Ana səhifə »  KİVDF »  Regionlarda pambıqçılığın inkişafı həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
A+   Yenilə  A-
Regionlarda pambıqçılığın inkişafı həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır

Cari ildə respublika üzrə 22 rayonda 132,5 min hektar sahədə pambıq əkini həyata keçirilib və 260 min ton məhsul tədarükü gözlənilir
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatında innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi, ixracyönümlü məhsul istehsalının təşviq edilməsi, azad sahibkarlığın hərtərəfli şəkildə dəstəklənməsi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və gübrələrlə təminatın gücləndirilməsi, bölgələrdə dövlət vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi son nəticədə respublikamızda aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasını təmin edib. Respublikamızdan ənənəvi bazarlara və Körfəz ölkələrinə yüksək rəqabət qabiliyyətinə malik meyvə-tərəvəz ixracının artması, eləcə də ölkədə bir sıra istiqamətlər üzrə ərzaq məhsullarına olan tələbatın sırf daxili istehsal hesabına təmin edilməsi bunu bir daha təsdiqləyir.
Son illərdə bütün ölkə üzrə aqrar sektorun inkişafından söhbət açarkən pambıqçılıq sahəsində əldə olunan uğurları da xüsusi qeyd edə bilərik. Azərbaycanın bir sıra bölgələri üçün ənənəvi təsərrüfatçılıq sahələrindən olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin gəlir imkanları kifayət qədər böyükdür. Bu məhsulun satışı ilə bağlı hər hansı bir problem yoxdur. Dünya bazarlarında pambıq birjalarda satılır və istehsalçı ölkələrə böyük həcmlərdə valyuta qazandırır. Azərbaycan da Prezident İlham Əliyevin təşəbbüsü ilə regionlarda pambıqçılıq sahəsində ənənələri dirçəltməklə yeni iqtisadi şəraitdə ölkədən qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyib. Prezident İlham Əliyev cari ilin mart ayında Bərdədə Onun Sədrliyi ilə keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsindəki nitqində bildirib ki, 2015-ci ilin sonlarından etibarən ölkədə pambıqçılığın inkişafı ilə ciddi məşğul olunub, 2016-2017-ci illərdə müşavirələr keçirilib. “2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatmışdır. Yəni biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Pambıqçılığın inkişafı, eyni zamanda, ölkənin regionlarında əhalinin sosial rifahının yüksəlməsinə təkan verən amillərdən biri sayılır. Belə ki, pambıqçılığın inkişaf etdirilməsi sayəsində bölgələrdə yeni iş yerləri açılır və iqtisadi aktivlik artır. Prezident İlham Əliyev pambıqçılığın əmək tutumlu sahə olduğuna diqqət çəkərək deyib: “Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.
Eyni zamanda, ölkədə pambıq istehsalının artması digər sahələrin inkişafına da öz müsbət təsirini göstərir. Prezident İlham Əliyev bildirib ki, pambıqçılıq emal sənayesinə böyük təkan verir: “İndi pambıqtəmizləmə zavodları işləyir. Onların, əlbəttə ki, daha da böyük səmərə ilə işləməsi haqqında danışacağıq. Ancaq bu sahəyə də təkan verildi. Eyni zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu. Çünki biz indi özümüz həm pestisid istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu. Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq. Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılmışdır. Mən bu barədə əvvəlki müşavirələrdə öz sözlərimi demişəm, fikirlərimi bildirmişəm. Bütün lazımi tapşırıqlar verilmişdir. Bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlamışdır. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin, demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər”.
Yeri gəlmişkən, avqustun 15-də Salyan şəhər Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə ölkədə pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş respublika müşavirəsi keçirilib. Müşavirədə pambıq əkini həyata keçirilən rayonların kənd təsərrüfatı idarələrinin nümayəndələri, fermerlər, mexanizatorlar və mütəxəssislər iştirak ediblər.
Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub. Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. Bununla da kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə edilib.
Nazir bildirib ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, valyuta axınının qarşısının alınması, vətəndaşların keyfiyyətli və əlçatan kənd təsərrüfatı məhsulları ilə təminatı qarşıda duran əsas məqsədlərdəndir. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu xatırladan kənd təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib.
İnam Kərimov çıxışında 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambığın intensiv texnologiyalar əsasında becərilməsi”, kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov “Cari ildə pambıq əkininin vəziyyəti”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Seymur Mövlayev “Pambıqçılıqda texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət”, Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov “Pambıq əkinlərində səmərəli bitki mühafizə tədbirlərinin təşkili” mövzularında çıxışlar ediblər.
Bildirilib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ildə respublika üzrə 22 rayonda 132,5 min hektar sahədə pambıq əkini həyata keçirilib. Aqrotexniki qaydada becərmə işləri davam etdirilir və mövsümün sonuna 260 min ton pambıq istehsalı gözlənilir. Ötən il isə tarlalardan 207,5 min ton məhsul yığılmışdı. Ümumiyyətlə, Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramında xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya hədəf qoyulub.
Emal sənayesinin yaxşılaşdırılması və toxumçuluqla bağlı görülən işlərdən danışılarkən qeyd edilib ki, Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi başa çatmaq üzrədir. Zavodda digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal edəcək müəssisənin fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam ödəniləcək.
Bundan başqa, 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində yüngül sənaye məhsulları istehsal edəcək 9 müəssisənin inşa olunması da nəzərdə tutulur. Artıq sənaye parkında iplik istehsalı üzrə iki müəssisə fəaliyyətə başlayıb.
Pambıq yığımına hazırlıqla əlaqədar “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərində mexanizatorlar üçün təlim kursları da təşkil olunub. Kursları bitirən mexanizatorlara sertifikat veriləcək və onlar pambıq yığımına cəlb olunacaqlar. Pambıq yığımı ərəfəsində ölkə üzrə 303 pambıqyığan kombayn var. Bu il “Aqrolizinq” tərəfindən ölkəyə Hollandiya istehsalı olan daha 100 ədəd pambıqyığan kombaynın gətirilməsi nəzərdə tutulur.
Qeyd edilməlidir ki, bu il pambıq tarlalarından daha çox məhsul götürülməsi nəzərdə tutulur. Məsələn, ötən il pambıq əkini sahələrindən 200 ton məhsul yığan Ağsu rayonundan olan fermer Tofiq Abdullayev cari ildə hər hektardan məhsuldarlığı 30 sentnerə çatdırmaqla 220 tonadək “ağ qızıl” istehsal etmək əzmindədir. Rayonun Qiyaslı kəndindən olan fermer T.Abdullayev göstərilən dövlət dəstəyinin rayonda ənənəvi sahə olan pambıqçılığın inkişafına güclü təkan verdiyini, özünün də bu sahəyə marağı olduğunu söyləyib. Fermer bildirib ki, hər hektardan 20 sentner məhsul 800 manatdan çox təmiz gəlir verir. Otuz sentner məhsul isə həm də növbəti ildə təsərrüfatı genişləndirmək, becərmə işlərini yüksək səviyyədə həyata keçirmək üçün bütün xərcləri ödəyir. Bu il 70 hektar sahədə pambıq əkdiyini bildirən fermer deyib: “Artıq sahələrdə üçüncü kompleks becərmə işləri başa çatıb. İndi hər kolda 15-20 qoza var. Becərmə tədbirlərində ailə üzvlərimizlə birgə 50 nəfərdən çox işçi qüvvəsi çalışır. Əminəm ki, zəhmətimiz hədər getməyəcək. Tarlalardan bol məhsul götürəcəyik”.

Salyan rayonunda bu il 7055 hektar sahədə pambıq əkilib. 2018-ci ildə 2016-cı ilə nisbətən 3,2 dəfə, yəni 4887,3 hektar çox sahədə pambıq əkini aparılıb. Pambıq əkini ilə əlaqədar olaraq 5995 nəfər işlə təmin edilib. Sahələrdə becərmə işləri davam edir və bol məhsul yetişib. “MTK-İK” MMC, “CTS-Aqro” MMC və “Salyan Kənd Təsərrüfatı” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb və əkin aparılıb. Rayon sakinləri fərdi olaraq da pambıq əkməyə maraq göstərirlər. Belə ki, bu il 3085,6 hektar sahədə fərdi qaydada pambıq əkilib.
Tərtər pambıqçıları da bu ili yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar. Belə ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri becərmə işlərini uğurla davam etdirirlər. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları bu il həmin göstəriciləri daha da yüksəltmək niyyətindədirlər. Vurğulamaq lazımdır ki, bu il rayon ərazisində 3300 hektarda çiyid səpini həyata keçirilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunurlar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı bitiş alınıb. Tarlalarda kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi bu il də məhsulun bol olacağından xəbər verir.
“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda işlərin yüksək keyfiyyətlə aparıldığını bildirib. Qeyd edilib ki, bu il 649 nəfər fermerlə 1667 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılır. Tarlaların vəziyyəti qənaətbəxşdir. Yaxşı çıxış alınıb, barlı kollar yetişib. Əminəm ki, bu il də məhsulumuz yüksək olacaq. Hazırda becərmə işləri ilə yanaşı, təxminən bir ay sonra başlanacaq pambıq yığımına hazırlıq da görülür. 8 ədəd pambıqyığan kombayn, 20 ədəd traktor və 40 ədəd qoşqu hazır vəziyyətə gətirilib.
Köçərli kənd sakini Cahangir Məmmədov bildirib ki, pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulub. Onun sözlərinə görə, dörd ildir pambıqçılıqla məşğuldur. Fermer ötən il 3 hektar sahədə pambıq becərib, yüksək məhsuldarlığa nail olub. Hər hektardan orta hesabla 45 sentner məhsul götürüb: “Qazancımız da yaxşı oldu. Bu il isə 12 hektarda pambıq becərmişəm. Hazırda son becərmə işləri aparılır. Hesab edirəm ki, hər hektardan orta hesabla 50 sentner məhsul götürəcəyik”.
Qeyd edək ki, 2017-ci ildə 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419 ton məhsul tədarük ediblər. Bu, orta məhsuldarlığa görə ötən il respublika üzrə ən yüksək göstərici olub.
Kürdəmir rayonunda da pambıq istehsalında artım gözlənilir. Rayonun Bağman kənd sakini Vidadi Pirişova məxsus ailə fermer təsərrüfatı son illər pambıqçılıqla məşğuldur və cari mövsümdə 17 hektar sahədə “ağ qızıl” yetişdirir. Ailə fermer təsərrüfatı tarlada kompleks becərmə tədbirlərini vaxtında və yüksək keyfiyyətlə aparıb və artıq daban qozalar yetişməkdədir. Ötən il becərdikləri 13 hektar sahənin hər hektarından 25,5 sentner pambıq götürən ailə bu il daha çox - 35 sentner məhsul əldə etmək əzmindədir.
Qeyd olunmalıdır ki, bu il Beyləqan rayonunda 20 min ton pambıq istehsal olunacağı gözlənilir. Rayonun pambıq tarlalarında son becərmə işlərinin aparılması ilə yanaşı, məhsul yığımına hazırlıq da görülür.
Pambıqçılığa göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Beyləqanda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Belə ki, əgər rayon ərazisində 2016-cı ildə 4035 hektarda pambıq əkilmişdisə, 2017-ci ildə 8550 hektara, 2018-ci ildə isə 9560 hektara çatdırılıb. Builki pambıq əkinlərinin 3227 hektarı “Azərpambıq” MMC, 3870 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 750 hektarı “Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərilir. Tarlaların 802 hektarını fərdi qaydada mülkiyyətçilər və fermerlər tərəfindən əkilmiş sahələr, 911 hektarını isə innovativ təsərrüfat təşkil edir.
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Rayonda pambıq yığımına 34 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Mövsümün sonuna rayon üzrə 20 min ton pambıq istehsalı gözlənilir.
Ucar rayonunda isə pambıq tarlalarında məhsulun 80 faizi maşınlarla yığılacaq. Belə ki, rayonun pambıqçıları artıq məhsul yığımına hazırlaşırlar. Cari mövsümdə 2500 hektarda “ağ qızıl” yetişdirən pambıqçılar sentyabrın əvvəllərindən tarlalara çıxacaq, ağır zəhmət bahasına yetişdirdikləri məhsulu son qozasınadək, itkisiz yığıb qəbul məntəqələrinə təhvil verəcəklər. Qeyd edək ki, yetişdirilən məhsulun 80 faizinin pambıqyığan maşınlarla, qalan 20 faizinin isə əl ilə yığılması nəzərdə tutulub. Bu məqsədlə ilkin olaraq 3 ədəd pambıqyığan maşın hazır vəziyyətə gətirilib. Əl ilə yığımda isə 350-400 nəfər işçi qüvvəsi səfərbər olunacaq. Cari mövsümdə rayonun, demək olar ki, bütün ərazilərində, xüsusilə daha çox pambıq əkilən Bərgüşad, Şahlıq, Lək, Xələc və bir sıra digər ərazi vahidlərində fermerlər, eləcə də fiziki şəxslər sahələrdən bol məhsul gözləyirlər.
Qeyd edək ki, pambıqçılığın inkişaf etdirilməsi, məhsulun keyfiyyətinin daha da yaxşılaşdırılması üçün mütəmadi olaraq sahələrdə bir sıra tədbirlər aparılır. Məsələn, pambıq sahəsində bol məhsulun əldə olunması üçün zərərvericilərə qarşı mübarizə tədbirləri olduqca mühüm əhəmiyyət daşıyır. Hacıqabul rayonunda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən pambıq sahələrində monitorinq keçirilib. Sahələrdə aparılan monitorinqlər zamanı fermerlər pambıq sovkası və digər ziyanvericilərə qarşı nəzərdə tutulan dərman preparatlarının tətbiqi barədə ətraflı məlumatlandırılıblar.
Səhmdar cəmiyyətin Pestisid və mineral gübrələrin satışı və tədarükü şöbəsinin müdir müavini Vüsal Tağıyev pambıq sahəsində fermerlərə pambığın becərilməsi zamanı zərərvericilərə qarşı istifadə edilən pestisidlər və onların düzgün aqrotexniki qaydada tətbiqi barədə məlumat verib. Bildirib ki, bol məhsulun əldə olunması üçün müxtəlif mərhələlərdə zərərvericilərə qarşı mübarizə tədbirlərinin mühüm əhəmiyyəti var. Hazırkı mərhələdə isə əsasən pambıq sovkasına qarşı mübarizə tədbirləri aparılır. Pambıq sovkasının məhv edilməsi üçün, eləcə də tor gənəsi, mənənə və trips zərərvericilərinə qarşı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin anbarlarında lazımi preparatlar var. Fermerlər bu preparatları güzəştli şərtlərlə əldə edə bilərlər.
Diqqətə çatdırılıb ki, yarpaqların tökülməsi üçün istifadə olunan defoliantın və pambıq qozalarının açılmasının sürətləndirilməsi üçün istifadə olunan stimulyatorun alınması məqsədilə artıq yerli istehsal zavodu ilə müqavilə bağlanılıb və həmin preparatların tətbiqinə ehtiyac duyulan zaman Cəmiyyətin anbarlarında satışa çıxarılacaq.
Sonra preparatların tarlalarda tətbiqi əyani şəkildə nümayiş etdirilib. Fermerlərlə söhbət zamanı vurğulanıb ki, bu preparatlar respublikanın pambıq əkilən bütün rayonlarında tətbiq edilir və aqrotexniki qaydalara tam əməl olunduğu halda zərərvericilərə qarşı mübarizədə yüksək nəticəyə nail olunur. Pambıq sahələrində aparılan monitorinqlər zamanı qeydə alınan nəticələr də bunu deməyə əsas verir.
Fermerlər Əlifağa Nuriyev, Qabil Abdullayev və başqaları pambıq sahələrində bol məhsulun əldə edilməsi üçün zərərvericilərə qarşı istifadə olunan pestisidlərin və onların düzgün aqrotexniki qaydada tətbiqinin önəmini vurğulayıblar.
Yevlaxda isə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümayəndəliyindəki təlim-tədris mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynları idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatıb və təlim kurslarını başa vurmuş mexanizatorlara sertifikatlar verilib. Bu münasibətlə avqustun 20-də təlim-tədris mərkəzində tədbir keçirilib. “Aqrolizinq” ASC-nin kadrların idarə edilməsi şöbəsinin müdiri Fərahim Əkbərov bildirib ki, sentyabr ayında pambıq becərilmiş 19 rayonda məhsul yığımına başlanılacaq. Pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsi məqsədilə həmin rayonlardan 230 mexanizator təlimlərə cəlb olunub. Bir ay davam edən təlimlərdə mexanizatorlara “Jonh Deere” markalı pambıqyığan kombaynların idarə olunması, yol hərəkəti qaydaları, texniki qulluq, istismar zamanı təhlükəsizlik tədbirləri və digər sahələr üzrə məlumat verilib. Təlimlərin yekununda mexanizatorların biliklərinin qiymətləndirilməsi məqsədilə nəzəri və praktiki imtahanlar keçirilib. Vurğulayaq ki, imtahanlarda məqbul hesab edilən 160 mexanizatora sertifikatlar təqdim olunub. Təlimlərdə iştirak etməyən və eləcə də sertifikatı olmayan mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  6930  |  
  • Tarix:  28-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA