Ana səhifə »  KİVDF »  Regionlarda meyvəçiliyin inkişafı istiqamətində əsaslı tədbirlər görülür
A+   Yenilə  A-
Regionlarda meyvəçiliyin inkişafı istiqamətində əsaslı tədbirlər görülür

Mütəxəssislər bu il bağlarda məhsuldarlığın yüksək olacağını bildirirlər
Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər məhsul əkinini və yığımını artırmaqdadır. Ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülən işlər, eləcə də regionlarda aqrar təsərrüfatların inkişaf etdirilməsi yönündə atılan addımlar uğurlu nəticələr verir. Eləcə də həm sahibkarlığın inkişaf etdirilməsi, həm də bölgələrdə yeni təsərrüfatların yaradılması yönümündə əsaslı tədbirlər görülür.
Vurğulamaq lazımdır ki, hər zaman meyvəçilik üzrə seçilən regionlardan olan şimal bölgəsindəki bağlarda bu il çəyirdəkli meyvələrin məhsuldarlığının yüksək olacağı gözlənilir. Belə ki, Qubada yeni salınan ərik bağlarında Avropa ölkələrindən gətirilən yeni sortların əkilməsinə üstünlük verilir. Yeni salınan bağlarda əriyin “Milord”, “Serpa”, “Viva” və başqa sortları becərilir. Bu növ ərik ağacları iki ildən sonra bol məhsul verməyə başlayır. Yeni ərik növləri iyulda deyil, avqust ayında yetişir. Qeyd edək ki, rayonda uzun illər bağlarda ənənəvi ərik sortları becərilsə də, məhsuldarlıq aşağı olub. Fermerlər bildirirlər ki, ənənəvi sort ərik ağacları yaz aylarında tez-tez rast gəlinən qeyri-sabit hava şəraitinə uyğunlaşa bilmir. Ağacların çiçəkləmə dövründə havalar soyusa və ya duman olsa, bütün meyvə məhv olur. Həmin il ağaclarda məhsul yetişmir. Son illər isə bu, adi hala çevrilib. Ona görə də çox təsərrüfatçı ərik bağlarını şaftalı, alma, fındıq və digər meyvələrlə əvəzlədi. Biz isə problemdən çıxış yolu kimi Avropadan gətirilən yeni ərik növlərinə üstünlük verdik. Bu ağaclar yerli şəraitə tez uyğunlaşır. Qeyd edək ki, şimal regionunda 269 hektar ərik bağı var. Bunun 160 hektarı Qubanın payına düşür.
Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mədət Qurbanov da bildirib ki, ənənəvi ərik sortları olan “Qırmızıyanaq”, “Şalax”, “Parnas” və “Badamı” ləziz dadı ilə fərqlənsə də, qeyri-sabit hava şəraitinə davamlı deyil. Buna görə də yeni salınan intensiv bağlarda əriyin Avropadan gətirilən yeni sortları əkilib. İlkin müşahidələr göstərir ki, yeni əkilən tinglər yerli iqlimə tam uyğundur. Bu səbəbdən də son bir neçə ildə bağbanlar bu ərik sortlarına maraq göstərirlər. Mədət Qurbanovun sözlərinə görə, şimal bölgəsindəki bağlarda bu il çəyirdəkli meyvələrin məhsuldarlığı yüksək olacaq. Xüsusilə ərik və şaftalı bağlarında bol meyvə gözlənilir.
Xaçmazlı sahibkarlar isə may ayının son günlərindən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar. Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır. Qeyd edək ki, iyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri gilasın tezyetişən sortlarının yığılmasını başa çatdırıblar. Hazırda isə gilasın digər sortlarının yığımına başlanılıb. Yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da göndəriləcək.
Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən sahibkarlar hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayırlar.
Rayonun Qaraçay-cek kəndindən olan təsərrüfatçı Tural Əhmədov bildirir ki, son illər rayonda gilas bağlarının sahəsi xeyli artıb. Təsərrüfatçılar bunu gilas bağlarının alma, şaftalı və digər ənənəvi bağlara nisbətən daha çox gəlir gətirməsi ilə əlaqələndirirlər.
Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.
Salyan rayonunun qəsəbə və kəndlərindəki istixanaların şəbəkəsi isə ilbəil genişlənir. Bu sahədən yüksək mənfəət götürüldüyündən fermerlər istixana şəraitində tərəvəz (xiyar-pomidor) yetişdirilməsinə daha çox üstünlük verirlər. Rayonda təsərrüfatın bu sahəsi ilə ən çox Qarabağlı, Yenikənd, Xələc, Yolüstü kəndləri və Qaraçala qəsəbəsində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olurlar. Onlar hər il istixanalarda yetişdirdikləri tərəvəzi daxili və xarici bazarlara göndərərək yüksək mənfəət götürürlər.
Rayonda istixana şəraitində faraş tərəvəz yetişdirilməsi ilə məşhur olan 70 nəfərdən çox fermer fəaliyyət göstərir. Onlar hər il yüz tonlarla məhsul istehsal edərək daxili və xarici bazarlara çıxarırlar. Ötən il rayonun ayrı-ayrı yaşayış məntəqələrində ümumilikdə 130 hektar sahəsi olan 410 istixana kompleksində 4 min 430 ton xiyar, 13 min 895 ton isə pomidor yetişdirilib. Cari ildə isə rayon üzrə mövcud olan 449 istixananın 447-də tərəvəz yetişdirilib və bu günə kimi 11 min 246 ton məhsul tədarük olunub.
Mülkiyyətçilər istehsal etdikləri tərəvəzi yüksək qiymətə satdıqları və məhsula olan tələbatın çoxluğunu nəzərə alaraq əldə etdikləri gəlir hesabına hər il yeni-yeni istixana kompleksləri tikib istifadəyə verirlər. Ötən il rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla 8 müasirtipli istixana kompleksi yaradılıb. Kürsəngi kəndi ərazisində isə 50 hektar sahədə yeni istixana kompleksi tikilib.
Rayonun Qarabağlı kənd sakini, fermer Abbas Həsənov bildirib ki, istixana şəraitində yetişdirilən tərəvəz ən çox qış və yaz aylarında bazara çıxarıldığından həm qiyməti yüksək olur, həm də yaxşı satılır. O deyib: “Bu sahə ilə məşğul olduğum 5 il ərzində elə bir il olmayıb ki, yetişdirdiyim tərəvəzin satışında çətinlik çəkim. Həmişə alıcım olub. Ötən il 1,2 hektar sahədən 250 ton məhsul yetişdirib satdım. Bu il sahəni genişləndirərək 2,5 hektara çatdırmışam. Bu günə kimi istixanadan 480 ton məhsul istehsal edib bazarlara göndərmişəm. Hələ sahədə xeyli məhsul var və bundan sonra daha 30-40 ton məhsul tədarük edə biləcəyəm”. Sifarişçilərin məhsula olan tələbatını nəzərə alaraq gələcəkdə istixananın ərazisini 3-3,5 hektara çatdırmaq fikrindədir. Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının gücləndirilməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.
Vurğulayaq ki, bölgələrimizdə həm də yazlıq əkin işləri uğurla aparılır. Respublikanın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yaz-tarla işləri uğurla davam etdirilir. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Bu günədək 8078,8 hektar sahədə yazlıq səpin həyata keçirilib. Bunun 3300 hektarı pambıq, 859 hektarı şəkər çuğunduru, 1434,9 hektarı dən üçün günəbaxan, 1014,7 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 487,4 hektarı kartof, 107 hektarı dən üçün qarğıdalı, 31,7 hektarı noxud, 5 hektarı darı, 18 hektarı soya, 7,9 hektarı lobya, 812,2 hektarı yem bitkiləri, 1 hektarı bostan bitkiləridir.
Tərtər rayonunda arpa biçininə də start verilib. 4010,7 hektarda arpa becərən tərtərli torpaq mülkiyyətçiləri 27 hektar sahədə biçin aparıblar. Sahələrdən 100,4 ton məhsul toplanıb. Hər hektardan məhsuldarlıq 37,2 sentnerdir.
Bu il Balakən rayonunda yazlıq bitkilərin əkin sahəsi əvvəlki illə müqayisədə 421 hektar və ya 3,7 faiz artırılaraq 11 min 935 hektara çatdırılıb. Qurumdan bildiriblər ki, fermerlər cari mövsümdə 535 hektar, yəni əvvəlki ildəkindən 7 hektar çox sahədə tütün yetişdirəcəklər. Balakənli fermerlərin qarğıdalı əkininə də marağı ildən-ilə artır. Belə ki, cari ildə təsərrüfatlarda qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 155 hektar artırılaraq 7 min 40 hektara çatdırılıb. Tərəvəz əkini sahəsində isə 9 faizlik artım qeydə alınıb. Kartof, lobya, bostan bitkiləri və çoxillik yoncanın əkin sahələri də ötən ilə nisbətən artırılıb.
Ağdam rayonunda da fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirir, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Bu günədək 63 hektar sahədə qarğıdalı, 2663,8 hektar sahədə pambıq, 3 hektarda dən üçün günəbaxan, 351 hektarda kartof, 4567,2 hektarda tərəvəz, 119 hektarda bostan bitkiləri, 533 hektarda şəkər çuğunduru, 1569,5 hektarda yem bitkiləri əkilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 2149,5 hektar və ya 27,8 faiz, o cümlədən yem bitkiləri 52,8 faiz, tərəvəz 21 faiz, kartof 0,9 faiz, bostan 4,4 faiz artıb.
Yeri gəlmişkən, Avropa İttifaqı (Aİ) Azərbaycanda kənd və rayonların rəqabət qabiliyyətini artırmaq üçün Lənkəran bölgəsinə dəstək verəcək. Belə ki, Avropa İttifaqı Lənkəran iqtisadi rayonuna dəstəyini artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələnməsinə göstərdiyi köməyini davam etdirmək niyyətindədir. Lənkəran rayonu qiymətli bağçılıq təsərrüfatı məhsullarının istehsalında yüksək potensiala malikdir. Avropa İttifaqının həyata keçirəcəyi proqramda rayonun meyvə-tərəvəz sahəsinin rəqabət qabiliyyətinin və əlavə dəyərinin davamlı surətdə gücləndirilməsi diqqət mərkəzindədir.
Avropa İttifaqı standartlarına və qabaqcıl təcrübəsinə uyğun regional planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq və Lənkəranda meyvə-tərəvəz sahəsində sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılması məqsədilə Aİ Azərbaycan hökuməti ilə çalışmaq niyyətindədir.
Bu tədbirlərin meyvə və tərəvəzlərin bazaryönümlü istehsalına töhfə verəcəyi, eləcə də həmin sahədə biznes mühitini yaxşılaşdıracağı və nəticədə Lənkəran rayonunun vətəndaşlarına mənfəət gətirəcəyi gözlənilir. Aİ kənd və rayonların inkişafına dair yeni dəstək paketinin qəbul olunması, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca vacib bir çox sahələrdə əməkdaşlığı gücləndirmək istəyini bildirir.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  3390  |  
  • Tarix:  09-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib
14:34
12 Noyabr
Aleksandr Lukaşenko: Azərbaycan-Belarus əməkdaşlığının daha da inkişafı üçün potensial böyükdür
14:33
12 Noyabr
XİN: Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir
14:24
12 Noyabr
Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları başlayıb
14:14
12 Noyabr
Ceyhun Bayramov: Sağlamlıq imkanları məhdud 10 mindən artıq uşaq xüsusi təhsilə cəlb edilib
13:56
12 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12:48
12 Noyabr
Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
12:10
12 Noyabr
BANM ilə Turin Politexnik Universiteti arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib
12:01
12 Noyabr
İnformatika fənninin tədrisinin təkmilləşdirilməsini dəstəkləyən layihə təqdim olunub
11:44
12 Noyabr
Gəncə-Qazax bölgəsində tibbi müayinələr çərçivəsində bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşmaya dair konfrans keçirilib
10:58
12 Noyabr
Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi açılıb
10:55
12 Noyabr
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib
10:51
12 Noyabr
Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09:36
12 Noyabr
Müdafiə Nazirliyi: atəşkəs rejimi 28 dəfə pozulub
09:25
12 Noyabr
12 noyabr - Konstitusiya Günüdür
22:58
10 Noyabr
Dünya şöhrətli hindistanlı yoqin Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib
21:29
10 Noyabr
Əli Həsənov: Azərbaycan ərəb-İslam ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır
19:51
10 Noyabr
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
19:08
10 Noyabr
Elçin Mirzəbəyli: Ermənistanın başqa hərbi-siyasi qütbə üz tutması edam kötüyünə könüllü baş qoymağa bərabərdir
18:39
10 Noyabr
Aydın Hüseynov: KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir
18:17
10 Noyabr
Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib
17:23
10 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib
16:46
10 Noyabr
Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər”
15:04
10 Noyabr
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub
14:49
10 Noyabr
Leyla Abdullayeva: Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur
14:37
10 Noyabr
AOK-un 47-ci Baş Assambleyasında Bakının XV Avropa Olimpiya Gənclər Festivalına hazırlığı barədə məlumat verilib
14:25
10 Noyabr
Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib
12:07
10 Noyabr
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı debatlarda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün multikulturalizmin əhəmiyyəti barədə danışıb
12:04
10 Noyabr
Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsini anım tədbirləri təşkil olunub
11:38
10 Noyabr
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
11:20
10 Noyabr
Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçirilir
11:14
10 Noyabr
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
10:46
10 Noyabr
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb
10:44
10 Noyabr
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub
10:42
10 Noyabr
10 noyabr - Dünya Elm Günüdür
10:38
10 Noyabr
Bakı Kitab Mərkəzində dünya şöhrətli yoqin Sadhquru ilə görüş və kitab təqdimatı olub
14:48
09 Noyabr
ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər
14:15
09 Noyabr
Fuad Muradov: Türk Şurasına üzv ölkələr Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını istəyir
13:36
09 Noyabr
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
13:28
09 Noyabr
Dövlət Bayrağı Günü münasibətilə hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
13:03
09 Noyabr
Ekspert: Dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmadı
10:48
09 Noyabr
Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:37
09 Noyabr
Vyanada “Son iclas” bədii-sənədli filmi nümayiş olunub
10:22
09 Noyabr
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
10:14
09 Noyabr
Dövlət Bayrağı Günü ərəfəsində DTX-nin Mədəniyyət Mərkəzində yaradılmış yeni kitabxananın açılışı olub
10:08
09 Noyabr
Bostonda Xəzər İnnovasiya Sammiti keçirilib
10:00
09 Noyabr
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
17:43
08 Noyabr
Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA