Ana səhifə »  KİVDF »  Bölgələrdə tütün sahələri genişləndirilir
A+   Yenilə  A-
Bölgələrdə tütün sahələri genişləndirilir

Regionlarda yerli sahibkarların ixrac potensialı yüksək olan bu sahəyə marağı ildən-ilə artmaqdadır
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu müstəvidə kənd təsərrüfatının bir sıra sahələrinin yenidən dirçəldilməsi yönündə mühüm işlər görülür. Vurğulanmalıdır ki, ötən dövrlərdə işə salınan ixracın səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Həyata keçirilən bu və ya digər tədbirlər sahibkarların ixracyönümlü məhsul istehsalına marağını da artırır. Bu isə idxalı azaltmaqla yanaşı ixrac qabiliyyətinin də artmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, bunun nəticəsində ölkədən ixrac olunan məhsulların strukturunda aqrar sektorun çəkisi əhəmiyyətli dərəcədə artıb. Eləcə də regionlarda görülən işlər bir daha aqrar sahənin mühüm gəlirli bir sahəyə çevrildiyini, insanların kənd təsərrüfatına marağının artdığını deməyə əsas verir.
Vurğulayaq ki, ölkə Prezidentinin tapşırıq və tövsiyələri ilə yenidən dirçəldilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Ölkəmizin ayrı-ayrı bölgələrində tütünçülük sahəsində tarixən yaxşı ənənələr formalaşsa da, müəyyən bir dövr ərzində tütünçülük yaddan çıxmışdı. Bununla belə artıq bir neçə ildir ki, bu gəlirli sahənin şöhrətinin geri qaytarılması üçün əməli tədbirlər görülməkdədir. Qeyd edilməlidir ki, tütünçülük respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılsa da, hazırda bu areal daha da genişlənməkdədir. Bir sıra rayonlarda tütün sahələri ötən ilə nisbətən genişlənib. Bunun bir səbəbi də sahibkarlara göstərilən diqqət və qayğı, eləcə də tütün məhsullarının şirkətlər tərəfindən öncədən müqavilə əsasında alınmasıdır. Yəni, artıq təsərrüfat sahibləri öz məhsullarını satmaq problemi ilə qarşılaşmırlar. Hazırda respublikamızda tütünün əkini ilə bir sıra şirkətlər məşğul olur. Bu şirkətlər məhsul istehsalçıları ilə müqavilə bağlayaraq ayrı-ayrı regionlarda tütün əkini həyata keçirir. Bundan başqa regionlarda tütün əkilən sahələr də ildən-ilə artmaqdadır.
Yeri gəlmişkən, bu il Balakən rayonunun təsərrüfatlarında 535 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər sahələrə tütün şitili köçürüblər. Tütün əkininə min nəfərdən çox mövsümi işçi cəlb olunub. Balakənli fermerlər bu il “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə daha çox maraq göstərirlər. Cari mövsümdə rayonda 500 hektar sahədə bu növdən olan tütünün əkilməsi nəzərdə tutulur. Keçən il isə fermerlər 241 hektar sahədə “Virciniya” növlü tütün yetişdiriblər. Bu növ tütünün əsas üstünlüyü ondadır ki, sahələrdən yığılan yaşıl kütlə qurudulmaq üçün birbaşa emal məntəqəsinə gətirilir və qurutma kameralarına yerləşdirilir. Yerli tütün sortları isə istehsalçıların özləri tərəfindən xüsusi iynə vasitəsilə ipə düzülməklə qurudulur.
Tütün istehsalçılarının işini asanlaşdırmaq üçün hazırda rayonun Hənifə kəndində tütün istehsalı və emalı məntəqəsinin yaradılması istiqamətində iş aparılır. Məntəqədə 540 ton istehsal gücü olan 60 ədəd tütünqurutma kamerası quraşdırılır. Ötən il balakənli fermerlər yetişdirdikləri “Virciniya” növlü yaşıl tütün kütləsini qurutmaq üçün Zaqatala rayonunda fəaliyyət göstərən emal məntəqəsinə təhvil verirdilər. Bu isə əlavə vaxt itkisinə səbəb olurdu.
Bu il Qazax rayonunun təsərrüfatlarında da 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər sahələrə tütün şitili əkiblər və bəzi ərazilərdə bu fəaliyyət yekunlaşdırılıb. Qeyd edək ki, kənd təsərrüfatının gəlirli sahələrindən olduğundan fermerlərin tütün əkininə marağı ilbəil artmaqdadır. Belə ki, ötən il 50 hektar sahədə tütün əkən fermerlər cari ildə sahələri genişləndirərək 60 hektara çatdırmağı planlaşdırıblar. Bu məqsədlə Cəfərli kəndində 1000 kvadratmetr sahədə hazırlanmış istixanalarda kifayət qədər şitil yetişdirilib. Kosalar kəndində 32 hektarda tütün əkilməsi nəzərdə tutulub. Artıq 28 hektarda əkin başa çatıb.
Ötən il 50 hektar sahədə tütün becərən qazaxlı fermerlər 80 ton quru tütün istehsal ediblər.
Qax rayonunun təsərrüfatlarında tütün əkini yekunlaşdırılır. Cari mövsümdə rayonda 620 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Fermerlər may ayının sonuna qədər 594 hektar sahəyə “Virciniya” növlü ətirli, 15 hektara yerli tütün sortları olmaqla, ümumilikdə, 609 hektar sahəyə tütün şitilləri köçürüblər.
Vurğulayaq ki, ötən il qaxlı fermerlər 606 hektar sahədə tütün yetişdirib, 810 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2,5 dəfə artıb.
Ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonunda da tütünçülüyün inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. 10 illik fasilədən sonra Qəbələdə artıq 3-cü ildir tütün əkilir. Ötən il rayonda 70 hektar sahədə tütün əkən fermerlər dövlət dəstəyindən ruhlanaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Aprel ayından tütün əkininə başlayan kəndlilər bu günədək 60 hektar sahəyə şitil köçürüblər. Tütün rayonun Mamaylı, Şamılı, Kiçik Əmili və Ziring kəndlərində əkilib. Fermerlər bu il 75 hektar sahədə tütün əkmək üçün hazırlıq işləri görüblər.
Rayonda məhsul istehsalçıları əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış “İmmunium-558” və “Berley” sortundan olan tütün növünə üstünlük verirlər. Bu növ tütün bitkilərinə düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan yaşıl kütlə halında 35-40 ton, quru halda isə 3,5-4 ton məhsul götürmək mümkündür. Fermerlər əkin prosesindən əvvəl Şəkidə fəaliyyət göstərən “Azəri” tütün müəssisəsi ilə məhsulun alqı-satqısı barədə müqavilə bağlayıb.
Qeyd edək ki, rayonda 4 fermer tərəfindən tütünün əkilməsi, onun becərilməsi və məhsulun toplanılması prosesinə, ümumilikdə, 160-dan çox yerli sakin cəlb olunur. Bu da kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə, dolanışıq şəraitinin yaxşılaşmasına müsbət təsir edir. Ötən il Qəbələdə 70 hektar tütün sahəsindən 115 ton məhsul tədarük olunub.
İsmayıllı rayonunda da may ayının sonuna olan məlumata görə, 22 hektar sahədə tütün əkilib. Ölkəmizdə həyata keçirilən aqrar islahatlar, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi son illər İsmayıllıda kənd təsərrüfatının bir sıra sahələrinin, o cümlədən tütünçülüyün inkişafına güclü təkan verib. Ötən il beş yaşayış məntəqəsində 15 hektarda tütün əkilmişdisə və sahələrdən 27 tondan çox qurudulmuş tütün istehsal olunmuşdusa, cari mövsümdə əkin sahələri 22 hektara çatdırılıb. Tütün əkilən inzibati ərazi dairələrinin sayı isə doqquza çatıb. Ən çox əkin Topçu və Qalınçaq kəndlərinin ərazilərində aparılıb. Belə ki, bu kəndlərin hər birində torpaq mülkiyyətçiləri 4 hektarda tütün əkiblər.
Zaqatala rayonunun təsərrüfatlarında isə artıq tütün əkini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Cari mövsümdə rayonda 750,3 hektar sahədə tütün əkilib. Zaqatalalı fermerlər bu il 542,4 hektar sahədə “Virciniya” növlü ətirli, 207,9 hektar sahədə isə yerli tütün sortları yetişdirəcəklər. Cari mövsümdə rayonda quru tütün istehsalının 1000 tona çatacağı proqnozlaşdırılır.
Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərir. Belə ki, bu il Zaqatala rayonunda tütün əkini və becərilməsi işlərinə 2300 nəfərə yaxın kənd sakini cəlb olunub.
Yengiyan kəndindən olan fermer Telman Həsrətov rayonun əsas tütün istehsalçılarındandır. Onun rəhbərlik etdiyi “Dağlar” kəndli-fermer təsərrüfatı üç ildir ki, tütünçülüklə məşğul olur. 2016-cı ildə bu təsərrüfatda ilk dəfə 65 hektar sahədə tütün yetişdirilib, 700 ton yaşıl tütün kütləsi istehsal edilib. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, fermer ötən il tütün əkini sahələrini genişləndirərək 110 hektara çatdırıb. Ötənilki mövsüm təsərrüfata məxsus əkin sahələrindən 980 ton yaşıl tütün kütləsi tədarük edilib. Mövsüm ərzində təsərrüfatda tütün becərilməsi ilə 50 nəfərədək işçi məşğul olub.
Telman Həsrətov bildirib ki, bu il təsərrüfatda 115 hektar sahədə tütün əkini həyata keçirilib. Havalar əlverişli keçərsə, tütün sahələrindən 1100-1200 ton yaşıl kütlə götürməyi planlaşdırırıq.
Xatırladaq ki, 2017-ci ildə zaqatalalı fermerlər 891 ton quru tütün istehsal ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 363 ton artıb. Ötən il Zaqatala rayonundan xaricə tütün ixrac edilməsi nəticəsində ölkəmizə 12 milyon dollar və ya 20 milyon manata yaxın vəsait daxil olub.
Oğuz rayonunun təsərrüfatlarında da tütün əkini başa çatıb. Cari mövsümdə rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 60 hektar artırılaraq 250 hektara çatdırılıb. Oğuzlu fermerlər bu il 180 hektar sahədə “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirirlər. Hazırda təsərrüfatlarda tütün əkinlərinə aqrotexniki qulluq işləri görülür.
Qeyd edək ki, rayonun təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsinə imkan verir. Dövlət tərəfindən tütünçülüyün inkişafına göstərilən diqqət və qayğı, subsidiyaların ayrılması, güzəştli şərtlərlə aqrolizinq xidmətlərinin göstərilməsi kənd əhalisinin bu gəlirli sahəyə marağını xeyli artırıb.
Rayonun Bucaq kəndindən olan fermer Rəftar Əhmədli tütünçülüklə ötən ildən məşğul olur. Fermer 2017-ci ildə ilk dəfə 43 hektar sahədə tütün yetişdirib, 44 tona yaxın quru tütün istehsal edib. İstehsalçı bu il tütün əkini sahələrini 2 hektar genişləndirərək 45 hektara çatdırıb. Fermer cari mövsümdə 50 ton quru tütün istehsal etməyi planlaşdırır. Rəftar Əhmədli bildirib ki, tütünçülük gəlirli sahədir və dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyələri nəzərə alaraq, gələcəkdə əkin sahələrini daha da genişləndirməyi düşünür.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  2400  |  
  • Tarix:  13-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA