Ana səhifə »  KİVDF »  2018-ci ilin birinci yarısında regionlarda yeni iş yerlərinin yaradılması siyasəti uğurla davam etdirilib
A+   Yenilə  A-
2018-ci ilin birinci yarısında regionlarda yeni iş yerlərinin yaradılması siyasəti uğurla davam etdirilib

Son 6 ayda respublikada 58 min yeni daimi iş yeri açılıb
Yeni iş yerlərinin yaradılması və insanların gəlir imkanlarının artırılması respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətin leytmotivini təşkil edir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib. Son 15 ildə respublika üzrə 1,9 milyon yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur.
Müvafiq Dövlət proqramlarının uğurlu icrası regionlarda əhalinin məşğulluğunun təmin olunmasına böyük töhfə verir
Ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, bölgələrdə yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır.
Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin islahatların ardıcıllığının təmin edilməsi məqsədilə imzaladığı ayrı-ayrı sənədlər respublikamızda insanların məşğulluq imkanlarının genişlənməsinə möhkəm hüquqi əsaslar yaradır. Azərbaycan Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alıb. Bu tədbirlər sırasına əmək bazarında çevikliyin təmin edilməsi, peşələr üzrə monitorinq aparılması, formal (akademik) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması üçün peşə standartlarının hazırlanması prosesinin davam etdirilməsi və digər məsələlər daxildir. Bütövlükdə, sənəddə nəzərdə tutulan tədbirlər ölkəmizdə əmək bazarının bundan sonra da təkmilləşməsinə və genişlənməsinə, insanların layiqli iş yerləri ilə təmin olunmalarına daha optimal şərait yaradılmasına xidmət edir.
Respublikamızda insanların məşğulluq imkanlarının genişləndirilməsi baxımından əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir. Ölkəmizdə sosial dialoqun gücləndirilməsi, bu istiqamətdə mühüm addım kimi Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi üçün də mühüm önəm daşıyan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, peşə standartlarının hazırlanaraq istifadəyə verilməsi perspektivdə əmək bazarının inkişafına güclü stimul yaradan tədbirlərdəndir. Bu tədbirlər, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq strateji hədəflərin icrası, insan kapitalının inkişaf etdirilməsi, işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin artırılması və digər istiqamətlərdə aparılan məqsədəuyğun işlər qarşıdakı dövrdə də ölkəmizin əmək bazarında inkişaf meyillərinin davam etdirilməsinə, onun səmərəliliyinin artırılmasına geniş imkanlar açır.
Respublikamızda iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Son illərin statistikası dövlət başçısının tapşırıqlarının uğurla yerinə yetirildiyini təsdiqləyir. Belə ki, respublikamızda yeni iş yerlərinin yaradılması prosesi əhalinin artım dinamikasını üstələyir.
2018-ci ilin ilk 6 ayında ölkə üzrə əhalinin məşğulluq imkanları daha da artıb
Respublikamızda yeni iş yerlərinin yaradılması siyasəti 2018-ci ilin ilk 6 ayında da böyük uğurla davam etdirilib. Məlumdur ki, son illərdə respublikamızda Prezident İlham Əliyevin təşəbbüsünə əsasən sənaye parklarının və sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirildiyi kimi, sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcəkdir.
“Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanacaqdır ki, bu da əlavə iş yerlərinin açılması deməkdir. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb.
Ümumiyyətlə, regional sənaye quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcəkdir. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi həyata keçirilir. Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. Bəhs olunan istehsalatların yaradılmasına çoxlu sayda işçi qüvvəsi cəlb edilib və gələcəkdə bu istehsalatlarda yeni iş yerlərinin sayı daha da artacaq.
Ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi də əhalinin məşğulluğunun artmasına öz töhfəsini verir. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb, bundan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
Cari ilin birinci yarısında sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu kreditlər hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaradılıb.
Son 6 ayda respublikada aqrar sektorun nəzərəçarpacaq dərəcədə genişlənməsi də regionlarda yeni iş yerlərinin açılmasını şərtləndirən mühüm amil qismində çıxış edir. Cari ilin birinci yarısında kənd təsərrüfatı 7,6 faiz, o cümlədən bitkiçilik 14 faizdən çox artıb. Regionlarda insanlar dövlət tərəfindən böyük qayğı göstərilən pambıqçılıq, baramaçılıq, tütünçülük sahələrində çalışaraq yüksək qazanc götürürlər. Bütövlükdə son 6 ayda ölkə üzrə 67 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 58 mini daimi iş yeridir.
Ayrı-ayrı bölgələrdə yeni iş yerlərinin yaradılması dinamikası daha yüksəkdir
Aqrar sektorda aparılan islahatlar, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi kənd təsərrüfatı rayonu olan Göyçayda əhalinin məşğulluğunun artmasına münbit zəmin formalaşdırıb. İqtisadiyyatın ayrı-ayrı sahələrində, habelə sosial sferada reallaşdırılan irihəcmli layihələr də yeni iş yerlərinin açılmasına imkan verir. Təsadüfi deyil ki, bölgədə təkcə cari ilin ilk 6 ayında 570 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, yarım ildə açılan yeni iş yerlərinin hamısı daimidir. 57 iş yeri yeni yaradılan müəssisələrdədir. Qalanı isə mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Qeyd edək ki, hər il olduğu kimi, cari yarımillikdə də minlərlə göyçaylı təsərrüfatın müxtəlif sahələrində mövsümi əmək fəaliyyətinə cəlb olunub.

Əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti Ağsu rayonunda da öz uğurlu nəticələrini verir. Təsadüfi deyildir ki, təkcə bu ilin 6 ayında bölgədə 188 yeni iş yeri açılıb ki, onların da hamısı daimidir. Təzə iş yerlərinin 179-u fiziki şəxslərdə, 9-u isə yeni açılan müəssisələrdədir. Onu da vurğulamaq yerinə düşər ki, aqrar bölgə olan Ağsuda təkcə baramaçılıq, pambıqçılıq sahələrində minlərlə sakin müvəqqəti işlə təmin olunub.
Cari ilin birinci yarısında digər bölgələrdə olduğu kimi, Salyan rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, rayonda əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində son 6 ayda 510-u daimi olmaqla 2856 yeni iş yeri yaradılıb.
Naxçıvan Muxtar Respublikasında aktiv məşğulluq tədbirləri davam etdirilir
Naxçıvan Muxtar Respublikasında cari ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilib, xidmət mərkəzlərində olan vakant yerlər üzrə 48, keçirilən əmək yarmarkalarında isə 212 olmaqla, ümumilikdə 1315 nəfər müxtəlif sahələrdə işlə təmin olunub, 108 nəfər peşə kurslarına cəlb edilib.
Bu faktlar beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrin müzakirəsi və 6 ayın yekunları ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Cavid Səfərov tərəfindən səsləndirilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı ilin birinci yarısında da uzun müddət ünvanlı dövlət sosial yardımı alan 63 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmalarına yardım edilib. Bundan başqa, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri nəticəsində 215 sahibkarlıq obyektində 236 halda yeni əmək müqaviləsinin bağlanılmasına, 526 halda isə əməkhaqlarının real göstərilməsinə nail olunub.
Özünüməşğulluq proqramı regionlarda insanların layiqli iş yerləri ilə təmin olunmasında mühüm rol oynayır
Respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən özünüməşğulluq proqramına start verilməsi ölkədə insanların layiqli iş yerləri ilə təmin edilməsi baxımından böyük önəm daşıyır. Bu proqram sayəsində aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər.
Qeyd edək ki, özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilib. Onlar dövlət dəstəyindən bəhrələnərək müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik ailə təsərrüfatları yaradıblar. Özünüməşğulluq proqramı çərçivəsində ölkəboyu ailə təsərrüfatlarının yaradılmasına dövlət tərəfindən hərtərəfli dəstək verilir. Ailələr konteynerlərlə, metodik vasitələrlə təmin edilirlər. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 80 faizdən çoxu kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. İşsiz və işaxtaran şəxslərin onlara verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüfatlarını gözlənilən səviyyədə qurmaları proqramın icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas verir. Dövlət dəstəyindən bəhrələnən ailə təsərrüfatları istehsal sahəsində yaxşı nəticələr qazanırlar. Bu təsərrüfatlarda hazırlanan bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər həm yerli sakinlər, həm də ölkəmizə gələn turistlər tərəfindən böyük maraqla qarşılanır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində özünüməşğulluq proqramına böyük ümidlər bəslənildiyinə diqqət çəkərək bildirib: “Bizim özünüməşğulluq proqramına böyük ümidlərimiz var. Bu proqram həm iqtisadi inkişafımıza təkan verəcək, xüsusilə regionlarda həm məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşlarımızı ələbaxımlıq vərdişindən çəkindirəcək. Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var”.
Perspektivdə regionlarda özünüməşğulluq proqramının əhatə dairəsi daha da genişlənəcək
Perspektivdə Azərbaycanın regionlarında özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsini icra edən Anar Əliyev Heydər Əliyev Fondunun yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələrindən danışıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi istiqamətində bir sıra layihələr həyata keçirir. Buna Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan və müasir tələblərə cavab verən sosial xidmət müəssisələrini misal göstərmək olar. Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan yaradıb. Fondun mühüm sosial layihələrindən olan “Məzun evi” Sosial Müəssisəsindəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olan 243 gənc mənzillə təmin edilib.
Tədbir iştirakçılarına məlumat verilib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyinin özünüməşğulluq proqramının icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığının növbəti mərhələsində intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxış imkanı yaratmaqla yanaşı, həm də ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev Fondun ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, eləcə də tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələrindən bəhs edib. O həmçinin Fondun sosial məsələlərin həllinə və həssas əhali qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələn tədbirlərə verdiyi dəstək barədə danışıb.
Vətəndaşların müraciətləri əsasında İctimai Birliyin ölkəmizin regionlarında sosial, səhiyyə, təhsil, turizm, ekologiya və digər sahələrdə həyata keçirdiyi çoxsaylı layihələr barədə danışılarkən bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda aztəminatlı və şəhid ailələri üçün salınmış meyvə bağları özünüməşğulluğun təmin edilməsi və həmin ailələrin maddi rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanan əməkdaşlıq memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirmək və regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsi məqsədi daşıyır. Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin həmin təsərrüfatlardan əldə edəcəkləri gəlirləri istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsi və digər istiqamətlərdə yardım göstəriləcək. Sonra memorandum imzalanıb. Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri vəzifəsini icra edən Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar.
Ölkə üzrə əmək və məşğulluq sahəsində həyata keçirilən tədbirlər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir
Ölkəmizdə əmək və məşğulluq sahəsində həyata keçirilən tədbirlər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Bunun təsdiqi olaraq qeyd edək ki, Azərbaycan 2017-ci ilin iyun ayında Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına üzv seçilərək bu mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb. 2016-cı ilin sentyabr ayında isə Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb və hazırda uğurla icra olunur.
Azərbaycanın əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qazandığı uğurlar nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da yüksək qiymətləndirilib. Dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin artması ilə nəticələnib. Belə ki, bəhs olunan hesabatda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın, eyni zamanda, əmək bazarının səmərəliliyi indikatoru üzrə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkəmiz bu kateqoriya üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib. Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda, İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3030  |  
  • Tarix:  26-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA