Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Pekində “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşrinin təqdimatı olub

Pekində “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşrinin təqdimatı olub

11.12.2013 [09:31]

Pekində yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşrinin təqdimatı olub. Sayca 32-ci xarici dilə tərcümə olunan bu kitab çinli oxucular üçün görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti haqqında fundamental mənbə rolunu oynayacaq.
Çin Xalq Respublikasının (ÇXR) Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin binasında təşkil edilən mərasimdə Çinin xarici işlər nazirinin müavini Çen Quopin, Cəmiyyətin sədr müavini Li Cianpin, Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri Gan Dequan, Çin Kommunist Partiyasının məsul şəxsləri, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın Pekindəki səfirləri, diplomatlar, elm adamları, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Həmmüəllif, Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov ilə yanaşı, parlamentin deputatları Aydın Mirzəzadə və İlham Məmmədov da tədbirdə iştirak ediblər.
Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilmiş bu layihə Çin ictimaiyyətini görkəmli dövlət xadimi Heydər Əliyev haqqında daha geniş məlumatlandırmaq, çinli oxucuları Ulu öndərin siyasi fəaliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyır.
Səfirliyin Ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Çin dilinə tərcümə olunmuş kitabın təqdimat mərasimində çıxış edən Çinin xarici işlər nazirinin müavini Çen Quopin Heydər Əliyevin müdrik dövlət və dünya şöhrətli siyasət xadimi olduğunu bildirib. O deyib ki, Azərbaycanın inkişafı tarixinə misilsiz töhfələr verən Heydər Əliyevin rəhbərliyi altında ölkədəki vəziyyət köklü şəkildə dəyişib, Azərbaycan beynəlxalq arenada öz mövqeyini gücləndirib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəsinə və xalqına sadiq böyük vətənpərvər olduğunu qeyd edən Çin xarici işlər nazirinin müavini bildirib ki, dahi siyasət xadimi Azərbaycan-Çin münasibətlərinin inkişafını həmişə diqqətdə saxlayıb.
Ulu öndər Heydər Əliyevin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu vurğulayan Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov deyib ki, Ulu öndər hələ sağlığında dünya səviyyəsində tanınan siyasi xadim idi. Bütün həyatı boyu xalqına və Vətəninə xidmət edən Ümummilli lider həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı, tərəqqisi üçün böyük işlər görüb.
Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib.
Ümummilli liderin dost Çin xalqına həmişə böyük rəğbət bəslədiyini diqqətə çatdıran səfir deyib ki, Ulu öndər müstəqil Azərbaycanın Prezidenti seçildikdən bir neçə ay sonra ilk xarici səfərlərindən birini məhz Çin Xalq Respublikasına edib. Bu səfər ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı idi.
Tədbirdə Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri Gan Dequan, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədr müavini Li Cianpin və başqaları çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, Ulu öndərin Azərbaycan-Çin münasibətlərinin inkişafına diqqətindən söz açıblar. Bildirilib ki, sözügedən kitab çinli oxucuların dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsini daha yaxından öyrənmələri üçün dəyərli mənbə olacaq.
Kitabın həmmüəllifi, Milli Məclisin deputatı Hüseynbala Mirələmov görkəmli dövlət xadiminin həyat təcrübəsinin bütün siyasətçilər, sadə insanlar üçün böyük məktəb olduğunu qeyd edərək, Onun irsinin təkcə Azərbaycanda deyil, xaricdə də öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının Çin dilində nəşrinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Çin tərəfinə minnətdarlıq edib.
Qeyd edək ki, Azərbaycanın Çindəki səfirliyinin Ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Çin dilinə tərcümə olunan kitabın nüsxələri Çinin elmi tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndəriləcək.
Kitabın Çin dilində olan nəşrinə Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov və Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri, Çin xarici işlər nazirinin sabiq müavini Gan Dequan ön söz yazıblar.

Paylaş:
Baxılıb: 996 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30