Ana səhifə »  KİVDF »  Bu ilin arxada qalan aylarında da regionlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib
A+   Yenilə  A-
Bu ilin arxada qalan aylarında da regionlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib

Ayrı-ayrı rayonlarda yeni sosial obyektlər tikilir, infrastruktur layihələri həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunur
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan ötən hər gün ərzində yeni-yeni uğurlar əldə edir. Bu nailiyyətlərin əsasında isə düşünülmüş və bütün sahələri əhatə edən siyasət, həmçinin uğurla reallaşdırılan müvafiq Dövlət proqramları dayanır. Öz növbəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının reallaşdırılması respublikanın bölgələrinin hərtərəfli inkişafını təmin edib və hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Təsadüfi deyil ki, məhz bu proqramlar çərçivəsində regionlarda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri görülüb. Bu ilin geridə qalan ayları ərzində də bu istiqamətdə işlər davam etdirilib. Bunu ayrı-ayrı rayonların timsalında da görmək olar.
Məsələn, Ağcabədi rayonunda yeni sosial obyektlər tikilir, infrastruktur layihələri həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunur. Cari ildə Ağcabədi şəhərinin Üzeyir Hacıbəyli prospekti və Vaqif küçəsində üç ədəd çoxmənzilli yaşayış binası təmir olunub. Hazırda Ağcabədi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının, avtovağzal kompleksinin, “ASAN xidmət” mərkəzinin, Salmanbəyli kəndində 432 şagird yerlik, Qaradolaq kəndində 264 şagird yerlik məktəb binalarının, Hüsülü kəndi ərazisində dənli bitki toxumlarının emalı müəssisəsinin, Boyat-Biləyən-Hacılar-Qaraxanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır. Bu obyektlərdə tikinti işləri tezliklə başa çatdırılacaq.
Bundan başqa, Ağcabədi şəhərinin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Nəriman Nərimanov, Hüsü Hacıyev, Səməd Vurğun və Xəlfərəddin küçələrində də abadlıq işləri davam etdirilir.
Eyni zamanda, Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün inşa edilən 100 yerlik yeni binada son tamamlanma işləri aparılır. Tikinti sahəsi 556 kvadratmetr olan ikimərtəbəli bina yataq, oyun, tibb, məşğələ, yemək, geyinib-soyunma, kompüter otaqları, musiqi və idman zalı, mətbəx və anbardan ibarətdir. Bağçanın həyətində abadlıq işləri aparılıb, oyun meydançası, söhbətgahlar tikilib.Uşaq bağçasının bu il istifadəyə verilməsi nəzərdə tutulur.
İmişlidə də bu istiqamətdə işlər davam etdirilir. Verilən məlumata görə, əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin Abbasqulu bəy Şadlinski küçəsində inşa olunan 48 mənzilli yaşayış binasının tikintisində işlərin 85 faizi başa çatıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına inşa olunan dördmərtəbəli binanın tikintisinə ötən ilin dekabrında başlanılıb. Artıq binada hörgü işləri başa çatıb, dam örtüyü vurulub, qapı-pəncərələr yerləşdirilib, elektrik, qaz, su xətləri çəkilib, suvaq işləri görülüb. Hazırda otaqların döşəməsi vurulur. Bu başa çatdıqdan sonra mənzillərdə kombi quraşdırılacaq, rənglənmə işləri görüləcək. Binanın dayanıqlı elektrik və su ilə təmin olunması üçün transformator qoyulacaq və 100 tonluq su anbarı tikiləcək. Yaxın vaxtlarda ərazidə abadlıq işlərinə başlanılacaq, asfalt döşənəcək, yaşıllıqlar salınacaq. Yaşayış binasının bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulub.
Qax şəhərində isə istismar müddəti başa çatmış 3 ədəd ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ucaldılan 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Bina Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən tikilir.
İnşasına bu ilin fevralında başlanan 4 blokdan ibarət dördmərtəbəli binada hörgü işləri artıq yekunlaşıb, binanın dam örtüyü quraşdırılıb. İş icraçısı Elman Səfərovun sözlərinə görə, hazırda daxili mühəndis-kommunikasiya və bəzək işləri görülür, binanın fasadına suvaq vurulur. Yardımçı tikililərin, o cümlədən hər biri 108 kubmetrlik iki ədəd yanğın əleyhinə və içməli su anbarının inşası başa çatıb, nasosxana binasının tikintisi isə davam etdirilir. Yaşayış binasının tikintisinin bu il noyabrın sonunadək tam başa çatdırılması nəzərdə tutulur.
Ölkənin Qərb regionunda yerləşən Qazax rayonunun Daş Salahlı kəndində “Mətanət A” şirkəti tərəfindən yaradılan əhəng zavodunun tikintisi başa çatıb. İllik istehsal gücü 50 min ton olan zavodun tikintisi nəzərdə tutulduğu vaxtda yekunlaşıb. Yeni zavod yüksək texnologiya ilə təmin olunub. Zavodun istehsal hissəsi test yoxlamasından keçib və məhsul buraxmağa tam hazırdır.
Tikinti-quruculuq və abadlıq işləri Şamaxıda da uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” 2018-ci il 27 avqust tarixli Sərəncamı ilə Şamaxı şəhərində istismar müddəti başa çatan 3 ədəd ikimərtəbəli binanın yerinə Aşıq Məmmədağa küçəsində yeni 48 mənzilli ictimai yaşayış binası tikilir. Bu məqsədlə Prezidentin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Yeni binanın tikintisinə bu ilin iyununda başlanılıb. Çoxmərtəbəli ictimai binada artıq beşinci mərtəbənin inşası aparılır. Habelə, digər mərtəbələrdə mənzillərarası hörgü işləri görülür.
Şəhər sakinləri KİV-ə açıqlamalarında dövlətimizin başçısının insanlara, onların qayğı və problemlərinə göstərdiyi diqqətə görə razılıqlarını bildirirlər. Şəhərin Aşıq Məmmədağa küçəsində istismar müddəti başa çatan çoxmənzilli binanın sakini Səidə Eldarova tikilən yeni mənzilə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, dövlət tərəfindən həyata keçirilən sosial proqramların onların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına, gəlirlərinin artmasına kömək etdiyini söyləyib: “Yaşadığımız ictimai binanın istismar müddəti qurtarıb. Seysmik zonada yerləşən Şamaxıda bu cür binalar təhlükəlidir. Prezidentimizə çox-çox minnətdarıq. Artıq bizim üçün yeni çoxmənzilli bina tikilir. İnşallah, yaxın aylarda bina hazır olacaq”.
Qeyd edək ki, yeni binanın ərazisində abadlıq işləri görüləcək, asfalt döşənəcək, yaşıllıqlar salınacaq, uşaq meydançası qurulacaq.
Şimal bölgəsində yerləşən Quba şəhərində istismar müddəti başa çatan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə tikilən 48 mənzilli yeni yaşayış binası gələn il sakinlərin istifadəsinə veriləcək.
Prezident İlham Əliyevin “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncamı ilə inşa olunan bina 4 mərtəbəlidir. İki girişdən ibarət çoxmənzilli binanın ümumi sahəsi 980 kvadratmetrdir.
Molla Pənah Vaqif küçəsində inşa olunan çoxmənzilli binanın tikintisinə apreldən başlanılıb. Hazırda binanın 3-cü mərtəbəsində dəmir konstruksiyaların quraşdırılması və betonlama işləri aparılır. 48 mənzildən 20-si üç, 16-sı iki, 12-si isə bir otaqlıdır. Mənzillərin hər biri müasir standartlara uyğun istilik və elektrik sistemi ilə təchiz olunacaq və tam təmirli şəkildə əhalinin istifadəsinə veriləcək.
Tikintidə əsasən yerli tikinti materiallarından istifadə olunur. İnşaat işlərində 60-dək rayon sakini işlə təmin edilib. Binanın həyətində müasir qazanxana, avtomobil dayanacağı və sakinlərin istirahəti üçün park yaradılacaq.
Bu məqamda vurğulamaq yerinə düşər ki, tikinti-quruculuq işləri Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Məsələn, muxtar respublikada gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Ordubad şəhərində 28 mənzilli, Şahbuz şəhərində isə 40 mənzilli yaşayış binaları inşa edilir.
Ordubad şəhərində tikilən yaşayış binası 8 mərtəbədən ibarət olacaq. Hazırda inşaat işləri davam etdirilir. Binanın zirzəmisində xidmət sahələri yaradılacaq, bərbərxana, gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə veriləcək. Binanın həyətində də abadlıq işləri görülür.
Ordubad rayonunun Vənənd kəndində də bu ilin əvvəlindən kompleks quruculuq işləri aparılır. Kənddə 3 mərtəbədən ibarət 432 şagird yerlik məktəb binasının qapı və pəncərələri, döşəməsi, elektrik və rabitə xətləri, dam örtüyü yenilənib. Yaşayış məntəqəsində Uşaq Musiqi Məktəbi üçün yeni bina da tikilir. Bina 3 mərtəbədən ibarət olacaq.
Vənənd kəndində inşa olunan Kənd Mərkəzi də yaşayış məntəqəsinin simasına gözəllik qatacaq. Burada icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının ərazi ilk təşkilatı, baytarlıq, poçt, mədəniyyət evi, kitabxana, rabitə evi, polis sahə məntəqəsi üçün hər cür şərait yaradılacaq.
Əhaliyə nümunəvi ticarət, məişət və tibb xidmətləri göstərilməsi üçün kənddə müasirtipli xidmət mərkəzi və müasir ambulatoriya da inşa olunur.
Şahbuz şəhərində inşa olunan altımərtəbəli yaşayış binasında isə əsas tikinti işləri yekunlaşıb. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90 və 83, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 70 kvadratmetr olacaq. Binanın zirzəmisində xidmət mərkəzi, bərbərxana, gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları yerləşəcək. Dövlət vəsaiti ilə tikilən binalardakı mənzillər gənc ailələrə münasib qiymətə təklif edilir.
Şahbuzdan söz düşmüşkən, cari ilin mart ayından etibarən Şahbuz rayonunun Türkeş kəndində kompleks quruculuq işlərinə başlanılıb. Yaşayış məntəqəsində kənd yolu əsaslı surətdə yenidən qurulur, kənd və xidmət mərkəzləri inşa olunur.

(davamı növbəti sayımızda)
Nadir AZƏRİ

 
  • Oxunub:  2430  |  
  • Tarix:  10-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir

15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib
15 Noyabr 16:15
Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir
15 Noyabr 16:09
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 15:59
Vüqar Rəhimzadə: Azərbaycan nadir qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib
15 Noyabr 15:34
Azərbaycan 13 milyard dollarlıq neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edib
15 Noyabr 15:26
Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşüb
15 Noyabr 15:24
Azərbaycanla Gürcüstanın dəmir yollarının əməkdaşlığının perspektivləri müzakirə olunub
15 Noyabr 15:20
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Yardımlıda vətəndaşları qəbul edib
15 Noyabr 15:18
Zoltan Hernyeş: İnsan hüquqları ilə süni intellekt məsələlərin əlaqəsi mühüm məsələlərdən biridir
15 Noyabr 15:08
BDU-nun 100 illik yubileyi ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub
15 Noyabr 15:06
Avropa İnvestisiya Bankı 2021-ci ildən ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək
15 Noyabr 14:46
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
15 Noyabr 14:37
2025-ci ildən sonra neft tələbatındakı artım tempi yavaşlayacaq
15 Noyabr 14:35
Ravvin Eli Abadi: Azərbaycan dünyada multikulturalizm və dinlərarası əməkdaşlıq diyarı kimi tanınır
15 Noyabr 14:07
Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir
15 Noyabr 14:03
Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib
15 Noyabr 13:56
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 13:22
Naybori Sammiti çərçivəsində Azərbaycanda qadın hüquqları sahəsində görülmüş işlərdən danışılıb
15 Noyabr 13:17
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
15 Noyabr 13:13
Dünya dini liderlərinin II Bakı Sammiti plenar iclasla işini davam etdirir
15 Noyabr 12:59
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb
15 Noyabr 12:55
Bakının Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib
15 Noyabr 12:54
Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb
15 Noyabr 12:50
Qadın kimyaçılara həsr olunan tədbir
15 Noyabr 12:46
2020-ci ilin dövlət büdcəsinin 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcək
15 Noyabr 12:43
Azərbaycanın Xarici İşlər naziri 10-cu Sir Bani Yas Forumunda iştirak edəcək
15 Noyabr 12:42
Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri
15 Noyabr 12:06
Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək
15 Noyabr 11:48
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmə katibləri hesabat veriblər
15 Noyabr 11:43
Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək
15 Noyabr 11:39
Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib
15 Noyabr 11:27
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15 Noyabr 11:26
Müxtəlif qoşun növlərinin cəlb olunduğu əməliyyat təlimi davam edir
15 Noyabr 11:23
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
15 Noyabr 11:12
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub
15 Noyabr 11:07
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
15 Noyabr 10:51
“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb
15 Noyabr 10:48
Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans işə başlayıb
15 Noyabr 10:39
Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransı keçirilib
15 Noyabr 10:29
Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub
15 Noyabr 10:17
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir
15 Noyabr 10:15
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
15 Noyabr 10:13
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
15 Noyabr 10:07
Beyləqanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır
15 Noyabr 10:04
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
15 Noyabr 10:03
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
15 Noyabr 09:57
Qaradağ rayonunda qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb
15 Noyabr 09:56
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir
15 Noyabr 09:50
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
15 Noyabr 09:48
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub
15 Noyabr 09:46
Azərbaycanın regionlarında payızlıq taxıl səpini uğurla davam etdirilir
14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+9 +11