Ana səhifə »  KİVDF »  Regionlarda infrastrukturun yenilənməsi istiqamətində işlər davam etdirilir
A+   Yenilə  A-
Regionlarda infrastrukturun yenilənməsi istiqamətində işlər davam etdirilir

Respublikanın şəhər və rayonlarında yeni təhsil və səhiyyə ocaqları istifadəyə verilir
Artıq üçüncü mərhələsi həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən müvafiq Dövlət proqramları mühüm uğurların əldə olunmasına təkan verib. Məhz müvafiq proqramlar bölgələrin hərtərəfli inkişafını təmin etməklə yanaşı, vətəndaşların sosial rifahının yüksəldilməsində, infrastrukturların yenilənməsində, yeni səhiyyə və təhsil ocaqlarının istifadəyə verilməsində mühüm rol oynayıb. Son 15 ildə respublikanın bütün bölgələrində ən yüksək standartlar səviyyəsində çoxlu sayda sosial infrastruktur obyektləri tikilib ki, bu da ən ucqar kəndlərdə belə əhalinin kommunal rahatlıqlara, müxtəlif xidmətlərə əlçatanlığını təmin edir.
Heç şübhəsiz ki, Azərbaycanda reallaşdırılan dərinməzmunlu sosial siyasətin mühüm bir istiqaməti ölkədə əhaliyə göstərilən tibb xidmətinin və təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Ölkəmizdə bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Yeni xəstəxanalar, məktəblər, uşaq baxçaları tikilir. Məsələn, bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək. Bu məktəblərin tikintisi, demək olar ki, bölgələrdə qəzalı vəziyyətdə olan məktəblərin problemini həll etmiş olacaq.
Eləcə də son illər ərzində səhiyyə sahəsinin uğurlu inkişafı bu istiqamətə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür. Azərbaycanda son 15 ildə 600-dən çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Bu gün ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olunub. Vurğuladığımız kimi, son illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət mərkəzindədir.
Yeri gəlmişkən, bu ilin iyununda Naftalan şəhər Mərkəzi Xəstəxanasının açılışı olub. Açılışda ölkə Prezidenti İlham Əliyev iştirak edib. Qeyd edək ki, 60 çarpayılıq Naftalan şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada müvafiq şöbələr yaradılıb. Bu müəssisənin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb.
Naftalan şəhər Mərkəzi Xəstəxanası kimi müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız şəhər sakinlərinə deyil, eyni zamanda, regionun əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verəcək. Bu cür layihələrin icrası zamanı səhiyyə müəssisələrinin dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlığı ilə təchiz edilməsi isə xüsusilə vacibdir. Xəstəxanada əsas korpus, keçid məntəqəsi, transformator yarımstansiyası, qazanxana və nasosxana binaları, oksigen stansiyası, dizel generator meydançası və stansiyası yaradılıb.
Bundan başqa, Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yerləşən 4 saylı şəhər poliklinikası da əsaslı təmirdən sonra vətəndaşların istifadəsinə verilib. Belə ki, 2011-ci ildən fəaliyyət göstərən tibb müəssisəsi 45 minə yaxın sakinin sağlamlığının keşiyində durub. Bir il ərzində aparılan əsaslı təmir işləri tam yekunlaşıb. Poliklinika binasının bütün otaqları yüksək səviyyədə təmir olunub, 21 həkim kabineti lazımi tibbi avadanlıqlarla təchiz edilib. Səhiyyə ocağında 7 sahə həkimi, həmçinin endokrinoloq, nevropatoloq, kardioloq, onkoloq, dəri zöhrəvi həkimi, cərrah, həkim-laborant fəaliyyət göstərir. Qeyd edilməlidir ki, şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, eləcə də tibb müəssisələrinin əsaslı təmiri dövlət başçısı İlham Əliyevin bütün regionlarımıza, eləcə də birbaşa Sumqayıta olan diqqət və qayğısının təzahürüdür.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, iyunun 17-də Masallı rayonunun Miyənkü kəndində həkim, Məmmədoba kəndində isə tibb məntəqəsi istifadəyə verilib. Bu münasibətlə hər iki kənddə keçirilən açılış mərasimlərində rayon rəsmiləri, tibb işçiləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər. Kənd sakinləri bayram günlərində onlara ikiqat sevinc bəxş edən, əhalinin sağlamlığının daim qayğısına qalan dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Miyənkü kəndində istifadəyə verilən həkim məntəqəsi dördotaqlı, Məmmədoba kəndindəki yeni tibb məntəqəsi isə üçotaqlıdır. Hər iki səhiyyə ocağında sakinlərə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaradılıb.
Yuxarıda da vurğuladığımız kimi, son illər ölkəmizdə səhiyyə obyektləri ilə yanaşı, təhsil ocaqlarının da maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunaraq yenilənir. Ölkədə təhsil infrastrukturunun yenilənməsi ilə bağlı tədbirlər cari ilin əvvəlindən də intensiv şəkildə davam etdirilir.
Belə ki, Salyanın 480 şagird yerlik Sarvan kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılıb. 1974-cü ildə istifadəyə verilən məktəb binasında bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq artıq məktəb binasında təmir işlərinə başlanılıb. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən aparılan təmir işlərinin bu ilin sentyabrınadək başa çatdırılması nəzərdə tutulub.
Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı və pəncərələri yenilənəcək, isitmə və havalandırma sistemi qurulacaq, sinif otaqları, fənn kabinələri, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar, demək olar ki, yenidən tikiləcək. Təhsil ocağının yeni avadanlıq və inventarlarla təchiz olunması da nəzərdə tutulub. Məktəbin ərazisində də müəyyən abadlıq işləri aparılacaq, yeni idman qurğuları quraşdırılacaq. Bir sözlə, məktəbdə şagirdlərin normal təhsil almaları üçün hər cür şərait yaradılacaq. Məktəb binası bu ilin sentyabrında müəllim və şagird kollektivinin istifadəsinə veriləcək.
Təhsil Nazirliyi tərəfindən Neftçalanın Pirəppə kəndində də ümumi orta məktəb üçün 56 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisinə başlanılıb. Qeyd edək ki, bu il rayonda yeddi modul tipli məktəb binası quraşdırılacaq. Şagird kontingentinə uyğun olaraq binanın beşi 56, ikisi isə 80 şagird yerlik olacaq. Binaların tikintisi üçün bütün sənədləşmə işləri başa çatdırılıb, kəndlərdə müvafiq yer seçilib. Artıq Pirəppə kəndində yeni məktəb binasının bünövrəsi tökülüb və quraşdırılma işlərinə başlanılıb. İnşası nəzərdə tutulan məktəb binalarının tikintisi növbəti tədris ilinədək başa çatdırılacaq.
Heç şübhəsiz məktəblərlə yanaşı bağçaların tikintisi də diqqət mərkəzindədir. Belə ki, iyunun 13-də Zaqatala rayonunun Mosul kəndinin uşaq bağçası əsaslı təmirdən sonra qapılarını yenidən balaca fidanların üzünə açıb. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıblar, gələcəyimiz olan uşaqların qayğısız böyümələri, sağlamlıqlarının qorunması, təlim-tərbiyəsi sahəsində davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar. Tədbirdə çıxış edən kənd sakinləri uşaq bağçasının istifadəyə verilməsini valideynlər və uşaqlar üçün əsl bayram hədiyyəsi olduğunu vurğulayıb, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan 40 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, sağlam böyümələri üçün hər cür şərait yaradılıb.
Ağdaş rayonunda da körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün lazımi tədbirlər görülür. Hazırda rayonda 80 yerlik yeni uşaq bağçası üçün bina inşa olunur. Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə tikinti işlərini podratçı təşkilat olan “XİM EKSPRES-2000” MMC həyata keçirir. Məlumata görə, sahəsi 692,08 kvadratmetr olan Ağdaş şəhər 8 saylı körpələr evi-uşaq bağçası bir korpusdan ibarətdir.
Bağçanın korpusu iki mərtəbədən və zirzəmidən ibarətdir. Əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan iki ədəd su anbarı, nasosxana və qazanxana da tikilir. Bağçada oyun meydançası, çardaq da inşa edilir ki, bu da uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün olduqca vacibdir. Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, mətbəx, tibb kabineti, ütüləmə, qabyuma otağı da olacaq. Yeni körpələr evi-uşaq bağçasının ilin sonunda balaca fidanların istifadəsinə verilməsi nəzərdə tutulur.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  6300  |  
  • Tarix:  05-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25