Ana səhifə »  KİVDF »  Ölkəmizin regionlarında quruculuq işləri uğurla davam edir
A+   Yenilə  A-
Ölkəmizin regionlarında quruculuq işləri uğurla davam edir

Bu uğurlar Qax, Zaqatala, Balakən və Şəki rayonlarında da özünü əyani şəkildə göstərir

(əvvəli ötən sayımızda)

Son 5 ildə 700 şagird yerlik 4 məktəb binası, 190 yerlik 4 uşaq bağçası tikilib, 450 şagird yerlik 1 məktəb binası, 35 yerlik 1 uşaq bağçası əsaslı təmir olunub, mədəniyyət mərkəzi, inzibati binalar, yollar, körpülər tikilərək istifadəyə verilib, istehsal və xidmət sahələri yaradılıb. 2018-ci ildə Dövlət və İnvestisiya proqramlarında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri yüksəlib, ümumi məhsul buraxılışı 197,0 milyon manat təşkil edib, 2017-ci illə müqayisədə artım 1,2 faiz olub.
Hesabat dövründə rayonun ənənəvi kənd təsərrüfatı sahəsi hesab olunan baramaçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılıb, nəticədə 29,8 ton barama istehsal olunaraq təhvil verilərək proqnoza 130,3% əməl olunub. Rayon fermerləri tərəfindən hesabat ilində 643,0 ton və ya 2017-ci ilə nisbətən 2 dəfə artıq quru tütün istehsal edilərək emal müəssisələrinə təhvil verilib. Tütün istehsalının əvvəlki ilə nisbətən iki dəfə artmasına ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən tikilən 60 kameralı tütünqurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərib. Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər tarixən qərzəkli meyvəçiliyin, o cümlədən fındıqçılığın yaxşı inkişaf etdirildiyi rayonumuzda əhalinin bu sahəyə marağını artırıb. Bağlardan 6,2 ton fındıq tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 900 ton və ya 17,0 faiz çoxdur.
Rayonda meyvəçiliyin inkişafını stimullaşdırmaq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda satışını təşviq etmək, xurma və ondan hazırlanan məhsulları nümayiş etdirmək üçün ötən ilin 27-28 oktyabr tarixlərində ikinci Beynəlxalq “Xurma” festivalı keçirilib. Çoxlu sayda qonağın iştirak etdiyi festival milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, həmçinin rayonda istehsal olunan digər kənd təsərrüfatı məhsullarının təbliğində önəmli rol oynayır. 2018-ci ildə Balakən 2 saylı regional “ABAD” Mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artırılaraq 24-ə çatdırılıb.
Həmçinin 2018-ci ildə rayonda həyata keçirilən təmir-tikinti işləri çərçivəsində Balakən şəhəri ərazisində 23 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işləri aparılıb. 
Yol infrastrukturuna gəlincə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilən Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçay hissəsinin tikintisi davam etdirilib, yolboyu körpülər yenidən qurulub, avtobus dayanacaqları, su və kommunikasiya keçidləri, yol nişanları və istiqamətləndirici lövhələrin quraşdırılmasına başlanılıb. Yolun tikintisi ilə əlaqədar olaraq şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya xətləri dəyişdirilib. Hazırda 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun və 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi davam etdirilir. 2018-ci ildə rayonda ümumilikdə 62,6 km avtomobil yolu yenidən salınıb ki, bu da rekord göstəricidir.
Ötən il həmçinin rayonun Şərif kəndində inşa edilən 360 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılıb və məktəb şagirdlərin istifadəsinə verilib. 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisi başa çatdırılıb, mərkəzi xəstəxanada, 130 yerlik Qullar uşaq bağçasında təmir işləri aparılıb. Şəhərin Heydər Əliyev prospektində “ASAN xidmət” mərkəzinin üçmərtəbəli inzibati binasının tikintisinə başlanılıb.
2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində rayon üzrə 210 ailənin mənzil-məişət şəraitinə baxış keçirilib, onlardan 110 ailə xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün mal və materiallarla təmin edilib. Hesabat dövründə rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyət göstəricilərini əks etdirən məlumatların təhlili göstərib ki, tədris ilinin sonunda rayon üzrə biliyi qiymətləndirilən şagirdlərin 99,8 faizi müvəffəq qiymət alıb. Şagirdlərin ibtidai təhsil səviyyəsində 30 faizi, ümumi orta təhsil səviyyəsində 14,6 faizi, tam orta təhsil səviyyəsində isə 12,5 faizi tədris ilini əla qiymətlərlə başa vurublar. 2018-ci ildə tam orta məktəb pilləsini bitirənlərin 336 nəfəri qəbul imtahanlarında güclərini sınayıb, onlardan 235 nəfər tələbə adını qazanıb. 17 nəfər məzun 600-dən yuxarı, 37 nəfər isə 500-dən 600-ə qədər bal toplayıb. 2018-ci ildə ali məktəblərə qəbul olunanlar bütün məzunların 31,3 faizini, sənəd verənlərin isə 70,0 faizini təşkil edir.
Yığıncaqda həmçinin 2018-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
2018-ci ildə Şəki rayonunda isə 459 milyon 235 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 13 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 109 milyon manatdan çox investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 20,7 faiz artıb. Əsas kapitala yönəldilən investisiyanın 100 milyon 938 min manatı və ya 92,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Bu müddət ərzində rayonda 2118 yeni və daimi iş yeri açılıb. Bu barədə Şəkidə 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsində bildirib ki, 2018-ci il Şəki rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri əlamətdar və yaddaqalan olub. Oktyabrın 29-da reallaşan səfər zamanı dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, Şəki-Kiş avtomobil yolunun, “ASAN həyat” kompleksinin, qarışıq tipli uşaq evinin yeni binasının, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışlarında iştirak edib.
Respublikanın ən iri aqrar rayonlarından olan Şəkinin kənd təsərrüfatında taxılçılıq əsas istehsal sahələrindən biridir. Ötənilki mövsümdə rayonun taxılçıları 66 min 839 hektar sahədən 221 min ton məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 33 sentner olub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min ton artıb. 2018-ci ilin payızında cari ilin məhsulu üçün 68 min 68 hektar sahədə taxıl səpini həyata keçirilib.
Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafı ilə bağlı tədbirlər davam etdirilib. Yaş barama istehsalı əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 48 tona çatıb. Mövsüm ərzində baramaçılıq sahəsində 2851 nəfər işlə təmin olunub. Ötən il şəkili kümçülər yaş barama istehsalından 400 min manatdan çox gəlir əldə ediblər. 2018-ci ildə respublikada 514 ton yaş baramanın istehsal edilməsi bölgənin ən iri sənaye müəssisələrindən olan “Azər İpək” MMC-nin ilboyu fəaliyyət göstərməsinə zəmin yaradıb.
Onu da qeyd edək ki, 2018-ci ildə rayonda 2977 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb. Cari ildə tütün əkini sahələrinin artırılaraq 1030 hektara çatdırılması proqnozlaşdırılır. Hesabat dövründə rayonda 650 hektarda yeni fındıq bağları salınıb. Ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq, rayonun Bolludərə, Qaratorpaq və Sarıca kəndləri ərazisində “Aqroinkişaf 2017” MMC tərəfindən icarəyə götürülən 8969 hektar sahədə aqropark yaradılır. Ötən il aqroparkın ərazisində 194 hektarda müasir aqrotexniki qaydada qoz bağı salınıb. Suvarma işlərini həyata keçirmək məqsədilə aqroparkın ərazisində 700 min tonluq su anbarı, həmçinin əkin sahələrinin damcı üsulu ilə suvarılmasını təmin etmək üçün 700 tonluq su anbarı tikilir, ərazidə 7,5 kilometr uzunluğunda sahələrarası yol çəkilir.
2018-ci ildə “Green Faktoru” MMC-nin bağçılıq təsərrüfatında istehsal olunan 800 ton müxtəlif növ meyvə ölkə daxilində satılmaqla yanaşı, Rusiya və MDB ölkələrinə də ixrac edilib. Cari ildə meyvə istehsalının 1400 tona çatdırılması və məhsulun ixrac coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.
Məruzədə 2018-ci ildə rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, ötən il Baş Zəyzid kəndində tam orta məktəb üçün 624 şagird yerlik və şəhərdəki 3 saylı uşaq bağçası üçün yeni binalar tikilib istifadəyə verilib. Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Qayabaşı-Bolludərə-Qaratorpaq kəndlərini birləşdirən avtomobil yolunun çəkilişi işləri davam etdirilib.
Yığıncaqda 2018-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər geniş təhlil olunub. Diqqətə çatdırılıb ki, ötən il 3620 mənzil təbii qazla təmin olunub. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilib. 
Nardar BAYRAMLI

 
  • Oxunub:  2550  |  
  • Tarix:  13-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+15 +18