Ana səhifə »  KİVDF »  Bölgələrdə yol infrastrukturunun yenilənməsi diqqət mərkəzindədir
A+   Yenilə  A-
Bölgələrdə yol infrastrukturunun yenilənməsi diqqət mərkəzindədir

Regionları əhatə edən məqsədyönlü tədbirlər respublika miqyasında infrastruktur quruculuğuna əhəmiyyətli töhfələr verir
Azərbaycanda ayrı-ayrı sahələrin inkişafını təmin edən mühüm amillərdən biri müxtəlif Dövlət proqramları və layihələrin uğurla icra olunmasıdır. Təsadüfi deyil ki, yol infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində də səmərəli tədbirlər həyata keçirilir. Regionları da əhatə edən məqsədyönlü işlər respublika miqyasında infrastruktur quruculuğuna əhəmiyyətli töhfələr verir. Qeyd edək ki, cari il ərzində 2 min kilometr yeni avtomobil yolunun salınması və minimum 600 kəndin yeni yollarla təmin edilməsi nəzərdə tutulub. Elə bu ilin 6 ayı ərzində həyata keçirilən işlər də yol infrastrukturunun yenilənməsinin diqqət mərkəzində olduğunu təsdiqləyir.
Yeri gəlmişkən, cari ilin birinci yarısında Daşkəsən rayonunda respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və təmiri üzrə 473,9 min manatlıq iş görülüb. Hazırda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. İşlər bitdikdən sonra rayonun bu istiqamətində yerləşən bir neçə kəndin yol problemi həll olunmaqla yanaşı, həm də sakinlərin kənd turizmini inkişaf etdirmək üçün imkanları genişlənəcək. 2019-cu ildə isə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Qubada isə 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq istiqamətində çəkilən yolun asfaltlanmasına başlanılıb. Ümumi uzunluğu 33 kilometr olacaq yolun tikinti işlərinə bu ilin mart ayından başlanılıb. Dördüncü texniki dərəcəyə uyğun inşa edilən yolun 22 kilometrlik hissəsi asfalt örtüyünün vurulması üçün hazır vəziyyətə gətirilib. Artıq 5 kilometr məsafəyə asfalt döşənib. Yeni inşa olunan yolun eni genişləndirilərək 10 metrə çatdırılıb. İki qatdan ibarət asfalt örtüyünün qalınlığı 12 santimetr, eni isə 6 metr təşkil edir. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdirilib. İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd kilometr göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub. Bu istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşınmasını rahatlaşdırmaqdır. Yeni yol bu ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirəcək.
Beyləqanda da yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, uzunluğu 39,4 kilometr olan Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq 6 min kubmetr həcmdə yararsız örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının 79 min kubmetr həcmdə yararsız hissəsi qazılaraq çıxarılıb. Daha sonra karxana çınqılı materialından 108 min kubmetr həcmdə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr avtoqreyderlə profilə salınaraq kipləşdirilib. Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığından müxtəlif diametrlərdə 93 ədəd 1028 poqonmetr uzunluğunda yeni metal və dəmir-beton boruların quraşdırılaraq başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq 425 min kvadratmetr sahədə yeni yol əsasının inşası işlərinə başlanılıb. Qum-qırmadaş qarışığından 30 santimetr hündürlükdə əsasın alt layının tikintisi artıq yekunlaşdırılıb. Hazırda optimal çınqıl qarışığından istifadə edilməklə 15 santimetr hündürlükdə əsasın alt layının tikintisi aparılır. Yol əsası hazır olan hissələrin isə paralel olaraq asfaltlanması işləri də görülür. Belə ki, 235 min kvadratmetr sahədə 12 santimetr hündürlükdə iri və xırda dənəli asfalt beton qarışığından istifadə olunmaqla örtüyün alt və üst layı inşa edilir. Layihəyə uyğun olaraq 11 min kvadratmetr sahədə yol birləşmələrinin təmiri və 54 kubmetr həcmdə səkilərin yararsız hala düşmüş hissələrinin bərpası, 148 kvadratmetr həcmdə körpülərin sıradan çıxmış məhəccərlərinin yenilənməsi işləri də görülür. Asfaltlama işləri tamamlanan kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 170 ədəd yol nişanlarının, 8 ədəd avtobus dayanacağının, 40 ədəd kilometr göstəricisinin və 1520 ədəd siqnal dirəklərinin quraşdırılması nəzərdə tutulub. Qeyd olunub ki, 22 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yolların yenidən qurulması işlərinin payız aylarında yekunlaşdırılması nəzərdə tutulub.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-169-cu kilometrliyini əhatə edən Gəndob-Quba hissəsi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur. Layihə çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə torpaq yatağı 15 metr enində çınqıllı qruntla genişləndirilir, asfalt-beton örtüyü qaşınır və bəzi hissələrdə qazılıb çıxarılır, 3 min kvadratmetr sahədə 20 santimetr qalınlıqda çınqıldan əsasın alt qatı və 6 santimetr qalınlıqda optimal qum-qırmadaş qarışığından əsasın üst qatı tikilir, texnoloji ardıcıllığa əsasən 6 santimetr hündürlükdə asfalt-beton örtüyünün alt layı döşənir. Bu işlərin ardınca yol boyu asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılır. Asfalt-beton örtüyünün eni 9 metr nəzərə alınaraq yol boyu 420 min kvadratmetr sahə 6 santimetr qalınlıqda asfaltlanır. Tikinti norma və qaydalarına uyğun olaraq yol boyu 230 min kvadratmetr sahədə hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlərin 6 santimetr qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri də aparılır. Layihəyə uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba şəhərindən keçən hissəsinin, daha dəqiqi 6 hərəkət zolaqlı olan Heydər Əliyev prospektinin Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissəsinin də asfalt-beton örtüyünün yenilənməsi işlərinin aparılması nəzərdə tutulub. Tikinti-təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 3 yerdə yeni avtobus dayanacaqları inşa ediləcək, 122 kilometr uzunluğunda üfüqi nişanlama xətləri çəkiləcək. Yolun bərpasının yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılması üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub. Magistral yolun bu hissəsi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə daha rahat şəkildə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun bərpası əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Salyanda 13,1 kilometrlik yerli əhəmiyyətli yolun yenidən qurulması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi rayonda infrastruktur quruculuğu baxımından mühüm əhəmiyyətə malikdir. Söhbət uzunluğu 13,1 kilometr olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolundan gedir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 11 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşınmasını asanlaşdırmaqdır. Sözügedən yolboyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissəsi və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti layihəsinə uyğun olaraq 900 kubmetr ölçüdə yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Bu işlərə paralel olaraq yol boyu 52 min kvadratmetr sahədə çiyin hissələrin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülüb. Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 131 min kvadratmetr həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri aparılıb. Bunun ardınca isə hazırda 2 qat olmaqla xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlama işləri aparılır. Bu çərçivədə yolun 79 min kvadratmetr sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu 72 poqonmetr 300 millimetr diametrli dəmir, 84 poqonmetr 500 millimetr, 60 poqonmetr 750 millimetr və 60 poqonmetr 1000 millimetr diametrli dəmir-beton borular quraşdırılıb. Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 5 ədəd avtobus dayanacağının tikintisi, 13 ədəd kilometr göstəricinin, 93 ədəd yol nişanı və məlumatverici lövhələrin, 285 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Tikinti işlərinin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  3330  |  
  • Tarix:  21-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9