Ana səhifə »  KİVDF »  Cari ilin birinci yarısında regionların sosial-iqtisadi inkişafı istiqamətində müsbət nəticələr əldə edilib
A+   Yenilə  A-
Cari ilin birinci yarısında regionların sosial-iqtisadi inkişafı istiqamətində müsbət nəticələr əldə edilib

Göygöl, Şəmkir və Tovuz rayonlarının, o cümlədən Naftalan şəhərinin göstəriciləri də bunu təsdiqləyir
Cənubi Qafqaz regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə fərqlənən Azərbaycanda bütün sahələrin tərəqqisini təmin edən mühüm amillərdən biri çoxşaxəli və paralel islahatların həyata keçirilməsidir. Ölkəmizdə uğurla və inamla davam etdirilən islahatlar dinamik tərəqqini sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırıb. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı birmənalı şəkildə müsbət proqnozlar səsləndirilir. Başqa sözlə, Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bəhs olunan istiqamətlərdə əldə edilən nailiyyətlər isə bütövlükdə Azərbaycanın iqtisadi gücünün artmasını təmin edib.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və səmərəli siyasi kursun qanunauyğun nəticəsi kimi, cari ilin birinci yarısında da qarşıda duran bütün vəzifələr uğurla icra edilib, ölkəmiz öz dinamik inkişaf templərini saxlaya bilib. Xüsusilə də, sosial-iqtisadi sahədə əldə edilən müsbət nəticələr Azərbaycanın dinamik inkişafının davamlılığı üçün etibarlı zəmin formalaşdırıb.
Qeyd etmək lazımdır ki, cari ilin birinci yarısında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş vəzifələr də uğurla yerinə yetirilib, bu istiqamətdə pozitiv nəticələr qeydə alınıb. Müvafiq Dövlət proqramları çərçivəsində respublikamızın bütün bölgələrində həyata keçirilən ardıcıl və məqsədyönlü işlər bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə edilməsini şərtləndirib. Yeri gəlmişkən, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Göygöl, Şəmkir və Tovuz rayonlarının, o cümlədən Naftalan şəhərinin göstəriciləri də bunu təsdiqləyir.
2018-ci ilin birinci yarısında Şəmkir rayonunda da bütün sahələrdə dinamik inkişaf təmin edilib. Şəmkir iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülüb. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2018-ci ilin 6 ayı ərzində rayon üzrə 35 milyon 405 min 300 manat investisiya qoyuluşu həyata keçirilib. Həmin layihələrin reallaşdırılması nəticəsində yaxın gələcəkdə 2 min 460 yeni iş yerinin yaradılması planlaşdırılıb. Bununla yanaşı, bu ilin altı ayı ərzində Şəmkir şəhərinin Həzi Aslanov, 28 May və Bülbül küçələrində ümumilikdə 15 min 900 kvadratmetr asfalt-beton örtüyü salınıb, 4 min 510 kvadratmetr sahəyə üzlük daşlar çəkilib. Şəmkir-Çinarlı-Abbaslı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidən qurulması işlərinə başlanılıb.
Şəmkir rayonunda kənd təsərrüfatının inkişafı və bu sahədəki problemlərin vaxtında aradan qaldırılması üçün də zəruri tədbirlər görülüb. 2018-ci ildə 43 min 10 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 16 min 824 hektar sahədə taxıl əkilib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur. Hazırda ümumi sahəsi 958 hektar olan istixanalarda 6039 nəfər məhsul yetişdirməklə məşğuldur. Cari ildə rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi gözlənilir ki, onların da artıq 52,1 hektarı tikilib. İstixanalarda yetişdirilmiş 100 min tondan artıq pomidor məhsulunun 61 min tonu Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilib, 40 min tona yaxını isə respublikanın ərazisində satılıb.
Cari ilin birinci yarısında Tovuz rayonunun da sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, ötən ilin birinci yarısı ilə müqayisədə bu il rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmində artım qeydə alınıb. Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlər davam etdirilib. Cari ilin birinci yarısında rayon üzrə 46 milyon 709 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artıqdır. Bunlarla yanaşı, rayonda heyvandarlığın inkişafı məsələləri də diqqət mərkəzində saxlanılıb. Cari ilin birinci yarısında rayonda 4 min 83 ton ət, 15 min 238 ton süd, 10 milyon 870 min ədəd yumurta, 410 ton yun istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət, süd, yumurta və süd istehsalında artım qeydə alınıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri də davam etdirilib. Altı ayda 402 baş heyvan süni mayalandırılıb, süni mayalanma yolu ilə 219 baş buzov alınıb.
Rayon iqtisadiyyatına özəl sərmayənin cəlb olunması istiqamətində işlər də uğurla davam etdirilib. Bəhs olunan dövrdə rayon iqtisadiyyatına 12 milyon 898 min manat investisiya qoyulub ki, bunun 8 milyon 353 min manatı özəl sərmayədir. Bütövlükdə isə, Tovuz rayonunda cari ilin birinci yarısında abadlıq-quruculuq, infrastruktur quruculuğu, sosial məsələlərin həlli və digər istiqamətlərdə səmərəli tədbirlər uğurla davam etdirilib və mühüm nəticələr əldə olunub.
Cari ilin birinci yarısında Göygöl rayonunda da istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində tədbirlər davam etdirilib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin olunub. Bu dövr ərzində rayonda 445 yeni iş yeri açılıb ki, bunlardan 245-i daimidir. İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 83 milyon 152,3 min manat olub, onun 47 milyon 885 min manatı istehsal sahələrini, 35 milyon 267,3 min manatı xidmət sahələrini təşkil edib, adambaşına 1305,1 manat dəyərində məhsul istehsal edilib. Bundan başqa, heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizini ödəmək şərti ilə 7 baş cins mal-qara satılaraq cins mal-qaranın sayı 181 başa çatdırılıb. Eyni zamanda, 446 baş mal-qara süni yolla mayalandırılıb, 200 baş cins bala alınıb. Digər tərəfdən, əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 107 ədəd subartezian quyusunda cari, 4 subartezian quyusunda əsaslı təmir işləri aparılıb. Qapalı boru şəbəkəsinin 2 km, beton kanalların isə 5 km hissəsi təmir edilib, daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 123 min kubmetr həcmində təmizləmə işləri görülüb.
Bu müddət ərzində rayonun Çaylı, Pənahlılar, Üçtəpə, Xaqani, Əzgilli kəndlərində hava elektrik verilişi xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunub, hazırda 334 ədəd dayaq basdırılaraq 9 km uzunluğunda xətt çəkilib. Əhalinin təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə hesabat dövründə 62 ədəd qaz tənzimləyici şkaflar və 325 ədəd siyirtmələr əsaslı təmir edilib, tikintisi davam etdirilən Qızılca kəndində 2099 p/m, Yeni Qızılca kəndində 14165 p/m müxtəlif diametrli qaz xətləri çəkilib, 734 ədəd qaz sayğacları quraşdırılıb.
Cari ilin birinci yarısı Naftalan şəhəri üçün də sosial-iqtisadi sahədə mühüm nailiyyətlərlə yadda qalıb. Bu müddət ərzində əhəmiyyətli sosial obyektlər istifadəyə verilib, ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8 mln 832,2 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 3,8 faiz artaraq 1 mln 96,8 min manat təşkil edib. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 214 min manat, tikinti işləri isə 5 mln 802 min manat olub. Hesabat dövründə yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında tikinti işləri davam etdirilir. Burada 30 nəfər müvəqqəti işlə təmin edilib. Bina istifadəyə verildikdən sonra 55 nəfər daimi işlə təmin ediləcək. Naftalan nefti əsasında müalicə olunmaq istəyən turistlərin sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunaraq istifadəyə verilib. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarətdir. Burada 15 nəfər daimi işlə təmin olunub. Bütövlükdə isə, Naftalanda 226 nəfər işlə təmin olunmuşdur. Şəhərdə aparılan abadlıq və təmizlik işləri üzrə isə 150 müvəqqəti yeni iş yeri yaradılıb. Məşğulluq Mərkəzinə müraciət edən 406 nəfər işaxtarandan 211 nəfəri işlə təmin olunub ki, onlardan 81 nəfəri qadındır. Şəhərin Səməd Vurğun parkında təmir işlərinə başlanıb, ümumilikdə şəhər əhalisinin və turistlərin daha rahat istirahəti üçün mərhələli şəkildə şəhərin digər parklarında əsaslı təmir işləri aparılacaq. Yeni Avtovağzal hotel kompleksində də tikinti işlərinə başlanıb. Digər tərəfdən, turistlər üçün cəlbedici məkan olan və müasir infrastruktura malik Naftalana turist axını da kifayət qədər olub. Cari ilin birinci yarısında Naftalan şəhərinin müalicə və istirahət mərkəzləri 12 mindən çox turist qəbul edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 26,5 faiz çox olub. Bunlardan 5381 nəfəri xarici turist olmuşdur. Xarici ölkələrdən gələnlərin sayında 2017-ci ilin 6 ayı ilə müqayisədə 34 faiz artım müşahidə olunub.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  7830  |  
  • Tarix:  15-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA