Ana səhifə »  KİVDF »  Bu ilin birinci yarısında regionlarda infrastrukturun yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb
A+   Yenilə  A-
Bu ilin birinci yarısında regionlarda infrastrukturun yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb

Aran iqtisadi regionuna daxil olan rayonlarda abadlıq-quruculuq işləri uğurla davam etdirilir
Son illərdə ölkəmizdə infrastrukturun qurulması və yenilənməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bunun nəticəsidir ki, bölgələrimizdə yeni parkların salınması, istirahət güşələrinin yaradılması, eləcə də ucqar kəndlərdə yolların çəkilməsi yönündə işlər aparılır. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması, o cümlədən küçə və xiyabanların yenilənməsi, təmizlənməsi, yeni məktəblərin istifadəyə verilməsi diqqət mərkəzindədir. Ümumilikdə görülən işlər vətəndaşlarımızın sosial rifahının yüksəlməsində əhəmiyyətli rol oynayır.
İnfrastrukturun yenilənməsi, abadlıq-quruculuq işləri bu ilin birinci yarısında da uğurla davam etdirilib. Yeri gəlmişkən, Aran iqtisadi regionuna daxil olan Bərdə rayonunda bu ilin ilk yarısında abadlıq-quruculuq sahəsində mühüm işlər görülüb. Belə ki, rayonun Qaratəpə və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik modul tipli məktəb tikilib, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmiri başa çatdırılıb, 220 şagird yerlik Güloğlular kənd tam orta məktəbinin və 100 yerlik körpələr evi-uşaq bağçasının, “Azərxalça” ASC-nin Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi davam etdirilib. Bundan başqa, rayon Mədəniyyət Mərkəzi müasir memarlıq üslubunda yenidən qurulub və əsaslı təmir edilib. O cümlədən “Bərdə” türbəsi və Torpaqqala tarixi abidələri əsaslı şəkildə təmir olunub. Rayonun Cəyirli kəndi ərazisində müasir memarlıq üslubunda tarla düşərgəsi tikilib, ərazidə bardür düzülüb, 2900 kv. metr sahəyə asfalt-beton döşənib, ərazidə ağac və güllər əkilib. Yeni Daşkənd kəndinin baş yolunun 1,2 km-i asfalt-betonla tikilib, yolun kənarları abadlaşdırılıb, ərazidə ağac və güllər əkilib. Bununla yanaşı, bu ilin ilk altı ayında Bərdə şəhəri ərazisində Bərdə-Ağdam avtomobil yolunun Tərtər çayı üzərindəki körpüsünün tikintisinə başlanılıb. Bərdə şəhəri ərazisində Tərtər çayı üzərindəki körpünün tikintisi ilə əlaqədar şəhərin Tərtər çayının sağ sahilində ümumi nömrə tutumu 1000 ədəd olan yeni Elektron ATS quraşdırılmasına başlanıb və yaxın vaxtlarda Stansiyanın tikintisinin başa çatdırılması nəzərdə tutulur. Şəhərin Ü.Hacıbəyli, S.Vurğun, Sənaye və S.Zöhrabbəyov küçələri yenidən qurulur, müasir memarlıq üslubunda istinad divarları tikilir. Rayon mərkəzində Heydər Əliyev prospektində, kommunal yaşayış binalarının ətrafında abadlıq işləri aparılıb, 1 prospekt, 7 küçədə, Bərdə-Tərtər və Bərdə-Yevlax yolları istiqamətində 36 km bardürlər yağlı böya ilə rənglənib, ümumi uzunluğu 13,3 km olan 11 küçə qum-çınqılla təmir edilib, Heydər Əliyev prospektində 10 min kv. metr sahə asfalt-betonla tikilib, küçə və meydanlarda divarlar pardaqlanıb, 3 küçədə 2000 kv. metr divarlar aqlay və təbii qaya daşı ilə üzlənib, 3500 kv. metr yaşıllıq zolaqları salınıb.
Bərdə şəhərinin Ü.Hacıbəyli küçəsində 1,5 km yol asfalt-betonla tikilib, 17 ədəd işıqlandırma dirəkləri basdırılıb, 1,5 km məsafəyə bardür düzülüb, ərazidəki sahibkarlıq obyektlərinin fasadı aqlay daşı ilə üzlənib. S.Vurğun küçəsində isə 450 metr istinad divarları yenidən qurulub. Bərdə şəhərinin Sənaye küçəsində də 350 metr istinad divarları yenidən qurulub. Ümumilikdə bu ilin ilk altı ayında şəhərin yeni yaşayış massivində 6 küçə yenidən qurulur, işlər sürətlə davam etdirilir. Rayonun 11 kəndində 33 km daxili yollar qum-çınqılla cari təmir edilib, 24 km təsərrüfatdaxili arxlar lildən, 41 kəndin baş yollarının kənarları təmizlənib. Bu ilin ilk altı ayında küçə və meydanlarda 5,5 min ədəd ağac, 13,5 min gül kolları, 35 min ədəd qızıl gül tingi əkilib.
Aran iqtisadi rayonuna daxil olan Biləsuvar rayonunda tikinti, abadlıq və quruculuq işləri davam etdirilib. Şəhərin Heydər Əliyev küçəsində inşa olunan Bayraq Muzeyi və Gənclər Mərkəzinin tikintisi başa çatdırılıb. Xırmandalı kəndində inşa olunan 40 yerlik uşaq bağçasının tikintisində son tamamlama işləri aparılır. Əsgərabad kəndində 4 hektar sahədə inşa olunan və gücü 4 min ton olan pambıq tədarükü məntəqəsinin tikintisi başa çatdırılıb.
Bundan başqa, rayon mərkəzinin ərazisində kanalizasiya sisteminin tikintisində son tamamlama işləri aparılır. Bəydili və Xırmandalı kəndlərinə içməli su xəttinin çəkilişi başa çatdırılıb. Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində 52 ədəd bulaq tikilib istifadəyə verilib.
Kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış 9 küçədə asfalt-beton örtüyün təmiri işləri aparılıb. Hazırda küçələrin asfaltlanması və təmiri işləri davam etdirilir. 20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 15,4 km olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisi də başa çatdırılıb. Zəhmətabad kəndi ilə Bağbanlar kəndini birləşdirən yolda əlavə olaraq 850 metr yol asfaltlanıb. Bununla yanaşı, Prezident İlham Əliyevin 27 mart 2018-ci il tarixli Sərəncamı ilə bu il rayonun Muğan kəndində 100 yerlik ümumi orta məktəb üçün modul tipli yeni məktəb binasının inşa olunması nəzərdə tutulur.
Aran iqtisadi rayonunun digər bir regionunda - Hacıqabul rayonunda bu ilin ilk altı ayında abadlıq-quruculq işləri sürətlə davam etdirilib. Hesabat dövründə şəhərin Ə.Vahid, İ.Qayıbov, Xətai, H.Həmidov, M.Əsədov küçələrində xeyli abadlıq və yenidənqurma işləri aparılıb. Babək küçəsində 2 yaşayış binasının fasadı yenidən işlənib, İ.Qayıbov küçəsində 1 binanın uçub-dağılmış yan fasadı yenidən bərpa olunub. M.Əsədov, İ.Qayıbov küçələri boyunca hasarlar, darvazalar, su çənləri rənglənmiş, üzlük ağlay daşları yonularaq ağardılıb. Şəhərdə ilk dəfə olaraq nümunəvi məhəllənin tikintisinə başlanılıb. Bu məqsədlə Xətai küçəsində 6 yaşayış binasının əhatəsindəki ərazidə məhəllənin və mərasim zalının tikintisinə başlanılıb. Ümumilikdə 6 ay ərzində abadlıq işlərinə 156124 manat vəsait xərclənib - 9 yaşayış binasının dam örtüyü dəyişdirilib, bu məqsədlə 153798 manat vəsait xərclənib.
Qeyd edilməlidir ki, 2018-ci ilin birinci yarısında Ə.Vahid küçəsində 243, Koroğlu küçəsində 870, A.Abdullayev küçəsində 630, H.Həmidov küçəsində 1504, C.Cabbarlı küçəsində 390, M.F.Axundov küçəsində 36 kubmetr olmaqla ümumilikdə 3673,0 kubmetr həcmdə qum-çınqıl qarışığından əsas verilib. Rayonun Ə.Vahid küçəsində 922, H.Həmidov küçəsində 2187 kv.metr olmaqla ümumilikdə 3109 kv.metr yola 6 sm qalınlığında asfalt-beton örtüyü qoyulub.
Aran iqtisadi rayonuna daxil İmişli rayonunda da aparılan abadlıq və quruculuq işləri rayonun simasının yenilənməsinə yol açıb. Belə ki, rayon mərkəzinin P.Həsənov, Koroğlu, Q.Qarayev, L.Vəliyev küçələrinə 25130 kv.m sahəyə asfalt örtüyü qoyulmasına başlanılıb. Heydər Əliyev prospektində səkilərə yeni səki daşları və tamet piltə qoyularaq abadlıq işləri aparılır, P.Həsənov, Koroğlu küçələrinə 14960 kv.m asfalt örtüyü qoyulmuş və bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa, 14 km-lik İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli yerli əhəmiyyətli avtomobil yolunda təmir işləri başlanılıb və hazırda bu işlər davam etdirilir. İmişli rayon Statistika İdarəsinin inzibati binasında əsaslı təmir işlərinə başlanılıb və yaxın müddətdə bu işlər başa çatdırılacaq.
Hazırda “ASAN Həyat” kompleksinin və Bayraq Muzeyinin tikintisi işləri davam etdirilir. Bu il rayonda 132 şagird yerlik Aqranlı kənd 2 saylı orta məktəb binasının tikintisi, Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb binasının quraşdırılması və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin rayonda bu təbəqədən olan insanlar üçün fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub.
Aran iqtisadi regionuna daxil olan Kürdəmir rayonunda da abadlıq-quruculuq, infrastruktur yenilənməsi istiqamətində bir sıra addımlar atılıb. Belə ki, 2018-ci ilin ilk 6 ayı ərzində şəhərə gələn mərkəzi su xəttində siyirtmələr yenisi ilə əvəz olunub, xətt boyunca təmir işləri görülüb. Şəhərin Heydər Əliyev prospektində, Xırdapay, Atakişili kəndlərində, Cənub və 69-cu məhəllələrində su xətləri təmir edilərək su axıntısının qarşısı alınıb. Rayonun İ.Məmmədov küçəsində yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 2036 kv.m dam örtüyü dəyişdirilib, 800 kv.m sahədə daxili, 2198 kv.m sahədə isə xaici divar səthləri suvanıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin və 2018-ci il 30 mart tarixli Sərəncamı ilə isə Kürdəmir rayonunda “Xalça istehsalı emalatxanası”nın tikintisi planlaşdırılıb. Layihə üzrə tikinti işlərinə başlanılıb. “ASAN xidmət” mərkəzində restoran, yeməkxana, çay evi tikililərinin beton bünövrələri tökülüb, TIR avtomobilləri üçün dayanacaq sahəsi çınqıl qarışığı verilməklə kipləşdirilib. “Xalça istehsalı emalatxanası”nın zirzəmi hissəsinin tikintisi başa çatdırılıb, əsas binanın dəmir-beton monolit kolon, riger və örtük tavası tökülüb.
Bundan başqa, 200 kubmetr yanğından mühafizə su anbarı, 100 kubmetr içməli su anbarı tikilib, nasosxanaları qurulub, yanacaq çənləri üçün yeraltı çən parkı tikilib, ərazinin drenaj xətləri çəkilib və quyuları qoyulub, motel binasının bünövrə özülü tökülüb, zirzəmi hissəsinin tikintisinə başlanılıb. Ərazinin 80 faizindən çox hissəsi doldurucu çınqıl materialı ilə doldurularaq kipləşdirilib.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  5130  |  
  • Tarix:  31-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7