Ana səhifə »  KİVDF »  Regionlarda barama tədarükünə uğurla start verilib
A+   Yenilə  A-
Regionlarda barama tədarükünə uğurla start verilib

2018-ci ildə ölkə üzrə təqribən 400 ton barama tədarük edilməsi proqnozlaşdırılıb
Son illərdə Azərbaycanın bölgələrində aqrar sektorda gəlirli sahələrdən biri kimi ipəkçiliyin və onun zəruri xammal bazası olan baramaçılığın inkişafına böyük diqqət göstərilir. Bu məqsədlə zəruri infrastruktur qurulur, yem bazası möhkəmləndirilir, təşviq və kümçülərə dəstək tədbirləri gücləndirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli 2337 saylı və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli 2442 saylı sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli 2893 saylı və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli 3286 saylı sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb.
Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi isə ölkədə ipəkçiliyin və baramaçılığın inkişafına daha geniş perspektivlər açıb. Bütövlükdə, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində ölkədə 2025-ci ilə qədər barama istehsalının 6 min tona çatdırılması nəzərdə tutulub.
Həyata keçirilən bu və ya digər tədbirlər, həmçinin barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın ayrılması bu sahəyə böyük maraq yaradıb. Davamlı dövlət qayğısının nəticəsi olaraq regionlarda barama istehsalı ilbəil artır. Əgər 2016-cı ildə respublika üzrə 70,7 ton yaş barama tədarük edilmişdisə, 2017-ci ildə bu rəqəm 245,2 tona çatıb. 2018-ci ildə ölkə üzrə təqribən 400 ton barama tədarük edilməsi proqnozlaşdırılıb.
Qax rayonunda cari ildə barama tədarükünü 25 tona çatdırmaq qarşıya hədəf qoyulub
Baramaçılıq ənənələrinin geniş yayıldığı Qax rayonunda barama bəsləmə mövsümü uğurla keçib. Bir neçə gün bundan əvvəl rayonun kəndlərində barama tədarükünə başlanılıb. Artıq Qax Damazlıq İpəkçilik Stansiyasında yaradılan qəbul məntəqəsinə təxminən 4 ton yaş barama təhvil verilib.
Stansiyanın direktoru Əkrəm Fətəliyevin məlumatına əsasən, bu il rayonda barama istehsalının ötən illə müqayisədə 2 dəfə artırılaraq 25 tona çatdırılması qarşıya hədəf qoyulub. Cari mövsümdə barama yetişdirilməsi ilə əlaqədar 315 istehsalçı ilə müqavilə bağlanılıb, onlara 624 qutu, yəni 11 kiloqram 856 qram ipəkqurdu paylanılıb.
Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası və əlavə istehsal sahələrinin yaradılması istiqamətində işlər isə yekunlaşmaq üzrədir. Stansiyanın ərazisində inşa edilən bina və yardımçı tikililərdə hazırda son tamamlama işləri görülür.
Tikinti işlərini həyata keçirən “Azəraqrartikinti” ASC-nin iş icraçısı Xaləddin Bəşirov bildirib ki, hibrid və elit barama toxumlarının yetişdirilməsi, həmçinin ipəkqurdu ailələrinin yemlənməsi üçün nəzərdə tutulan binalarda hazırda bəzək işləri görülür. İnzibati binanın tikintisi də tamamlanmaq üzrədir. Ərazidə inşa edilən yardımçı tikililərin, o cümlədən qazanxana binasının, 100 və 50 kubmetrlik yanğın əleyhinə və içməli su hovuzlarının, çirkab su anbarının tikintisi başa çatıb. Stansiyada yeni transformator quraşdırılıb, tikintisi başa çatan binalar şəbəkəyə qoşulub. Hazırda stansiyanın ərazisində artezian quyusu qazılır, həyətində abadlıq işləri görülür.
Eyni zamanda, stansiyada Çin Xalq Respublikasından gətirilmiş texnoloji avadanlığın quraşdırılmasına da başlanılıb. Quraşdırma işləri çinli mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Hazırda tikinti meydançasında 150-dək işçi çalışır. Tikinti işlərinin iyunun sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, stansiyanın bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchizatı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və ən müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.
Ayrı-ayrı bölgələrdə barama tədarükünün ilk günlərində məhsuldarlıq yüksək olub
Respublikanın iri kənd təsərrüfatı rayonlarından olan Sabirabadda da gəlirli sahə olan baramaçılığa böyük maraq var. Fermerlər bildirirlər ki, dövlət baramaçılığın inkişafına həm siyasi, həm də maddi dəstək tədbirləri göstərir. Bu qayğıdan bəhrələnməklə qısa müddətdə kifayət qədər böyük məbləğdə gəlir əldə etmək mümkündür. Cari ildə rayonda baramaçılıqla məşğul olan fermerlərin, ailə təsərrüfatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Ötən il Sabirabadda cəmi 56 ailə barama istehsalı ilə məşğul olmuşdu. Cari mövsümdə isə 169 kümçü ilə müqavilə bağlanılıb. Kümçülər heç bir vəsait ödəmədən ipəkqurdu toxumu ilə təmin olunublar.
Qeyd edək ki, ötən il rayonda 5 ton 34 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 15 ton məhsul istehsal etmək nəzərdə tutulub və bunun üçün kümçülərə 338 qutu (6422 qram) ipəkqurdu toxumu paylanılıb.
Bir neçə gündür ki, sabirabadlı kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar. Qısa müddətdə “Şəki İpək” ASC-yə 895 kiloqram barama təhvil verilib. Məhsul tədarükündə rayonun Nizami, Şəhriyar və Qaralar kəndinin kümçüləri fərqlənirlər.
Kürdəmir rayonunda iyunun 1-dən barama tədarükünə başlanılıb. Kümçülər artıq bir aydan bir qədər çox müddətdə çəkdikləri zəhmətin bəhrəsini görürlər. Rayon İcra Hakimiyyətindən bildirilib ki, yetişdirilən məhsul kənd təsərrüfatı idarəsində “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilir.
Cari mövsümdə rayonda 25 yaşayış məntəqəsini əhatə etməklə 195 ailəyə 520 (9880 qr) qutu ipəkqurdu toxumu paylanılıb. Qaramahmudlu, Carlı, Yenikənd, Köhünlü, Sovla, Qarasaqqal, Qocalı və digər kəndlərdən olan kümçülər yüksək peşəkarlıqla daha çox barama yetişdiriblər. Bütövlükdə bu il rayonda 20,8 ton barama tədarükü gözlənilir.
Göyçay rayonunda barama tədarükünə iyunun 5-də start verilib. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, aprelin 29-da Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 5940 qram (312 qutu) ipəkqurdu toxumu Göyçaya gətirilərək 108 kümçüyə paylanılıb. Bu da əvvəlki ildəkindən 4000 qram, yəni 2,5 dəfə çoxdur. Kəndlilər keyfiyyətli barama məhsulu əldə etmək üçün ötən dövrdə ipəkqurdlarını lazımi qədər tut yarpağı ilə təmin ediblər.
İyunun 4-də rayonda ipəkqurdlarının bəslənmə prosesi başa çatıb. Rayonun Alpoud, İnçə, Çərəkə, Bığır və Cəyirli kəndlərindən olan kümçülər barama tədarükünə başlayıblar və ilk gündə 350 kiloqram məhsul tədarük edərək, müqaviləyə əsasən “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər. Bu il rayonda 15 ton barama tədarükü gözlənilir. Ötən il isə Göyçaya 1900 qram (100 qutu) ipəkqurdu toxumu gətirilərək 44 kümçüyə paylanmış və 5293 kiloqram barama istehsal olunmuşdu.
Artıq bir neçə gündür ki, Ağcabədi rayonunda barama tədarükü davam edir. İndiyədək kümçülərin yetişdirdikləri 4 tondan çox məhsul rayonda “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilib.
Ağcabədi rayon İcra Hakimiyyətinin məlumatına əsasən, bu il rayonun 41 yaşayış məntəqəsində 502 ailə tərəfindən 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu bəslənilib. Cari mövsümdə Ağcabədidə 30 tondan artıq barama tədarükü gözlənilir.
Lənkəran rayonunda baramaçılıqla bağlı ənənələr dirçəldilir
Göstərilən hərtərəfli dövlət qayğısı regionlarda baramaçılıqla məşğul olan fermerlərin sayının artmasına və bu gəlirli sahənin əhatə dairəsinin genişlənməsinə müsbət təsir göstərir. Artıq baramaçılıq cənub bölgəsində yerləşən Lənkəran rayonuna da qayıdıb. Burada da baramaçılıqla bağlı ənənələr dirçəldilir. Rayonda fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatında barama istehsalı məqsədilə 2016-cı ildə Çin Xalq Respublikasından gətirilən tut tinglərindən ibarət bağ salınıb. Bu il isə təsərrüfatda müasir yapon-Çin texnologiyası əsasında kümxana tikilərək istifadəyə verilib. Kümxanada kümçülərin işini asanlaşdırmaq üçün müasir tikililər quraşdırılıb. Bina istilik və rütubət rejimini ölçmək üçün cihazlarla təmin olunub.
Mayın 4-də fermer təsərrüfatına 16 qutu ipəkqurdu verilib. İlk gündən təcrübəli kümçülər bu işə cəlb edilib. Barama sarınması üçün isə İrandan 1500 metr xüsusi tor gətirilib və barama saxlanan rəflərə qoyulub.
Görülən aqrotexniki tədbirlər öz bəhrəsini verib. Bir aydan sonra təsərrüfatda yaş barama tədarükünə başlanılıb. Tədarük edilən barama “Şəki İpək” ASC-yə təhvil veriləcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6060  |  
  • Tarix:  08-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA