Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

27.07.2012 [22:47]

Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib
İyulun 25-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelinin qarşısındakı parkda, açıq səma altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.
AzərTAc xəbər verir ki, mərasimdə festivalın bədii rəhbərlərindən biri, üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından  salamlayıblar. Bildiriblər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.
Qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.
Diqqətə çatdırılıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir.
Sonra üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının konsertləri olub. Konsertin birinci hissəsində ü.Hacıbəylinin “Koroğlu” operasından “çənlibel” xoru, G.Hendelin “Alliluya”, L.Bethovenin piano, xor və simfonik orkestr üçün fantaziya, ikinci hissədə isə C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra və digər əsərlər səsləndirilib.
Xalq artisti Rauf Abdullayevin, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Xalq artisti Akademiyanın kafedra müdiri, professor Gülbacı İmanovanın və Əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə baş tutan konsertlərdə məşhur vokalçılar - Xalq artisti Murad Adıgözəlzadənin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Xalq artisti Əvəz Abdullayevin, Səbinə Əsədovanın, Dövlət Akademik Opera və Balet Teatrının solisti Əməkdar artist Gülnaz İsmayılovanın, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın, İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadənin ifaları mərasimə toplaşmış mindən çox yerli və xarici tamaşaçı tərəfindən maraqla qarşılanıb.
Paylaş:
Baxılıb: 1226 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30