Ana səhifə »  KİVDF »  Azərbaycanın regionlarının turist cəlbediciliyi artır
A+   Yenilə  A-
Azərbaycanın regionlarının turist cəlbediciliyi artır

2018-ci ilin birinci yarısında ölkəmizə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çox olub
Hazırda qlobal miqyasda turizmin populyarlığı əhəmiyyətli dərəcədə artıb və bu sektor ayrı-ayrı ölkələrin iqtisadiyyatının ən gəlirli sahəsinə çevrilib. Beynəlxalq Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq.
Yeni iqtisadi şəraitdə qeyri-neft iqtisadiyyatının üstün inkişafını hədəfləyən Azərbaycan da ölkənin turizm sahəsində geniş potensialından daha səmərəli istifadə etməyə çalışır. Quru və su sərhədlərinə malik olması, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizlərinin burada kəsişməsi, möhkəm daxili sabitlik, müasir infrastruktur, dinamik sosial-iqtisadi inkişaf, müxtəlif mədəniyyət növlərinin yüksək səviyyədə inkişaf tapması, flora və fauna müxtəlifliyi, multikulturalizm ənənələrinin qorunması, həmçinin digər müsbət amillər Azərbaycanda indiki dövrdə turizmin geniş inkişaf perspektivlərini şərtləndirir. Ölkəmiz bu imkanlardan bəhrələnməklə qeyri-neft iqtisadiyyatı üzrə daha böyük həcmlərdə valyuta qazanmağı qarşıya məqsəd qoyub.
Müəyyənləşdirilən strategiyaya uyğun olaraq son illərdə respublikamızda turizmin inkişafı üşün möhkəm hüquqi baza yaradılır, eyni zamanda, bu sahəyə siyasi və maddi dəstək tədbirləri gücləndirilir. Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzaladığı müvafiq Fərmana əsasən təsdiqlənən milli iqtisadiyyatımızın ayrı-ayrı istiqamətləri üzrə strateji yol xəritələrindən biri məhz turizm sektoru ilə bağlıdır. Ölkəmizdə turizmin inkişafını hədəfləyən məqsədyönlü siyasətin davamı kimi Prezident İlham Əliyev 20 aprel 2018-ci il tarixində “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən yaradılan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu sahədə dövlət siyasətini həyata keçirir. Respublikamızda həmçinin dövlət başçısının müvafiq Sərəncamının icrası çərçivəsində 2018-ci il mayın 15-dən etibarən ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb. ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir.
Ölkəmizə gələn turistlərin hər beş nəfərindən biri Körfəz ölkələrinin payına düşür
Ölkəmizdə qeyri-neft iqtisadiyyatının gəlirli sahələrindən biri kimi turizmin inkişafına yönəldilən tədbirlər öz müsbət nəticəsini verir. Bunu respublikamıza dünyanın müxtəlif ölkələrindən turist axınının ildən-ilə artması bir daha təsdiqləyir. Ölkəyə gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, cari ilin 6 ayında isə 10 faiz artıb.
Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Yarım ildə Körfəz ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ümumilikdə ölkəmizə gələn turistlərin, demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrindən olub.
Yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,3 faiz artaraq 53,5 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 7,5 faiz artaraq 478,3 min nəfərə çatıb.
Müvafiq olaraq ölkəmizin turizm sektorundan gəlirləri də artır. Cari ilin birinci yarısında Azərbaycandakı mehmanxanalarda gecələmələrin sayı 20 faizədək artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 milyon 288,9 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib ki, bu da ümumi gecələmələrin 72,6 faizini təşkil edir.
Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri 167 milyon manat olub ki, onun 66,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Bütövlükdə cari ilin 6 ayında xarici vətəndaşlar Azərbaycanda ancaq bank kartları vasitəsilə 513 milyon manat pul xərcləyiblər.
Cari ilin 6 ayında Göygölə 23 minə yaxın turist təşrif gətirib
Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, cari ilin birinci yarısında ölkənin ayrı-ayrı regionlarına turist axını kifayət qədər yüksək olub. 2018-ci ilin ilk 6 ayı ərzində Göygöl rayonuna 22 min 898 yerli və xarici turist gəlib. Göygöl Rayon İcra Hakimiyyətindən KİV-ə verilən məlumatda bildirilir ki, respublikanın uzaq bölgələrindən gələn turistlərin bir hissəsi Göygöl rayonunun Çaylı, Yeni Zod, Toğanalı, Mixaylovka və digər kəndlərində kirayə ev tutublar. Gəncə şəhəri və ətraf aran rayonlarının sakinləri isə həftə içi Göygöl dolaylarındakı istirahət mərkəzlərində istirahət etməyə, yaxud əfsanəvi Göygöl və Maral gölün mənzərəsini seyr etməyə üstünlük veriblər.
Vurğulanıb ki, Göygöl, Maralgöl və ətraf ərazilər Milli Park statusu daşıdığından gölə həm insanların, həm də avtomobillərin buraxılışı ödənişli icazə əsasında həyata keçirilir. Bunun üçün Göygölə çatmağa 7 kilometr qalmış ərazidə quraşdırılmış buraxılış məntəqəsində bir nəfərə görə 2 manat, şəxsi avtomobillərə görə isə 1 manat ödənilir. Buraxılış məntəqəsindən alınmış qəbzlər Göygölə çatdıqda əraziyə nəzarəti həyata keçirən şəxsə təqdim olunur.
Əgər Göygölün təbii gözəlliklərini seyr edən turistlər bundan sonra Maral gölə də getmək istəsələr, onlar ərazidəki xüsusi avtobuslara gediş-gəliş üçün ümumilikdə 2 manat ödəməlidirlər.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, yerli və xarici turistlərin, eləcə də sakinlərin rahatlığını və xoş istirahətini təmin etmək üçün 3 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 18 kilometr uzunluğunda Bakı-Qazax magistral avtomobil yolunun 353 kilometrliyindən Çaylı-Pənahlılar-Dozular kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılaraq yola asfalt örtük salınıb.
Eyni zamanda, Göygöl-Aşıqlı-Hacıkənd-Mixaylovka-Yeni Zod-Toğanalı kəndarası və Göygölədək gedən avtomobil yolu əsaslı təmir edilərək asfalt örtük salınmasına başlanılıb və hazırda işlər davam etdirilir.
Qubaya gələn turistlərin ümumi sayı 25 faizdən çox artıb
Son illər Qubaya turlar təşkil edən agentliklərin rayonun İkinci Nügədi kəndindəki Çənlibel gölünə maraq göstərməsi buranı ziyarət edənlərin sayının xeyli artmasına səbəb olub. Rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edir. Həm yay, həm də qış aylarında gölün ətrafında yerli və əcnəbi qonaqlara rast gəlmək olar. Qızmar yay günlərində əsrarəngiz təbiət mənzərələrini seyr etmək üçün gələnlərin sayı yüzlərlədir.
Səudiyyə Ərəbistanından gələn Fayez Əbdülhəmid bildirir ki, səfərinin ilk günü Bakı şəhəri ilə tanış olub. “Bakı qədim şəhərdir. Nizami küçəsini çox bəyəndim. Bu gün isə Qubaya gəldik. Azərbaycanın təbiəti ilə yaxından tanış oluruq. Burada qiymətlər münasibdir. Otellər, restoranlar baha deyil”, - deyə ərəbistanlı turist vurğulayıb.
Burada turistlərə bir sıra maraqlı xidmətlər təqdim olunur. Qonaqlar göldə qayıqla gəzinti, göl ətrafında atla səyahət, restoran və başqa xidmətlərdən faydalana bilərlər. Göldə balıq tutmaq da mümkündür.
Kənd sakinləri bu gölün ötən əsrin 50-ci illərində torpaqların suvarılması məqsədilə yaradıldığını bildirirlər. 10-15 metrə qədər dərinliyi olan Çənlibeli yerli sakinlər Göygölə bənzədir.
On hektardan çox ərazisi olan göl qış aylarında da turistlərin diqqətini çəkir. Çənlibel gölü şirin sulu olduğundan şaxtalı havada donur, buz örtüyünün qalınlığı isə 10 santimetrə çatır.
Quba Turizm İnformasiya Mərkəzinin əməkdaşı Taleh Sultanov bildirir ki, son bir neçə ildə rayona gələn turistlərin ümumi sayı 25 faizdən çox artıb. “Rayonun əsrarəngiz yay mənzərələri həm yerli, həm də xarici turistləri özünə cəlb edir. Turistlər əsasən Xınalıq, Qırız, Afurca kimi ucqar kəndlərə, həmçinin Qəçrəş meşələrinə üz tuturlar. Son illər Çənlibel gölü də xarici turistlər arasında populyarlıq qazanıb”, - deyə T.Sultanov qeyd edib.
Kanat yolunun çəkilməsi Naftalanın turizm potensialını daha da artıracaq
Respublikamızda sağlamlıq turizminin əsas mərkəzlərindən olan Naftalan şəhəri cari ilin 7 ayı ərzində dünyanın müxtəlif ölkələrindən 6 min 383 nəfər turist qəbul edib. Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1647 nəfər, yaxud 25,8 faiz çoxdur. Nadir müalicəvi əhəmiyyətə malik Naftalan nefti əsasında sağlamlığını bərpa etmək istəyənlərin çoxu Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan gələnlər olub.

Hazırda şəhərdə fəaliyyət göstərən 3-ü beş ulduzlu olmaqla, 10 sanatoriya və müalicə mərkəzi 2 min 200 turisti qəbul edə bilir. Otellərdə qiymətlər xidmət səviyyəsindən və otaqların kateqoriyasından asılı olaraq 30-200 AZN arasında dəyişir.
Son illərdə Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın xarici turistlər üçün cəlbediciliyini daha da artırmaq məqsədilə şəhərdə 1,7 kilometrlik kanat yolunun çəkilməsi nəzərdə tutulub.
Bu barədə məlumat verən Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb.
Ülfət Əliyev deyib ki, bu cür layihə respublikamızın qərb bölgəsində ilk dəfə icra olunacaq. Həmçinin kanat yolunun çəkilişi Naftalana böyük iqtisadi səmərə gətirəcək və şəhərin beynəlxalq turizm potensialını daha da artıracaq.
Qədim Gəncə İrandan və Türkiyədən olan turistləri özünə cəlb edir
Bu ilin birinci yarısında Gəncə Turizm İnformasiya Mərkəzinə 11 min 243 müraciət olub. Mərkəzə müraciət edən turistlərdən 7 min 328-i yerli, 3 min 915-i xarici ölkə vətəndaşıdır. Bu il Gəncəyə ən çox turist İran və Türkiyədən gəlib. Bunun müqabilində Gəncə sakinlərinin də ən çox səfər etdiyi ölkələr Türkiyə və İran olub. Bu sıraya Gürcüstan və Rusiya da daxildir.
Gəncə Turizm İnformasiya Mərkəzindən bildirilib ki, mərkəz ötən aylar ərzində “Gəncə-Göygöl”, “Gəncə-Daşkəsən-Xoşbulaq”, “Gəncə-Qəbələ” və “Gəncə-Şəki” turizm marşrutları üzrə turlar təşkil edib. Bu turlarda 2 min 660 yerli və xarici turist iştirak edib.
Qərb bölgəsinin mərkəz şəhəri hesab edilən Gəncə yerli və xarici turistlərin daha çox ziyarət etdiyi şəhər olub. Bu şəhərin tarixi məkanları, abidələri, dini ziyarətgahları, müasir tikililəri, istirahət və əyləncə mərkəzləri, həmçinin zəngin mətbəxi Gəncəni görmək istəyən turistlərin diqqətini cəlb edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Gəncəyə gələn turist sayında 5-6 faiz artım qeydə alınıb.
Azərbaycanın turizm imkanları xarici nəşrlərdə yüksək qiymətləndirilir
Bu il məhz Azərbaycan Cənubi Qafqazda israilli turistlər üçün həqiqi ulduza çevrilib. Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşən bu ölkədə hər iki sivilizasiyanın təsiri hiss olunur. Burada heyrətamiz görməli məkanlar çoxdur: Tunc dövrünün petroqlifləri, orta əsrlər dövrünə aid minarələr və məscidlər və əlbəttə, nadir təbiət. Azərbaycan Respublikası Xəzər dənizinin sahilində yerləşən turizm incisidir. O, özünün turizm potensialı ilə öyünə bilər. Burada siz ovsunlayıcı və cəlbedici nə varsa, hamısını bir arada görəcəksiniz: dağlar, şəlalələr, çaylar, göllər, mineral bulaqlar və dünyada yeganə müalicəvi neft yatağı. Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan neftlə zəngin bu ölkə həm də əsl dünyəvi dövlətdir.
Bu barədə israilli jurnalist İris Qorlet ölkəsində çıxan nüfuzlu “Maariv” qəzetində dərc olunmuş “Tarix, mədəniyyət və üfüqlər: israillilər Azərbaycanı kəşf edirlər” sərlövhəli məqaləsində yazıb.
Bir çox konfessiyaların nümayəndələrinin artıq min ildir Azərbaycanda mehribanlıq şəraitində dinc yanaşı yaşadığını vurğulayan məqalə müəllifi yazır: “2500 ildən çoxdur ki, burada mötəbər və nüfuzlu yəhudi icması yaşayır. Bir çox ekspertlər qeyd edirlər ki, yəhudilər bu ərazidə Yəhudi çarlığı dövründən məskunlaşıb. Odlar Yurdunda müxtəlif iqlim qurşaqlarını, yeniliklə köhnəliyin sintezini görmək olar. Qədim məscidlərin böyründə ultramüasir binalar da görmək olar. Müstəqilliyi bərpa olunandan sonra Azərbaycan Respublikası qısa müddətdə beynəlxalq tədbirlərin, müxtəlif yarışların, “Eurovision” mahnı müsabiqəsinin və Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi üçün həqiqətən möhtəşəm platformaya çevrilib”.
İ.Qorlet yazır ki, 2017-ci ildə bu Cənubi Qafqaz ölkəsində turistlərin sayı 20 faiz artaraq, ümumən 2,6 milyon nəfərə çatıb.
“LeMetayel” veb-saytının redaktoru Yael Kfir deyir: “Biz Azərbaycana turizm axınının 100 faizdən çox artdığını və paytaxt Bakıya marağın daha da gücləndiyini görürük. Başqa sözlə desək, əgər Azərbaycanda istirahətdən və ya bu ölkəyə səyahətdən danışırsınızsa, hazırda diqqət mərkəzində Bakıdır. Hər halda israillilər üçün belədir”.
Qüdsdə yerləşən Yəhudi Universiteti nəzdindəki Trumen İnstitutunun antropoloqu və mühazirəçisi doktor Xen Bram dəhşətli Holokost illərində Avropa yəhudilərinin xilas edilməsində Azərbaycanın böyük rolunu qeyd edərək deyir: “Təqribən on il əvvəl Azərbaycanda turist qruplarına rəhbərlik etməyə başlayanda, turizm xidmətləri, demək olar, yox dərəcəsində idi. Bugünkü Azərbaycan tamamilə başqa və daha təhlükəsiz məkandır. Ölkənin turizm landşaftı sürətlə dəyişir. İndi Azərbaycanda İsraildən gəlmiş çoxlu turist qruplarına təsadüf etmək olar. Azərbaycan israilli turistlər üçün çox təhlükəsiz ölkədir. Azərbaycan xalqı isə çox qonaqpərvər və mehribandır. Bu da turistləri daha çox cəlb edir. Biz bu ölkədə ənənəviliklə müasirliyin gözəl vəhdətini görə bilərik”.
Yerli sakinlərin çox qonaqpərvər və mehriban olduğunu xüsusi vurğulayan məqalə müəllifi yazır: “Azərbaycana gələn israillilər onların təhlükəsizliyinin çox yüksək səviyyədə olduğunu hiss edirlər. Turistlərin İsraildən gəldiyini eşidən yerli sakinlərin gözlərində səmimi bir maraq və sevinc hiss olunur”.
İris Qorlet daha sonra yazır ki, Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyildir. Maraqlı və qeyri-adi məkanlar göstərmək üçün bu ölkənin israilli turistə təklif edəcəyi imkanlar xeyli genişdir. Məsələn, paytaxtdan cənubda yerləşən Qobustan qoruğu. Qoruğun ərazisində cırtdan vulkanlar, bulanıq hövzələr, habelə sanki yerin altından dik qalxan bazalt qayalar və üzərində tarixdən əvvəlki dövrdə insan və heyvan fiqurlarının təsvir olunduğu qayalar var.
CNN: “Şəki: Azərbaycanın ipək yolu - karvanlar və xanlar şəhəri”
ABŞ-ın CNN televiziya kanalının saytında “Şəki: Azərbaycanın ipək yolu - karvanlar və xanlar şəhəri” sərlövhəli məqalə yerləşdirilib. Məqalənin müəllifləri Morin Oheyr və Cəfər Almadhun yazırlar ki, nefti ilə şöhrət tapmazdan əvvəl, Azərbaycan öz ipəyi və ədviyyatının keyfiyyəti ilə məşhur idi. Avropa ilə Asiyanın kəsişdiyi məkanda, Xəzər dənizinin sahilində və Qafqaz dağlarının ətəyində yerləşən ölkə qədim ticarət marşrutlarının şəbəkəsi olan və Şərqlə Qərbi birləşdirən İpək yolunun mühüm hissəsi idi.
Diqqətə çatdırılır ki, İpək yolunun Azərbaycanın şimal-qərbindən keçən hissəsində yerləşən Şəki şəhəri XIX əsrin əvvəlində dünyada ipək istehsalı üzrə mərkəz olub. Çay daşları ilə döşənmiş küçələri və orta əsr memarlığı ilə seçilən Şəki müasir Azərbaycanın ən mənzərəli şəhərlərindən biridir.
Şəkinin tarixi abidələrini təsvir edən müəlliflər qeyd edirlər ki, yüz illər bundan əvvəl İpək yolu boyu çoxlu mehmanxanalar vardı, bu gün Azərbaycana gələn turistlər isə XVIII əsrə aid olan və orijinal üslubda tikilmiş “Yuxarı Karvansara” otelində qala bilərlər.
Məqalədə bildirilir ki, Şəki Xan Sarayı şəhərin ən başlıca turizm məkanıdır. XVIII əsrdə tikilmiş bu ikimərtəbəli bina öz zəngin interyeri və eksteryeri ilə fərqlənir. Binanın içərisində çiçəklər, fauna, döyüş və ov səhnələri təsvirləri olan kompleks freskalarla bəzənmiş altı otaq var.
Ticarət şəhərinin kosmopolit ruhuna uyğun olaraq, Şəki dini müxtəlifliyin uzun tarixinə malikdir. Bölgədə çoxlu kilsə və məscid var. Şəhərin şimalından bir neçə kilometr aralıda yerləşən Kiş kəndində tikintisi eramızın I əsrində başa çatmış bölgənin ən qədim məbədi var.
Mir24.tv: MDB ölkələrindən olan turistlər Azərbaycanı seçirlər
Azərbaycanın paytaxtı Bakı MDB ölkələrinin yay səyahəti reytinqində ən populyar şəhərə çevrilib. Cari mövsümdə Bakını bir milyondan çox turist ziyarət edib.
Bu barədə mir24.tv telekanalında yayımlanan verilişdə məlumat verilib. Turistlər öz müsahibələrində Bakıda Şərqin və Avropanın harmoniyasının hökm sürdüyünü qeyd ediblər. Bu, qədim və eyni zamanda, müasir şəhərdir. Məhz bununla da turistləri özünə cəlb edir. Kiçik Qala küçəsində “Brilyant əl” sovet komediyasının bir fraqmenti çəkilib. Bu səbəbdən də Qayday komediyasını sevənlər hər gün burada “yıxılır” və selfi ilə bu anı xatirəyə çevirirlər.
Azərbaycan paytaxtı onlarca film üçün çəkiliş meydançası olub. Bu filmlər arasında “Amfibiya adam”, “Tehran-43”, “Aybolit-66” və s. göstərmək olar. Ruslan və Lina Perm şəhərindən məxsusi olaraq Qız Qalasını görmək üçün Bakıya gəliblər. Bu qalanın tikilmə səbəbi və ondan vaxtilə necə istifadə edildiyi barədə alimlər indiyədək mübahisə aparırlar.
Bir neçə saatlıq gəzintidən sonra susuzluğu yatırmağa və itirilmiş enerjini bərpa etməyə çay kömək edir. Azərbaycanda bu ətirli içkini armudu stəkanda təkcə qəndlə deyil, Şərq şirniyyatları və mürəbbə ilə masaya verirlər. Sankt-Peterburqdan olan Milana Kulik üçün bu ənənə bir kəşf oldu.
Milli naxışlı ipək yaylıqlar və xalçalar Azərbaycandan olan ən yaxşı suvenirlər siyahısındadır. Respublika təkcə qonaqpərvər deyil, həm də ziyarət üçün təhlükəsiz ölkədir.
Thenational.ae: Qurban bayramı günlərində Azərbaycana gəlmək BƏƏ əhalisi üçün ən yaxşı variantdır
Qurban bayramı günlərində Azərbaycana gəlmək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əhalisi üçün ən yaxşı variantdır. Qonaqlar paytaxtın görməli yerlərindən zövq ala, milli mətbəxin ləziz təamlarından dada, Azərbaycan xalqının zəngin mədəniyyəti və tarixi ilə tanış ola bilərlər.
Bu barədə thenational.ae saytına istinadla yerləşdirilən məqalədə geniş məlumat verilib. Cari ilin birinci yarısında qəbul edilmiş qərar onu göstərir ki, Azərbaycana gələn BƏƏ sakinləri indi vizanı ölkəyə çatdıqda əldə edə bilərlər (əvvəllər viza Azərbaycan səfirliyində alınmalı idi). Dubay və Əbu-Dabidən uçuşlar (“FlyDubai” və “Etihad” vasitəsilə) cəmi iki saat yarım təşkil edir.
Saytda Azərbaycan səfirliyinin bu məsələ ilə bağlı izahı da dərc olunub. Qeyd edilir ki, BƏƏ-nin bütün sakinləri Azərbaycana gəldikləri andan bir aylıq viza əldə edəcəklər. Azərbaycanda 15 gündən artıq qalan bütün əcnəbilər ölkənin Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4710  |  
  • Tarix:  21-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA