Ana səhifə »  KİVDF »  Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir

Yeni yaradılan sənaye müəssisələrinin böyük əksəriyyəti regionlarda yerləşir
Azərbaycanın regional inkişaf strategiyasında sənaye quruculuğu mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası çərçivəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur qurulub - rahat yollar çəkilib, yeni generasiya gücləri yaradılıb, genişmiqyaslı qazlaşdırma həyata keçirilib, yeni su layihələri icra edilib. Paralel şəkildə bölgələrdə sənaye təyinatlı istehsalatların yaradılması təşviq edilir, qanunvericilik bazası ardıcıl şəkildə möhkəmləndirilir. Bütün bunlar investorlar üçün cəlbedici amillərə çevrilib. Onlar yaradılan şəraitdən bəhrələnərək ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılmasına böyük maraq göstərirlər. Son 15 ildə yerli və xarici investorların sərmayələri hesabına Bakıətrafı qəsəbələrdə və ölkənin digər bölgələrində onlarca istehsal müəssisəsi yaradılıb. Tarixən bölgələrdə formalaşan ənənələr, xammal potensialı və əmək ehtiyatları nəzərə alınmaqla yaradılan bu müəssisələr bir qayda olaraq ən müasir standartlar səviyyəsində qurulur. Hazır məhsul həm daxili tələbatın ödənilməsinə yönəldilir, həm də “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılır.
Qeyri-neft sənayesi 10 faiz artıb
İqtisadiyyat Nazirliyində bir neçə gün öncə keçirilmiş kollegiya iclasında da əldə olunmuş nəticələr təhlil olunub və qarşıda duran vəzifələr müzakirə edilib. Kollegiya iclasında vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin və davamlı islahatların reallaşdırılması nəticəsində əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin ötən dövrü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, birinci rübdə ÜDM 2,3 faiz, qeyri-neft sektoru təqribən 3 faiz, qeyri-neft sənayesi 10 faiz, kənd təsərrüfatı 4,2 faiz artıb. 2018-ci ilin I rübündə valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları artaraq 44,2 milyard ABŞ dollarına çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici investisiyalardır. Əhalinin gəlirləri təxminən 10 faiz artıb, inflyasiya 4 faiz təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə həmçinin Cənub Qaz Dəhlizinin yaradılması, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimində islahatların davam etdirilməsi, qeyri-neft sektorunun inkişafı, infrastrukturun yaxşılaşdırılması, ilin sonunadək qazlaşdırmanın 95 faizə çatdırılması, ərzaq təhlükəsizliyinin diqqət mərkəzində saxlanılması, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, yerli istehsalın gücləndirilməsi, yeni texnoloji müəssisələrin, sənaye parkları və zonalarının yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin, eləcə də emal sənayesinin inkişafı, ixracın şaxələndirilməsi, yeni ixrac bazarlarının müəyyən edilməsi, ənənəvi bazarlarda mövqelərin möhkəmləndirilməsi və yeni bazarlara çıxışın təmin olunması, turizmin inkişafı, ABAD mərkəzlərinə diqqət göstərilməsi, alternativ enerji mənbələrinin yaradılması və bu sahədə təhlillərin aparılması, Böyükşor gölünün qalan hissəsinin təmizlənməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasının davam etdirilməsi və s. tapşırıqlar verib.
Hazırda Sumqayıt Sənaye Parkında 6 müəssisə fəaliyyət göstərir
İqtisadiyyatın prioritet sahələrindən olan sənayenin inkişafı istiqamətində də vacib işlər görülür. Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parklarının və məhəllələrinin yaradılması, sənaye zonalarına yeni rezidentlərin cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. 17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələrə rezidentlər tərəfindən 3 milyard dollara yaxın sərmayə qoyulacaq. Hazırda Sənaye Parkında 6 müəssisə fəaliyyət göstərir. 2018-ci ildə müxtəlif tipli tikinti məhsulları (qatqıları) istehsal edəcək Silisium Kalsium İstehsalat Müəssisəsi, tütün məmulatları (siqaret) istehsal edəcək “Tabaterra” QSC, karbamid (azot gübrəsi) istehsal edəcək SOCAR-ın Karbamid Zavodu, polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək “SOCAR Polymer” MMC, ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsal edəcək Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, sənaye istifadəsi üçün polimerdən kisə və torbalar istehsal edəcək “SumPlast” MMC və Məlumatların (datanın) emalını həyata keçirəcək “Nexus Labs” MMC olmaqla, ümumilikdə 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur. Sahibkarların artan marağı nəzərə alınaraq, parkın ərazisinin genişləndirilməsi istiqamətində hüquqi sənədlərin hazırlanması işləri başa çatdırılıb.
2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir, digər 6 rezident (polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent (skoç), biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə) isə yaxın zamanlarda fəaliyyətə başlayacaq. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların BSP-yə göstərdiyi maraq nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib.
Hacıqabul və Sabirabad sənaye məhəllələrində tikinti işləri bu il başa çatacaq
Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 2018-ci ilin fevralında pambıq-poliester və iplik istehsal edən 2 fabrik istifadəyə verilib. Sənaye Parkında boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə də müəssisələrin yaradılması nəzərdə tutulur. Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur. Həmçinin Pirallahı Sənaye Parkında hazırda tikinti işləri aparılır və 3 müəssisəyə rezident statusu verilib. Azərbaycan-Rusiya birgə müəssisəsi olan əczaçılıq zavodunun layihələndirmə işləri davam etdirilir, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun açılışı bu ilin 4-cü rübündə gözlənilir.
Onu da qeyd edək ki, ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. Hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada işləyənlərin sayı 500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti - “Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyətə başlayacaq. Masallı Sənaye Məhəlləsində isə tikinti işləri tam başa çatıb. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərirlər və onlar tərəfindən icra olunması üçün ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Artıq 2 sahibkar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınıb və hazırda digər layihələr üzrə təhlillər aparılır. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi dəyəri 7,1 milyon manat olan 9 layihə icra ediləcək.
Hacıqabul Sənaye Məhəlləsində də həyata keçirilən tikinti işləri 2018-ci ildə başa çatacaq. Sənaye məhəlləsində reallaşdırılması üçün ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, tikinti materiallarının istehsalı avadanlıqları, avtomobil və plastik məmulatların istehsalı zavodlarının yaradılmasına dair müraciətlər daxil olub. Daxil olmuş təkliflər araşdırılıb və “ATEF Sənaye Kompleksi” MMC və “Plassttech” MMC-nin Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı kimi qəbul edilməsi qərara alınıb.
Sabirabad Sənaye Məhəlləsində də tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur. Artıq sənaye məhəlləsində işlənmiş təkərlərin təkrar emalı, biogübrələrin (orqanik) istehsalı, yun tədarükü məntəqəsinin yaradılmasına dair təkliflər daxil olub. Hazırda bu təkliflər araşdırılır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyində keçirilən son kollegiya iclasında nazir Şahin Mustafayev sənaye parkları və məhəllələrinin təşkili və genişləndirilməsi işlərinin davam etdirilməsi, digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırılması, sənaye zonalarına yeni rezidentlərin cəlb olunması, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin özünü maliyyələşdirməsi məsələsinin araşdırılması, Mingəçevir Sənaye Parkında yeni müəssisələrin yaradılmasına, “Khazar” Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərin bazarda daha geniş şəkildə təqdim olunmasına dair təkliflərin hazırlanması barədə nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib.
Kollegiya iclasında həmçinin yerli istehsalın gücləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının, yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb. İqtisadiyyat naziri bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin I rübündə də müxtəlif sahələr üzrə yeni texnologiyalara əsaslanan müəssisələr istifadəyə verilib, bir sıra istehsal sahələrinin tikintisi davam etdirilib və yeni müəssisələrin təməli qoyulub, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində mühüm addımlar atılıb.
Qeyd edək ki, ölkəmizdə ənənəvi sahələrdən olan xalçaçılığın inkişafı məqsədilə artıq 10 rayonda xalça müəssisələrinin tikintisi yekunlaşıb. Hazırda daha 10 müəssisənin, 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi işləri davam etdirilir və bu müəssisələrin 2018-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. 2017-ci ilin sonunda dövlət başçısı tərəfindən Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş Yunəyrici Boyaq Fabrikinin tikintisi isə 2019-cu ildə başa çatacaq. Şahin Mustafayev dövlət başçısının 2018-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrasının sürətləndirilməsi, “Azərbaycan xalçası” (“Azerbaijan carpet”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması barədə tapşırıqlar verib.
Regionlarda aqroparkların yaradılması işləri davam etdirilir
İclasda vurğulanıb ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan aqroparkların yaradılması işləri davam etdirilir. Hazırda ölkənin 30 rayonunda 45 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 3 aqroparkda birinci mərhələ üzrə nəzərdə tutulmuş işlər başa çatdırılıb, 15-i isə 2018-ci ildə istifadəyə veriləcək. Kollegiya iclasında digər regionlarda da iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması imkanlarının araşdırılmasının davam etdirilməsi barədə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
2018-ci ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən layihələrinin ümumi dəyəri 371 milyon manat olan 397 sahibkara geri qaytarılan kreditlər hesabına 64,4 milyon manat güzəştli kredit verilib. Bunun 69 faizi aqrar sektorun, 31 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına, 92 faizi regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Ümumiyyətlə, indiyədək 35 mindən çox sahibkara 2,2 milyard manat həcmində dövlətin güzəştli krediti verilib ki, bunun 1 milyard manatı dövlət büdcəsinin, digər hissəsi isə qaytarılan kreditlərin payına düşür.
Qeyd edək ki, 2018-ci ilin I rübündə sahibkarlara dəstək məqsədilə digər mexanizmlərdən də səmərəli istifadə olunub. Belə ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 241 sahibkarlıq subyektinə 271 investisiya təşviqi sənədi verilib. Bu layihələr nəticəsində yerli istehsala 2,5 milyard manat investisiya yatırılacaq, 18 mindən çox yeni iş yeri açılacaq.
Dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmış “Lisenziyalar və icazələr” portalı bu ilin mart ayından fəaliyyətə başlayıb. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 110 elektron lisenziya verilib. Onlardan 81-i yeni verilmiş, 29-u isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Lisenziyalar əsasən özəl tibb, əczaçılıq, layihələndirmə və tikinti-quraşdırma işləri, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri və s. sahələri əhatə edir.
Həmçinin Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyəcək, dövlət qurumlarının onlara göstərdikləri xidmətlərin bir məkanda - “Kiçik və Orta Sahibkarlıq Evi”ndə təşkili, əlaqələndirilməsi və tənzimlənməsi üzrə fəaliyyəti həyata keçirəcəkdir. Kollegiya iclasında agentliyin fəaliyyətinin təşkili işlərinin sürətləndirilməsi istiqamətində vəzifələr müəyyənləşdirilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, kollegiya iclasında kiçik sahibkarların və ailə biznesinin iri özəl və dövlət şirkətləri tərəfindən dəstəklənməsinin təşviq olunması ilə bağlı nazirliyin müvafiq strukturları üçün konkret vəzifələr müəyyən edilib.
Eləcə də idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən biridir. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. İxracın stimullaşdırılması üçün 2018-ci ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixracı müqabilində sahibkarlara 1,5 milyon manat, indiyədək isə 4,6 milyon manat ixrac təşviqi ödənilib.
“Made in Azerbaijan” brendi xarici bazarlarda uğurla təbliğ olunur
Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair Fərmanına uyğun olaraq, 2018-ci ilin ötən dövründə Azərbaycan şirkətləri dövlət büdcəsi hesabına “Beynəlxalq Yaşıl Həftə”, “Prodexpo”, “Fruit Logistica”, “Gulfood” və “Sial China” beynəlxalq ərzaq sərgilərində vahid ölkə stendi ilə iştirak ediblər. Ümumilikdə indiyədək 13 ixrac missiyası (Çin, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı) təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Fərmanı ilə ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Fərmana uyğun olaraq, 2018-ci ildən xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq, ixracla məşğul olan sahibkarlara daha çox dəstək göstəriləcək. Artıq Azərbaycanın Belarusda Ticarət Evi fəaliyyət göstərir və indiyədək bu ticarət evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib. Yaxın vaxtlarda Azərbaycanın Latviya və Ukraynada Ticarət evləri fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır.
Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun 4 və Arıçılar, Nar, Fındıq, Şərab, Çay və Süd istehsalçıları və ixracatçıları assosiasiyalarının 6 iclası keçirilib, 2018-ci ilin I rübündə 50-yə yaxın şirkətə ixraca dair xidmətlər göstərilib.
Beləliklə, qeyri-neft ixracının artırılması və diversifikasiyası istiqamətində həyata keçirilən kompleks tədbirlər öz müsbət nəticəsini verib və 2018-ci ilin ötən dövründə də ixracın artım tempi davam edib. Bu dövrdə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 19 faiz, sənaye məhsullarının ixracı 47 faiz, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 34 faiz, ixrac olunan məhsulların sayı 9 faiz, ixrac əməliyyatı həyata keçirilmiş ölkələrin sayı isə 9,5 faiz artıb.
Qeyd edək ki, şərab Azərbaycanın əsas ixrac potensialı olan məhsullarındandır və yaxın vaxtlarda Çinin Şanxay şəhərində Azərbaycan Şərab Evi açılacaq. Nazir Şahin Mustafayev Pekində də Azərbaycan Şərab Evinin açılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb, dövlət başçısının 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair” Dövlət Proqramının əlaqədar dövlət qurumları ilə birgə icrasına, şərab istehsalının və ixracının genişləndirilməsinə, bu sahədə qablaşdırmanın önəmini nəzərə alaraq qablaşdırma müəssisələrinin yaradılmasının təşviq edilməsinə, eləcə də şərab istehsalçıları ilə mütəmadi görüşlərin keçirilməsinə dair müvafiq tapşırıqlar verib.
Yeri gəlmişkən vurğulayaq ki, Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur və 2018-ci ilin ötən dövründə bu istiqamətdə önəmli işlər görülüb. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan hissəsində işlər başa çatdırılıb. Azərbaycan dəhlizin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsində iştirak edəcək. Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin İran hissəsində terminalın yaradılması işləri aparılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-ci ildə də sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, işsizliyin aşağı səviyyədə saxlanılması, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidən qurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. Dövlət İnvestisiya Proqramında sosial obyektlərin tikintisi və təmiri üçün müvafiq vəsait nəzərdə tutulub. Vurğulanıb ki, bu il 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulur ki, bu da ucqar kəndlərdə belə məktəb probleminin tam həll olunmasını təmin edəcək. Modul tipli məktəblər Neftçala Sənaye Zonasında hazırlanacaq.
Həmçinin Prezident İlham Əliyevin Böyükşor gölünün təmizlənməsi barədə tapşırığına uyğun olaraq, hazırda Fransanın “Suez” şirkəti “Böyükşor gölünün bərpası” layihəsinin 2-ci mərhələsi üzrə layihələndirmə işlərini həyata keçirir. 2018-ci ilin ikinci yarısında bu işlər yekunlaşacaq və bundan sonra gölün sağlamlaşdırılması və tarixi məcraya qaytarılması istiqamətində növbəti addımlar müəyyənləşdiriləcək. Eyni zamanda, hazırda Böyükşor gölünün ərazisindən keçməklə Ziya Bünyadov prospekti (Dərnəgül şosesi) ilə Balaxanı-Binəqədi yaşayış məntəqələrinə gedən yolu birləşdirən A kateqoriyalı yolun tikintisi davam edir.
Nardar BAYRAMLI

 
  • Oxunub:  6270  |  
  • Tarix:  06-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA