Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarında heyvandarlıq sahəsində yüksək göstəricilər əldə olunur
A+   Yenilə  A-
Azərbaycanın regionlarında heyvandarlıq sahəsində yüksək göstəricilər əldə olunur

Ölkə üzrə keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 195,3 min tona çatıb
Son illərdə Azərbaycanın bölgələrində aqrar sektorun intensiv inkişaf edən istiqamətlərindən biri də heyvandarlıqdır. Respublikanın ərzağa olan tələbatının getdikcə daha böyük həcmdə yerli istehsal hesabına ödənilməsi heyvandarlıq sahəsində qabarıq şəkildə nəzərə çarpır. Hazırda ölkədə ət və ət məhsulları, quş əti, yumurta və digər istiqamətlər üzrə daxili tələbat əsasən yerli istehsal hesabına ödənilir, hətta ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları da yaranıb.
2018-ci ilin birinci yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalı artıb
Respublikamızda heyvandarlığın inkişafı sahəsində son illərdə müşahidə edilən artım dinamikası 2018-ci ilin birinci yarısında da yüksək olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, onun da 1462,7 milyon manatı heyvandarlıq, 307,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkədə kənd təsərrüfatının istehsalı 8,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz artıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 195,3 min ton olub. Bəhs olunan dövrdə süd istehsalı 1,4 faiz artaraq 829,1 min ton, yumurta istehsalı 0,3 faiz artaraq 741,8 milyon ədəd təşkil edib. Respublika üzrə 11,8 min ton yun tədarük edilib.
Ayrı-ayrı bölgələrdə ət, süd, yumurta və yun istehsalında daha yüksək artım müşahidə edilir
Respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıqda daha yüksək artım müşahidə edilir. Məsələn, Göyçay rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan heyvandarlıqda cari ilin birinci yarısında uğurlu nəticələr qazanılıb. Belə ki, ilin ilk 6 ayında məhsul istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövründəkindən çox olub. Ötən yarım ildə rayonda ət istehsalı (diri çəkidə) keçən ilin müvafiq dövründəkinə nisbətən 85,8 ton artaraq 3783 tona çatıb. Altı ayda 10 min 925 ton süd istehsal olunub. Bu, ötən yarımillikdəki göstəricidən 48,4 ton artıqdır. Yumurta istehsalı 3 milyon 984 ədəd artaraq 9 milyon 964 min ədəd, yun istehsalı 19 ton artaraq 96,6 ton olub.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2018-ci ilin birinci yarısında rayonda mal-qaranın baş sayı 40 min 536 olmaqla 1,0 faiz artıb. Altı ay ərzində təsərrüfatlarda 2181,7 ton ət, 18 min 334,7 ton süd, 165,5 ton yun, 6928 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı 5,4 faiz, yun istehsalı 5,3 faiz çoxalıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, təkcə 2018-ci ilin altı ayında 1251 baş inək və düyə süni yolla mayalandırılıb, 736 baş sağlam cins buzov alınıb.
Ağsu rayonunun heyvandarları da ilin ilk altı ayını uğurlu göstəricilərlə yekunlaşdırıblar. Heyvandarlıq rayonda ənənəvi təsərrüfat sahəsi sayılır və son illərdə bu sahədə dinamik inkişaf müşahidə edilir. Cari ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı çoxalıb. Belə ki, yarım ildə 2504 ton ət istehsal edilib ki, bu göstərici keçən ilin müvafiq dövründəkindən 26 ton çoxdur. Süd istehsalı 160 ton artaraq 14 min 359 tona, yumurta istehsalı 2 milyon 407 min ədəd artaraq 7 milyon 459 min ədədə çatıb. Yarım ildə yun istehsalı da 2 ton artıb və 308 ton olub. Rayonun demək olar ki, bütün ərazi vahidlərində, xüsusilə Gəgəlidə, Kəndobada, Qaraqoyunluda, Bozavandda və bir sıra digər yerlərdə sahibkarlar daha yüksək artıma nail olublar.
Saatlı Rayon Statistika İdarəsindən verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 617 baş iribuynuzlu mal-qara və 115 min 348 baş qoyun-keçi saxlanılır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 1211 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.
Cari ilin 6 ayı ərzində rayonda 3 min 566 ton ət (diri çəkidə), 20 min 603 ton süd və 85 ton yun istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur.
Regionlarda mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızda heyvandarlıq intensiv yolla inkişaf etdirilir. Ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Bu məqsədlə bir tərəfdən ölkəmizə xaricdən cins mal-qara gətirilir, digər tərəfdən isə təsərrüfatlarda heyvanların baş sayının intensiv metodlarla artırılması, süni mayalandırma tədbirləri geniş şəkildə təşviq edilir. Belə ki, süni mayalanma yolu ilə alınan hər buzova görə fermerlərə 100 manat həcmində subsidiya ödənilir. Bu praktikadan artıq respublikanın əksər bölgələrində istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, ötən il respublika miqyasında süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb. Dövlət dəstəyindən bəhrələnən fermerlər öz təsərrüfatlarında mal-qaranın baş sayının süni mayalandırma yolu ilə artırılmasına böyük maraq göstərirlər. Fermerlər bildirirlər ki, köhnə cinsdən olan mal-qara az məhsuldardır. Süni mayalandırma yolu ilə alınan buzovlar isə tez böyüyürlər və onların məhsuldarlığı daha yüksəkdir. 2018-ci ilin sonunadək Azərbaycana xaricdən 10 min baş damazlıq heyvan gətirilməsi nəzərdə tutulub. Xaricdən gətirilən cins heyvanlar arasında tələfat hallarının qarşısını almaq üçün onların düzgün yem rasionu tərtib olunur, qulluq cədvəli hazırlanır və fermerlər bu barədə məlumatlandırılırlar.
İsmayıllı rayonunun Keyvəndi kəndində “Azza-aqro” şirkəti tərəfindən tikilən 1500 başlıq müasir heyvandarlıq kompleksinə “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan holşteyn-friz cinsindən olan 99 baş südlük inək gətirilib. Kompleksə daha 200 baş heyvanın gətirilməsi planlaşdırılır. Gətirilən inəklərdən qan nümunəsi alınaraq bruselyoz xəstəliyinə görə seroloji müayinə və dabaq xəstəliyinin A-0-Asiya-1 tiplərinə qarşı profilaktik peyvənd aparılıb.
Qeyd edək ki, heyvandarlıq kompleksinin inşasının birinci mərhələsi başa çatıb. İlk mərhələdə 300 başlıq tövlələrdən biri istifadəyə verilib. İstifadəyə verilən, hazırda gətirilən inəklərin saxlandığı tövlədə, habelə sağım və doğum məntəqələrində bütün lazımi avadanlıqlar quraşdırılıb. Buzovların saxlanması üçün beton örtüklü meydançanın inşası da başa çatdırılıb. Kompleksdə, habelə yem emalı üçün avadanlıqlar da quraşdırılıb.
Cari ildə Daşkəsən rayonundakı heyvandarlıq təsərrüfatlarında süni yolla mayalandırılan 72 baş iribuynuzlu mal-qaradan 65 baş cins buzov alınıb. Hazırda rayonda heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün biri əsas, digəri isə yardımçı olmaqla, iki süni mayalama mərkəzi fəaliyyət göstərir. Keçən il bu mərkəzlərdə əvvəlki illə müqayisədə 68 baş çox heyvan mayalandırılıb və 81 baş çox buzov alınıb.
Respublikanın əsas heyvandarlıq rayonlarından olan Daşkəsəndə bu sahənin inkişafı üçün mayalama məntəqələrinin sayının artırılması və təsərrüfat sahibləri arasında heyvanların süni mayalandırılması işinin daha da genişləndirilməsi üçün tədbirlər davam etdirilir.
Ölkə üzrə epizootik vəziyyət sabitdir
Cari il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq qaramal və davarların, təkdırnaqlı heyvanların, donuz və dəvələrin qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Bu ilin 5 ayı ərzində qarayara xəstəliyinə qarşı 2551996 baş iribuynuzlu, 7353609 baş xırdabuynuzlu, 88087 baş təkdırnaqlı, 6995 baş donuz və 105 baş dəvə peyvənd olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, artıq ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna olmaqla) yekunlaşıb. Cavan heyvanlarda peyvəndləmə isə cari ilin üçüncü rübündə aparılacaq. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib ki, respublikada kəskin yoluxucu xəstəliklərə, o cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Eyni zamanda, regionlarda fermerlər arasında maarifləndirmə işi gücləndirilir. Elə bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarına səfər edərək təsərrüfatlarda çoxsaylı görüşlər keçirib. Səfər çərçivəsində B.Rzayev bölgələrdə olan heyvandarlıq təsərrüfatlarının mövcud vəziyyəti, heyvanların müxtəlif xəstəliklərinə qarşı aparılan peyvəndləmə tədbirləri ilə yaxından tanış olub və fərdi təsərrüfat sahiblərinə öz tövsiyələrini verib.
Dövlət Baytarlıq Xidmətinin rəhbəri baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və kəskin yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. O, fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini nəzərə çatdırıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6480  |  
  • Tarix:  13-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb
16 İyul 09:39
“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
16 İyul 09:38
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasına töhfə verir
16 İyul 09:33
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
16 İyul 09:30
Türkiyədə Azərbaycan dilində olan xəbər portalı fəaliyyətə başlayıb
15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24