatı günəş elektrik stansiyalarında (GES), 5,4 milyon kilovat/saatı külək elektrik stansiyalarında (KES), 0,6 milyon kilovat/saatı isə şərti termik stansiyalarda istehsal edilib.
Energetika təsərrüfatının ölkə iqtisadiyyatının genişlənməsində müstəsna rolu nəzərə alınaraq 2018-ci ildə də yeni generasiya güclərinin yaradılması istiqamətində işlər davam etdirilir. Cari ildə 400 meqavat gücə malik “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub.
Yeni generasiya gücləri sayəsində respublikamızın müəyyən həcmlərdə ixrac potensialının yaranması da qürurverici haldır. Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 987 milyon 949 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ötən 4 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 47 milyon 303 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 387 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 535 min dollar olub. Beləliklə, bu ilin yanvar-aprel aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb.
Qərb bölgəsində yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir
Ölkədə yeni generasiya güclərinin yaradılması ilə paralel şəkildə, paylayıcı şəbəkənin dayanıqlılığının artırılması da diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə işlər ölkənin bütün regionlarını əhatə edir. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) paylayıcı şəbəkədə tikinti, yenidənqurma və bərpa işlərininin miqyasını respublikanın digər bölgələrində olduğu kimi, Qərb regionunda da getdikcə genişləndirir. Burada istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin birinci rübündə Qərb regionunda bir sıra yenidənqurma işləri həyata keçirilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Belə ki, Gəncə şəhərində yeni salınmış yaşayış massivinin qidalandırılması üşçün 35/10 kV-luq “Məhsəti” yarımstansiyası tikilərək istifadəyə verilib.Yarımstansiyanı elektrik enerjisi ilə təchiz etmək məqsədilə 110/10 kV-luq “Yeni Gəncə” yarımstansiyasından iki dövrəli 3,1 km uzunluğunda 35 kV-luq yeraltı kabel xətti çəkilib. Sözügedən qəsəbədə yeni 10 kV-luq hava xətti çəkilib və 5 ədəd komplekt transformator məntəqəsi şəbəkəyə qoşulub. Bundan başda, 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyası yenidən qurularaq istifadəyə verilib. Hazırda Gəncə şəhərindəki 110/10 kV-luq “Mərkəz” yarımstansiyası yenidən qurulur. Eyni zamanda, şəhərdəki yeni yaşayış massivlərinin, sənaye obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni komplekt transformator məntəqələri quraşdırılır, hava xətləri çəkilir.
Göygöl rayonunda texniki itkilərin minimuma endirilməsi, dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində Nadel, Almədətli, Xəqani, Quşqara, Balçılı kəndlərində 10 kV-luq şəbəkə yenidən qurulub. Rayonun Əzgilli, Pənahlılar və Üçtəpə kəndlərində 0,4 kV-luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəzlənib və hazırda yenidənqurma işləri davam edir.
Ümumilikdə 2018-ci ilin birinci rübündə Samux rayonunun Çobanabdallı, Şəmkir rayonunun Təzəkənd, Günəş, Qarabağlılar, Fizuli, Daşkəsən rayonunun Bayan-Nasos, Dərə-Zağalı, Gülbulaq, Şahvələdli, Əhmədli, Ağstafa rayonunun Zəlimxan, Köçəsgər, Tovuz rayonunun Humanlar, Əlimərdanlı, Qazax rayonunun Xanlıqlar, Çaylı, Daş Salahlı, Gədəbəy rayonunun Yenikənd, Göyərli kəndlərində və rayon mərkəzilərində 0,4 kV-luq hava xətləri yenidən qurularaq standartlara cavab verən ÖİN xətlərlə əvəz edilib, bir çox yerlərdə köhnə sayğacların əvəzinə yeni sayğaclar quraşdırılıb. Hazırda sözügedən rayonlarda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.
Mərkəzi Aran regionunda elektrik şəbəkələri yenidən qurulur
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata əsasən, Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki elektrik şəbəkələri, o cümlədən Tərtər rayonunda 110/35/6 kv-luq “Tərtər”, Ağdaş rayonunda isə 110/35/10 kv-luq “Ağdaş” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur.
Mingəçevir Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/6 kV-luq “Yeni Mingəçevir” yarımstansiyası tikilərək istifadəyə verilib. Eyni zamanda, “Yeni Mingəçevir” yarımstansiyasını qidalandırmaq üçün yüksək gərginlikli 35 kv-luq 2 dövrəli yeraltı kabel və 6 kv-luq 2 dövrəli hava xətti çəkilib. Bundan başqa, şəhər istiqmətində 6 kV-luq 2 hava xətti yenidən qurulub, 2 hava xəttində isə yenidənqurma işləri davam etdirilir.
Yevlax rayonunda da “Yeni Mingəçevir” yarımstansiyasından qidalanan 6 kv-luq Mingəçevir şəhəri ətrafında yerləşən kəndləri qidalandıran 14 və 54 saylı hava xətləri yenidən qurulub, yeni 2 dövrəli hava xətti çəkilib. Həmin xətlərin üzərində olan Havarlı, Bəydilli, Hacıselli, Marzılı, Gülövşə, Əkşəm, A.Bucaq, Yenicə, Aşağı Salamabad, Yuxarı Salamabad və Əcəmi kəndlərində köhnə 0.4 kv-luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəz olunub və bu ərazilərdə 43 ədəd yeni Komplekt Transformator Məntəqəsi quraşdırılıb. O cümlədən rayonun Qaraməmmədli və Meyvəli kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəzlənib. Hazırda bu qəbildən olan işlər Kövər kəndində davam etdirilir.
Bərdə rayonunun Lənbəran kəndində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə tam yenidən qurulub, 6 ədəd yeni KTM quraşdırılıb. Qasımbəyli, Otuzikilər, Hacallı, Qaradəmirçi, Zümürxan, Uğurbəli Qarayusfli, Bala Göyüşlü, Böyük Qəcər kəndlərinin bir hissəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub, köhnə sayğaclar yenilər ilə dəyişdirilib. Hazırda Xanərəb kəndində 10 və 0.4 kv-luq EVX-lərində yenidənqurma işləri aparılır.
Göyçay Elelktrik Şəbəkəsinin xidməti ərazisində Mollahacılı, Bəydövül, Şıxbəy, Yalman, Potu kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz edilib. Hazırda Qarayazı kəndində də 10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri aparılır. EVX-lərdə yenidənqurma işləri həmçinin Goranboy rayonunun Abbasqulular kəndindəki 10 və 0.4 kv-luq şəbəkədə də həyata keçirilir.
Ucar Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Gərabəyli, Qazqumlaq və Bərgüşad kəndlərində 0.4 kv-luq hava xətlərinin bir hissəsi ÖİN kabellə, həmçinin köhnə sayğaclar yeni sayğaclarla əvəzlənib. Türkəçi kəndində isə hava xətləri tamamilə ÖİN kabellərlə dəyişdirilib.
Ağsu Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Abbasxanlı, Cəlayir, Kəndoba və Gəgəli kəndlərininin bir hissəsində də 0.4 kv-luq hava xətləri ÖİN kabellərlə əvəz olunub və köhnə sayğaclar yeniləri ilə dəyişdirilib. Yenidənqurma işləri Ağsu rayonunun mərkəzi hissəsində də aparılıb və yeni KTM-lər qurlaşdırılıb.
Kürdəmir rayonunun Qarasaqqallı, Xırdapay, Atakişili, Axtacı-Qarabucaq, Yeni Şıxımlı, Çərtəyəz kəndlərində və şəhərətrafı ərazilərdə hava xətləri də yenidən qurulub. Yenidənqurma işləri Sorsor kəndində davam etdirilir. Burada 10 və 0.4 kv-luq hava xətlərində yenidənqurma işləri aparılır.
Ağdaş rayonunda 10 kv-luq Xosrov hava xəttindən qidalanan Qülbəndə kəndi ərazisində 10 və 0.4 kv-luq hava xətləri yenidən qurulur. Son bir neçə ay ərzində Ağdaş rayonunun Qaradağlı, Aralbir, Eymur, Qaradeyin kəndlərinin bir hisəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub, köhnə sayğaclar yeni sayğclarla əvəzlənib.
Enerji şəbəkələrində yenidənqurma işləri respublikanın şimal bölgəsini də əhatə edib
Paylayıcı elektrik şəbəkələrində aparılan yenidənqurma işləri respublikanın şimal bölgəsini də əhatə edib. Burada ayrı-ayrı kənd və qəsəbələr üzrə istismar müddətini başa vurmuş yarımstansiyalar, transformator məntəqələri, hava elektrik verilişi xətləri yenidən qurulur. 2018-ci ilin əvvəlindən bəri Xızı rayonunun ərazisində 35 kV-luq “Baxışlı” yarımstansiyasının tikintisi yekunlaşaraq Yaşma kəndi ərazisində 2 km uzunluğunda yeni 20 kV-luq “Su anbarı” hava xətti çəkilib. Su anbarını qidalandırmaq üçün 20/0,4 kV-luq yarımstansiyanın tikintisi davam etdirilir.

Quba rayonunda 35 kV-luq “Mirzəqışlaq” yarımstansiyası tikilib və 4,2 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib. Hazırda Quba rayonunun Barlı və Vəlvələ kəndlərində yeni Komplekt Transformator Məntəqələri qurlaşdırılır və onların ətrafı Özünüdaşıyan İzolyasiyalı Naqillərlə yenidən qurulur.
Siyəzən rayonunun mərkəzində 35 kV-luq yeni yarımstansiya inşa edilib və 4 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib. Rayonun Altıağac hava xəttinin bir hissəsində 35 kV-luq dayaqlar dəyişdirilib, həmçinin Yaşma ərazisində 35 kV-luq yüksək gərginlikli elektrik dayaqları yenilənib.
Xaçmaz rayonunun Köhnə Xudat və Qobuqırağı kəndlərində yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq naqillər ÖİN kabellərlə əvəzlənir. Yeni KTM-lərin qurlaşdırılması və aşağı gərginlikli hava elektrik verilişi xətlərinin yenidənqurulması işləri Qusar rayonunun Balaqusar kəndində və Şabran rayonunun mərkəzində də həyata keçirilir.
Cənub regionunun elektrik şəbəkələrində görülən işlər jurnalistlərdə zəngin təəssürat oyadıb
Xəbər verildiyi kimi, “Azərişıq” ASC bu günlərdə jurnalistlər üçün cənub regionuna mediatur təşkil edib. Mediatur çərçivəsində jurnalistlər cənub regionunun ayrı-ayrı yaşayış məntəqələri üzrə elektrik şəbəkələrində görülən işlərlə tanış olublar. Ən yüksək standartlar səviyyəsində görülən işlər jurnalistlərdə zəngin təəssüratlar yaradıb. “Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. Məsələn, Masallı rayonunun ərazisində 35 kV-luq Alvadı yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda, Alvadı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0.4 kV hava xətləri ÖİN kabellərlə əvəzlənib, ərazilərə yeni KTM-lər qurlaşdırılıb. Hazırda 35/10 kV-luq “Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulur, Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti ÖİN kabellərlə əvəzlənir.
Lənkəran Elektrik Şəbəkəsində isə 35 kV-luq Səpnəkəran yarımstansiyası yenidən qurularaq istismara hazır vəziyyətə gətirilib. Bu yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV-luq hava xətti tam yenilənib. Habelə Lənkəran Elektrik Şəbəkəsinin Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi qəsəbəsinin 0.4 kV-luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəzlənib, kəndlərə yeni KTM-lər qurlaşdırılıb. Hazırda 110 kV-luq “Lənkəran 2” yarımstansiyasının yenidənqurma işləri davam etdirilir, Xolmili, Şıxəkəran, Şağlaser kəndlərində yeni Komplekt Transformator Məntəqələri quraşdırılır.
Astara rayonunun Şahağacı kəndində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb.
Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0.4 kV-luq hava xətləri Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəzlənərək yenidən qurulub və hazırda anoloji proses rayonun Orand kəndində aparılır.
Cəlilabad rayonunda 110 kV-luq “Cəlilabad-2” yarımstansiyası yenidən qurulur, Köçəkli kəndlərində 0,4 kV-luq şəbəkə Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəzlənərək sayğaclar çölə çıxarılır.
Yardımlı rayonunun mərkəzində də yeni Komplekt Transformator Məntəqələri qurlaşdırılır, 0,4 kV-luq şəbəkə Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəz edilir.
Biləsuvar rayonunun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkə yenidən qurulub, hazırda Bəydilli kəndində Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılması üçün 0,4 kV-luq dayaqlar yenilənir.
Müştəri məmnunluğuna xidmət edən yeniliklər diqqət mərkəzində saxlanılır
“Azərişıq” abonentlərə göstərilən müxtəlif növ xidmətlərin səviyyəsini yüksəltməyi, müştəri məmnunluğuna səbəb ola biləcək yenilikləri daim diqqət mərkəzində saxlayır. Son günlərdə “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub. Belə ki, ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb.
Qeyd edək ki, “yük hesabatının hazırlanması” üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.
“İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Xidmətin müddəti isə işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Beləliklə “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 11-dən 13-ə yüksəlib.
Bundan başqa, məlum olduğu kimi, Nazirlər Kabineti “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə yeni qərar verib. Bununla da “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə bu günə qədər xidmət göstərdiyi “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində yeniliklər edilərək vahid tarif tətbiq olunub.
“ASAN xidmət” vasitəsi ilə elektrik şəbəkəsinə qoşulanların sayı sürətlə artır
Cari ilin aprel ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “Azərişıq” ASC-yə ölkə ərazisindəki “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə rekord sayda müraciət daxil olub. Belə ki, cari ilin aprel ayında 400-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artım deməkdir.
İşin operativ və səmərəli qurulması üçün “Azərişıq” ASC-nin strukturunda “Perspektiv İnkişaf və “ASAN xidmət”lə iş idarəsi” yaradılıb. “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin yerinə yetirilməsi təmin edilib. “Azərişıq” ASC-nin rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub. Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, ötən ilin sonundan etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətlərinə baxılır. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurlarının sayı 7-dən 3-ə, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.
Naxçıvanın enerji tələbatı 100 faiz həcmində bərpa olunan enerji hesabına ödəniləcək
Son illərdə bütün dünyada bərpa olunan mənbələrdən enerji alınmasına diqqət artıb. Hazırda dünya üzrə elektrik enerjisinin ümumi həcminin 20 faizi məhz bərpa olunan mənbələrdən alınır.
Bərpa olunan mənbələrdən elektrik enerjisi alınması Azərbaycanda da diqqət mərkəzində saxlanılır. Yaxın perspektivdə Naxçıvan Muxtar Respublikası enerjiyə olan tələbatını 100 faiz həcmində bərpa olunan enerji hesabına ödəyə bilər. Bu, hazırda Muxtar Respublikada tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra mümkün olacaq.
Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev “Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, sosial-iqtisadi inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən elektrik enerjisi sistemində yeni qurğuların inşası, ötürücü və paylayıcı şəbəkələrin yaradılması ölkəmizdə innovativ texnologiyaların tətbiqi əsasında daha da təkmilləşdirilir. Son illərdə bu sahədə ayrı-ayrı Dövlət proqramları çərçivəsində icra edilən tikinti-quruculuq işləri generasiya potensialını əhəmiyyətli dərəcədə artırmış, ötürücü və paylayıcı infrastrukturu genişləndirmişdir. Ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni elektrik stansiyalarının istismara verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə zəmin yaradır. Dövlət başçısının imzaladığı sənədə əsasən, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10,0 (on) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.


Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3270  |  
  • Tarix:  22-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib
14:34
12 Noyabr
Aleksandr Lukaşenko: Azərbaycan-Belarus əməkdaşlığının daha da inkişafı üçün potensial böyükdür
14:33
12 Noyabr
XİN: Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir
14:24
12 Noyabr
Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları başlayıb
14:14
12 Noyabr
Ceyhun Bayramov: Sağlamlıq imkanları məhdud 10 mindən artıq uşaq xüsusi təhsilə cəlb edilib
13:56
12 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12:48
12 Noyabr
Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
12:10
12 Noyabr
BANM ilə Turin Politexnik Universiteti arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib
12:01
12 Noyabr
İnformatika fənninin tədrisinin təkmilləşdirilməsini dəstəkləyən layihə təqdim olunub
11:44
12 Noyabr
Gəncə-Qazax bölgəsində tibbi müayinələr çərçivəsində bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşmaya dair konfrans keçirilib
10:58
12 Noyabr
Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi açılıb
10:55
12 Noyabr
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib
10:51
12 Noyabr
Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09:36
12 Noyabr
Müdafiə Nazirliyi: atəşkəs rejimi 28 dəfə pozulub
09:25
12 Noyabr
12 noyabr - Konstitusiya Günüdür
22:58
10 Noyabr
Dünya şöhrətli hindistanlı yoqin Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib
21:29
10 Noyabr
Əli Həsənov: Azərbaycan ərəb-İslam ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır
19:51
10 Noyabr
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
19:08
10 Noyabr
Elçin Mirzəbəyli: Ermənistanın başqa hərbi-siyasi qütbə üz tutması edam kötüyünə könüllü baş qoymağa bərabərdir
18:39
10 Noyabr
Aydın Hüseynov: KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir
18:17
10 Noyabr
Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib
17:23
10 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib
16:46
10 Noyabr
Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər”
15:04
10 Noyabr
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub
14:49
10 Noyabr
Leyla Abdullayeva: Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur
14:37
10 Noyabr
AOK-un 47-ci Baş Assambleyasında Bakının XV Avropa Olimpiya Gənclər Festivalına hazırlığı barədə məlumat verilib
14:25
10 Noyabr
Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib
12:07
10 Noyabr
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı debatlarda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün multikulturalizmin əhəmiyyəti barədə danışıb
12:04
10 Noyabr
Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsini anım tədbirləri təşkil olunub
11:38
10 Noyabr
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
11:20
10 Noyabr
Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçirilir
11:14
10 Noyabr
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
10:46
10 Noyabr
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb
10:44
10 Noyabr
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub
10:42
10 Noyabr
10 noyabr - Dünya Elm Günüdür
10:38
10 Noyabr
Bakı Kitab Mərkəzində dünya şöhrətli yoqin Sadhquru ilə görüş və kitab təqdimatı olub
14:48
09 Noyabr
ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər
14:15
09 Noyabr
Fuad Muradov: Türk Şurasına üzv ölkələr Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını istəyir
13:36
09 Noyabr
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
13:28
09 Noyabr
Dövlət Bayrağı Günü münasibətilə hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
13:03
09 Noyabr
Ekspert: Dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmadı
10:48
09 Noyabr
Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:37
09 Noyabr
Vyanada “Son iclas” bədii-sənədli filmi nümayiş olunub
10:22
09 Noyabr
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
10:14
09 Noyabr
Dövlət Bayrağı Günü ərəfəsində DTX-nin Mədəniyyət Mərkəzində yaradılmış yeni kitabxananın açılışı olub
10:08
09 Noyabr
Bostonda Xəzər İnnovasiya Sammiti keçirilib
10:00
09 Noyabr
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
17:43
08 Noyabr
Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA