Ana səhifə »  KİVDF »  Ölkəmizdə heyvandarlığın intensiv inkişafı istiqamətində mühüm işlər görülüb
A+   Yenilə  A-
Ölkəmizdə heyvandarlığın intensiv inkişafı istiqamətində mühüm işlər görülüb

Regionlarda mal-qara cins tərkibinin yaxşılaşdırılması məhsul istehsalının artmasına səbəb olub
Məlum olduğu kimi, dünyada yaranan çağırışlara uyğun olaraq Azərbaycan özünün etibarlı ərzaq təhlükəsizliyini təmin etməyi strateji hədəf kimi qarşıya qoyub. Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını təmin etmək, ərzaq məhsulları, o cümlədən də heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə layihələrin reallaşdırılması bu qəbildən olan tədbirlər sırasında yer alır.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir. Beləliklə, ölkəmizdə heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, xaricdən lizinq yolu ilə cins mal-qaranın alınması, müasir təsərrüfatçılıq modellərinin yaradılması istiqamətində mühüm işlər görülüb.
Yeri gəlmişkən dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında ölkəmizdə digər sahələr kimi, heyvandarlığın da inkişaf etdiyini vurğulayaraq deyib: “2004-cü ildə 196 min ton ət tədarük edilmişdir, keçən il 326 min ton. Bu sahədə də artım var. Cins mal-qaranın idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahədə irəliləyiş sürətli olacaq. Biz növbəti 5 il ərzində mal ətinin istehsalını 15 faiz artırmalıyıq”.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda diri çəkidə ət istehsalı 3 faiz artaraq 556,6 min ton, süd istehsalı 2,8 faiz artaraq 2 milyon 80,4 min ton olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ildə hər inək və camışdan orta hesabla 1589 kiloqram süd sağılıb. İlkin məlumatlara əsasən, bu il yanvarın 1-nə ölkə üzrə 8 milyon 357,9 min baş qoyun və keçi, 2 milyon 666,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 282,3 min baş inək və camışlar mövcud olub. Qaramal naxırının 48,1 faizini inək və camışlar təşkil edir.
Ötən il quşçuluq fabriklərində isə diri çəkidə 74,4 min ton quş əti və 640,2 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 12 milyon 257 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 169 ədəd yumurta alınıb.
Sözügedən istiqamətlərdə ayrı-ayrı regionlarda qeydə alınan nəticələrə gəlincə, bildirmək yerinə düşər ki, Yevlax rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cinsinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2018-ci ildə də davam etdirilib. Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni yolla mayalandırılması həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalamadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi bu sahəyə marağı artırıb. 2018-ci ildə rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 654 baş inək və düyə süni yolla mayalandırılıb, 317 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalama zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis”, “Şarole” cinsindən olan buğaların toxumları istifadə edilir.
Şimal bölgəsində yerləşən Zaqatala rayonunda isə ötən il 6324 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 1046 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovların sayı isə 2017-ci illə müqayisədə 1426 baş artaraq 3355 baş olub. Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Rasul Razaqov məlumat verib. Qurum rəsmisi bildirib ki, ötən il Zaqatala rayonu üzrə 2175 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 3355 baş cinsi yaxşılaşdırılmış buzova görə 335 min 500 manat subsidiya ödənilib. Rasul Razaqov deyib ki, hazırda rayonun şəxsi və fermer təsərrüfatlarında 29 min 615 baş inək və düyə var. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 2 ildə Zaqatala rayonunda 11 min 602 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 5 min 296 baş cinsi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 529 min 600 manat subsidiya ödənilib. Qurum rəsmisinin sözlərinə görə, süni mayalama tədbirlərinin həyata keçirilməsi nəticəsində yaxın 4-5 il ərzində rayonda olan mal-qaranın cins tərkibi tamamilə yaxşılaşdırılacaq. Hazırda Zaqatalada süni mayalama üzrə 12 mütəxəssis fəaliyyət göstərir.
Oğuz rayonuna gəlincə isə, 2018-ci ildə 854 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 881 baş cinsi yaxşılaşdırılmış buzova görə 88 min 100 manat subsidiya ödənilib. Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. O bildirib ki, ötən il rayonda 1452 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 632 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovların sayı isə əvvəlki illə müqayisədə 214 baş artıb.
Mərkəzin direktoru əlavə edib ki, son üç ildə Oğuz rayonunda 2272 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 1709 baş cinsi yaxşılaşdırılmış buzova görə 1500 nəfər heyvan sahibinə hər buzova 100 manat olmaqla, ümumilikdə 170 min 900 manat subsidiya ödənilib.
2018-ci ildə Balakən rayonunda isə 2488 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan buzovların sayı isə 2017-ci illə müqayisədə 143 baş artaraq 1219 baş olub. Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib. Onun sözlərinə görə, ötən il Balakən rayonu üzrə 1118 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 1219 baş cinsi yaxşılaşdırılmış buzova görə 121 min 900 manat subsidiya hesablanıb. Subsidiyanın 95 min 600 manatı ilin sonunadək heyvan sahiblərinə ödənilib. Qalan 26 min 300 manat vəsaitin də bu ilin birinci rübündə ödənilməsi təmin ediləcək.
Elvin Səmədov onu da bildirib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrasına uyğun olaraq, son 3 ildə Balakən rayonunda 7812 baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 2300 baş cinsi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 230 min manat subsidiya ödənilib. Hazırda rayonda süni mayalama üzrə 6 mütəxəssis fəaliyyət göstərir.
Saatlı rayonunda da heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, süni mayalama yolu ilə doğulan hər buzova görə maldarlara verilən subsidiyalar bu sahənin inkişafına güclü təkan verib, ət, süd istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olub. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində bu sahəyə marağı daha da artırıb.
Rayon statistika idarəsindən bildiriblər ki, hazırda rayonda 9 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 4 min 853 baş inək və düyədən 3 min 611 baş buzov alınıb ki, bu da 2017-ci ildəkindən 1457 baş çoxdur. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 3 min 100 manat subsidiya ödənilib. Saatlının heyvandarlıq təsərrüfatlarında 67 min 555 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalama yolu ilə cinsi yaxşılaşdırılmış heyvanlardır.
Qobustan rayonunda isə ötən il 737 baş cinsi yaxşılaşdırılan buzov alınıb və buna görə 600 nəfər heyvan sahibinə 73 min 700 manat subsidiya verilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, heyvandarlıq Qobustanda aqrar sektorun aparıcı sahələrindəndir. Fermerlər son illər mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Prezident İlham Əliyevin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən, doğulan hər baş cinsi yaxşılaşdırılan buzova görə 100 manat subsidiyanın verilməsi onların marağını daha da artırıb.
Qeyd edək ki, rayonda süni mayalandırma üzrə 4 mütəxəssis çalışır. Ötən il doğulan cinsi yaxşılaşdırılmış buzovların sayı 2017-ci illə müqayisədə 330 baş artıb. Təkcə bu ilin yanvar ayında 105 baş cinsi yaxşılaşdırılmış buzov doğulub.
Ötən il Samux rayonunda 5286 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb və 1472 baş bala alınıb. Samux Rayon Statistika İdarəsindən bildirilib ki, son 5 ildə rayonda süni mayalanmadan 5407 baş cins buzov doğulub. Bununla da aqrolizinq xətti ilə gətirilən cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins heyvanların sayı yerli mal-qaranın sayını üstələyib.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

 
  • Oxunub:  5160  |  
  • Tarix:  08-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA