Ana səhifə »  KİVDF »  Turizmin inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
A+   Yenilə  A-
Turizmin inkişafı istiqamətində atılan addımlar davamlı xarakter daşıyır

Bundan əvvəlki aylarda olduğu kimi martda da ölkəmizə gələn xarici turistlərin sayında artım müşahidə edilib
Ölkəmizdə digər sahələr kimi turizmin inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. İstər bu tədbirlərin reallaşdırılması, istərsə də qurulan yeni infrastruktur, bölgələrdə tikilən iaşə obyektləri, yaradılan yüksək xidmət öz növbəsində yerli turistlərlə yanaşı, xarici turistlərin də regionlarımıza daha çox maraq göstərməsinə səbəb olur. O cümlədən dövlətimizin göstərdiyi davamlı diqqət və qayğı bu sahənin daha da inkişaf etməsinə imkan yaradır. Bu məqamda onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ölkəmizdə “Turizm haqqında” qanunun qəbul edilməsi ilə yanaşı, turizm sektorunun inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı da uğurla yerinə yetirilib. Dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən respublikamızda elektron viza sisteminin tətbiqi həyata keçirilir. Eləcə də ölkəmizdə turizm sektorunun inkişafı ilə bağlı yaxın, orta və uzunmüddətli dövrü əhatə edən Strateji Yol Xəritəsinin təsdiqlənməsi də bir daha göstərir ki, Azərbaycanda turizmin inkişafı yaxın gələcəkdə daha da sürətləndiriləcək.
Yeri gəlmişkən, Novruz bayramı ilə əlaqədar olaraq bölgələrimizə turistlərin gəlişində artım müşahidə olunub. Məsələn, bayram tətili ilə əlaqədar İsmayıllı rayonuna turist axını xeyli artıb. Xarici turistlər əsasən Rusiya Federasiyasından və Avropa ölkələrindən olublar. Verilən məlumata əsasən bayram günlərində rayondakı istirahət mərkəzləri ilə yanaşı, kənd evlərinə də maraq çoxalıb. Rayon mərkəzində yaxın zamanlarda yeni 3 ulduzlu hotel açılacaq ki, bu da gələn turistlərin artmasına səbəb olacaq. Ümumilikdə bayram günlərini rayonda istirahət mərkəzlərində və kənd evlərində keçirənlər keçən ilə nisbətən 10 faizdən çox artıb.
Bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin də sayı xeyli artıb. Belə ki, “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla iki minə yaxın turist faydalanıb. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də olub. Martın 25-nə olan məlumata görə, son altı gündə turizm mərkəzi 10 mindən çox qonaq qarşılayıb.
Onu da qeyd edək ki, Novruz bayramı ilə əlaqədar turizm mərkəzində tətil günlərinin sonuna qədər davam edən bayram proqramı və şənliklər hazırlanıb. Bayram günləri üçün turizm mərkəzində yerləşən hotellərdəki yerlərin 70-80 faizdən çoxu əvvəlcədən sifariş verilib. Hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb.
Buraya ilk dəfə gələn Bəhreyn vətəndaşı Şahraban Husan KİV-ə açıqlamasında kompleksdəki qiymət və xidmətlərdən razı qaldığını söyləyərək bildirib: “Biz Bəhreyndən qrup halında gəlmişik. Səkkiz gündür ki, Azərbaycandayıq. Bakıdan sonra Qusara gəldik. Buranın təbiətini, qarlı havada kanatla gəzintini, xizəkdə sürüşməyi çox bəyəndim. “Şahdağ” Turizm Mərkəzindən sonra istirahətimizi Qəbələdə davam etdirəcəyik”.
Səudiyyə Ərəbistanından olan Yusif Abdulqani də Azərbaycanın turizm məkanlarında ilk dəfədir ki dincəldiyini deyib. “Turizm mərkəzinin dağlarla əhatə olunması göz oxşayır. Kompleksdəki xidmətlər yüksək səviyyədədir. Qusarı çox bəyəndim. İnsanları qonaqpərvər, təbiəti gözəldir. Azərbaycana yenə gələcəyəm”, - deyə əcnəbi qonaq bildirib.
Bayram günlərində bu rayona gələn çoxsaylı yerli turistlərdən biri də Asim Mustafayevdir. Qusarda belə bir müasir istirahət mərkəzinin olmasının onu çox sevindirdiyini vurğulayan A.Mustafayev deyib: “İndi xarici ölkələrə getməyə ehtiyac yoxdur. Mən dünyanın bir çox ölkələrində olmuşam. Müqayisə edəndə görürsən ki, burada yaradılan şəraitlə yanaşı, xidmətlərin səviyyəsi də yüksəkdir. Gördüklərim müsbət fikir söyləməyə əsas verir”.
Turizm mərkəzi Novruz günlərində də müxtəlif əyləncələrlə qış istirahətini sevənlərin könlünü oxşayıb. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarına verilib.
“Şahdağ” Turizm Mərkəzində qış mövsümü martın sonunadək davam edəcək. Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Xınalıq və Qəçrəş istirahət zonalarına üz tutublar.
Turist axını Qubada da qeydə alınıb. Belə ki, Quba Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi günlərdəkindən 50-60 faiz çox olub. Gücləndirilmiş iş rejimində çalışan mərkəzdə “qaynar xətt” yaradılıb.
Bayram tətili günlərində Şəki şəhərinə gələn turistlərin də sayında xeyli artım müşahidə olunub. Məlumat üçün bildirək ki, turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də rayondakı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaralar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki xanlarının sarayı, həmçinin ötən il istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi yerli və xarici turistlərin daha çox marağına səbəb olur. Qeyri-rəsmi məlumata görə, tətil günlərində qoruğun ərazisinə 10 mindən çox turist gəlib.
Qoruğun direktoru Təranə Abdullayeva bildirib ki, bayram günlərində şəhərin qonaqlarının əksəriyyətini yerli turistlər, həmçinin müxtəlif turizm turlarının iştirakçıları təşkil edib. Əcnəbi turistlər arasında isə ruslar və Çindən gələnlər çoxluq təşkil edib.
T.Abdullayevanın dediyinə görə, bayram günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki bütün muzeylərin, o cümlədən Xan sarayının qapıları səhər saatlarından axşamadək qonaqların üzünə açıq olub. Turistlərə xidmət göstərmək üçün Şəki xanları sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnən geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi yaradılıb. Turistlər burada dincəlib, milli geyimdə foto çəkdirib, Şəki şirniyyatları ilə samovar çayına qonaq olublar. Uşaqlar üçün müxtəlif attraksionlar quraşdırılıb. Turistlər Novruz bayramı münasibətilə qoruğun ərazisində, eləcə də şəhərin ayrı-ayrı məhəllələrində təşkil edilən şənliklərdə iştirak edib, xalqımızın qədim adət-ənənələri ilə yaxından tanış olublar.
Qoruğun direktoru bildirib ki, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də turistlərə göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir. Onlar milli yeməklərdən olan Şəki pitisinə, paxlavaya, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir.
Ağcabədi rayonundan olan Camal Əliyev KİV-ə açıqlamasında bildirib ki, o, Novruz tətili günlərini müəllim həmkarları ilə birlikdə Azərbaycanın qədim diyarlarından olan Şəkidə keçirməyi qərara alıb. Hər dəfə Şəkiyə gələndə bir qayda olaraq, mütləq Xan sarayını ziyarət etdiyini vurğulayan ağcabədili qonaq deyib: “Şəki ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilib. Azərbaycanın digər bölgələri kimi, bu şəhərdə də tarixi-mədəni irsimizin qorunmasına yüksək diqqət və qayğı göstərilir. Şəki xanlarının sarayı ölkəmizin ən möhtəşəm memarlıq abidələrindəndir. Ona görə də hamıya məsləhət görürəm ki, imkan tapan kimi Şəkiyə gəlsinlər, Azərbaycan memarlığının nadir incilərindən olan bu gözəl sarayı ziyarət etsinlər”.
Azərbaycana Hollandiyadan qonaq gələn Jeron Homan da Şəkinin çox gözəl təbiətə malik olduğunu bildirib: “Sevinirəm ki, bu gözəl şəhərə bayram günlərində gəlmişəm. Hər yerdə şən əhval-ruhiyyə hiss olunur, insanların üzü gülür. Gözəl adət-ənənələriniz var. Şəhərin sakinləri çox qonaqpərvər və istiqanlıdırlar, turistlərlə çox gözəl ünsiyyət qururlar. Xan sarayının şəbəkə pəncərələri mənim çox xoşuma gəldi. Ölkənizə yenə də gəlməyi düşünürəm”.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın turizm potensialı bu gün dünyada olduqca böyük şöhrət tapıb. Bu səbəbdəndir ki, artıq xarici mətbuat səhifələrində də Azərbaycanın turizm mərkəzləri və potensialı ilə bağlı zaman-zaman mühüm məqalələr dərc olunur. Qətərin “Qalf Tayms”, “al-Arab”, “Lusail”, “al-Raya”, “Peninsula”, “al-Şarq”, həmçinin Livanın “əl-Cümhuriyyə”, “Cedarnyus”, “Menanyus24”, “Alarabiyya”, “Naharnyus”, “Lebanese nyus” və “Alseyasa” qəzetlərində də Azərbaycanın turizm potensialından bəhs edən məqalələr dərc edilib.
Məqalələrdə paytaxt Bakının qədim və müasir tikililərinin, Xəzər dənizinin gözəl sahilyanı ərazilərinin, valehedici qarlı dağların Azərbaycana gələn turistləri məftun etməsindən, ölkəmizin turizm potensialının inkişafından, bu sahədə yaradılan infrastrukturdan danışılır.
Yazılarda ölkəmizin tarixi məkanlarından, turistik yerlərindən söhbət açılır, Bakının, Qusarın, Qəbələnin gəzməli-görməli yerləri barədə məlumat verilir, qeyd edilir ki, Bakı dünyada dəniz səviyyəsindən aşağıda yerləşən yeganə paytaxt, üstəlik ən böyük belə şəhərdir. Xəzər dənizinin sahilində yerləşən Bakı bu dənizin hövzəsindəki ən böyük şəhər statusunu da daşıyır. Buradakı müasir binalar şəhərin qədim arxitekturası ilə vəhdət təşkil edir.
Məqalələrdə bildirilir ki, Azərbaycandakı tikililər müxtəlif üslubların möhtəşəm harmoniyasıdır. Bu binalarda yüz illər ərzində baş vermiş mədəni dəyişikliklər əks olunur. Ölkənin hər yanında minarələrdən tutmuş mozaikalara, orta əsrlərə aid tikililərdən müasir dövrün nümunələrinədək müxtəlif binalara rast gəlinir. Bundan başqa, Azərbaycanın hər bölgəsinin özünəməxsus xüsusiyyəti var.
Həmçinin yazılarda Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi və rəsm qalereyası, eləcə də Şahdağ Qış-Yay Turizm Kompleksi barədə məlumat verilir.
Ölkəmizdə turizmin inkişafından danışarkən onu da bildirmək yerinə düşər ki, Azərbaycan iki yaşa qədər uşaqlarla səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib. Rusiyanın “Tutu.ru” vahid səyahət servisi 2018-2019-cu illərdə alınmış aviabiletləri təhlil edərək belə qənaətə gəlib ki, iki yaşa qədər uşaqları olan valideynlər əsasən ölkə daxilində, xüsusilə də Moskva və Sankt-Peterburqa səyahət edirlər. Belə valideynlərin 12 faizi yaxın xaricə, o cümlədən Azərbaycan, Moldova, Gürcüstan, Tacikistan, Özbəkistan və s. səyahət edirlər. İki yaşınadək uşaqla uzaq xaricə səyahətə çıxanlar isə yalnız 12 faiz təşkil edir.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  2730  |  
  • Tarix:  28-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 21:28
Rusiya telekanalı Formula 1 SOCAR Azərbaycan Qran Prisinə reportaj həsr edib
19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA