Ana səhifə »  KİVDF »  Respublikamızın regionlarında avtomobil yollarının tikintisi və yenidən qurulması işləri uğurla həyata keçirilir
A+   Yenilə  A-
Respublikamızın regionlarında avtomobil yollarının tikintisi və yenidən qurulması işləri uğurla həyata keçirilir

Yeni yol qovşaqlarının yaradılması, müasir yolların salınması, mövcud olanların isə ən yüksək səviyyədə yenidən qurulması ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasəti ölkəmizin bütün sahələrdə üstün inkişafını təmin edib. Ölkəmizin dinamik inkişafını şərtləndirən mühüm məqamlardan biri də respublikamızın müasir və şaxələndirilmiş yol-nəqliyyat infrastrukturuna malik olmasıdır. Yeni-yeni yol qovşaqlarının yaradılması, müasir yolların salınması, mövcud olanların isə ən yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın yüksək səviyyəli müasir infrastruktur quruculuğu siyasəti bütün ölkə boyu mövcud yolların əsaslı şəkildə yenidən qurulmasında, həmçinin yeni yolların çəkilməsində qabarıq şəkildə nəzərə çarpır. Respublikamızda 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin böyük əksəriyyəti yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol-nəqliyyat infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır. Azərbaycanda icra olunan yol layihələri istər miqyası, istər əhəmiyyəti, istərsə də keyfiyyəti ilə seçilir.
Bütün ölkə boyu kənd yollarının abadlaşdırılması istiqamətində işlər ardıcıllıqla davam etdirilir
Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması cari ildə də intensiv şəkildə davam etdirilir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində yeni hədəf müəyyənləşdirilib ki, bu da bütün ölkə boyu kənd yollarının abadlaşdırılması ilə bağlıdır. Dövlət başçısının qəti mövqeyi belədir ki, respublikamızda bir dənə də olsun abadlaşdırılmayan kənd yolu qalmamalıdır, bütün yaşayış məntəqələrində insanlar rahat yollarla təmin edilməlidirlər. İndiyədək ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları genişləndikcə dövlət bu sahəyə yönəldilən investisiyaların həcmini də artırır. Hazırda da respublikamızın demək olar ki, bütün regionlarında müasir səviyyədə yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu işlərin həyata keçirilməsi üçün dövlət lazımi qədər vəsait ayırıb. Son olaraq, Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli-Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 21 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Alpout avtomobil yolunun tikintisi məqsədilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Prezident İlham Əliyevin iyulun 27-də “Astara rayonunun Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Dövlət başçısının digər Sərəncamı ilə Gədəbəy rayonunda on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, Masallı rayonunda ümumi uzunluğu 24,7 kilometr olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilib, bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Oğuzda Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi yekunlaşır
Oğuz rayonu ərazisində isə Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri artıq yekunlaşır. Uzunluğu 17,5 kilometr olan 2 hərəkət zolaqlı avtomobil yolunun 4-cü texniki dərəcəyə uyğun bərpası işləri tamamlanır. Aparılan işlər zamanı yolboyu yeni yol yatağı inşa edilib. Buna paralel olaraq, mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülüb. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü boru quraşdırılıb. Tikinti layihəsinə uyğun olaraq, optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrdə isə yolun asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 100 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.
Layihə çərçivəsində, tikinti işlərindən sonra yolda hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, həmçinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Yenidənqurma işlərinin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub. Yolun istifadəyə verilməsi ilə əhalinin R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranacaq.
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun da yaxın aylarda tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Dəmirçi-Lahıc avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir. Hazırda yolboyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası, həmçinin asfaltlanma işləri aparılır. Bu işlər çərçivəsində torpaq-çınqıl örtüklü olan və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 5-6 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi və daşınması, III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və yararlı karxana çınqılı tökülüb, genişləndirilib və kipləşdirilərək avtoqreyderlə profilə salınması, torpaq yatağının layihə hündürlüyünə çatdırılması və çiyin hissələrin bərkidilməsi işləri aparılır. Ümumilikdə torpaq işləri 200 min kvadratmetrdən çox sahəni əhatə edir.
Sadalanan işlər yekunlaşmış ərazilərdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından ibarət yol əsasının 20 santimetr hündürlükdə alt və 15 santimetr hündürlükdə üst qatının tikintisi işləri aparılır. Bu işlər 120 min kvadratmetrdən çox sahəni əhatə edir. Yol əsasının inşasının ardınca əlaqələndirici bitum səpilməklə yolun asfaltlanması işləri də görülür. Yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 santimetr qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.
Dəmirçi-Lahıc avtomobil yolu çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün, həmçinin bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda müxtəlif təyinatlı mühəndis qurğuların inşası, yol yatağının əlavə bərkidilməsi işləri aparılır. Belə ki, xüsusi qrup qrunt əraziyə gətirilərək yayılır və kipləşdirilir, 18.7 kilometr uzunluğunda trapesiya en kəsikli küvetlər inşa edilir.
Bundan başqa, layihəyə uyğun olaraq yolboyu müxtəlif diametrli və uzunluqları 400 poqonmetr olan 14 ədəd suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi və izolyasiyası, 5 ədəd dördbucaqlı dəmir-beton suötürücülərin inşası, 1.6 kilometr uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və 6.7 kilometr uzunluğunda dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisi və izolyasiyası işləri aparılır.
Tikinti norma və qaydalarına uyğun olaraq yolun istiqamətinə düşən çaylar üzərindən 3 avtomobil körpüsünün inşası işləri aparılır. Belə ki, yolun 1.9-cu kilometrliyində uzunluğu 60 metr olan 3 aşırımlı, yolun 4.6-cı kilometrliyində uzunluğu 10 metr olan 1 şırımlı və yolun 6.2-ci kilometrliyində uzunluğu 24.5 metr olan 1 aşırımlı avtomobil körpüsü inşa edilir. Bundan başqa, 50 metr uzunluğunda sunizamlayıcı və sahilbərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.
Yeni avtomobil yolunun tikintisi işləri çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq sonuncu mərhələdə yolboyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 65 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 kilometr uzunluğunda üfüqi nişanlama xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.

Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yolboyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq. Bundan başqa, yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində, turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yolboyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Şəkidə istifadəyə veriləcək yeni yol yük və sərnişin daşınmasının asanlaşmasına səbəb olacaq
Şəki rayonunun sakinləri də yaxın vaxtlarda daha bir yeni yolun istifadəyə verilməsinin sevincini yaşayacaqlar. Belə ki, rayonda xüsusi əhəmiyyətə malik, uzunluğu 50,9 kilometr olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Sözügedən yolun 21 kilometri respublika əhəmiyyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla ümumi eni 12 metr təşkil edir. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir.
Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29,9 kilometrlik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burada yolun hərəkət hissəsi 6 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.
Layihə çərçivəsində yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılıb, yol əsasının tikintisi işləri görülüb. Yol əsası optimal-qırmadaş və qum-çınqıl qarışığından inşa edilib.
Hazırda yolboyu asfaltlanma işləri aparılır. Ümumilikdə yolun 300 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Tikinti layihəsinə uyğun olaraq, yolboyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yeniləri inşa edilib. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dəmir borular quraşdırılıb. Bundan başqa, mövcud 2 körpünün əsaslı şəkildə təmiri işləri aparılıb.
Layihə işləri texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yenidənqurma işləri yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlararası məsafə dəfələrlə qısaldılacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.
Səkkiz yaşayış məntəqəsini birləşdirən, 11 min nəfər əhalinin yaşadığı Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.
Quba rayonunda da bu istiqamətdə işlər uğurla həyata keçirilməkdədir. Rayonun 11 yaşayış məntəqəsini birləşdirən M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 kilometrlik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Layihəyə uyğun olaraq, mövcud yararsız asfalt-beton örtüyü 5400 kubmetr həcmdə sökülərək daşınıb, yolun torpaq yatağı genişləndirilib, yararsız qrunt 31 min kubmetr həcmdə qazılıb çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək hissə-hissə yayılıb və kipləşdirmə işləri aparılıb. Bu işlərin həcmi 48 min kubmetr təşkil edib.
Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yol əsasının alt layı 20 santimetr hündürlükdə qum-qırmadaş, əsasın üst layı isə 16 santimetr hündürlükdə optimal-çınqıl qarışıqlardan istifadə edilməklə təqribən 350 min kvadratmetr sahədə inşası aparılıb. Yol əsasının inşası yekunlaşmış ərazilərin isə artıq asfaltlanmasına start verilib. Əlaqələndirici bitum səpilməklə və iridənəli asfalt-beton qarışığından istifadə edilməklə örtüyün alt layı 7 santimetr qalınlıqda, xırdadənəli qarışıqdan istifadə edilməklə isə üst layı 5 santimetr qalınlıqda salınır. Bu işlər təqribən 200 min kvadratmetr sahəni əhatə edir.
Asfaltlanma işlərinin ardınca növbəti mərhələdə 100 min kvadratmetr sahədə çiyin hissələrin optimal-çınqıl materialı ilə bərkidilməsi, 2 min kvadratmetr sahədə isə yol birləşmələrinin təmiri işləri görüləcək.
Tikinti norma və standartlarına uyğun olaraq yolboyu suötürücü borular yararsız vəziyyətdə olduğu üçün müxtəlif diametrli 44 ədəd 528 poqonmetr uzunluğunda olan dairəvi dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının monolit-betonla tikintisi işləri aparılıb.
İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd kilometr göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün 99 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlərin, həmçinin 3 min metr yol birləşmələri və piyada keçidlərində piyada zolağının çəkilməsi nəzərdə tutulub.
Sözügedən istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşınmasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirməkdir.
Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun yenidən qurulması yekunlaşır
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 26 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır. Söhbət Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6 m hərəkət hissə, 2x2 m çiyin hissələr) yenidən qurulur. Tikinti layihəsinə uyğun olaraq yolun 19.7 kilometrlik hissəsində qabarmış və çökmüş hissələrin qazılaraq çıxarılması, qazılmış hissələrin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Bu işlərin həcmi 90 min kubmetrə yaxındır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülüb.
Torpaq yatağının tikintisi bitən ərazilərdə 200 min kvadratmetr sahəni əhatə edən 20 santimetr qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 santimetr qalınlıqda qım-çınqıl qarışığından isə əsasın üst layı tikilib.
Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun 6.3 kilometrlik hissəsində isə mövcud asfalt-beton örtüyün frezlənərək profilə salınması, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması və yararlı qruntla yenidən doldurularaq kipləşdirilməsi işləri aparılıb. Qazılaraq doldurulmuş hissələrdə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə tikintisi aparılıb.
Marşrut boyu 6 ədəd yararsız hala düşmüş müxtəlif diametrli suötürücü boruların yeniləri ilə əvəz edilməsi və zəruri olan yerlərdə yenilərinin tikintisi aparılıb. Bu məqsədlə yolboyu müxtəlif diametrli uzunluğu 239 poqonmetr olan 30 ədəd dəmir-beton boru quraşdırılıb, boru başlıqları dəmir-betonla tikilib və borular izolyasiya olunub.
Daha sonra yolun 5.8-ci kilometrdə Dəvəçi çayı üzərində uzunluğu 21 metr, eni isə 8 metr olan 1 aşırımlı körpünün, 680 metr uzunluğunda dəmir-beton istinad divarlarının, relyefdən asılı olaraq bir neçə yerdə 3 min poqonmetr uzunluğunda beton küvetlərin tikintisi də layihədə yerinə yetirilməsi vacib olan işlərdəndir. Tikinti norma və standartlarına uyğun olaraq hazırda yolboyu iri (7 santimetr) və xırda (5 santimetr) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılır. Asfaltlanma işləri yolun 170 min kvadratmetrdən çox sahəsini əhatə edir. Layihənin sonuncu mərhələsində isə 12 yerdə avtobus dayanacaqları, həmçinin hərəkətin normal təşkili üçün 85 ədəd yol nişanı, 26 ədəd km göstərici və 1016 ədəd siqnal dirəyi quraşdırılacaq, 77.9 kilometr uzunluğunda xətlənmə işləri aparılacaq.
Qeyd edək ki, 26 kilometr uzunluğunda olan yolun 19.7 kilometrlik hissəsi çınqıl örtüklü idi. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Yolun qalan 6.3 kilometrlik hissəsi asfalt-beton örtüklü olmasına baxmayaraq bu hissənin də əsaslı şəkildə təmirinə ehtiyac var idi. Bu üzdən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, oradan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  3360  |  
  • Tarix:  07-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA