Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Regionlarda yaz-tarla əkin işləri uğurla davam etdirilir

Regionlarda yaz-tarla əkin işləri uğurla davam etdirilir

30.05.2019 [09:44]

Bu ilin ilk 4 ayı ərzində 303,9 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra olunması bölgələrdə iqtisadi potensialın və aktivliyin artmasına mühüm töhfələr verməklə yanaşı, qarşıda duran strateji hədəflərə çatmağa imkan yaradır. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində işlər müvəffəqiyyətlə icra olunur. Məhz bu proqramlar çərçivəsində həyata keçirilən işlər aqrar sahənin inkişafını da şərtləndirib. Daha dəqiq desək, Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində də həyata keçirilən kompleks tədbirlər təqdirəlayiq hal kimi olduqca yüksək qiymətləndirilir, ölkənin ümumi sosial-iqtisadi tərəqqisinə öz töhfəsini verir. Başqa sözlə, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bu gün ölkəmizin regionlarında müasir infrastruktur yaradılır, bu istiqamətdə innovativ metodlar və qabaqcıl təcrübənin səmərəli tətbiqi müsbət nəticələr verir, azad sahibkarlığın dəstəklənməsi çərçivəsində, qeyd etdiyimiz kimi, fermerlərə subsidiyalar, güzəştli kreditlər verilir. Daha dəqiq desək, taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. Eyni zamanda, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Beləliklə, ölkəmizdə bu sektorun inkişafı daim diqqət mərkəzindədir.
Digər tərəfdən, ölkəmizdə aqrar sektorda böyük ixrac potensialı mövcuddur. Bu potensialdan istifadə etməklə kənd təsərrüfatı sahəsində istehsal həcmlərinin artırılması və bu kontekstdə ixrac imkanlarının genişləndirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilir. Azərbaycanın bölgələrindən kənd təsərrüfatı məhsullarının ixrac həcmlərinin genişləndirilməsi valyuta daxilolmalarının artmasına da imkan yaradır, bu isə son nəticədə ölkəmizin dinamik inkişafına mühüm töhfələr verir.
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində görülən tədbirlər, həmçinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, ərzaq təhlükəsizliyinin təmin olunması hər bir ölkənin qarşısında duran strateji xarakterli vəzifələrdən biridir. Bu sahədə irəliləyişə nail olmaq ölkələrin ümumi sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması üçün xüsusi önəm kəsb edir. Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması strateji məqsəd kimi müəyyənləşdirilib, ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi üçün möhkəm əsaslar yaradılıb.
Yeri gəlmişkən, bu ilin ilk 4 ayı ərzində 303,9 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 47,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 17,8 min hektarı dən üçün qarğıdalı), 48,1 min hektar sahədə kartof, 45 min hektar sahədə tərəvəz, 14,4 min hektar sahədə bostan bitkiləri, 7,2 min hektar sahədə şəkər çuğunduru, 11,9 min hektar sahədə dən üçün günəbaxan, 0,7 min hektar sahədə tütün, 76,1 min hektar sahədə pambıq, 51 min hektar sahədə çoxillik otlar, 1,2 min hektar sahədə birillik otlar və 0,7 min hektar sahədə digər yazlıq bitkilər əkilib.
Vurğulayaq ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin ilk 4 ayında kənd təsərrüfatının ümumi məhsulu 3,9 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 22,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,9 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin əvvəlindən mayın 1-dək 40,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox kartof, 91,6 min ton və ya 3 faiz çox tərəvəz toplanıb.
Samux rayonunda bütün təsərrüfat kateqoriyaları daxil olmaqla may ayının əvvəlinə kimi 5885,5 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Aparılmış yazlıq əkinin 517,5 hektarı çoxillik otlar, 314,5 hektarı kartof, 550,5 hektarı tərəvəz, 431 hektarı yazlıq buğda, 618 hektarı yazlıq arpa, 2759 hektarı günəbaxan, 367 hektarı şəkər çuğunduru, 4 hektarı paxlalılar, 153 hektarı bostan, 167 hektarı qarğıdalı, 4 hektarı birillik otlar olub. Qeyd edək ki, 2019-cu ilin məhsulu üçün aparılmış yazlıq bitkilərin əkininin 4541,5 hektarı ailə kəndli və ev təsərrüfatlarının, 1344 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Hacıqabul rayonunda da cari ilin məhsulu üçün yazlıq bitkilər əkini davam edir. Qeyd edək ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları ilin ötən 4 ayı ərzində 2814 hektar sahədə yazlıq bitkilər əkini aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur. Əkin aparılmış sahələrin 156,8 hektarını çuğundur, 611 hektarını yonca, 46 hektarını kartof, 407 hektarını tərəvəz, 695 hektarını bostan bitkiləri, 400 hektarını pambıq, 14 hektarını isə kələm bitkisi təşkil edir. Rayonda yazlıq bitkiləri əkini davam edir. Qeyd edək ki, yaz tarla işlərinə rayon üzrə ümumilikdə 1532 nəfər işçi cəlb olunub.
Bu il Şəki rayonunun təsərrüfatlarında 5266 hektar sahədə yazlıq bitkilərin əkini planlaşdırılır. Hazırda təsərrüfatlarda yaz-tarla işləri qızğın şəkildə davam etdirilir. Torpaq mülkiyyətçiləri indiyədək 3737 hektar sahədə yazlıq bitki əkiblər. Vurğulayaq ki, məhsul istehsalçıları indiyədək 631 hektar sahədə kartof, 856 hektarda tərəvəz, 431 hektarda dən üçün qarğıdalı, 128 hektarda bostan bitkiləri əkib, 115 hektara dən üçün vələmir, 212 hektara birillik otlar, 310 hektara yonca toxumu səpiblər. Cari ildə rayonun təsərrüfatlarında 950 hektarda tütün əkilməsi nəzərdə tutulur. Fermerlər indiyədək 561 hektara “Virciniya”, 230 hektara yerli tütün sortları olmaqla, ümumilikdə 791 hektar sahəyə şitil köçürüblər.
Bu ilin ilk 4 ayı ərzində Göygöl rayonunda da 1309 hektar sahədə yazlıq əkin aparılıb. Rayonun tarlalarında hələ ötən ilin payızında 2019-cu ilin məhsulu üçün 8228,8 hektar, bu ilin 4 ayında isə 25 hektar dənli və dənli paxlalıların səpini aparılıb.
Həmçinin bu vaxta qədər sahələrə 522 hektar kartof, 205 hektar tərəvəz, 3 hektar dən üçün qarğıdalı, 35 hektar yazlıq yonca, 189 hektar dən üçün günəbaxan, 330 hektar şəkər çuğunduru əkilib. İndiyə qədər rayon üzrə payızlıq və yazlıq əkinlərin ümumi sahəsi 9537,8 hektar təşkil edib.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yaz-tarla işləri davam etdirilir. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə aqrotexniki qulluq göstərirlər. İndiyədək rayonda 8086,7 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 6 hektarı yazlıq buğda, 682,5 hektarı şəkər çuğunduru, 873 hektarı təzə yonca, 1915,3 hektarı dən üçün günəbaxan, 3427 hektarı pambıq, 374 hektarı kartof, 693,8 hektarı tərəvəz və digər bitkilərdir.
Hazırda rayonda ötən ilin payızında səpilmiş taxıla dən suyu verilir, pambıq tarlalarında və digər yazlıq əkinlərdə becərmə işləri aparılır.
Neftçala rayonunda da cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir. Əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları ilin ötən dörd ayında 5564,1 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz çoxdur. Əkin aparılmış sahələrin 1888 hektarını yonca, 114 hektarını kartof, 119,5 hektarını tərəvəz, 203 hektarını bostan bitkiləri, 3162,6 hektarını pambıq, 77 hektarını isə dənli bitkilər (vələmir və qarğıdalı) təşkil edib.
Astara rayonunda isə artıq bir neçə gündür ki, çəltik əkininə başlanılıb. Vurğulayaq ki, Astara rayonu hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliklə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.
Qeyd edək ki, ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin rayonda inkişafı üçün geniş imkanlar yaradıb. 2018-ci ildə rayonda 450 hektar sahədə çəltik əkildiyi halda, bu il bu rəqəmin 500 hektara, gələcəkdə isə 1000 hektara çatdırılması nəzərdə tutulub.
Ötən il rayonda çəltikçilikdə məhsuldarlıq hər hektardan 37 sentner olmaqla, ümumilikdə, 1660 ton məhsul istehsal edilib. Bu il isə sahələrdən 1800 tona yaxın çəltiyin yığılması planlaşdırılır. Rayonda çəltikçilik əsasən Artupa, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir.
Çəltikçiliyin inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə rayona müvafiq texnika və digər avadanlıqlar gətirilir. Xüsusən çəltik toxumunun səpin üsulu ilə əkilməsi üçün yerlərin hazırlanmasına diqqət artırılıb.
Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçiləri var.
Balakən rayonunun təsərrüfatlarında isə bu il 7 min hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Fermerlər indiyədək 6 min hektarda qarğıdalı əkiblər. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötən il rayonda 43 min tona yaxın dən qarğıdalı istehsal olunub.
Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi də sürətlə davam etdirilir. Fermerlər indiyədək 307,5 hektar sahəyə şitil köçürüblər. Builki mövsümdə rayonda 450 hektarda tütün əkilməsi nəzərdə tutulur.
Bu il Cəlilabad rayonunda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər, 1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar çiyələk əkilib. Qeyd edilməlidir ki, bu il rayonda əkilmiş 4800 hektar kartof sahəsindən 110 min tondan artıq məhsul gözlənilir. İstixana şəraitində 1500 hektar sahədə 35 min ton faraş kartof məhsulu istehsal edilib və Rusiya Federasiyasına 25 min ton kartof ixrac edilib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30