Ana səhifə »  KİVDF »  Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
A+   Yenilə  A-
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir

Avqust ayının 1-nə qədər tarlalardan 576,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz çox kartof yığılıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizdə bütün sahələrin, o cümlədən aqrar sektorun da inkişafını təmin edib. Daha dəqiq desək, reallaşdırılan uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, aqrar sahəyə, fermerlərə göstərilən maliyyə dəstəyi və subsidiyalar, həmçinin tətbiq edilən vergi güzəştləri kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
Kənd təsərrüfatının inkişafından söz açarkən ayrı-ayrı sahələrin, o cümlədən kartofçuluğun inkişafını da vurğulamaq yerinə düşər. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması bol məhsul əldə edilməsi istiqamətində icra olunan mühüm işlərdən biridir. Əksər mütəxəssislərin vurğuladıqları kimi, müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə bu cür ixtisaslaşmış müəssisələrin yaradılması kənd təsərrüfatının inkişafında da böyük əhəmiyyət daşıyır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir.
Cari il yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışındakı çıxışında tərəvəzçilik məhsullarının istehlakında idxaldan asılılığın azaldılması, ölkəmizin ixrac potensialının artırılmasına toxunub: “Tərəvəzçilik bizim kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir. Yəqin siz bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq”.
Yuxarıda qeyd olunduğu kimi, dövlət başçısının birbaşa qayğısı və diqqəti ilə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması sayəsində kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır.
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, institutun Şəmkir Dayaq Məntəqəsi ilə yanaşı, Tovuz rayonunda yerləşən Təcrübə Stansiyasının dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Sarıtala ərazisindəki əkin sahələrində milli kartof sortlarının toxumları yetişdirilir. Burada rayonlaşdırılmış “Telman”, “Sevinc”, “Əmiri-600” sortlarının yüksək reproduksiyalı toxumlarının istehsalı ilə yanaşı, yeni sort nümunələrinin seleksiyası və kolleksiya materiallarının, həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir. Biotexnologiya laboratoriyasında əldə edilmiş virussuz kartof miniyumrularının əkinləri də ilk olaraq burada reallaşdırılıb.
Xatırladaq ki, toxumluq kartofun dağlıq ərazilərdə əkini aprel ayının ikinci yarısında, yığımı isə sentyabr ayının ikinci ongünlüyündən oktyabr ayının birinci ongünlüyünə qədər aparılır.
Bu məqamda qeyd edək ki, kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluq Qazaxda da ənənəvi sahələrdən hesab olunur. Statistik rəqəmlərin təhlili göstərir ki, son illərdə rayonda kənd təsərrüfatının ən çox inkişaf etmiş sahələrindən biri kartofçuluqdur.
Ötən il həm əkin sahəsi, həm də tədarük olunan məhsulun həcmi xeyli artıb. Belə ki, təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq keçən il əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar. Düzgün aparılmış aqrotexniki qulluq nəticəsində sahələrdən 29 min 865 ton məhsul toplanıb. Orta məhsuldarlıq isə hər hektara 275 sentner təşkil edib.
İldən-ilə kartof sahələrini genişləndirən qazaxlı sahibkarlar, ötən ilə nisbətən bu il əkin sahəsini 234 hektar artıraraq 1320 hektara çatdırıblar. Hazırda kartof yığımını davam etdirən fermerlər sahələrdən bu il də bol məhsul yığacaqlarına əmindirlər.
Kartofçuluq Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Ötən il rayonda 1059,7 hektar sahədən 18 min 376 ton kartof yığılıb. Hər hektar üzrə məhsuldarlıq 173,7 sentner təşkil edib. Bu il digər əkin sahələrinin hesabına rayonda kartof əkini 215,2 hektar azalsa da, sahələrdə bol məhsul yetişdirilib. Cari ilin məhsulu üçün 844,5 hektar sahədə kartof yetişdirən fermerlər və məhsul istehsalçıları məhsul yığımını davam etdirirlər. Rayonun Təklə, Qarğalıq, Təzə Alvadı və Çaxırlı ərazilərində bu sahədə irəliləyiş var.
Rayonda kartof yığımı kampaniyası başa çatmaq üzrədir. Məhsul istehsalçıları 350 hektardan çox sahənin məhsulunu yığıblar. Bazara 12 min 451,1 ton kartof çıxarılıb. 285 hektar sahədə məhsul yetişdirən Təklə kəndinin fermerləri artıq 200 hektarın kartofunu yığıblar. Faraş məhsul yetişdirən fermerləri qiymətlər də qane edir. Bu il Masallıda 15 min tonadək kartof istehsalı nəzərdə tutulub.
Kürdəmir rayonunda cari mövsümdə 11 min 463 ton yazlıq kartof istehsal olunub. Bu göstərici ötən ildəkindən 652 ton və ya 6 faiz çoxdur. Rayon statistika idarəsindən bildirilib ki, kartofçuluq Kürdəmirdə ənənəvi sahədir və hər il əkin sahələri, eləcə də məhsul istehsalı artır. Artıq istehsal edilən kartof nəinki yerli, ətraf rayonların bazarlarına çıxarılıb.
Qeyd edək ki, kartof rayonun daha çox Kürqırağı ərazilərində, o cümlədən Axtaçı, Mehdili, habelə Muradxan, Ərəbqubalı və digər bir sıra ərazi dairələrində əkilir.
Sabirabadda isə kartof yığımı yekunlaşmaq üzrədir. Məhsul istehsalçıları bu günədək 1342 hektar sahənin məhsulunu toplayıblar ki, bu da ümumi kartof sahəsinin 98,5 faizini təşkil edir. Rayon Statistika İdarəsindən bildiriblər ki, sabirabadlı əkinçilər erkən yazda 1362 hektar sahədə kartof əkiblər. Bitkiyə nümunəvi qulluq göstərildiyindən bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 1342 hektar sahədən 19 min 8 ton kartof toplayıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 155 ton çoxdur. Hər hektardan 140,8 sentner kartof əldə olunub. Tədarük olunan məhsulun demək olar ki, 80-85 faizi rayonun Qasımbəyli kəndində fəaliyyət göstərən sahibkarlar tərəfindən toplanılıb. Rayonda məhsul yığımı yaxın günlərdə başa çatacaq.
Rayonun Qasımbəyli kənd sakini Rubin Rəhimov bu il 1,5 hektar sahədə kartof becərib. Məhsul istehsalçısı artıq yığımı başa çatdırıb. “Becərdiyim kartof sahəsinin hər hektarından 141,9 sentner məhsul götürməklə 21 ton kartof toplamışam. Məhsuldan hər il yaxşı mənfəət götürdüyümdən növbəti ildə əkin sahəsini genişləndirərək 2,5 hektara çatdırmaq fikrindəyəm”, - deyə əkinçi KİV-ə açıqlamasında bildirib.
İmişli rayonunda isə fermerlər cari ilin məhsulu üçün erkən yazda 176,8 hektar sahədə kartof əkiblər. Torpaq mülkiyyətçiləri bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub. Rayon Statistika İdarəsindən bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 176,8 hektar sahədə kartof becəriblər. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər sahələrdən 2 min 215,3 ton kartof toplayaraq məhsul yığımını başa çatdırıblar. Hər hektarın məhsuldarlığı, ümumilikdə, 125,3 sentner olub ki, bu da ötən ildəkindən 26 sentner çoxdur.
Bölgələr, Kəhər, Soltanmurad, Aranlı kəndlərində fəaliyyət göstərən fermerlərin kartof sahələrinin məhsuldarlığı ümumrayon göstəricisindən 10-15 sentner çox olub. Sayanlı fermerlər cari ilin məhsulu üçün erkən yazda 431 hektar sahədə kartof əkiblər ki, bu da ötən il becərilən kartof sahələrindən 11 hektar çoxdur. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən məhsul bol olub.
Rayon Statistika İdarəsindən bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan əkinçilər sahələrdən 5 min 14,6 ton kartof toplayıblar. Hər hektarın məhsuldarlığı, ümumilikdə, 121,4 sentner olub ki, bu da ötən ildəkindən 1 sentner çoxdur.
İsmayıllı rayonunun Talıstan, Sumağallı və Diyallı kəndləri ərazisində cari ildə 220 hektar sahədə sənaye üsulu ilə kartof əkini aparılıb və hazırda məhsul yığımı davam edir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə əkin aparılan sahələrdən yüksək məhsul götürülür. Belə ki, kartofçuluğun ənənəvi sahə olduğu rayonda hazırda hər hektarda orta məhsuldarlıq 110-115 sentner olduğu halda, sahibkarların sənaye üsulu ilə əkdikləri ərazilərdən əldə etdikləri məhsul 400-500 sentnerdir.
Neftçala rayonunda isə kartof yığımı artıq başa çatıb. Əkinçilər qısa müddətdə 114 hektar kartof sahəsinin məhsulunu toplayıblar. Rayon statistika idarəsindən bildirilib ki, bu il Neftçalada 114 hektar sahədə kartof əkilib. Torpaq mülkiyyətçiləri becərdikləri bitkiyə nümunəvi qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib. Xeyli müddətdir ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri kartof sahəsindən 1354,3 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 11,8 sentner olub.
Sonda bir daha qeyd edək ki, kartofçuluq sahəsinə diqqət öz bəhrəsini verir və məhsuldarlıq ötən ilə nisbətən artıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumiyyətlə ölkə üzrə regionlarda avqust ayının 1-nə kimi tarlalardan 576,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz çox kartof, 1011,4 min ton (9,3 faiz çox) tərəvəz, 349,8 min ton (13,5 faiz çox) bostan məhsulları yığılıb.
Qaşqay RAMAZANOV

 
  • Oxunub:  4980  |  
  • Tarix:  24-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib

28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"
28 Yanvar 12:42
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
28 Yanvar 12:35
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
28 Yanvar 12:10
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
28 Yanvar 11:16
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib
28 Yanvar 11:08
Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"
28 Yanvar 10:54
Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28 Yanvar 10:42
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
28 Yanvar 10:29
Seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti yanvarın 30-dək başa çatır
28 Yanvar 10:25
Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib
28 Yanvar 10:14
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28 Yanvar 09:36
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28 Yanvar 09:32
Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
27 Yanvar 21:16
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Yanvar 21:11
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub
27 Yanvar 21:09
Hulusi Kılıç: Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək
27 Yanvar 20:51
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi
27 Yanvar 18:01
BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü
27 Yanvar 18:00
Məzahir Pənahov: 1374 nəfərin namizədliyi qeydə alınıb
27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir
27 Yanvar 17:32
Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb
27 Yanvar 17:12
Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir
27 Yanvar 16:59
Turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək
27 Yanvar 16:46
MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb
27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+2 +5