Ana səhifə »  KİVDF »  Bu ilin birinci yarısı bölgələrimiz üçün uğurlarla yadda qalıb
A+   Yenilə  A-
Bu ilin birinci yarısı bölgələrimiz üçün uğurlarla yadda qalıb

Şəki-Zaqatala iqtisadi regionuna daxil olan bir sıra rayonlarda əldə edilən nəticələr də deyilənləri təsdiqləyir
Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət dinamik inkişafın davamlılığını təmin edir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Digər tərəfdən, reallıqlar onu deməyə əsas verir ki, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Ötən dövr ərzində qeyri-neft sektorunun, ən əsası da, kənd təsərrüfatının inkişaf etdirilməsi, regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır.
Məlum olduğu kimi, respublikamızda modern inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrilməsidir. Bu baxımdan, dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Bu isə iqtisadi rayonlarımızın da inkişafını təmin edib. Hər halda, iqtisadi rayonlara daxil olan ayrı-ayrı rayonlarda əldə edilən uğurlar da deyilənləri təsdiqləyir.
Bu məqamda qeyd edək ki, 2018-ci ilin birinci yarısında Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Balakən rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi insanların kənd təsərrüfatına marağını artırıb, eyni zamanda, bu sahənin daha da inkişaf etdirilməsinə geniş şərait yaradıb. Görülən işlərin nəticəsində rayonda 13651,2 ha sahədə payızlıq və yazlıq əkinlərin aparılması təmin edilib ki, bu da əvvəlki ilin səviyyəsindən 15,3 faiz çoxdur. 1308 ha sahədən 3748 ton taxıl istehsal edilib və orta məhsuldarlıq göstəricisi 28,6 sentner olub. Taxıl biçini ilə yanaşı, təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı və əkinlərə aqrotexniki xidmət göstərilməsi davam etdirilir. Yarımillikdə 13077 ton tərəvəz, 2961 ton kartof, 402,3 ton lobya, 403 ton bostan və digər kənd təsərrüfatı məhsulları istehsal olunub. Cari ildə barama istehsalının artırılması sahəsində məqsədyönlü işlər görülüb, 572 qutu ipəkqurdu toxumu rayona gətirilərək inkubatorda dirildilərək 221 istehsalçıya paylanılıb. 30 tona yaxın barama istehsal olunaraq “Azəripək” ASC-yə təhvil verilib, proqnoza 130,3 faiz əməl olunub və bu da əvvəlki ilə nisbətən 2,7 dəfə çoxdur.
Tütün istehsalı sahəsində təsərrüfatlarda 535 ha sahədə tütünün Virciniya, Berley və İtiyarpaq növünün əkilməsi və becərilməsi təmin edilib. Artıq təsərrüfatlarda 450 ton virciniya növ tütün tədarük edilərək emal müəssisəsinə təhvil verilib, eyni zamanda, 11 ton quru tütün istehsal olunub.
2018-ci ilin birinci yarısında rayonda təmir-tikinti, abadlıq-quruculuq işləri də həyata keçirilib. Birinci yarımillikdə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisinə vəsait ayrılıb və 25 km uzunluğunda yolun tikintisinə başlanılıb. Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 60 kameralı tütünqurutma məntəqəsinin tikintisi üçün Hənifə kəndində 2 hektar torpaq sahəsi ayrılıb, hazırda kameraların və inzibati binanın inşası icra olunur. Qurutma kameralarının tikilməsi tütün istehsalına çəkilən xərclərin azalmasına, yeni iş yerləri açılmaqla əhalinin məşğulluğunun təmin edilməsinə və bu sahədən daha çox gəlir əldə etməsinə şərait yaradacaq.
Elə Şəki rayonunda da 2018-ci ilin birinci yarısında mühüm irəliləyişlərə nail olunub. Belə ki, 2018-ci ilin birinci yarısında rayonda ilkin hesablamalara görə faktiki qiymətlərlə 216 milyon 375 min manatlıq məhsul buraxılıb ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 126 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi isə özəl bölmənin payına düşür. 2018-ci ilin birinci yarısında Şəki rayonunda 703 yeni iş yeri açılıb ki, onların da hamısı daimi iş yerləridir. Hesabat dövründə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, baramaçılıq, tütünçülük və heyvandarlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayon ərazisində taxıl istehsalçıları tərəfindən ötən ilin payızında əkilmiş 66774 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün zəruri tədbirlər görülüb. Artıq rayonda 57 min hektar taxıl sahəsi biçilib, 188 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33 sentner təşkil edib. Rayonda barama istehsalında dinamik inkişaf təmin edilir. Belə ki, 2016-cı ildə rayonda 9,7 ton, 2017-ci ildə 17,9 ton barama istehsal edilmişdisə, bu il 48,2 ton barama istehsal olunub. 2018-ci ildə isə 877 hektar sahədə tütün əkilib. Bolludərə, Qaratorpaq və Sarıca kəndləri ərazisində ən iri aqroparklardan biri yaradılıb.
Qeyd edək ki, bu ilin birinci yarısında rayonda tikinti-quruculuq və abadlıq işləri də aparılıb. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Heydər Əliyev Mərkəzinin tikintisi işi sürətlə aparılır. Ərazidə həmçinin Heydər Əliyev Parkı, Bayraq Meydanı və Şəki şəhər İcra Hakimiyyəti üçün yeni binanın da inşası nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhəri Zərifə Əliyeva küçəsində “ASAN həyat” kompleksinin tikintisi davam etdirilir. Yuxarı Baş tarix memarlıq qoruğunda qala divarları ilə əhatə olunmuş ərazidə “ASAN” layihəsinin bir qolu olaraq “ABAD” keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərməsi üçün binada yenidənqurma işləri tamamlanıb. Eləcə də “Azəravtoyol” ASC-nin sifarişi ilə Şəki-Kiş kəndi-Marxal istirahət zonasına gedən umumi uzunluğu 7,2 km olan avtomobil yolunun tikintisi aparılıb. Rayonda Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində su anbarları tikilir və layihənin III mərhələsi üzrə şəhərdaxili su və kanalizasiya şəbəkə xətləri tikintisinin bir hissəsi aparılır.
Şəki-Zaqatala iqtisadi regionunun Zaqatala rayonunda da bu ilin birinci yarısında mühüm inkişafa nail olunub. Belə ki, rayonun təsərrüfatlarında tütün əkini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Cari mövsümdə rayonda 750,3 hektar sahədə tütün əkilib. Zaqatalalı fermerlər bu il 542,4 hektar sahədə “Virciniya” növlü ətirli, 207,9 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Cari mövsümdə rayonda quru tütün istehsalı proqnozlaşdırılan rəqəmdən daha çox olub. Qeyd edək ki, rayonda ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərir. Belə ki, bu il Zaqatala rayonunda tütün əkini və becərilməsi işlərinə 2300 nəfərə yaxın kənd sakini cəlb olunub. Məsələn, Yengiyan kəndindən olan fermer Telman Həsrətov rayonun əsas tütün istehsalçılarındandır. Onun rəhbərlik etdiyi “Dağlar” kəndli-fermer təsərrüfatı üç ildir ki, tütünçülüklə məşğul olur. 2016-cı ildə bu təsərrüfatda ilk dəfə 65 hektar sahədə tütün yetişdirilib, 700 ton yaşıl tütün kütləsi istehsal edilib. Prezident İlham Əliyevin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, fermer ötən il tütün əkini sahələrini genişləndirərək 110 hektara çatdırıb. Ötənilki mövsüm təsərrüfata məxsus əkin sahələrindən 980 ton yaşıl tütün kütləsi tədarük edilib. Mövsüm ərzində təsərrüfatda tütün becərilməsi ilə 50 nəfərədək işçi məşğul olub.
Bu il rayonda taxılçılıq sahəsində də mühüm irəliləyişlər nəzərə çarpır. Cari mövsümdə Zaqatala rayonunda 10 min 933 hektarda taxıl yetişdirilib. Taxıl əkinlərinin 7 min 581 hektarını buğda, 3 min 352 hektarını arpa sahələri təşkil edir. Təsərrüfatlarda taxıl biçini artıq yekunlaşıb.
Bu ilin ilk yarısında Zaqatala rayonunda barama tədarükü də yüksək səviyyədə olub. İstehsalçılar bu günədək qəbul məntəqəsinə 50 tona yaxın yaş barama təhvil veriblər. Cari mövsümdə Zaqatala rayonunda barama yetişdirmək üçün 247 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 988 qutu, yəni 18 kiloqram 772 qram ipəkqurdu paylanılıb. Əliabad qəsəbəsinin sakini Eyvaz Babayev qəbul məntəqəsinə rayon üzrə hamıdan çox yaş barama təhvil verib. İstehsalçı cari mövsümdə 250 qram ipəkqurdu bəsləyib. Göyəm kəndindən Mehman Hacıyev builki mövsümdə 683 kiloqram, Cəmil Muradov 553 kiloqram, Yengiyan kəndindən Orxan Rzayev 651 kiloqram, Zəyəm kəndindən Qurban Muradov 422 kiloqram yaş barama istehsal ediblər. Xatırladaq ki, ötən il Zaqatalada 21,4 ton yaş barama istehsal olunub.
Zaqatalada bu ilin birinci yarısında tütünçülük də inkişaf etdirilir. “Azərtütün” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi fermerlərdən yaşıl tütün yarpağını qəbul edib. Qısa zaman kəsiyində Balakən və Zaqatala rayonlarının təsərrüfatlarından 120 tonadək yaşıl tütün kütləsi daxil olub. Qeyd edək ki, emal məntəqəsinin kameralarında yalnız “Virciniya” növlü ətirli tütünün qurudulması həyata keçirilir. Yerli tütün sortları isə ipə düzülərək açıq hava şəraitində qurudulur. MMC tərəfindən cari mövsümdə Zaqatala rayonunda 542,4 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  1890  |  
  • Tarix:  03-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA