Ana səhifə »  KİVDF »  Regionlarda aqrar sahənin inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticələrini verir
A+   Yenilə  A-
Regionlarda aqrar sahənin inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticələrini verir

Cari ilin əvvəlindən bəri bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə yüksək məhsuldarlıq əldə edilib
Azərbaycanda bütün sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafı bu il də davam etməkdədir. Məhz bunun nəticəsidir ki, bu ilin arxada qalan aylarında da bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə yüksək məhsuldarlıq əldə edilib. Eyni zamanda, hazırda regionlarda kənd təsərrüfatının ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq istiqamətlərinin intensiv şəkildə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Bütün ölkə boyu fermerlərə verilən güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal və ixrac imkanları yaradır. Ən əsası, kənd təsərrüfatında məhsuldarlığın artırılması bu sahəyə olan marağın da artmasına yol açır.
Yeri gəlmişkən, Ağcabədi rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir. Verilən məlumata görə, sentyabrın əvvəlinədək rayonda 2464 ton kartof, 12 min 315,8 ton tərəvəz, 14 min 343 ton qarğıdalı, 13 min 740 ton şəkər çuğunduru, 12 min 817 ton bostan məhsulları, həmçinin 7935 ton meyvə, 987 ton üzüm istehsal edilib. Əvvəlki illə müqayisədə taxıl istehsalı 37 min 525 ton, kartof istehsalı 218 ton, tərəvəz istehsalı 1087,8 ton, şəkər çuğunduru istehsalı 1240 ton, bostan məhsulları 89 ton artıb. Məhsul yığımı başa çatmış sahələrdə cari ilin məhsulu üçün 2053,3 hektarda təkrar əkin aparılıb. Təmiz herik şumu daxil edilməklə, payızlıq əkinlər üçün 17 min 917 hektar şumlanıb.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda isə fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur. Tərtərli fermerlər bu texniki bitkini becərməklə yüksək məhsuldarlığa nail olur və gəlir əldə edirlər. Rayonda şəkər çuğundurunun becərilməsinə 1990-cı illərdə başlanılsa da, 2003-cü ildə İmişli Şəkər Zavodu istifadəyə verildikdən sonra fermerlər bu bitkinin əkinini daha da genişləndiriblər. Həmin vaxtdan etibarən şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin sayı çoxalıb. Prezident İlham Əliyev tərəfindən ötən il aprelin 4-də “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” Fərman imzalanması bu sahəyə marağı daha da artırıb. Fərmana əsasən, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə istehsalçılara 4 manat məbləğində subsidiya ödənilir.
Qeyd edilməlidir ki, 2017-ci ildə şəkər çuğunduru bitkisinin hər hektarından əldə olunan məhsuldarlığa görə Tərtər rayonu respublikada birinci yerdə olub. Bu il rayonda 859 hektarda şəkər çuğunduru becərilib. Düzgün aqrotexniki qulluq sayəsində sahələrdə bol məhsul yetişib. Artıq fermerlər məhsul yığımına başlayıblar. Bu günədək 5500 ton məhsul yığılaraq, İmişli Şəkər Zavoduna təhvil verilib. Cari ildə rayonda 40 min tondan çox şəkər çuğunduru istehsal ediləcəyi proqnozlaşdırılır. Ən əsası, bu il Tərtər rayonu üzrə 333 fermerlə şəkər çuğunduru becərilməsi üçün müqavilə bağlanıb. Müqavilələrə əsasən, torpaqların şumlanmasını, gübrə, toxum və aqreqatlarla təminatını “Azərsun” şirkəti həyata keçirir. Çuğundurun becərilməsi üçün fermerlərə hər hektara görə 100 manat ödənilir. Şəkər çuğunduru əkilən bütün sahələr sığorta şirkətləri tərəfindən sığortalanır. Sığortanın 50 faizini şirkət öz üzərinə götürür. Becərmə zamanı şirkətin aqronomları aqrotexniki tədbirlərin düzgün aparılması üçün fermerlərə lazımi məsləhətlər verir. Bundan başqa, sahələrdən yığılmış məhsulun maşınlara yüklənib İmişli Şəkər Zavoduna daşınması xərcini də şirkət həyata keçirir. Çuğundurun qiyməti isə tərkibində olan şəkərin miqdarından asılı olaraq hər tonu 53-75 manat olmaqla dəyişir. Çuğundurun tərkibində şəkərin miqdarı 14 faizdən artıq olduqda əlavə 3 manat da ödənilir. Hazırda yığılan məhsulun şəkərliliyi 15 faizdir ki, bu göstərici ilə hər tonun qiyməti orta hesabla 66 manatla hesablanır. Fermerlər məhsulu təhvil verdikdən sonra iki iş həftəsi ərzində pullarını alırlar.
Rayonun Qaynaq kənd sakini Zaur Qaraşov şəkər çuğunduru becərilməsindən gəlir əldə etdiyinə görə bu bitkinin əkin sahələrini genişləndirib. KİV-ə açıqlamasında o, bildirib ki, ötən il 7 hektarda şəkər çuğunduru becərib: “Bütün aqrotexniki qaydalara düzgün və vaxtında əməl etdiyimiz üçün məhsuldarlıq yüksək oldu. Sahələrdən 405 ton məhsul götürdük, yaxşı gəlir əldə etdik. Odur ki, bu il şəkər çuğunduru əkinlərini 12 hektara çatdırdım. Bu il də sahələrdə məhsulumuz boldur. 600 tondan yuxarı məhsul gözləyirik. Yaxın günlərdə şəkər çuğundurunun yığımına başlayacağıq”.
Zərdab rayonunda da şəkər çuğunduru yığılır və qısa müddətdə 378,3 ton məhsul tədarük olunub. Qeyd edək ki, son illər zərdablı fermerlərin də təsərrüfatın bu sahəsinə marağı xeyli artıb. Təkcə cari mövsümdə bölgədə 106 hektarda şəkər çuğunduru yetişdirilib ki, bu da ötən ilki göstəricidən 3 dəfə çoxdur. Rayonun bir sıra ərazilərində, xüsusilə Gəlmə, Şıxbağı, Bəyimli, Körpükənd, Otmanobada daha çox məhsul yetişdirilib və yığımın sürətlə və itkisiz başa çatdırılması üçün ciddi səy göstərilir. Yığılan məhsul İmişlidəki şəkər zavoduna təhvil verilir.
Cari təsərrüfat ili Neftçala rayonundan olan fermerlər üçün də yüksək məhsuldarlıqla müşaiyət olunub. Belə ki, fermerlər 8109 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkilmiş sahələrin 700 hektarını pambıq, 121 hektarını kartof, 168 hektarını tərəvəz, 275 hektarını bostan, 489 hektarını yem bitkisi (yonca), 55 hektarını isə dənli bitkilər təşkil edib. Fermerlər indiyədək tərəvəz sahələrinin 152 hektarından 1352 ton məhsul toplayıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 88,8 sentnerə çatır. Bostan sahələrindən 9300 ton qarpız-yemiş, kartof sahələrindən isə 1452 ton məhsul götürülüb.
Rayon üzrə 590,5 hektar meyvə bağından 801 ton meyvə yığılıb. Bağların hər hektarının məhsuldarlığı 13,9 sentner olub. Rayonda təsərrüfatların ayrı-ayrı sahələrində məhsul yığımı davam edir.
Şamaxıda isə kartof yığımı başa çatıb və sahələrdən 2390 ton məhsul götürülüb. Vurğulanmalıdır ki, kartofçuluq bölgədə ənənəvi sahədir. İlboyu bazarlarda bu məhsula yüksək tələbat olduğundan fermerlər, eləcə də fiziki şəxslər kartof istehsalında maraqlıdırlar. Cari ildə 353,5 hektarda məhsul yetişdirilmişdi ki, bu da ötən ildəkindən 86 hektar çoxdur. Məhsul istehsalı da keçən ilə nisbətən 619 ton artıb. Qeyd edək ki, kartofçuluğa rayonun şimal dağlıq ərazilərində, o cümlədən bu il 79 hektar sahədən 530 ton məhsul götürülən Qızmeydanda, Hacılıda, Çuxuryurdda, Ərçimanda maraq daha böyükdür.
Göyçaylı fermerlər isə xurma bağlarına diqqəti artırır. Rayonun Qızılağac kənd sakini, fermer Gündüz Mahmudov bildirib ki, iyirmi hektar xurma bağı var. Ağaclara aqrotexniki qaydada qulluq edilir. Yetişdirilən sorta xalq arasında “şişburun xurma” deyilir. Dequstasiya indeksi yüksək olduğuna görə insanlar arasında çox sevilir. Fermer bildirib ki, məhsul yetişmə ərəfəsindədir: “Noyabrda xurma tam yetişmiş olacaq. Hazırda xurma bağında 20-dək ailənin üzvləri çalışır. Yetişdirdiyimiz xurmaya daxili və xarici bazarlarda böyük tələbat var. Ona görə də məhsulumuzu həm daxili bazarda satmaq, həm də ixrac etmək istəyirik”.
Qeyd edək ki, rayonda xurma bağlarından yığılan məhsulun təxminən 80 faizi Rusiya və digər MDB ölkələrinin bazarlarına göndərilir. Xurma məhsulunun bağlardan toplanması, qablaşdırılması, avtomobillərə yüklənməsi və xarici ölkələrə daşınması prosesinə yüzlərlə rayon sakini cəlb olunur ki, bu da onların mövsümi işlə təmin edilməsi deməkdir.
Ümumiyyətlə, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi, eləcə də hazırda xurma qurutma fabriki və logistik mərkəzin inşa edilməsi ilə əlaqələndirirlər.
Kənd təsərrüfatı rayonu olan Hacıqabulda da bostan, tərəvəz və meyvə istehsalına xüsusi diqqət yetirilir, sahələr ilbəil genişləndirilir, yeni meyvə bağları salınır. İndi rayonda onlarla məhsul istehsalçısı təsərrüfatın bu sahələri ilə məşğul olur və yaxşı mənfəət əldə edirlər. Cari ilin yazında rayonda 830 hektar bostan, 413 hektar tərəvəz bitkiləri əkilib və sahələrdə bol məhsul yetişdirilib. Torpaq mülkiyyətçiləri tərəvəz sahələrindən indiyədək 3060 ton tərəvəz toplayıblar. Əkinçilər ən yüksək nəticəni pomidor sahələrindən əldə ediblər. Onlar əkdikləri 118 hektar pomidor sahəsindən 1248 ton məhsul götürüblər ki, bu da ötən ildəkindən 22 ton çoxdur. Bağbanlar isə meyvə bağlarından 190 ton meyvə yığıblar. Qeyd edək ki, rayonda tərəvəz və meyvə yığımı davam edir.
İsmayıllı rayonunda isə fındıq bağlarından indiyədək 100 tondan çox məhsul toplanıb. Vurğulanmalıdır ki, artıq İsmayıllıda fındıq bağlarının sahəsi 1615,7 hektara çatdırılıb. Bu bağlardan 87 hektarı bar verəndir. Fındıq yığımında bütün təbii iqlim şəraitinə malik olan, yetişdirilən məhsullarının öz dadı və keyfiyyəti ilə seçilən Topçu, Qurbanəfəndi ərazi vahidləri, habelə İsmayıllı şəhəri və ətraf ərazilər öndə gedir. Qeyd edək ki, bölgədə bu il bağlardan 310 ton fındıq gözlənilir. Bu da ötən il istehsal olunan məhsuldan 50 ton artıqdır.
Beləliklə, bu faktlar da regionlarda aqrar sahənin inkişafı istiqamətində atılan addımların öz müsbət nəticəsini verdiyini bir daha təsdiqləyir.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  1350  |  
  • Tarix:  11-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib

18:48
26 Sentyabr
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
17:54
26 Sentyabr
Hikmət Hacıyev: Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb
17:53
26 Sentyabr
Azərbaycan ilə Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
17:51
26 Sentyabr
SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb
17:50
26 Sentyabr
Bakı Slavyan Universiteti ilə Bolqarıstanın ali təhsil ocaqları arasında əməkdaşlıq daha da genişlənəcək
17:49
26 Sentyabr
Avropa İttifaqı Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək verəcək
17:46
26 Sentyabr
Səfir İnqrid Tersman: Gəncənin tarixi və milli dəyərləri çox əhəmiyyətlidir
17:43
26 Sentyabr
İtaliya Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
17:40
26 Sentyabr
Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək
17:38
26 Sentyabr
Nyu-Yorkda Xəzər biznes-forumu keçirilib
17:34
26 Sentyabr
Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı hesabat dinlənilib
17:33
26 Sentyabr
Aqiyə Naxçıvanlı: “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi sosial sifarişin nəticəsidir
17:26
26 Sentyabr
Gövhər Baxşəliyeva: Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır
17:23
26 Sentyabr
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının yarışlarına baxır
17:22
26 Sentyabr
Yaddaşlarda yaşayanlar: Murtuz Ələsgərov Ulu Öndərin yaxın silahdaşlarından biri, görkəmli dövlət xadimi idi
17:21
26 Sentyabr
Milli Məclisin nümayəndə heyəti GUAM PA-nın sessiyasında iştirak edəcək
16:50
26 Sentyabr
Mihal Svantner: Azərbaycanın əqli mülkiyyət sahəsindəki milli qanunvericiliyi beynəlxalq standartlara uyğundur
16:47
26 Sentyabr
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
16:44
26 Sentyabr
AzTU-da “Turkish Aerospace” şirkətinin nümayəndəsi ilə görüs olub
16:42
26 Sentyabr
Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışı olub
16:40
26 Sentyabr
Bakıda 9-cu “Baku Open” beynəlxalq karate turniri keçiriləcək
16:16
26 Sentyabr
DİA-da “Əlimərdan bəy Topçubaşov. Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimat mərasimi keçirilib
16:12
26 Sentyabr
Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir
16:10
26 Sentyabr
Şahmat Olimpiadasının üçüncü turunda mübarizə aparacaq şahmatçılarımızın adları açıqlanıb
16:00
26 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb
15:43
26 Sentyabr
Oktyabrda Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək
15:38
26 Sentyabr
Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
15:25
26 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb
15:15
26 Sentyabr
Statistika Komitəsində Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinə dair tematik seminar keçirilir
15:09
26 Sentyabr
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri İmişlidə vətəndaşları qəbul edib
15:07
26 Sentyabr
Hesablama Palatasının nümayəndə heyəti Ali Audit Qurumlarının Asiya Təşkilatının Assambleyasında iştirak edib
14:44
26 Sentyabr
Hikmət Hacıyev: Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb
14:35
26 Sentyabr
Eldar İbrahimov: "Azərbaycan dünyaya kosmik sənayesində də güclü olduğunu göstərir"
14:16
26 Sentyabr
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
14:10
26 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
14:07
26 Sentyabr
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
13:55
26 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir
13:53
26 Sentyabr
AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib - "Yarasa"
13:44
26 Sentyabr
Əhliman Əmiraslanov: Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulur
13:41
26 Sentyabr
Pauerliftinq üzrə ölkə kuboku yarışında polis idmançılar yüksək nəticələr qazanıblar
13:37
26 Sentyabr
Daşkənddə keçirilən forumda “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətindən də danışılıb
12:51
26 Sentyabr
Prezident İlham Əliyev: Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir
12:35
26 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb
12:27
26 Sentyabr
Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr qurulub
12:24
26 Sentyabr
Baş nazir Novruz Məmmədov “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
12:13
26 Sentyabr
Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
12:09
26 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə görüş keçirilib
12:06
26 Sentyabr
Əfsanəvi futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar
12:05
26 Sentyabr
Dünya Turizm Günü Bakıda silsilə tədbirlərlə qeyd ediləcək
11:51
26 Sentyabr
Astanada ikinci media həftəsi keçirilir
11:40
26 Sentyabr
Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə intellektual dirçəliş mərhələsi kimi daxil olub
11:28
26 Sentyabr
“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:23
26 Sentyabr
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
11:23
26 Sentyabr
Paytaxt məktəblərində valideynlərlə görüşlər davam edir
11:17
26 Sentyabr
Türkiyə KİV-ləri “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi barədə yazır
11:13
26 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi davam edir
11:03
26 Sentyabr
Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği davam edir
10:43
26 Sentyabr
“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başlayıb
10:33
26 Sentyabr
Elman Nəsirov: “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir
10:31
26 Sentyabr
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
10:25
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 91 dəfə pozub
10:01
26 Sentyabr
Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +21