Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestri Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan proqramla çıxış edəcək

Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestri Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan proqramla çıxış edəcək

30.11.2013 [11:11]

Rusiyanın Pyotr Çaykovski adına Böyük Simfonik Orkestri dekabrın 11-də SSRİ Xalq artisti Vladimir Fedoseyevin dirijorluğu ilə Heydər Əliyev Mərkəzində çıxış edəcək.
Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildiriblər ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan klassik musiqi gecəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Arzu” romansı, “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndiriləcək. Tamaşaçılara, həmçinin dünya klassikası - İohann Bramsın, Frans Vaksmanın, Vinçenso Bellininin, Cakomo Puççininin, Pyotr Çaykovskinin, Sergey Raxmaninovun və Georgi Sviridovun ölməz əsərləri təqdim olunacaq.
Pyotr Çaykovski adına Böyük Simfonik Orkestri 1930-cu ildə radioda klassik musiqi translyasiyası məqsədi ilə yaradılıb. SSRİ Xalq artisti Vladimir Fedoseyev 1974-cü ildə orkestrə bədii rəhbər və baş dirijor təyin olunub. Artıq 40 ilə yaxındır ki, Vladimir Fedoseyevin rəhbərliyi altında çalışan orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda çıxış edib.

Paylaş:
Baxılıb: 972 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31