Ana səhifə »  Maraqlı »  FORD EDGE modeli üçün xüsusi təklif!
A+   Yenilə  A-
FORD EDGE modeli üçün xüsusi təklif!

Ford Azərbaycan Ford Edge modelinə sahib olmaq sitəyənlərə xüsusi şərtlər təklif edir. Azərbaycan Respublikasının Müstəqilliyinin 22-ci il dönümü münasibətilə təqdim olunan təklifə görə, indi Ford Edge almaq istəyən müştərilər üçün avtomobilin qiymətinə 2000 AZN endirim olunur və onlar cəmi 5900 AZN ilkin ödəniş etməklə bu mükəmməl SUV-a sahib ola bilərlər.

FORD EDGE - SEQMENTİNİN ŞƏRİKSİZ LİDERİDİR!

 “Ford” şirkətinin təqdim etdiyi 2006-cı ilin orta ölçülü Edge krossoveri yaraşıqlı dizaynı, yüksək keyfiyyəti, qənaətcilliyi və yaxşı idarə olunma qabiliyyəti sayəsində tezliklə alıcıların rəğbətini qazandı və markanın sayca üçüncü bestsellerinə çevrildi. Təkcə birinci ildə onun satışları 130 min ədəd təşkil etdi. Edge bugün də öz sinfində ən populyar avtomobillərdən biri olaraq qalmaqdadır.  
Dizayn və eksteryer. Dizaynerlər avtomobilin çoxları tərəfindən bəyənilən dinamik simasında cəmi bir neçə cizgi ilə onun ön tərəfini dəyişiblər. Seqmentlərə bölünmüş əvvəlki faralar yerini aqressiv görünüşlü optikaya verib, üçzolaqlı radiator barmaqlığı isə daha da enlənib və indi ölçülərinə görə F seriyalı pikapların radiator barmaqlığı ilə müqayisə oluna bilər. Relyefli kapot, habelə duman əleyhinə ensiz işıq-diod faraları ilə birlikdə bamper Edge-nin ön tərəfinin görünüşünün sanballılığını daha da artırıb. Arxa tərəfdə yeni bamper, ovalşəkilli səsboğucu sistemin boruları və işıq-diod stop-siqnalları quraşdırılıb.
İnteryer. Avtomobilin daxili tamamilə yenidən işlənib – əvvəlki iti və düzbucaqlı künclərdən əsər-əlamət qalmayıb. Yeni cihazlar paneli əvvəlki kimi iri deyil və indi alüminium və ağac elementləri ilə birlikdə yumşaq plastikdən hazırlanıb. Bir qədər maili mərkəzi konsol Limited komplektasiyasında audiosistemi və iqlim qurğusunu idarə edən sensor düymələrlə təchiz olunub. İnteryerin üzlük materiallarının keyfiyyəti, fakturası və seçimi xeyli yaxşılaşıb və indi daha yuxarı sinfə mənsub olan avtomobilləri xatırladır. Yeni MyFord Touch sistemini ayrıca qeyd etməyə dəyər, bu sistemin sayəsində sürücünün avtomobillə “ünsiyyəti” daha sadə, təhlükəsiz və intuitiv olaraq asanlıqla başa düşüləndir. Ənənəvi düymələri, dəyişdirici açarları və işarələri yüksək dərəcədə dəqiq görüntülü maye kristallı displey və beş cür vəziyyətli dəyişdirici açarlar əvəz edib. Sürücüyə zəruri olan bütün məlumatlar iri spidometrin (bu, yeganə əqrəbli cihazdır) yan tərəflərində yerləşən 4,3 düymlük iki displeyə və mərkəzi konsolun yuxarı hissəsindəki 8 düymlük sensor ekrana çıxarılır. Ekranda əks olunan məlumatların idarə olunması sükan çarxındakı dəyişdiricilərin vasitəsilə həyata keçirilir. Məlumatların ekranda əks olunması üsulunu və həcmini hər bir sürücü üçün fərdi qaydada dəyişmək mümkündür. Bunun üçün sadəcə düyməni basmaq və ya səs vasitəsilə göstəriş vermək  kifayətdir.
Salonun iri daxili məkanına asanlıqla beş nəfəri yerləşdirmək olar, arxa oturacağın 60/40 nisbətində qatlanan kürək hissəsi hamar döşəmənin əmələ gəlməsinə imkan yaradır və baqaj bölməsinin həcmini iki dəfədən çox artırır (Limited komplektasiyasında öndəki sərnişinin oturacağı da qatlanaraq döşəmə ilə bir səviyyədə olur). Yeni modelin xüsusiyyətlərindən biri sərnişinlər üçün maksimum akustik komfortun təmin edilməsidir (qeyd edək ki, mühəndislər bunun üzərində xeyli çalışıblar). İnteryerdə yeni səsudan materiallardan istifadə edilməsi, daha qalın ön şüşənin quraşdırılması, habelə kuzovun cinahlarında və dayaqlarında əlavə səs izolyasiyasının tətbiqi sayəsində salona daxil olan kənar səslərin səviyyəsinin xeyli azaldılmasına nail olunub.
Güc aqreqatları. Edge-nin baza versiyasına 3,5 litr həcmli V6 mühərriki quraşdırılır. İndi onun qüvvəsi 285 at gücü, fırlanma momenti isə 343 Nm təşkil edir. Bu mühərriklə avtomobilin şosedə yanacaq sərfiyyatı 8,9 litr/100 km-dir. Qazbölüşdürmə fazalarının dəyişdirilməsi sistemində iki müstəqil bölüşdürücü valın tətbiqi, mühərrikin gücünün əvvəlki versiyalarla müqayisədə əlavə 20 vahid, fırlanma momentinin isə 4 Nm artmasına, habelə 100 kilometr məsafəyə sərf olunan yanacağa 0,7 litrədək qənaət edilməsinə gətirib çıxarıb.
Yeni avtomobil üçün bir transmissiya nəzərdə tutulub, lakin bu transmissiya komplektasiyadan və mühərrikin tipindən asılı olaraq bir neçə modifikasiyada təklif olunur.
Yeni avtomobilin komplektasiyası. Alıcılara təklif olunan Limited komplektasiyasına bunlar daxildir: salonun dəri üzlüyü, klimat-kontrol (arxa sərnişinlər üçün deflektorlarla), arxa güzgünün isidicisi, maillik bucağına və hündürlüyünə görə tənzimlənən sükan çarxı, açarsız giriş sistemi, çoxfunksiyalı kommunikasiya sistemi MyFord Touch, arxa oturacağın avtomatik qatlanması sistemi EasyFold, öz-özünə tündləşən arxa görüntü güzgüsü, kompas, ikizonalı klimat-kontrol, yağış və işıqlandırma sensoru, parktronik, sükan çarxının və transmissiya selektorunun rıçaqının dəri üzlüyü, peyk radiosu SIRIUS Satelite, çoxsaylı tənzimlənmə imkanları olan qabaq oturacaqlar (sürücü üçün 10, sərnişin üçün 6 cür tənzimləmə imkanı), dəri salon (ön panel ağac materialla işlənib), 12 dinamiklə və HD Radio texnologiyası ilə təchiz olunmuş Sony audiosistemi, səs vasitəsilə idarə edilə bilən FordSYNC əyləncə sistemi, isidilmə ilə təchiz olunmuş bayır güzgülər, arxa görüntü kamerası, damda panoram lyuku, baqaj bölməsinin qapısı üçün elektrik ötürücüsü və 20 düym diametrli xromlanmış təkər diskləri.
Təhlükəsizlik. Modelin yüksək təhlükəsizliyi daşıyıcı konstruksiyalı kuzovun gücləndirilmiş polad karkası vasitəsilə təmin olunur. O, ön və yan tərəflərdən hər cür zərbələrə və avtomobilin aşmasına qarşı müdafiəni təmin etmək üçün xüsusi olaraq optimallaşdırılıb. Passiv təhlükəsizlik avadanlıqları siyahısına ön və yan təhlükəsizlik yastıqları, sərnişinlərin başlarının müdafiəsi üçün yan pərdələr (aşma sensoru ilə) və tarımlayıcıları olan kəmərlər daxildir. Aktiv təhlükəsizliyə görə isə aşmanın qarşısını alma funksiyası ilə təchiz olunmuş dinamik stabilləşdirmə sistemi (AdvanceTrac and Roll Stability Control) və şinlərdəki təzyiqə nəzarət sistemi, habelə  adaptiv kruiz-kontrol cavabdehdir. Bunlardan əlavə, avtomobilin idarə olunmasını aşağıdakı sistemlər asanlaşdırır: yoxuşa qalxmaq üçün start götürməyə yardım sistemi (Hill Start Assist), görünməyən zonaların monitorinqi sistemi (BLIS) və qoşquya nəzarət sistemi (Trailer Sway Control).
Yenilənmiş Forg Edge yaraşıqlı üslubu və texnologiyaları ilə seçilir. İstehsalçı yeni Edge-nin sələfinin müsbət keyfiyyətlərini saxlamaqla yanaşı, həm də alıcılara daha ifadəli dizayn, yanacaq baxımından yüksək qənaətcillik və əla idarəetmə imkanı təklif edir. Buraya yeni və keyfiyyətli materialları, öz sinfində ən yaxşı akustik komfortu və yeni MyFord Touch sistemini də əlavə etsək, deyə bilərik ki, yeni avtomobil nəinki əvvəlki modellərin uğurunu təkrarlamaq, həm də orta ölçülü krossoverlərin populyarlıq reytinqinin yüksək pillələrində uzun müddət qalmaq şansına malikidir.

“FNC Motors“ şirkəti 2003-cü ildən Azərbaycan bazarında “Ford” avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. “FNC Motors” Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “FNC Motors” bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.

Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)
Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,
E-mail: info@nurgunmotors.az
Rəsmi sayt: www.ford.az
Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan

 
  • Oxunub:  38190  |  
  • Tarix:  11-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA