Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında aparılan meliorativ tədbirlər aqrar sektorda istehsal imkanlarının artmasına müsbət təsir göstərir
A+   Yenilə  A-
Azərbaycanın regionlarında aparılan meliorativ tədbirlər aqrar sektorda istehsal imkanlarının artmasına müsbət təsir göstərir

Son 15 ildə respublika miqyasında 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib
Azərbaycanda əkinə yararlı torpaq ehtiyatları məhduddur. Buna görə də regionlarda mövcud torpaq fondundan səmərəli istifadə edilməsi diqqət mərkəzində saxanılır. Prezident İlham Əliyev qarşıya ölkədə aqrar sektoru bundan sonra məhsuldarlığı artırmaq yolu ilə inkişaf etdirmək kimi mühüm vəzifə qoyub. Hazırda dövlət başçısının qarşıya qoyduğu vəzifənin icrasını yüksək səviyyədə təmin etmək məqsədilə bölgələrdə genişmiqyaslı tədbirlər reallaşdırılır, o cümlədən fermerlərin müxtəlif növ texnikalarla, gübrə və pestisidlərlə, elit toxumlarla təminatı gücləndirilir. Eyni zamanda, torpağın münbitliyini artırmaq üçün aqrotexniki qaydalara ciddi əməl olunur, növbəli əkin sisteminin tətbiqi genişləndirilir.
2018-ci ildə ölkədə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulub
Aqrar sektorda istehsal imkanlarının genişlənməsinə müsbət təsir göstərən mühüm amillərdən biri də torpaqların şoranlaşmasının qarşısının alınması, əkin sahələrinin tələb olunan həcmlərdə suvarma suyu ilə təmin edilməsi, meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi amili ilə bağlıdır. 2004-cü ildən bəri Prezident İlham Əliyevin böyük diqqətinin nəticəsi olaraq ölkə miqyasında 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib.
2017-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında regionlarda 103 min hektar sahəyə suyun çatdırılması və su təminatının yaxşılaşdırılması işləri həyata keçirilib. Dövlət başçısı tərəfindən 2018-ci ildə də təxminən bu qədər torpağın əkin dövriyyəsinə cəlb edilməsi qarşıya vəzifə qoyulub. Hazırda ayrı-ayrı layihələr üzrə işlərin icrası uğurla davam etdirilir.
Cari ildə Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq. Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Siyəzən rayonunda su təminatının yaxşılaşdırılması tədbirləri ümumilikdə 12 min 964 hektar sahəni əhatə edəcək. Ağdaşda əkinə yararlı olsa da, boş qalan və suvarılmayan 15800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi üçün 3 layihənin icrasına başlanılıb.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev cari il martın 12-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionlarda 248 yaşayış məntəqəsində yeni subartezian quyularının qazılması nəzərdə tutulub.
Salyanda torpaqların təkrar şoranlaşmasının qarşısı alınır
Salyanda torpaqların təkrar şoranlaşmasının qarşısını almaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, rayonun təsərrüfatlarındakı mövcud kollektor-drenaj şəbəkələrində əsaslı təmir-bərpa işləri görülməklə yanaşı, yenilərinin qurulması da həyata keçirilir. Qeyd edək ki, Salyanda bu sahə ilə üç müəssisə məşğul olur. Onlardan biri Aşağı Muğan Meliorativ Sistemləri İstismarı İdarəsidir. İdarə Salyan, Sabirabad və Neftçala rayonlarında 132 min 500 hektar sahəyə xidmət edir. Əkin sahələrinin münbitliyini artırmaq üçün 24 meliorativ nasos stansiyası fəaliyyət göstərir ki, bunun da 8-i Salyan rayonundadır. Həmin nasos aqreqatları vasitəsilə minerallaşdırılmış qrunt suları şor kanallara vurulur. Görülmüş tədbirlər nəticəsində qrunt sularının minerallıq dərəcəsi 9,7 qram litrdən 5,4 qram litrə qədər aşağı düşüb.
İdarənin baş mühəndisi Zalış Bünyadov bildirib ki, bu ilin əvvəlindən 56 kilometr uzunluğunda lildəntəmizləmə işləri həyata keçirilib və rayondakı 8 nasos stansiyası vasitəsilə 75 milyon kubmetr qrunt suları dənizə axıdılıb. Bu isə 540 ton duzun əkin sahələrindən kənarlaşması deməkdir.
Mühəndisin sözlərinə görə, torpaqlarda olan duzluluğun dərəcəsini aşağı salmaqla qalıq sularının səviyyəsini 2 metrə qədər endirmək üçün 5 kəndin ərazisindən keçən 200 kilometr drenaj xətti dərinləşdirilib.
Qeyd edək ki, idarə tərəfindən bu ilin əvvəlindən indiyə kimi Salyan, Neftçala və Sabirabad rayonları ərazisindən 285 milyon kubmetr qrunt suyu dənizə axıdılıb.
Beyləqan və Füzulidə 500 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin olunacaq
Ölkənin bütün bölgələrində olduğu kimi, Beyləqan və Füzuli rayonlarında da əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Beyləqan Subartezian Quyularının İstismarı İdarəsindən bildirilib ki, idarənin balansında olan 117 quyu ilə Beyləqan rayonunda 1710 hektar əkin sahəsi, 139 quyu ilə isə Füzuli rayonunda 3250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son illərdə əhalinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Beyləqan və Füzuli rayonlarında 80-dən çox subartezian quyusu qazılıb. Bundan başqa, istismarda olan subartezian quyularının təmir-bərpası da diqqət mərkəzində saxlanılır. Belə ki, təkcə bu ilin birinci rübündə idarə tərəfindən 2 ədəd subartezian quyusu, 42 ədəd nasosun elektrik mühərriki əsaslı, 73 ədəd quyu cari təmir edilib.
Prezident İlham Əliyevin 2018-ci il martın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə Beyləqan rayonunda 9, Füzuli rayonunda isə 12 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq quyuların qazılmasına başlanılıb. Yeni quyuların istifadəyə verilməsi ilə bu rayonlarda 500 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.
Bölgələrdə müasir suvarma sistemlərinin tətbiqinə “yaşıl işıq” yandırılır
Son illərdə respublikamızın bölgələrində aqrar sektorda dünyanın qabaqcıl ölkələrində yaxşı nəticələr verən müasir təsərrüfatçılıq metodlarının tətbiqinə geniş meydan verilir. O cümlədən regionlarda müasir suvarma sistemlərinin tətbiqinə “yaşıl işıq” yandırılır.
Məhsuldarlığın artırılması məqsədilə müasir suvarma sistemlərindən istifadənin əhəmiyyətindən danışan Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, Azərbaycanda suvarılan torpaqların ümumi sahəsi 1,4 milyon hektar təşkil edir. Respublikada suvarma suyunun məhdudluğu və ərazilər üzrə qeyri-bərabər paylanmasına baxmayaraq, suvarılan sahələrin əksər hissəsində (98 faiz) suvarma hələ də ənənəvi sadə üsulla (selləmə üsulu ilə) aparılır və bu üsulun tətbiqi zamanı heç bir suvarma norma və qaydalarına riayət olunmur.
“Bu cür səmərəsiz, ənənəvi üsulun tətbiqi suvarma suyunun bitkilər tərəfindən istifadə olunmadan itkisinə, torpaqların deqradasiyasına, qrunt sularının səviyyəsinin qalxmasına və nəticədə torpaqların təkrar şorlaşmasına gətirib çıxarır”, - deyən İmran Cümşüdov qeyd edib ki, respublika üzrə əkin sahələrinin təxminən 2-3 faizində mütərəqqi suvarma sistemlərindən (yağışyağdırma, damcılarla suvarma) istifadə olunur.
Bitkiçilik şöbəsinin müdiri deyib: “Hazırda dünya ölkələrinin böyük əksəriyyətində aqrar sahənin səmərəli inkişafı yalnız irimiqyaslı irriqasiya sistemlərinin yaradılması və mütərəqqi suvarma qurğularından istifadə edilməklə suvarmanın həyata keçirilməsi nəticəsində mümkün olub. Damcılarla suvarma sistemi də bu qurğular sırasında öz üstünlükləri ilə seçilir. Damcılama üsulunda suvarma suyuna qənaət olunmaqla, daha az su ilə daha çox sahə suvarılır. Bu suvarma üsulunda torpaqda eroziya prosesi baş vermir, qrunt sularının səviyyəsi su itkiləri olmadığından dəyişməz qalır. Torpaqlarda təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu birbaşa bitkinin kök sisteminə verildiyindən onun kökətrafı zonada bərabər şəkildə paylanması təmin olunur”.
İmran Cümşüdov digər suvarma üsulu - yağışyağdırma üsulu barədə də məlumat verərək bildirib ki, bu cür suvarmada su nasosların köməyi ilə xüsusi borularla çiləyici aparatlara müəyyən olunmuş təzyiqlə vurulur, yağış şəkilində torpağa düşərək, torpağı və bitkiləri nəmləndirir. Bu üsulla suvarmada torpaq qatı müntəzəm olaraq nəmlənir, suvarma avtomatlaşdırılır, torpaq deqradasiyasının qarşısı alınır.
Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılması işləri davam etdiriləcək
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 16 may 2018-ci il tarixində “Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Sənəddə vurğulanır ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında mövcud potensialdan səmərəli istifadə olunmaqla görülmüş meliorativ tədbirlər nəticəsində 407 hektar sahədə su resurslarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması başa çatdırılıb. Sərəncama əsasən “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ayrılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  12990  |  
  • Tarix:  24-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:41
Hikmət Babaoğlu: Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”
23 Aprel 09:25
Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur
23 Aprel 09:21
Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
23 Aprel 09:17
AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib
23 Aprel 09:14
Televiziya incəsənət proqramları milli-mənəvi dəyərlər sistemində
23 Aprel 09:13
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7