Ana səhifə »  KİVDF »  Bölgələrdə meyvə-tərəvəz istehsalında məhsuldarlıq yüksəlib
A+   Yenilə  A-
Bölgələrdə meyvə-tərəvəz istehsalında məhsuldarlıq yüksəlib

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ilin birinci yarısında respublikada bitkiçilik 14 faiz artıb ki, bu da çox yaxşı göstəricidir
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da əsaslı inkişafa səbəb olub. 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu gün ölkəmizdə aqrar sahənin inkişafının yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Kənd təsərrüfatının dinamik inkişafını təmin etmək üçün bölgələrimizdə əsaslı tədbirlər görülür, yeni əkin sahələri salınır. Bunun nəticəsidir ki, artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq yüksək səviyyədədir.
Qeyd olunduğu kimi, kənd təsərrüfatının ayrı-ayrı sahələrində əldə olunan uğurlu nəticələr bu gün həm ərzaq təhlükəsizliyimizin təminində, həm də ekoloji təmiz məhsulların yetişdirilməsində əsaslı rol oynamaqdadır. Ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün fermerlərə göstərilən dəstək də öz sözünü deyir. Belə ki, indiyədək ölkəmizdə əkilən bir sıra məhsullar üçün fermerlərə subsidiyalar verilir, təsərrüfatlar yanacaqla təmin olunurlar.
Yeri gəlmişkən, ölkəmizdə aparılan iqtisadi siyasət bütün sahələrdə inkişafa yol açmaqla yanaşı, qeyri-neft sektorunda da mühüm nəticələrin əldə olunmasına səbəb olub. Belə ki, bu ilin ilk altı ayında ölkəmizdə ümumi daxili məhsul 1,3 faiz artıb. Bundan başqa, qeyri-neft sektorumuzda 2 faiz artım nəzərə çarpıb. Sənaye istehsalı 1 faiz, qeyri-neft sənayemiz 8,8 faiz artıb.
Regionlarda müvafiq Dövlət proqramlarının uğurlu icrası, kənd təsərrüfatı ilə məşğul olan fermerlərə yaradılan şərait, istifadə edilməyən torpaqların əkin sahələrinə çevrilməsi və fermerlərə verilməsi bu sahədə yüksək nailiyyətlərə yol açıb. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitq söyləyən ölkə Prezidenti İlham Əliyev də bildirib ki, bu ilin birinci yarısında kənd təsərrüfatı 7,6 faiz artıb: “Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir”.
Bundan başqa, kənd təsərrüfatı sahəsində inkişafın davamlılığını təmin etmək günümüzün əsas çağırışlarından birinə çevrilib. Şübhə yoxdur ki, bu gün ölkəmizdə kənd təsərrüfatında yeni innovasiyaların tətbiqi, eləcə də sahibkarlığa göstərilən diqqət və qayğı qarşıdakı illərdə aqrar sektorda məhsuldarlığın artmasına müsbət təsir göstərəcək. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkə Prezidenti İlham Əliyev də bildirib ki, kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir. Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilib: “Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam etdiriləcək, ancaq onun əsas hissəsi həll olunub. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra şəffaflıq tam təmin edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi qarşısında bu vəzifə qoyulub. Bizim texnika parkımız tam təftiş edilməlidir. Yeni alınacaq texnika ilə bağlı çox dəqiq təkliflər verilməlidir. O texnika bizim kənd təsərrüfatının ümumi inkişaf dinamikasına uyğun olmalıdır və prioritetləri də özündə əks etdirməlidir”.
Vurğulayaq ki, kənd təsərrüfatında qeydə alınan bu inkişaf ayrı-ayrı rayonlarımızın göstəricilərində də öz əksini tapmaqdadır. Bu gün fermerlərimiz aqrar sahənin ayrı-ayrı istiqamətləri üzrə mühüm nailiyyətlər əldə edirlər. Məsələn, Şamaxı rayonundakı kəndli fermer təsərrüfatının rəhbəri Qurbanəli Balaşov üzüm tinglərinin istehsalı ilə məşğul olur. O, təcrübəsinə əsaslanaraq deyir ki, tingçilikdə elmi texnologiyalara əməl edib, öz kökü üstündə becərilən üzümlərə daha çox üstünlük vermək lazımdır. KİV-ə açıqlamasında fermer bildirib ki, bu gün calaqla becərilən tinglərin ömrü az olur: “Öz kökü üstündə boy atan tinglərdən salınmış üzüm bağları 80-100 il məhsul verə bilir. Mənim 9 hektar sahədə bu üsulla saldığım üzüm bağının hər hektarından 40 ton məhsul toplayıram. Hazırda yarım hektar ərazini ting yetişdirmək məqsədilə istifadə edirəm. Burada “Viktoriya”, “Ağ kişmiş”, “Qara kişmiş”, “Moldova”, “Prima”, “Mədrəsə” və “Təbrizi” üzüm tinglərini çoxaldıram. Hər bir ting elə bil körpə uşaqdır. Onu vaxtında yedizdirməli, gübrəsini, suyunu verib xəstəlik və zərərvericilərdən qorumalısan”.
Qurbanəli Balaşovun sözlərinə görə, yaxşı becərilən və bütün aqrotexniki qaydalara əməl edilən üzüm təsərrüfatlarında ciddi xəstəliklər ola bilməz. “Yaxşı məhsul götürmək üçün üzümə qaydasında qulluq etmək lazımdır. Bu zaman üzümün xəstəliklərə yoluxması ehtimalı azalır. Üzümçülük çox sərfəli sahədir, üzüm bağı salmaq istəyənlərə tövsiyə edərdim ki, tingləri sertifikatı olan təsərrüfatlardan alsınlar. Bu, daha məqsədəuyğun olardı”, - deyə o vurğulayıb.
Kənd təsərrüfatının inkişafı istiqamətində Göyçay rayonunda davamlı işlər görülür. Belə ki, rayonda “Nar və xurma məhsullarının inkişafına dəstək verəcək layihə təkliflərinin dəstəklənməsi” üzrə seminar keçirilib. Rayon kənd təsərrüfatı idarəsində təşkil olunan seminar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Avropa İttifaqı tərəfindən birgə reallaşdırılan “Azərbaycan Respublikasında kənd yerləri və regional inkişafa dəstək proqramı”nın icrasına texniki yardım layihəsi çərçivəsində keçirilib. 6 nəfər narçılıq və 6 nəfər xurmaçılıqla məşğul olan fermerin və bir nəfər “Az-Nar” emal müəssisəsi mütəxəssisinin iştirak etdiyi seminarda rayon kənd təsərrüfatı idarəsinin rəisi Elçin İsmayılov, idarənin (mərkəzin) bitkiçilik sektorunun baş məsləhətçisi Famil Nəbiyev çıxış edərək bölgədə nar və xurma bağlarında mövcud vəziyyət, hər iki sahə üzrə istehsalın artırılması, bu sahədə fermerlərə dəstək imkanları barədə danışıblar. Qeyd olunub ki, rayonda mövcud olan 6035 hektar meyvə bağlarının 3746 hektarı nar sahələridir. Nar bağlarının 3189 hektarı bar verəndir. Ötən il 39 min 862,6 ton nar istehsal edilib. Habelə, 985 hektarı bar verən olmaqla, 1430 hektar xurma bağları mövcuddur. Keçən il bağlardan 15 min 298,8 ton xurma yığılıb. Hər hektara düşən məhsuldarlıq nar bağlarında 125 sentner, xurma bağlarında isə 155,2 sentner təşkil edib.
Çıxışlarda, eləcə də müzakirələrdə bölgədə nar və xurma bağlarının genişləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması imkanları barədə də ətraflı danışılıb. Fermerlər tərəfindən xurma və nar bağlarının innovativ üsulla əkilməsi və becərilməsi, məhsulun saxlanması, ixrac potensialının artırılması məsələləri geniş müzakirə olunub.
Onu da qeyd edək ki, göyçaylı fermerlər nar bağlarında yüksəkkeyfiyyətli məhsul yetişdirirlər. Rayonun Aşağı Qaraməryəm kəndində nar təsərrüfatına rəhbərlik edən fermer Nizami Hüseynov bildirib ki, təsərrüfata 10 ildir rəhbərlik edir. Hazırda nar bağlarında yüksəkkeyfiyyətli məhsul olduğunu bildirən fermer deyib: “Yaxın aylarda sahələrdən nar yığmağa bağlayacağıq. Sahəmizdə əsasən 3 sort nar yetişdirilir. Bunlar ən məhsuldar sortlardan sayılan “Gülövşə”, “Çəhrayı Gülövşə” və “Vələs” narlarıdır. Bu sortlar təkcə Göyçay rayonunda deyil, ümumilikdə, Azərbaycanda meyvələrin şahı sayılır”.
Nizami Hüseynov 40 hektar sahədə nar yetişdirdiyini deyib. “Sahəmizi damcılı suvarma yolu ilə suvarırıq. Məhsullarımız arasında ən çox tələbat olan “Gülövşə” narıdır. “Gülövşə” meyvələrin tacıdır, baş hissəsi də əsl tac formasındadır. Bu, bizim dədə-baba sortumuzdur, xalqımız bu əmanəti bizə ərməğan edib və qoruyub saxlayıb. Şirəli, vitaminli olduğu üçün çox dadlıdır. Nar dənələrinin qırmızı olması onun daha çox vitaminli olmasına dəlalət edir. El arasında nahaq yerə demirlər ki, nar min bir dərdin dərmanıdır”, - deyə göyçaylı fermer əlavə edib.
Zaqatala rayonunda isə avqustun ilk ongünlüyündən etibarən tezyetişən fındıq sortlarının yığımına başlanılıb. Hazırda Fındıqlı və digər ətraf kəndlərdə tezyetişən fındıq sortları yığılır. Fındığın kütləvi yığımına isə avqustun sonu - sentyabrın əvvəllərində başlanılacaq. Qeyd edilməlidir ki, Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də məhz fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur. Ötən il rayonda 13 min 422 ton fındıq istehsal edilib. Fındıq istehsalı əvvəlki illə müqayisədə 4,5 min ton artıb. Builki mövsümdə isə rayonda fındıq istehsalının 14 min tona yaxın olacağı proqnozlaşdırılır.
Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2016-cı ildə rayon ərazisində 2560 hektar, 2017-ci ildə 1732 hektar, 2018-ci ilin yaz mövsümündə isə 352 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 18 min 503,5 hektara çatdırılıb. Bu bağların 10 min hektara yaxını barverəndir.

Bu il Balakənin fındıq bağlarında da məhsuldarlıq yüksəkdir. Artıq Balakən rayonunun fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 6 min tona yaxın fındıq tədarük olunması gözlənilir. Qeyd edək ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Belə ki, son üç ildə rayonda 3 min 968 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 9 min 634 hektara çatdırılıb. Ötən il Balakənin fındıq bağlarından 5 min 385,7 ton məhsul tədarük olunub. Rayon əhalisi fındıq satışından 14,5 milyon manat gəlir əldə edib. Qeyd edək ki, hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 2 manat 30 qəpikdən başlayır.
Xaçmazlı təsərrüfatçılar da fındıq bağlarından məhsul yığımına başlayıblar. Avqustun ilk günlərindən başlayan fındıq yığımı sentyabr ayınadək davam edir. Təsərrüfatçılar bildirirlər ki, fındıq bağlarında məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur. Məhsulun bol olması bağ sahiblərinin daha çox gəlir əldə edəcəyini deməyə əsas verir. Rayonun Çarxı kəndindən olan fermer Yusif Məmmədovun sözlərinə görə, son illər fındıqçılığa maraq xeyli artıb. Təsərrüfatçılar əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdısa, indi fındıq bağlarına daha çox üstünlük verirlər. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə az zəhmət tələb edir. Məsələn, şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən çox dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur. Qeyd edək ki, fermerlər hər fındıq ağacından 7-8 kiloqram məhsul yığılacağına əmindirlər. Hazırda bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar. Təsərrüfatçı Yusif Məmmədov bildirir ki, 0,5 hektar fındıq bağında 100-ə yaxın fındıq ağacı becərmək olar. Bu isə indiki qiymətlərlə il ərzində 4-5 min manatdan çox gəlir deməkdir. Əlbəttə, məhsuldarlığın artmasında təbii amillərlə yanaşı, bağlara düzgün aqrotexniki qulluq göstərilməsinin də böyük rolu var.
Vurğulanmalıdır ki, fındıq istehsalı şimal bölgəsinin rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Xaçmaz rayonunda 8 min 218 hektar fındıq bağı var ki, bunun da 3 min 921 hektarından məhsul yığılır. 2017-ci ildə bu bağlardan 5 min 800 tondan çox fındıq toplanılıb. Xaçmaz rayonu respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.
Xaçmaz rayonunda digər meyvələrin də yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Əvvəlcə bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılıb. Hazırda isə şaftalı bağlarında məhsul yığımının ən qızğın çağıdır. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 50-80 qəpiyə satırlar. Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 850 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.
Həmin kənddən olan təsərrüfatçı Bəylər Vəliyev KİV-ə açıqlamasında bildirib ki, hava şəraitinin mülayim keçməsi və zərərvericilərə qarşı görülən tədbirlər məhsuldarlığa müsbət təsir göstərib. “Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Demək olar, bütün sort şaftalı ağacları bu il bol məhsul gətirib. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsini qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndəririk. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır. Müştəri sarıdan korluq çəkmirik”, - deyə təsərrüfatçı əlavə edib.
Nərəcandan olan digər bağ sahibi Ramiz İskəndərov da kəndlərindəki bağ sahiblərinin 90 faizinin şaftalı yetişdirdiyini deyib. “Mövsümün ən qızğın çağıdır. Hər gün məhsul toplayırıq. Məhsul da boldur, müştəri də var. Qiymət ötən illə müqayisədə bir az ucuzdur. Fikrimcə, buna səbəb Rusiyaya məhsulun az göndərilməsidir”, - deyə bağban bildirib.
Vurğulanmalıdır ki, Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək. Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tona yaxın şaftalı toplanır.
Xaçmaz rayonunun Ağtala kənd sakini İslam İsbatov da 20 ildən çoxdur meyvəçilik sahəsində fəaliyyət göstərir. O bildirib ki, hazırda əkib-becərdiyi şaftalı bağlarını 1990-cı ildə icarəyə götürüb və bol məhsul yetişdirib. Fermer vurğulayıb ki, dövlətimizin yaratdığı şərait nəticəsində bu gün meyvəçilik yüksək inkişaf tempi əldə edib. Qeyd edilməlidir ki, İ.İsbatov bildirib ki, onun təsərrüfatının yerləşdiyi Ağtala kəndi Nərəcan inzibati ərazi dairəsinə daxildir. Nərəcan və Ağtala kəndlərindəki bağ sahiblərinin 90 faizi şaftalı yetişdirir. Onun sözlərinə görə, bu kəndlərdə 1000 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.
İslam İsbatov hazırda şaftalı bağlarında məhsul yığımının ən qızğın çağı olduğunu deyib. Meyvənin indiki qiyməti təsərrüfatçıları qane edir. “Bağa lazımi aqrotexniki qulluq göstəririk. Suvarma, dərmanlama və bu kimi bütün işləri vaxtlı-vaxtında görürük. Bol məhsul əldə olunması üçün bütün bunlar vacib şərtdir. Bu işlər olmasa, meyvə zəif olar. Bağın budanmasına da diqqət yetirmək lazımdır. Şaftalı özü özünü tozlandırır. Hər il də meyvə gətirir. Təsərrüfatımızda “Fədai”, “Qızıl yubiley”, “Elbert” kimi çox yaxşı şaftalı sortları var. Meyvəmiz də yaxşı satılır. Müştəri sarıdan da problemimiz yoxdur”, - deyə fermer vurğulayıb.
Ağsunun istixana təsərrüfatlarında isə xiyar və pomidor istehsalı sahəsində yüksək məhsuldarlıq qeydə alınıb. Verilən məlumatlara görə, Ağsuda yeni istixanaların istifadəyə verilməsi məhsul istehsalının da artımına imkan yaradıb. Belə ki, cari ilin ötən müddətində istixanalarda 400 tondan çox xiyar və pomidor istehsal olunub. Yığılan məhsulun çoxu xarici bazarlara ixrac edilib. İlin əvvəlindən bəri rayonda 5 hektar sahəsi olan yeni istixana təsərrüfatı yaradılıb. Artıq müasir texnologiyalar əsasında fəaliyyət göstərən istixanaların ərazisi 7,2 hektara çatıb.
Astara rayonunda isə sahələrdən 19 min tona yaxın tərəvəz məhsulları yığılıb. Vurğulanmalıdır ki, havaların isti keçməsi məhsuldarlığa təsir edib. Rayonda 2233,5 hektar sahədə tərəvəz məhsulları yetişdirilib. İyulun 15-dən rayonda tərəvəz yığımına başlanılıb və avqustun birinci ongünlüyünə kimi 169,5 hektar sahədən 18 min 848 ton məhsul yığılıb. Bunun 820 tonunu kələm, 4232 tonunu xiyar, 4535,6 tonunu pomidor, 1386,8 tonunu sarımsaq, 532,9 tonunu soğan, 2840,8 tonunu digər tərəvəzlər təşkil edir. Sahələrdən həmçinin 8288,9 ton kartof və 3282,8 ton bostan məhsulları yığılıb. Tərəvəzçiliklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları əsasən yerli bazarlarda və Bakı şəhərində satırlar.
Havaların isti keçməsi tərəvəzçilikdə məhsuldarlığa da təsir edib. Ötən il hər hektarda məhsuldarlıq 135,1 sentner olmuşdusa, bu il bu rəqəm 111,5 sentner təşkil edir. Qeyd edək ki, bu il Astara rayonunda 30 min tona yaxın tərəvəz məhsullarının istehsalı nəzərdə tutulub.
Kənd təsərrüfatının inkişafının diqqətdə saxlanıldığı Biləsuvar rayonunda da mühüm uğurlar əldə olunub. Verilən məlumatlara əsasən rayonda tərəvəz sahələrindən 7 min tondan çox məhsul yığılıb. Cari təsərrüfat ilində biləsuvarlı fermerlər 21 min 594 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Bu sahələrin 12 min hektarında pambıq, 208 hektarında kartof, 1253 hektarında tərəvəz, 113 hektarında bostan, 5561 hektarında yem bitkisi (yonca), 280 hektarında paxlalı bitkilər, 686 hektarında çuğundur, 700 hektarında çəltik, 227 hektarında isə günəbaxan bitkisi əkilib.
İlin birinci yarısında rayonda 208 hektar kartof sahəsindən 2663 ton kartof yığılıb. 1253 hektar tərəvəz sahəsinin 632 hektarından 7 min 49 ton məhsul götürülüb ki, bunun da 1456 tonu pomidor, 1879 tonu xiyar, 389 tonu soğan, 43 tonu badımcan, 5 tonu bibər, 2484 tonu yaşıl noxud, 258 tonu isə digər tərəvəz məhsulları olub. Sahələrdən həmçinin 623 ton paxlalı bitki məhsulları da yığılıb.
İsmayıllı rayonunda da intensiv və innovativ becərmə texnologiyaları ilə əkilib yetişdirilən kartof sahələrində məhsul yığımına başlanılıb və hər hektardan orta hesabla 400 sentner kartof götürülür. Cari mövsümdə rayonda 885 hektarda kartof yetişdirilib. Sahələrin 200 hektarı “Aqromaster” MMC tərəfindən sənaye üsulu ilə əkilib və bol məhsul əldə olunub. Əkində “Marabella” və “Berlima” sortlarından istifadə olunub ki, bu sortlar da çox məhsuldardır. Hazırda kartof xüsusi aqreqatla çıxarılır, əl ilə yığılıb qablaşdırılır. Məhsul yığımında hər gün 70-80 nəfər işçi qüvvəsi çalışır. Qeyd edək ki, ötən il rayonda 10 min 343 kiloqram kartof istehsal olunmuşdu. Cari mövsümdə daha çox məhsulun əldə ediləcəyi gözlənilir.
Kürdəmirdə də torpaq mülkiyyətçiləri 252 hektar sahədə payızlıq kartof əkiblər. Bu, ötənilki göstəricidən 80 hektar çoxdur. Təkrar kartof əkini rayonun əsasən Kürqırağı ərazilərində, o cümlədən Mehdili, Axtaçı, Qocalı, Ərəbqubalı və digər ərazi vahidlərində aparılıb. Qeyd edək ki, ilboyu yerli və ətraf rayonların bazarlarında kartofa olan tələbat rayonda təsərrüfatın bu sahəsinə marağı getdikcə artırır. Buna görə də bölgədə payızlıq kartof əkini sahələri ildən-ilə genişlənir.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  1170  |  
  • Tarix:  17-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

21:25
19 Sentyabr
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
20:58
19 Sentyabr
Almaniyada medal qazanan karateçilərlə görüş keçirilib
20:54
19 Sentyabr
“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur
20:53
19 Sentyabr
Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
20:51
19 Sentyabr
Üç azərbaycanlı cüdoçunun adı Beynəlxalq Cüdo Federasiyasının Şöhrət Zalına daxil edilib
20:49
19 Sentyabr
Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib
20:47
19 Sentyabr
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
20:43
19 Sentyabr
20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır
20:40
19 Sentyabr
Həştərxanda IV Xəzər Mediaforumu keçirilir
20:36
19 Sentyabr
Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
20:33
19 Sentyabr
Küveyt Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20:29
19 Sentyabr
Hikmət Babaoğlu: Paşinyan Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialarla küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmir
18:06
19 Sentyabr
Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib
18:04
19 Sentyabr
Seymur Orucov: Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı
18:03
19 Sentyabr
Hadi Rəcəbli: Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir
18:02
19 Sentyabr
Musa Quliyev: Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur
17:59
19 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir
17:43
19 Sentyabr
Bakı Beynəlxalq Cüdo Federasiyasının gender bərabərliyinə həsr olunan ilk beynəlxalq konfransına ev sahibliyi edib
17:20
19 Sentyabr
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
17:18
19 Sentyabr
BDU ilə Vyetnam universitetləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
17:17
19 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri Azərbaycana səfərə gəlib
17:08
19 Sentyabr
Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır
17:06
19 Sentyabr
YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub
16:58
19 Sentyabr
Rüstəm Orucov: Cüdo üzrə milli komandamız çox yaxşı formadadır
16:55
19 Sentyabr
SOCAR gələn il Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq
16:50
19 Sentyabr
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub
16:28
19 Sentyabr
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
16:26
19 Sentyabr
Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq
16:23
19 Sentyabr
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir
16:21
19 Sentyabr
Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir
16:17
19 Sentyabr
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
16:15
19 Sentyabr
Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb
16:00
19 Sentyabr
SOCAR: “Qarabağ”da ilk quyunun gələn ilin birinci yarısında qazılması planlaşdırılır
15:56
19 Sentyabr
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır
15:51
19 Sentyabr
Almatıda Azərbaycan - Qazaxıstan turizm forumu keçiriləcək
15:48
19 Sentyabr
“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb
15:45
19 Sentyabr
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olacaq
15:34
19 Sentyabr
Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalında Azərbaycan da təmsil olunub
15:13
19 Sentyabr
Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edilib
15:01
19 Sentyabr
İbrahim Öztək: Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya göstərdi
14:54
19 Sentyabr
Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim
14:51
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
14:44
19 Sentyabr
"Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi qeyd edilib
14:32
19 Sentyabr
AHİK sədri: Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir
14:21
19 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
14:09
19 Sentyabr
UNESCO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq
14:05
19 Sentyabr
Azərbaycanın və Ukraynanın Dövlət Miqrasiya xidmətləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
14:03
19 Sentyabr
Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib
14:01
19 Sentyabr
Elçin Əhmədov: Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20