Ana səhifə »  KİVDF »  Bölgələrdə taxıl biçini uğurla davam edir
A+   Yenilə  A-
Bölgələrdə taxıl biçini uğurla davam edir

Regionlarda bu il arpa və buğda təsərrüfatlarında məhsuldarlığın daha da artacağı gözlənilir
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafında da əsaslı nailiyyətlərin qazanılmasını şərtləndirib. 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu gün ölkəmizdə aqrar sahənin inkişafının yeni mərhələyə qədəm qoymasını təmin edib. Bu məqsədlə bölgələrimizdə əsaslı tədbirlər görülür, yeni əkin sahələri salınır. Bunun nəticəsidir ki, artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq yüksək səviyyədədir.
Kənd təsərrüfatının ayrı-ayrı sahələrində əldə olunan uğurlu nəticələr bu gün həm ölkəmizin ərzaq təhlükəsizliyinin təminində, həm də ekoloji təmiz məhsulların yetişdirilməsində əsaslı rol oynayır. Ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün fermerlərə göstərilən dəstək də öz sözünü deyir. Məhz bu dəstək nəticəsində aqrar sahə dinamik inkişaf edir.
Prezident İlham Əliyev Goranboy rayonunda “Region Agropark”ın açılışındakı çıxışında bildirib ki, Azərbaycanda prioritet sahələrdən olan kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən siyasət ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparılacaq. Aqroparkda məhsuldarlığın çox yüksək olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin”.
“Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq. Bütövlükdə bu gün Azərbaycanda aqroparkların yaradılmasının geniş vüsət aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bax bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri - ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq”.
Qeyd edək ki, bölgələrdə hazırda taxıl biçini uğurla davam edir. Məsələn, cari mövsümdə Oğuz rayonunda 16 min 795 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 12 min 230 hektarını buğda, 4 min 565 hektarını arpa sahələri təşkil edir. Artıq rayonun təsərrüfatlarında arpa biçininə start verilib. Qısa müddətdə 1000 hektara yaxın sahənin arpası biçilib, 2 min 740 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 27,4 sentner təşkil edir. Rayon üzrə taxıl biçininə 50 ədəd kombayn, həmçinin lazımi qədər digər texnika vasitələri cəlb edilib.
Saatlı rayonunda da taxılçılıq əsas təsərrüfat sahələrindən biridir. Son illər rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirilir, əkin sahələri genişləndirilir, məhsuldarlıq ilbəil artır. Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən bəhrələnən saatlılı əkinçilər ötən ilin payızında cari ilin məhsulu üçün 22 min 150 hektar sahədə taxıl əkiblər. Bunun 3 min 296 hektarını arpa, 18 min 854 hektarını isə buğda sahələri təşkil edir. Ötən il hər hektar taxıl sahəsindən 41,7 sentner məhsul götürən fermerlər bu il də sahələrdə bol məhsul yetişdiriblər. Biçin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa yığımını başa çatdırıblar.
Rayon statistika idarəsindən bildiriblər ki, biçin aparılmış 3 min 288 hektar arpa sahəsindən 11 min 475 ton məhsul götürülüb. Hazırda buğda sahələrinin məhsulu yığılır. Biçin aparılmış 3 min 510 hektar sahədən 15 min 58 ton məhsul götürülüb. Buğda sahələrinin məhsuldarlığı orta hesabla 42,9 sentnerə çatır ki, bu da ötən ildəkindən 1,2 sentner çoxdur. Rayon üzrə ən yüksək nəticəni isə Əliəhmədli kənd fermer təsərrüfatının rəhbəri Xanhüseyn Əhmədov qazanıb. Torpaq mülkiyyətçisi əkdiyi 120 hektar taxıl sahəsinin hər hektarından 47,5 sentner məhsul götürür.
Əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Kürdəmir rayonunda da taxıl biçini sürətlə davam edir və artıq 15 min 133 hektar zəminin məhsulu yığılıb. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda hər gün zəmilərə 100-ə yaxın kombayn çıxarılır. Qeyd edək ki, cari mövsümdə bölgədə 45 min 40 hektar sahədə taxıl yetişdirilib. Bunun 16 min 72 hektarı buğda, 28 min 968 hektarı arpadır. Hələlik arpa zəmilərinin məhsulu yığılır. Orta məhsuldarlıq hazırda 30,2 sentner təşkil edir ki, bu da ötənilki göstəricidən artıqdır. Ən çox taxıl əkilən Karrar, Qarasaqqal, Qarasu, Ərəbqubalı, Muradxan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılır və bu yerlərdə fermerlər və fiziki şəxslər yüksək məhsuldarlığa nail olurlar.
Yevlax rayonunda isə taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, bu günədək 4675 hektar sahədə arpa, 1838 hektar sahədə buğda biçilib, 18 min 22 ton məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq buğda sahələrində 29,2 sentner, arpa sahələrində isə 27 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir. Qeyd edək ki, cari ilin məhsulu üçün Yevlax rayonunda 10 min 565 hektar sahədə taxıl becərilib. Bunun 5779 hektarı buğda, 4786 hektarı arpa zəmiləridir.
Cari mövsümdə Zaqatala rayonunda da 10 min 933 hektarda taxıl yetişdirilib. Taxıl əkinlərinin 7 min 581 hektarını buğda, 3 min 352 hektarını arpa sahələri təşkil edir. Rayonun təsərrüfatlarında bir neçə gündür arpa biçininə başlanılıb. Qısa müddətdə 1000 hektardan çox sahənin məhsulu yığılıb, zəmilərdən 2 min 786 ton arpa tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 27 sentner təşkil edir. Hazırda sahələrdə 20 ədəd taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq. Rayonda barama tədarükü də davam edir. İstehsalçılar bu günədək qəbul məntəqəsinə 25,5 tona yaxın yaş barama təhvil veriblər. Cari mövsümdə rayonda barama istehsalının 40 tondan çox olacağı gözlənilir.
Samux rayonunda isə bu ilin məhsulu üçün 10 min 639 hektar sahədə taxıl biçini aparılacaq. Samux rayon statistika idarəsindən verilən məlumata görə, rayon üzrə əkilmiş taxıl sahələrindən 6 min 570 hektarı buğda, 4 min 69 hektarı isə arpadır. Artıq iyunun 4-dən taxıl biçininə başlanılıb. Bununla bağlı olaraq təsərrüfatlara kifayət qədər texnika cəlb edilib. Hazırda 853 hektar taxıl sahəsindən 2 min 634 ton məhsul yığılıb. Sahələr üzrə məhsuldarlıq hər hektardan 30,9 sentner təşkil edir. Son günlər respublikanın qərb ərazisində havanın yağmurlu keçməsi taxıl biçinini bir qədər ləngitsə də, sahələrdən bu il üçün bol məhsul gözlənilir.
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə də bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi, Kiçik Dəhnə, Şəkikənd, Cəyirli, Bolludərə, Suçma kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 3,5 min hektara yaxın sahənin arpası biçilib, 10 min 577 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 30,4 sentner təşkil edir.
Cari mövsümdə rayonda 67 min 121 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 45 min 115 hektarı buğda, 22 min 6 hektarı isə arpa sahələridir. Biçin kampaniyasına 100-dən çox taxılbiçən kombayn, 300-dək yük maşını, traktor və qoşqu, həmçinin xeyli sayda küləşpresləyən aqreqat və digər texnika cəlb olunub. Şəkili fermerlər builki mövsümdə taxıl sahələrindən 225 min ton məhsul götürməyi qarşılarına məqsəd qoyublar.
Onu da qeyd edək ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər də arpa biçinini başa çatdırıblar. Zəmilərdən 2213 ton məhsul əldə edilib. Laçın rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, məcburi köçkünlər Taxtakörpü ərazisində 1249,6 hektar sahədə taxıl əkiblər. Bunun 91 hektarı buğda, 1017 hektarı dənlik arpa, 141,6 hektarı xəsil arpadır. Hazırda buğda biçini davam edir. Bütün qüvvələr bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılmasına səfərbər edilib.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2760  |  
  • Tarix:  21-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9