Ana səhifə »  KİVDF »  Fəal məşğulluq tədbirləri regionlarda insanların əmək bazarına inteqrasiyasına müsbət təsir göstərir
A+   Yenilə  A-
Fəal məşğulluq tədbirləri regionlarda insanların əmək bazarına inteqrasiyasına müsbət təsir göstərir

Dövlət Məşğulluq Xidmətinin iş planına uyğun olaraq 2018-ci ildə respublikanın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulub
Son 15 ildə Azərbaycanda reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf siyasətinin müsbət nəticələrini həmçinin regionlarda fəal məşğul əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsində görmək mümkündür. Respublikamızda 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bölgələrin inkişafına yönələn məqsədyönlü tədbirlər reallaşdırılıb. O cümlədən bütün ölkə boyu müasir infrastruktur quruculuğu - yeni yolların çəkilməsi, generasiya güclərinin yaradılması, su, qaz təchizatının yaxşılaşdırılması geniş vüsət alıb. Respublikada sahibkarlıq dövlət tərəfindən hərtərəfli şəkildə dəstəklənir. Son illərdə yeni müəssisələrin, sənaye məhəllələrinin fəaliyyətə başlaması hesabına Azərbaycanın sənaye xəritəsi regionlara doğru genişlənir. Eyni zamanda, aqrar sektorda müasir təsərrüfat subyektləri yaradılır və əmək tutumlu sahələr intensiv şəkildə inkişaf etdirilir. Bütün bunlar da öz növbəsində regionlarda iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artırıb ki, nəticədə, bölgələrdə əmək qabiliyyətli insanlar layiqli iş yerləri ilə təmin olunurlar. Bütövlükdə, son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yerləri yaradılıb ki, onların da böyük əksəriyyəti daimi olmaqla bölgələrin payına düşür. Qeyd edək ki, respublikamızda 5 milyona yaxın əmək qabiliyyətli insan var. Ölkə əhalimizin 54 faizi regionlarda yaşayır.
Regionlarda əmək yarmarkalarının keçirilməsi ənənə halını alıb
Son illərdə müvafiq qurumlar tərəfindən həyata keçirilən fəal məşğulluq tədbirləri regionlarda insanların əmək bazarına çıxış imkanlarını artırıb. Bölgələrdə ənənə halını alan əmək yarmarkalarının keçirilməsi də belə tədbirlərdəndir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2018-ci il üzrə iş planına uyğun olaraq bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.
İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədi daşıyan bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində əvvəlcədən hazırlıq işləri aparılır. Yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunur. Həmin vətəndaşlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilir. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılır. Cari il ərzində həmçinin ölkəmizin təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də nəzərdə tutulub. Xatırladaq ki, ötən il respublikamızın rayon və şəhərlərində keçirilən əmək yarmarkaları zamanı vakant iş yerlərinə göndəriş verilən vətəndaşlardan 90 faizə qədəri həmin iş yerlərində işlə təmin ediliblər.
Dövlət Məşğulluq Xidmətindən verilən məlumata əsasən, növbəti əmək yarmarkası elə bu günlərdə İsmayıllıda təşkil edilib. Rayondakı Peşə Tədris Mərkəzində keçirilən əmək yarmarkasında ayrı-ayrı idarələrin, müəssisələrin, təşkilatların nümayəndələri, iş adamları və işaxtaran vətəndaşlar daxil olmaqla bütövlükdə 492 nəfər iştirak edib. Verilən məlumata əsasən, əmək yarmarkasına 61 idarə, müəssisə, təşkilat və sahibkarlar tərəfindən 241 boş iş yeri təqdim edilib. Vakansiya təqdim edən işəgötürənlərdən 39-u dövlət, 21-i qeyri-dövlət, 1-i isə fiziki şəxs olub. Təqdim olunmuş boş iş yerlərinə 103 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilib. Onlardan 36 nəfəri dövlət, 67 nəfəri isə özəl iş yerlərinə göndərilib.
İşaxtaranların peşə hazırlığının artırılması qarşıda duran vacib məsələlərdəndir
İşaxtaranların peşə hazırlığının, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması qarşıda duran vacib məsələlərdəndir. Əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımın, istehsal və xidmətlərin rəqabət qabiliyyətinin təmin olunmasında işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi mühüm iqtisadi prinsip kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də strateji hədəflərdən biri kimi insan kapitalının inkişaf etdirilməsi müəyyən olunub. Bu məqsədə yönələn tədbirlər sırasında işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması mühüm yer tutur.
Hazırda ölkə iqtisadiyyatının inkişaf meyilləri əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə tələbin hansı isitiqamətdə dəyişdiyini müəyyən etməyə imkan verir. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, müasir texnologiyaların, İKT-nin tətbiqi proseslərinin genişlənməsi və s. əmək bazarında həmin sahələr üzrə ixtisaslaşmış işçi qüvvəsinə tələbin artmasını şərtləndirir. O cümlədən bu gün ənənəvi kənd təsərrüfatı sahələrində müşahidə olunan inkişaf bu sahələr üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasını da əsas vəzifələrdən biri kimi müəyyən edib. Ölkəmizdə müasir dövrün çağırışlarına uyğun olaraq işçi qüvvəsinin iqtisadi inkişaf prosesinə uyğun təkmilləşdirilməsi, keyfiyyətinin, məhsuldarlıq səviyyəsinin yüksəldilməsi yönündə məqsədyönlü iş aparılır, o cümlədən peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Ölkə üzrə işaxtaranların peşə hazırlığının artırılmasında Bakı, Naxçıvan, Göyçay şəhərlərində fəaliyyət göstərən regional peşə tədrisi mərkəzlərinin rolunu xüsusi qeyd etmək lazımdır.
Elə bu günlərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib. Mərkəz Gəncənin və ətraf rayonların işsiz və işaxtaran sakinlərinin peşə hazırlığının təşkilinə və onların əmək bazarına çıxış imkanlarının artırılmasına xidmət göstərəcək. Mərkəzdə əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili, habelə bu təbəqədən olan şəxslərin maneəsiz hərəkət imkanlarına malik olmaları üçün lazımi şərait yaradılacaq. Burada əmək bazarında tələb olunan müxtəlif peşələr üzrə lazımi texniki və tədris vəsaitləri ilə təmin olunmuş sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. fəaliyyət göstərəcək. Peşə tədris mərkəzində ənənəvi təlim üsulları ilə bərabər, işaxtaranların daha müasir üsulla və qısa zamanda yeni peşələrə yiyələnmələrinə və əmək bazarına daxil olmalarına imkan verən modul təlim texnologiyalarından geniş istifadə olunacaq. S.Babayev Mərkəzin qurulması işlərinin keyfiyyətlə aparılmasını tapşırıb.
Regionlarda özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir
Azərbaycanın regionlarında Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən start götürən özünüməşğulluq proqramının əhatə dairəsi getdikcə genişlənir. Bu proqram sayəsində ölkə üzrə aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər. Proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən aktivlər hesabına respublikamızın 76 şəhər və rayonu üzrə 1172 ailə (o cümlədən 60 nəfər əlil və 21 şəhid, 206 məcburi köçkün ailəsi) aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıblar. Həmin təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədinə yönəlib.
“Özünüməşğulluq proqramı ümumən işsizlik və yoxsulluğa qarşı səmərəli proqramdır. Buna görə də proqramın şəffaf və səmərəli icrası, onun əhatə edəcəyi aztəminatlı ailələrin sayının bu il 7 min nəfərə çatdırılması və gələcək illərdə daha da artırılması qarşıda duran vacib vəzifələrdəndir”. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirləri və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələlərinə dair müşavirədə səsləndirilib. Müşavirədə qeyd edilib ki, ilk növbədə, ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunmasına diqqət yetirilməlidir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu və digər müvafiq istiqamətlər üzrə hədəflərə nail olunması məqsədilə təkliflərin hazırlanması üçün nazirlikdə İşçi qrupunun yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, ünvanlılığının təmin edilməsi və həmin tədbirlərin əlaqələndirilməsi mexanizminin, bacarıqların inkişafı sisteminin yaradılması, qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilən səriştələrin tanınması sisteminin formalaşdırılması və s. üçün İşçi qrupu tərəfindən təkliflər hazırlanaraq, bir ay ərzində təqdim edilməlidir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4530  |  
  • Tarix:  30-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır
25 Aprel 19:13
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib
25 Aprel 19:04
Məmməd Musayev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb
25 Aprel 17:50
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
25 Aprel 17:42
Nurlana Əliyeva: Zərifə Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb
25 Aprel 17:29
Azərbaycan öz qəti və ardıcıl mövqeyini saxlayır – danışıqlar indiki formatda davam etdirilməlidir
25 Aprel 17:21
Üç ayda dəniz limanlarında 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib
25 Aprel 17:19
Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
25 Aprel 17:17
Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir
25 Aprel 17:11
“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib
25 Aprel 17:07
İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25 Aprel 17:04
Polad Bülbüloğlu: Bakı əslində Qəhrəman şəhərdir
25 Aprel 16:58
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25 Aprel 16:48
Malik Həsənov: Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır
25 Aprel 16:45
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib
25 Aprel 16:39
Milli Olimpiya Komitəsində atletika məşqçilərinin təltif edilməsi mərasimi olub
25 Aprel 16:36
YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi
25 Aprel 16:33
Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
25 Aprel 16:31
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
25 Aprel 16:14
Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb
25 Aprel 16:09
“Jewish Journal” nəşrində minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında məqaləsi dərc olunub
25 Aprel 16:07
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
25 Aprel 16:01
Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur
25 Aprel 15:58
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25 Aprel 15:49
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib
25 Aprel 15:44
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
25 Aprel 15:35
Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub
25 Aprel 15:27
YAP Qadınlar Şurasının kollektivi akademik Zərifə Əliyevanın məzarını ziyarət edib
25 Aprel 15:04
Paytaxt məktəbliləri beynəlxalq konfransda
25 Aprel 15:01
Ölkəmiz 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur
25 Aprel 14:50
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib
25 Aprel 14:45
Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
25 Aprel 14:43
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi keçiriləcək
25 Aprel 14:39
Dövlət Gömrük Komitəsi Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur
25 Aprel 14:27
Azərbaycanla Çinin enerji sahəsində əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub
25 Aprel 14:24
Nazir: TANAP və TAP böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verir
25 Aprel 14:20
Bu gün F1 pilotlarının Bakıda mətbuat konfransı keçiriləcək
25 Aprel 14:16
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
25 Aprel 14:12
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb
25 Aprel 14:11
“Digital HUB” proqramı çərçivəsində “AzerTelecom” və “China Telecom” strateji anlaşma memorandumu imzalayıb
25 Aprel 13:22
YAP Gənclər Birliyinin nümayəndəsi Qazaxıstanın Türküstan şəhərində “Türk Şurası Gənclərinin II Forumu”nda iştirak edir
25 Aprel 12:46
Azərbaycan İlahiyyat İnstitutunda “Rusiyada İslam tarixi” kitabının təqdimatı olub
25 Aprel 12:43
Azərbaycanın ABŞ-dakı səfirliyi Kolorado Senatına ölkəmizlə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərib
25 Aprel 12:18
Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib
25 Aprel 12:15
Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur
25 Aprel 12:14
Formula 1 azarkeşləri bu gündən yarış məkanına daxil ola biləcəklər
25 Aprel 11:55
Bu gün Azərbaycanda Sahibkarlar Günüdür
25 Aprel 11:53
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri 7-ci Baltik Aqroforumunda iştirak ediblər
25 Aprel 11:46
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25 Aprel 11:39
Azərbaycan Prezidenti İlham Əliyev "China Poly Group" Korporasiyasının sədri ilə görüşüb
25 Aprel 11:28
Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb
25 Aprel 11:02
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
25 Aprel 10:58
Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb
25 Aprel 10:50
Aprelin 25-i Beynəlxalq DNT Günüdür
25 Aprel 10:43
AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub
25 Aprel 10:40
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
25 Aprel 10:37
“Sky Sport” televiziya kanalının saytında oxuculara Formula 1 Azərbaycan Qran-Prisi barədə məlumat verilib
25 Aprel 10:17
Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA