Ana səhifə »  KİVDF »  Regionlarda meyvəçiliyin inkişafına ardıcıl olaraq dövlət dəstəyi göstərilir
A+   Yenilə  A-
Regionlarda meyvəçiliyin inkişafına ardıcıl olaraq dövlət dəstəyi göstərilir

Azərbaycanda 2020-ci ildən başlayaraq ilk 4 il ərzində intensiv meyvə bağlarının hər hektarına görə fermerlərə yüksək əmsalla subsidiya veriləcək
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən tədbirlər digər sahələr kimi, qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahədə də davamlı inkişafa real zəmin yaradıb, son illərdə bu sahədə nəzərəçarpacaq artım qeydə alınıb. Eyni zamanda, kənd təsərrüfatı sahəsinə xüsusi diqqət fermerlərin bu sahəyə marağının daha da artmasına səbəb olub.
Təsadüf deyil ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafının prioritet istiqamətlərdən biri kimi elan edildiyini bildirib. Bu yaxınlarda Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə çıxış edən İ.Kərimov xüsusi vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən narçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib. 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də aqrar sektorda artım 6 faizdən yüksək olub. Təkcə bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb ki, bu da rekord göstəricilərdən biridir”.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi, bağçılığın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində narçılıq da inkişaf etdirilir. Dünya bazarında böyük tələbat olan nar şirəsinin emalı və ixracı məqsədilə respublikamızda yeni bağlar salınıb.
Azərbaycanda narçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri İ.Kərimov bu sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib: “Dövlətimizin başçısının tapşırıqlarına əsasən son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb”.
Nazir qeyd edib ki, respublikada müxtəlif meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyi və ixrac potensialının olması meyvəçiliyin, həmçinin narçılığın inkişaf etdirilməsini zərurətə çevirir: “Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi, narçılıqda da inkişaf müşahidə edilir. Hazırda narın əkin sahəsi təxminən 23 min hektara, nar istehsalı 155 min tona çatdırılıb. Bununla belə, əkin sahəsinə görə əldə olunan məhsuldarlıq bizi qane edə bilməz. Nar istehsalına görə hər hektardan məhsuldarlıq təxminən 7 ton təşkil edir. Bizim hədəfimiz isə məhsuldarlığı hər hektardan 15 tona çatdırmaqdır”.
İ.Kərimov onu da əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq qərzəklillər daxil edilmədən intensiv meyvə bağlarına, həmçinin intensiv nar bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək. İntensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara da şamil ediləcək. Nazir çıxışında Azərbaycanda narçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il nar mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, narçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, “Son illərdə Göyçay rayonunda narçılıq inkişaf etdirilir. Rayonumuzda 1000 hektar sahədə yeni nar bağları salınıb. Respublikada tədarük olunan nar məhsulunun 20 faizi Göyçayın payına düşür. Ötən il Göyçayda 31 min 103 ton nar istehsal olunub və fermerlərimiz nar istehsalından 20 milyon manat vəsait əldə ediblər. Hər il rayonumuzda nar festivalının keçirilməsi bu gəlirli sahənin inkişafına öz töhfəsini verir”.
KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev ölkədə nar yetişdirilməsində mövcud vəziyyətdən danışıb, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov isə Assosiasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Göyçaylı narçı-fermer Eyvaz Səmədov isə narçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Müşavirədə narçılığın inkişafı, nar tingləri ilə təminat, yeni nar bağlarının salınması, mövcud ənənəvi nar bağlarının intensiv bağçılıqla tədricən əvəzlənməsi, yeni məhsuldar və keyfiyyətli sortlar üzrə tingçiliyin inkişaf etdirilməsi, narçılığın regionlar üzrə ixtisaslaşması, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi, mövcud soyuducu anbar sistemlərinin imkanlarının artırılması, ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə nar məhsullarının istehsalı ilə 15 müəssisə məşğul olur. Son illər dövlət səviyyəsində bu sahənin stimullaşdırılması üçün bir sıra addımlar atılıb. Narçılıq subsidiyalaşmaya cəlb edilib, nar istehsalı ilə məşğul olanlar vahid qurumda birləşib, hər il ölkəmizdə nar festivalı keçirilir. Nardan əldə edilən şirələr, mürəbbələr, tum və qabığından əczaçılıq sahəsində xammal kimi istifadə olunması onun bazarını daha da genişləndirib. Ötən il respublika üzrə nar bağlarının sahəsi 24 min hektara çatıb. İllik istehsal həcmi isə 155 min ton həddindədir. Hər il xarici ölkələrə təxminən 10-12 milyon ABŞ dolları həcmində nar və nar məhsulları ixrac olunur.
Belə ki, ötən il Biləsuvarda təsərrüfat sahiblərinin topladığı 800 tondan çox məhsulun 50 faizi “Azərbaycan brendi” ilə xarici bazarlarda satılıb.
Biləsuvar Narçılıq Təsərrüfatının rəhbəri Samir Salahov KİV-ə açıqlamasında deyib ki, saldığı nar bağında əsasən “Vələs” və “Gülöyşə” sortları becərilir: “Hazırda bazarın tələbinə uyğun olaraq və yetişmə müddətinə görə “Gülöyşə” sortu tədarük edilir. Sahədən yığılan məhsul çeşidləmə anbarına gətirilir, yeşiklərə yığılır. Qablaşdırıldıqdan sonra maşınlara yüklənir, bazarlara göndərilir. Hazırda bir maşın nar Rusiya bazarına yola salınıb, ikinci maşın da yüklənir”.
Moskva bazarlarına nar aparan sürücü Rahil Mürsəlov deyib ki, bu mövsüm Rusiyaya ikinci reysini edir: “Moskva, Leninqrad və digər böyük şəhərlərdə Azərbaycan narına tələbat var. Min ton sifariş verilib. Ruslar narın “Vələs” və “Gülöyşə” sortlarını çox bəyənirlər. Xaricilər Azərbaycan narı almağa üstünlük verirlər, çünki çox keyfiyyətlidir”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, hazırda Azərbaycan narçılığının qarşısında duran əsas hədəflər - məhsuldarlığı yüksəltmək, eləcə də vaxtilə respublikamızda mövcud olmuş “Bala Mürsəl”, “Qırmızı qabıq”, “Çəhrayı Gülövşə”, “Qırmızı Gülövşə” və “Azərbaycan” kimi məhsuldar sortların tingçiliyinin təşkil olunması, biotexnologiya vasitəsilə sort keyfiyyətlərinin yaxşılaşdırılmasıdır. Yaxın illərdə respublika üzrə nar bağları sahəsinin 28 min hektara çatdırılması proqnozlaşdırılır. Ümumiyyətlə, 2018-ci ildə Azərbaycanda 155 min ton nar istehsal olunub və 9300 tona yaxın nar ixracı həyata keçirilib. Gəlir isə 12,3 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, artıq Göyçayda nar yığımına başlanılıb, məhsullar həm daxili bazarlara çıxarılır, həm də Rusiya və Ukraynaya ixrac olunur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, narçılıq Göyçayda ənənəvi sahədir və hazırda 3327 hektar bar verən bağ var. Cari ildə daha 16 hektarda yeni bağ salınıb. Rayonun bütün ərazi dairələrində sakinlər narçılıqla məşğuldur. Bığır, Qarabaqqal, Alxasava, Aşağı Qaraməryəm və Mirzəhüseynli ərazi dairələrində bu sahə daha geniş yayılıb. Qeyd edək ki, rayon üzrə ötən il bağlardan 31 min 107 ton nar yığılıb. Hər hektardan məhsuldarlıq 93,5 sentner təşkil edib. Cari ildə bölgədə ötən illə müqayisədə daha çox məhsul istehsalı gözlənilir.
Narçılığın inkişafı ilə yanaşı, Göyçay rayonunda digər ixracyönümlü meyvələrin də istehsalında xeyli irəliləyiş var. Hazırda rayonda kütləvi xurma yığımına başlanılıb. İstehsal edilən məhsul ilk günlərdən yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il bağlarda bol xurma yetişdirilib. Yerli bazarlarda xurma meyvəsinin 1 kiloqramı növündən və çeşidindən asılı olaraq 0,30-0,60 AZN arasında dəyişir.
Yeri gəlmişkən, qeyd edək ki, rayonda, ümumilikdə, 1666 hektar xurma bağı var. Bunun 1341 hektarı bar verəndir. Bu il bölgədə daha 16 hektarda bağ salınıb. Xurma bağları demək olar ki, rayonun bütün ərazisini, əsasən də Cəyirli, Potu, Qızılağac, Məlikkənd, Qarabaqqal və Mirzəhüseynli kəndlərini əhatə edir. Ötən il bağlardan 25 min 479 ton məhsul istehsal olunub. Mütəxəssislərin fikrincə, bu il məhsul daha çox olacaq. Hər il olduğu kimi, bu il də məhsulun 90 faizindən çoxu xarici bazarlara göndəriləcək.

(davamı növbəti sayımızda)
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  1680  |  
  • Tarix:  25-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21 Noyabr 14:34
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:20
Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA