Ana səhifə »  KİVDF »  Bölgələrin inkişafında yeni qurulan böyük təsərrüfatlar vacib rol oynayır
A+   Yenilə  A-
Bölgələrin inkişafında yeni qurulan böyük təsərrüfatlar vacib rol oynayır

Regionlarda yaradılan aqroparkların fəaliyyəti bu baxımdan mühüm əhəmiyyət kəsb edir
Məlum olduğu kimi, Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri regional inkişafla bağlıdır. Azərbaycanda paytaxtla regionlar arasında fərqi tamam aradan qaldırmaq, bütün bölgələr üzrə tarazlı inkişafın təmin edilməsi hədəflənib. Qarşıya qoyulan bu strateji məqsədə çatmaq üçün respublikamızda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları reallaşdırılır. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları, həmçinin bölgələrin fərqli xüsusiyyətləri, ənənələri, əmək ehtiyatları və bu kimi vacib məqamlar nəzərə alınmaqla hazırlanması öz növbəsində bəhs olunan proqramların böyük uğurla reallaşdırılmasını təmin edir.
Şübhəsiz, regional inkişaf proqramlarının uğurla icrasından danışarkən regionlarda aqrar sektorun dinamik inkişafı istiqamətində görülən tədbirləri mütləq şəkildə qeyd etməliyik. Bu istiqamətdə atılan addımlar regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli ehtiyatlardan səmərəli istifadə etməklə regionların inkişafına, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara çıxarılmasına geniş imkanlar yaradır. Əlbəttə, aqrar sektorun üstün inkişafında dövlətin ciddi dəstəyi mühüm rol oynayır. Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, “Aqrolizinq” tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar.
Qeyd edək ki, aqrar sektorun perspektiv inkişafı ilə bağlı müəyyənləşdirilən strategiyaya uyğun olaraq ölkə boyu dəyər zənciri üzrə bir sıra mühüm mərhələləri əhatə edən aqroparkların yaradılması geniş vüsət alıb. Belə ki, hazırda respublikanın 30 rayonunda 191,8 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması işləri davam etdirilir. İndiyə qədər dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 207 milyon manat dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 111 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad və Goranboyda yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək.
Yeri gəlmişkən, qeyd edək ki, “Yalama Aqropark” Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində ölkə üzrə yaradılmış ilk aqroparkdır. Aqropark rayonda fəaliyyət göstərən “Yalama” südçülük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinə daimi istifadə üçün təhkim edilmiş 523 hektar torpaq sahəsi əsasında özəl pilot təsərrüfatı kimi yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 1113 başı südlük istiqamətli olmaqla, 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sisteminin tətbiq olunduğu 460 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyev “Yalama Aqropark”ın açılışında iştirak edib və aqroparkın fəaliyyətinin genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
Sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığına əsasən Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar əkin dövriyyəsinə qatılıb və meliorativ tədbirlər görülüb. Bu əkin ilində, əkin sahələri 1479 hektara çatdırılıb ki, bu da yem təminatının əsas hissəsinin təmin edilməsinə imkan verir. AZƏRTAC-ın məlumatına görə, əkin sahələrində heyvandarlıq təsərrüfatının yem tələbatını ödəmək üçün taxıl və qarğıdalı bitkisinin, həmçinin digər yem bitkilərinin əkin həcmi genişləndirilib. Həmçinin heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində işlər sürətlə davam etdirilir.
“Yalama Aqropark”da innovativ üsullardan və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə ölkədə ən yüksək məhsuldarlıq səviyyəsinə nail olunub. 2017-2018-ci əkin ili üzrə əkin sahələri və əkin həcmi genişləndirilib. Növbəti əkin ili üçün bütün torpaq sahələri əkinə hazır vəziyyətə gətirilib. Ümumilikdə, 400 hektar ərazidə dən arpa, 115 hektarda senajlıq arpa, 38 hektar ərazidə isə qarışıq yem senajı əkilib. Yazlıq əkinlər ilə birgə yonca əkin sahəsi 208 hektar olub, həmçinin 327 hektar silosluq qarğıdalı, 148 hektar dən qarğıdalı, 146 hektar silos qarğıdalı və sınaq üçün 4 hektar ərazidə şəkər çuğunduru əkilib. Senajlıq əkilmiş arpa və qarışıq yem biçilib, həmçinin 208 hektar yonca sahəsi üzrə birinci biçim senaj basdırılıb. Bununla yanaşı, 446 hektar dən arpa sahəsi biçilərək, ümumilikdə, 1600 ton dən arpa əldə edilib.
Aqropark heyvanların baş sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Heyvandarlıq təsərrüfatında Avstriya və Almaniyadan gətirilmiş “Simmental” cinsli inəklərdən balalar alınıb və hazırda təsərrüfatda heyvanların baş sayı 2 min 600-ə çatır. 2018-ci ilin ötən 9 ayı ərzində 82 düyədən ilk balalar alınıb və ilin sonuna qədər bu rəqəmin 250-yə çatması planlaşdırılır. Bununla da sağmal inəklərin sayı daha da artacaq və təsərrüfata kənardan heyvan alınması dayandırılacaq. Heyvan sayının artırılması ilə yanaşı, heyvandarlıq sahəsi üzrə itkilərin minimuma endirilməsi və digər keyfiyyət göstəricilərinə nail olmaq üçün də işlər davam etdirilir. Təsərrüfatda buzov itkiləri 3 faiz, inək itkiləri isə 2 faiz həcmindədir ki, bu da dünyada heyvandarlıq sahəsi üzrə yaxşı nəticə sayılır.
Hazırda heyvandarlıq sahəsi üzrə gündəlik istehsal həcmi 16 tona bərabərdir. 2018-ci il ərzində 5 min 800 ton süd və 255 ton diri çəkidə ət istehsalı proqnozlaşdırılır. İlin ötən 8 ayı ərzində 3 min 700 ton süd istehsal edilib ki, bu da keçən illə müqayisədə 500 ton artıqdır. Ümumilikdə 2018-ci ildə süd istehsalında 1000 ton artıma nail olunması nəzərdə tutulub.
Aqroparka əlavə edilmiş Müqtədir qəsəbəsindəki yeni ərazidə daxili drenaj və kollektor sistemləri təmizlənib, suvarma kanalları bərpa edilib. Həmçinin əkinlərin daimi suvarma suyu ilə təmin olunması üçün Meliorasiya və Su Təsərrüfatı İdarəsi ilə birgə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layihələndirmə işləri görülür. İlin sonuna doğru suvarma beton kanallarının çəkilişi və tutumu 50 min kubmetr olan 2 ədəd su hovuzunun tikilməsi planlaşdırılır. Həmçinin müasir suvarma sistemlərinin qurulması üçün “Valley”, “Reinke” və “Lindsay” kimi məşhur şirkətlər ilə layihələndirmə işləri aparılır.
Yem ehtiyatlarının tam təmin olunması üçün Yalamada tutumu 13 min kubmetr olan 3 ədəd senaj quyusunun tikintisi tamamlanmaq üzrədir. Həmçinin artan heyvan sayı nəzərə alınmaqla, 240 başlıq yeni tövlənin tikinti işlərinə başlanılıb. Tövlənin tikintisi noyabr ayında başa çatacaq. Həmçinin yem tədarükü və emalını təmin etmək üçün tutumu 1800 kvadratmetr olan taxıl saxlama bunkeri sifariş edilib və oktyabr ayında quraşdırılması nəzərdə tutulub.
Hazırda emal gücü 50 ton olan süd emalı zavodunun qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri aparılır. Həmçinin paralel bazar araşdırması davam edir. Aparılan araşdırmalar nəticəsində növbəti il üçün emal zavodunun qurulması üzrə investisiya qərarı veriləcək.
Alternativ enerji mənbəyi kimi biokütlədən enerji və istilik alınmasına imkan verən bioqaz qurğusunun qurulması üzrə texniki-iqtisadi əsaslandırma işləri də icra edilir. Layihənin məqsədi avtonom olaraq aqroparkı bərpa edilən mənbələrdən əldə olunmuş elektrik enerjisi ilə təmin etməkdir.
“Yalama Aqropark” ölkəmizin şimal zonasında əhalinin davamlı iş yerləri ilə təminatında mühüm rol oynayır. Aqroparkda hazırda 190 daimi iş yeri açılıb. Mövsümi işlər zamanı aqroparkda işləyənlərin sayı 200-ü keçir. Orta aylıq əməkhaqqı 500 manat ətrafındadır. Aqropark layihəsinin ikinci mərhələsi üzrə işlər icra edildikcə, daimi iş yeri sayının 300-ə çatdırılması planlaşdırılır.
Aqropark təkcə kənd təsərrüfatı məhsullarının istehsalı ilə deyil, həmçinin ölkədə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığına da öz töhfəsini verməyə çalışır. Bu istiqamətdə kənd təsərrüfatı sahəsi üzrə ölkədə fəaliyyət göstərən ali təhsil və digər təhsil müəssisələri ilə əməkdaşlıq edilir. Artıq Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb, kadr hazırlığı və aqrar sahə üzrə elm tutumlu yeni təcrübə və tədqiqatların aparılması üzrə əməkdaşlığın təməli qurulub. Yay aylarında gənclər üçün yay təcrübə proqramı yaradılıb ki, bu da region və digər bölgələrdən olan gənclərə aqrar sahə üzrə praktik biliklər əldə etmək imkanı verir. Mütəmadi olaraq Almaniya, Türkiyə və digər ölkələrdən mütəxəssislər cəlb edilərək, kadr hazırlığı və ixtisasartırma işləri icra olunur.
“Yalama Aqropark” bu gün ölkədə bir nümunəyə, “brend”ə çevrilib. Yeni aqroparklar yaradılarkən “Yalama Aqropark”ın təcrübəsindən istifadə olunur. Aqroparkın əsas hədəfi qeyri-neft sektorunun inkişafına dəstək olmaqla yanaşı, kənd təsərrüfatı üzrə bilik ötürülməsini təmin edən qabaqcıl mərkəzə çevrilməkdir.
Nardar BAYRAMLI

 
  • Oxunub:  4080  |  
  • Tarix:  08-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA