/ / Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir
11.03.2020 [09:09]
Regionlarda bu məqsədlə subartezian və artezian quyuları qazılır, suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir
Azərbaycanda son 16 il ərzində reallaşdırılan layihələr, xüsusilə də regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bölgələrin tərəqqisi, o cümlədən əhalinin tələbatının ödənilməsi istiqamətində mühüm işlər görülüb. Bu baxımdan əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi üçün də müvafiq addımlar atılıb və bu işlər davamlı xarakter daşıyır. Belə ki, respublikanın bütün bölgələrində bu istiqamətdə ardıcıl tədbirlər görülür, yeni subartezian quyuları qazılır, suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir.
Yeri gəlmişkən, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında da torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli yer tutduğunu vurğulayaraq deyib: “Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilmişdir, 300-dən çox subartezian quyusu qazılmışdır. Bu proses bu il də davam etdiriləcək. Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır”.
Dövlətimizin başçısı bu il suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasının təmin ediləcəyini də diqqətə çatdırıb. Bu məqamda bildirmək yerinə düşər ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən keçən il Göygöldə qazılması nəzərdə tutulmuş 7 subartezian quyusu (Yeni Qızılca kəndində 2 ədəd, Balçılı, Qırıxlı, Xaqani, Quşqara, Səmədli kəndlərində isə 1 ədəd) qazılaraq istifadəyə verilib.Göygöl Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən il əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 248 ədəd subartezian quyusunda cari, 3 subartezian quyusunda isə əsaslı təmir işləri aparılıb. Qapalı boru su şəbəkəsinin 5 kilometri, beton kanalların isə 11 kilometri təmir edilib, sel və daşqınların qarşısını almaq məqsədilə çay məcralarında 714 min kubmetr həcmində təmizləmə işləri görülüb.
Mərkəzi Aran bölgəsinə daxil olan Zərdab rayonunda da suvarma işlərinin daha yaxşı təşkili, əkin sahələrinin suya olan tələbatının ödənilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Rayon İcra Hakimiyyətindən bildirilib ki, havaların quraq keçməsi bu sahədə ciddi tədbirlər görülməsini tələb edir. Bunun üçün son vaxtlar 22 ədəd nasos, 5 elektrik mühərriki, 20 hidrotexniki qurğu, 5,2 kilometr dəmir-beton növ və beton kanalları cari təmir olunub. Habelə, 957,8 kilometr uzunluğunda suvarma kanalı lildən təmizlənib, 19 kilometrdən çox kanal qazılıb. Rayonun Əlvənd və Otmanoba kəndlərində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 3,5 kilometr olan köhnə yararsız vəziyyətə düşən beton kanalların 3,2 kilometri yeni növ kanallarla əvəz edilib, üzərində olan hidrotexniki qurğular təzələnib.
Bölgənin digər rayonu Sabirabadda da bu istiqamətdə işlər davam etdirilir. Rayonda suvarma və meliorasiya işləri genişləndirilir, yeni-yeni irimiqyaslı layihələr həyata keçirilir ki, bu da rayonda kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir.Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov KİV-ə açıqlamasında bildirib ki, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və meliorasiya işlərinin genişləndirilməsi məqsədilə ötən il 5 yeni su nasosu quraşdırılıb, 18 nasos və 67 hidrotexniki qurğuda əsaslı təmir işləri aparılıb, 1509 kilometr uzunluğunda su kanalı, 550 kilometr drenaj-kollektor lildən təmizlənib. Rayonun Moranlı-Sərxanbəyli, Bala Həşimxanlı, Əlilənbəyli və digər kəndlərinin əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 30 kilometr olan “H” kanalı istifadəyə verilib. Nəticədə, 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşmasına imkan yaranıb.
Hazırda Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında meliorativ tədbirlər icra edilir. Bu layihə başa çatdıqdan sonra 13 min 866 hektar torpaq sahəsinin suvarılması mümkün olacaq. Görülən bu işlərlə yanaşı, yaz və yay aylarında Kür və Araz çaylarında baş verə biləcək daşqınlar zamanı əkin sahələrinin mühafizə olunması məqsədilə hər iki çayın sahili boyunca mühafizə bəndlərinin möhkəmləndirilməsi istiqamətində işlər aparılır. Çayların Sabirabad rayonunun ərazisindən keçən hissəsi boyunca indiyədək 43,1 kilometr məsafədə təmir və 50 kilometr məsafədə qaya kəsmə işləri, həmçinin betonla sahil bərkitmə işləri aparılıb. Bütün bunlar əkin sahələrinin daşqınlardan mühafizəsini təmin edəcək.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Yevlax Rayon Suvarma Sistemləri İdarəsindən bildiriblər ki, rayonun 39 min 849 hektar əkin sahəsi mexaniki və özaxımı ilə suvarılır. Mexaniki üsulla suvarma 40 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. İdarənin balansında 80,9 kilometr beton kanal, 112 kilometr asma nov kanal, 1015 kilometr torpaq kanallar var. Suvarma kanalları üzərində 1584 ədəd müxtəlif tipli hidrotexniki qurğular mövcuddur.
Əkin sahələrini mütəşəkkil və vaxtında suvarma suyu ilə təmin etmək məqsədilə 2019-cu ildə suvarma kanalları üzərindəki 135 ədəd hidrotexniki qurğu, 9 kilometr beton kanallar və asma nov kanallar, 3 kilometr boru kəmərləri təmir edilib. Salahlı suvarma kanalının 1050 metr hissəsi beton üzlüyə alınaraq su itkisinin qarşısı alınıb və kanalın əsaslı təmiri davam etdirilir. Ərəbbəsirə beton kanalını mühafizə edən Əlican çayının sol sahilində uzunluğu 125 metr olan dəmir beton mühafizə bəndinin əsaslı təmiri başa çatdırılıb. Dövlət Proqramı ilə Yevlax Suvarma Sistemləri idarəsinin balansında olan, mənbəyini Yuxarı Şirvan Kanalından götürən “R-2a” kanalının Yuxarı və Aşağı Qarxun kəndlərinin ərazisinə xidmət edən 8000 metr hissəsində Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən cari ilin əvvəlindən başlamış əsaslı təmir-bərpa işləri başa çatdırılıb.
“Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” çərçivəsində torpaq məcralı suvarma kanalları 463 kilometr lildən təmizlənib, 94 kilometr beton üzlüyə alınıb, kanallar üzərində 1811 ədəd müxtəlif tipli hidrotexniki qurğular tikilib. Prezident İlham Əliyevin 2019-cu il fevralın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən, ötən il rayonun Qaramanlı, Aran, Hacımahmudlu, Aşağı Bucaq kəndlərində 5 ədəd subartezian quyusu qazılıb. Mövcud torpaq kanalların 497 kilometr hissəsi lildən və kol-kosdan təmizlənib. 24 ədəd nasos stansiyasında təmir işləri aparılıb, mexaniki və elektrik avadanlıqlarının hissələri yeniləri ilə əvəz olunub. Nasos stansiyaları cari ilin vegetasiya suvarılmasına tam hazır və işlək vəziyyətə gətirilib.
Eyni zamanda, Ağcabədi rayonunda da əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağcabədi rayon subartezian quyularının istismarı idarəsindən bildiriblər ki, idarənin balansında 983 ədəd subartezian quyusu, 10 ədəd artezian quyusu var. Həmin quyuların 885-i əkin və həyətyanı sahələrin suvarılmasında, 98-i isə içməli su məqsədi ilə istifadə olunur. Subartezian quyuları vasitəsilə rayonun 30 min 400 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 91 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Prezident İlham Əliyevin 2019-cu il fevralın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən, ötən il Ağcabədi rayonunun Hindarx qəsəbəsi, Hacıbədəlli, Rəncbərlər, Muğanlı, Göyük, Şahsevən, Minaxorlu, Bala Kəhrizli, Yuxarı Qiyaməddinli, Şahmalılar, Mirzəhaqverdili, Poladlı kəndlərində ümumilikdə 16 ədəd yeni subartezian quyusu qazılıb. Bu quyuların istifadəyə verilməsi ilə rayonun 600 hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilib. Bundan başqa 2019-cu ildə əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə 12 ədəd subartezian quyusu qazılıb, 7 subartezian quyusu isə bərpa edilib.
Bu işlər 2020-ci ildə də davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il yanvarın 7-də imzaladığı Sərəncama əsasən bu il Ağcabədi rayonunun əhalisi 83 min 682 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusu qazılacaq. Cari ildə, həmçinin 14 subartezian quyusunun bərpa edilməsi də nəzərdə tutulur.
Sözügeden istiqamətdə işlər cəbhə bölgəsində yerləşən rayonları da əhatə edir. O cümlədən Ağdam rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsindən bildiriblər ki, idarə rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılmasını, eləcə də əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. İdarənin balansında 952 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var. Subartezian quyularının 336 ədədi əhalinin içməli su təchizatına və həyətyanı sahələrin suvarılmasına, 616 ədədi isə əkin sahələrinin suvarılmasına xidmət edir. Son 5 ildə rayon ərazisində 183 ədəd, o cümlədən 2019-cu ildə 64 ədəd yeni subartezian quyusu istifadəyə verilib.
(davamı növbəti sayımızda)
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39